Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-545/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (açar söz: diplomun tanınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2452/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıda kı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1971-ci il təvəllüdlü iddiaçı, 2011-ci ildə Ukraynanın XXX Akademiyasının qiyabi şöbəsinə daxil olub 2015-ci ildə həmin Akademiyada X ixtisası üzrə bakalavr təhsili almış, ona 13 oktyabr 2015-ci ildə ******* nömrəli bakalavr dərəcəsi üzrə diplom verilmişdir. Bundan sonra iddiaçı Ukraynanın XXX Akademiyasını bitirməsinə dair 13 oktyabr 2015-ci il tarixli ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçı tərəfindən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi səbəbindən diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. Bundan sonra id diaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukraynanın XXX Akademiyasını bitirməsinə dair 13 oktyabr 2015-ci il tarixli ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-2302/2019 saylı, 19.07.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin bu qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2452/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-2302/2019 saylı, 19.07.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Ukraynanın XXX Akademiyasında 5 il qiyabi təhsil aldığı təsdiq edilmədiyindən cavabdeh orqanın ərizənin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2452/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının Ukraynada ikinci təhsil almasını və buna görə də birbaşa ikinci kursa qəbul olunmasını nəzərə almadan qərar qəbul etmişdir. Halbuki, iddiaçı əvvəllər həm peşə təhsili almış, həm Gürcüstan Respublikasında ali təhsil almış, 2011-2015-ci illərdə isə ikinci təhsil almış, iddiaçının aldığı təhsil qənaətbəxş olduğundan ona diplom verilmişdir. Həmçinin iddiaçıya verilmiş diplom apostil olunmuşdur. Kassator MPM-nin 417.1.4, 418.1, İPM-nin 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2452/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2452/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından məlum olur ki, **.**.1971-ci il təvəllüdlü Iddiaçı, 2011-ci ildə Ukraynanın XXX Akademiyasının qiyabi şöbəsinə daxil olub 2015-ci ildə həmin Akademiyada X ixtisası üzrə bakalavr təhsili almış, ona 13 oktyabr 2015-ci ildə *******nömrəli bakalavr dərəcəsi üzrə diplom verilmişdir. Bundan sonra iddiaçı Ukraynanın XXX Akademiyasını bitirməs inə dair 13 oktyabr 2015-ci il tarixli ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçı tərəfindən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi səbəbindən diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)" Qaydalarının 3.6-cı maddəsinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafıq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil ol maq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı iş üzrə Ukraynanın XXX Akademiyası tərəfindən 13.10.2015-ci ildə verilmiş ******* saylı nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətinə əsasəm Iddiaçı həmin Akademiyanı “X ” istiqaməti üzrə bitirmiş, Dövlət İmtahan komissiyasının qərarı ilə ona “X ” ixtisası üzrə bakalavr ixtisası verilmişdir. Ukraynanın XXX Akademiyası tərəfindən 13.10.2015-ci ildə verilmiş ******* saylı nömrəli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətinə əsasən Id diaçı təhsil forması qiyabi olmuş, qiyabi təhsil müddəti 4 il nəzərdə tutulmuş, təhsil dili rus və ingilis dili olmuşdur. Ukraynanın XXX Akademiyasının cavabdeh orqanın sorğusuna 25.04.2016-cı il tarixli cavab məktubunda iddiaçının 2013-2015-ci illərdə həmin akademiyada qiyabi təhsil aldığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının qiyabi təhsil aldığı müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan az olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Göründüyü kimi, iddiaçının qiyabi forma üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına cavab verməmişdir. İddiaçı kassasiya Ukraynanın XXX Akademiyasında ikinci ali təhsil aldığını, daha əvvəl Gürcüstan Respublikasında ali təhsil aldığını qeyd etsə də, Ukraynanın XXX Akademiyasına daxil olmamışdan əvvəl ali təhsil alması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtləri n mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə hazırkı iş üzrə cavabdeh iddiaçıya Qaydaların 3.7-cı maddəsinə uyğun olaraq imtina cavabı verdiyini əsaslandırmış, bunun əksi isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı aldığı diplomun ölkə ərazisində tanınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, inzibati orqanın imtinası əsaslı olmuşdur. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəl lənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2452/2019 saylı 07 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-545/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-545/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver