Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-545/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-545/2019) Bakı şəhəri 27 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı 1976-cı il tarixdən 1980-cı il tarixədək X4 oxuduğu illərin, 1980-cı il tarixdən 1984-cü il tarixədək X2 və Mustafayeva (Mahmudova) Günel Məmməd qızına qulluq etdiyi müddətin və 1987-ci il tarixdən 1992-ci il tarixədək Şəki şəhər Toxucu-Trikotaj Sexində toxucu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 09.02.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-389/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1957-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 01.09.1976-cı il tarixdən 30.06.1980-cı il tarixədək X4 təhsil almış, БТ seriyalı, xxxx nömrəli diplomla ona texnik-texnoloq ixtisası verilmişdir. İddiaçı 15.07.1978-ci il tarixdə nikaha girmiş, ona Mustafayeva soyadı verilmişdir. Həmin nikahdan 12.08.1979-cu il tarixdə X2 və 12.05.1981-ci il tarixdə X3 doğulmuş, 04.05.1987-ci il tarixdən 24.12.1992-ci il tarixədək Şəki şəhər Toxucu-Trikotaj Sexində toxucu işləmişdir. (ЖГ seriyalı, 433536 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, Vİ-ЖГ seriyalı, 379492 nömrəli doğum haqqında şəhadətnamə, Vİİ-ЖГ seriyalı, 275887 nömrəli doğum haqqında şəhadətnamə, 0051735 nömrəli əmək kitabçası) İddiaçı ona pensiya təyin edilməsi ilə bağl ı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, müraciət 28.12.2017-ci il tarixdə cavabdehə çatdırılmasına baxmayaraq cavabdeh qanunvericilikdə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1976-cı il tarixdən 1980-cı il tarixədək X4 oxuduğu illərin, 1980-cı il tarixdən 1984-cü il tarixədək X1 və Mustafayeva (Mahmudova) Günel Məmməd qızına qulluq etdiyi müddətin və 1987-ci il tarixdən 1992-ci il tarixədək Şəki şəhər Toxucu-Trikotaj Sexində toxucu işlədiyi illərin sosial sığorta stajına daxil etməklə, hüququnun yarandığı tarixdən, yəni 02.09.2017-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(84)-487/2018 nömrəli qərarı ilə (hakim R.A.Məcidov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə 01.09.1976-cı il tarixdən 30.06.1980-cı il tarixədək X4 təhsil aldığı və 04.05.1987- ci il tarixdən 24.12.1992-ci il tarixədək Şəki şəhər X7 toxucu işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliy i qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-389/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.H.Şükürov, hakimlər: M.M.Hüseynov və R.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli 2-1 (84)-487/2018 nömrəli qərarı qismən, iddiaçının 1980-cı il tarixdən 1984-cü il tarixədək X2 və Mustafayeva (Mahmudova) Günel Məmməd qızına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, iddiaçının 1980-cı il tarixdən 1984-cü il tarixədək X2 və Mustafayeva (Mahmudova) Günel Məmməd qızına qulluq etdiy i müddət sosial sığorta stajına daxil edilmiş, Şəki İnzibati-iqtisadi Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2-1(84)487/2018 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-389/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının 1980-ci ildən 1984-cü ilə kimi uşaqlara qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi tələbi hissəsində iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblər ini pozaraq, işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Belə ki, iddiaçının tələb etdiyi iddia o zaman qüvvədə olan “Dövlət pensiyaçıları” haqqında SSRİ Qanunu ilə tənzimlənir. Həmin qanunun 1-ci maddəsinə əsasən uşağa qulluq müddətinin iş stajı kimi hesablanması nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının müraciət etdiyi müddətdə qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məş ğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, bir sıra müddətlər daxil edilmişdir. Həmin müddətlər içərisində uşağa qulluq müddəti nəzərdə tutulmamışdır. Qeyd olunan normalardan göründüyü kimi, uşağa qulluğa görə müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Məhz buna görə də iddiaçının iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışl ar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüqu qi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində iddiaçının 1980-ci ildən 1984-cü ilə kimi uşaqlara qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək bildirir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:.... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;.... Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının körpə uşaqlarına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi dövr iş stajına daxil edildiyindən apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhk əmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-389/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-545/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-545/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver