Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-544/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikası Daxili Qoşunlarında hərbi xidmətin Azərbaycan Ordusunda hərbi xidmət hesab edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3271/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər heyətində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çavuş heyətində, xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində baş çavuş heyətində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş və xx.xx.2019-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. İddiaçı xx.xx.2010-cu il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, xx.xx.2014-cü il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, xx.xx.2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif olunmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək, onun “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, “Azərba ycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, həmin Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.2001-xx.xx.2019, 18 il 3 ay 17 gün), Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanı ona şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi i lə tənzimlənir. Odur ki, iddiaçıya müraciətinin təmin olunması ilə bağlı aidiyyəti icra orqanına müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun dövlət vəsaiti hesabına mənzillə tə min olunması ilə bağlı müraciətinə cavabdeh tərəfindən əsassız olaraq rədd cavabı verilmişdir. Halbuki o, 2019-cu ildə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən siyahıya alınmış, lakin sonradan cavabdeh tərəfindən qərəzli olaraq həmin siyahıdan çıxarılaraq yerinə başqası mənzillə təmin edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, qanunvericiliyin tələblərinə ziddir.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən, dövlət hesabına mənzillə təmin olunması üçün hərbi qulluqçunun Azərbaycan Ordusunda ən azı 20 təqvim ili xidmət etməsi şərtdir. İddiaçının isə Azər baycan Ordusundakı xidməti 18 il 3 ay 17 gün olduğundan sözügedən Fərman ona şamil oluna bilməz. Buna görə də, iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda ona bildirilmişdir ki, onun xidməti 20 ildən az olduğundan mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir və ona tövsiyə olunmuşdur ki, qeydiyyatda olduğu rayon icra hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etsin.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 26 aprel 2024-cü il tarixli, 2-1(112)-6116/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 n ömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasında və iddiaya qarşı etirazında qeyd olunan bu dəlilləri aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət illəri 20 ildən artıqdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi biletin surətindən və SHXÇDX-nin arayışından görünür ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək (2 il 9 ay 3 gün ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, xx.xx.2001-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (18 il 3 ay 17 gün) Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Ümumilikdə iddiaçı 21 il 4 gün xidmət etmiş hərbi qulluqçudur. İddiaçı həqiqi hərbi xidmət illərində müvafiq olaraq xx.xx.2010-cu ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2014-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, xx.xx.2019-cu ildə isə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur.
10. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.1994-cü ildən xx.xx.2019-cu ilədək qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğundan, onun adının dö vlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına salınmasından imtina edilməsi barədə cavabdehin gəldiyi nəticə əsaslı və qanuni deyildir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğundan iddiaçının sözügedən Fərman ilə nəzərdə tutulmuş hüququ (yəni 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmaq hüququ) 2019-cu ildə yaranmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Namiq Cəfərov və Aytən Oruczadə) 10 oktyabr 2024cü il tarixli, 2-1(103)-3271/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiy yətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli, 210-Xİİ nömrəli Qanunu (xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir) Maddə 1 (xx.xx.1993-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. Maddə 4 (xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan R espublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Maddə 5 (xx.xx.1993-cü il tarixədək qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir. 18. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli, 955-VQ nömrəli Qanunu (xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir) Maddə 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) – Azərbaycan Respublikasının müstəq illiyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; Maddə 1.0.2. Azərbaycan Ordusu – Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; Maddə 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra – başqa silahlı birləşmələr) – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarını n strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
16. Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli, 210-Xİİ nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 19-20, maddə 329; 1992, № 5, maddə 102, № 11, maddə 409; 1993, № 23-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2005, № 7, maddə 576) ləğv edilir. 19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentini n 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada)
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın. 20. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı (xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyada)
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsurs uz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən a şağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi onun “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsinə nail olmaqdan ibarətdir.
27. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsası ondan ibarətdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət dövrü Azərbaycan Ordusunda hərbi xidmətə deyil, digər birləşmələrdə hərbi xidmətə aiddir. Belə olan ha lda, iddiaçının Azərbaycan Ordusundakı xidməti 20 il təqvim ilindən az (18 il 3 ay 17 gün) olduğundan sözügedən Fərman ona şamil oluna bilməz.
28. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, ehtiyata buraxıldığı xx.xx.2019-cu il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olduğundan, onun 2019-cu ildən mənzillə təmin olunmaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. Məhkə mə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, xx.xx.2016-cı il tarixdə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı ilə Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin İ hissəsi aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”
30. Azərbaycan Respublikasının Əsas Qanununa edilmiş həmin dəyişiklik nəzərə alınmaqla “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni xx.xx.2017-ci il tarixli, 955-VQ nömrəli Qanun qəb ul edilmiş, həmin Qanunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yeni məzmunda anlayışı verilmiş, Azərbaycan Ordusu, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 210-Xİİ nömrəli Qanunun qəbul edildiyi xx.xx.1991-ci il tarixdən sonra keçən müddət ərzində yaradılmış Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüvvələrin tərkib hissəsi kimi təsbit olunmuşdur.
31. Qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir.
32. Həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi və ziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli, 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının adında və 1ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” s özləri ilə əvəz edilmişdir.
33. Nəzərə almaq lazımdır ki, həm Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsində, həm də “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” xx.xx.2017-ci il tarixli, 955-VQ nömrəli Qanunda Azərbaycan Ordusu ilə bağlı müddəalar iddiaçının ehtiyata buraxıldığı xx.xx.2019-cu il tarixdən əvvəl təsbit olunmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları, həmçinin kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsini (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-948/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1174/2024 nömrəli qərarları) nəzərə almamış və hazırkı iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
35. Həmin mövqeyə görə, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan hərbi hissələrdə xidmət etmədiyindən, onun Azərbaycan Ordusunda xidmət müddətinin 20 təqvim ilindən az olduğu müəyyən edilir. Belə olan halda, sözügedən Fərmanda təsbit olunmuş şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
37. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qə bul edilməli və iddia rədd olunmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3271/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.