Məhkəmə qərarları › İş №2-1(102)-545/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-545/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-545/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabd eh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1795/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur.

2. İddiaçınin əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinə qədər 94 saylı peçə məktəbində oxumuş, xx xxxx 1978ci ildə Bakı Mebel Yiğma Kombinatına DSP sexinə quru yonqar bunkerçisi vəzif əsinə qəbul edilmiş, xx xxxx 1978-ci ildə elektrik sexinə elektrokar sürücüsünün şagirdi vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci ildə 3-cü dərəcəli elektrokar sürücüsü peşəsi verilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə əvvəlki iş yerinə bərpa edilmiş, xx.xx.1979-cü ildə həqiqi hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildə qenidən həmin müəssisədə elektrik sexinə 3-ü dərəcəli elektrokar sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə müəssisənin yenidən təşkili ilə əlaqədar Bakı DSP zavoduna keçirilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə X1 Xidməti Kombinatı, Mebelin təmiri üzrə rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişd ir. xx.xx.1986-xx.xx.1989-cu illərdə Xaçmaz rayonunda fəaliyyət göstərmiş “Rusiya” sovxozunda işləmişdir. xx.xx.1989 - xx.xx.1990-cı illərdə “Xaçmaz” aqrofirmasının üzüm emalı zavodunda fəhlə, xx.xx.1990-xx.xx.1994-cü illərdə Xaçmaz rayonu “Rusiya” sovxozunda mühəndis, xx.xx.1997-xx.xx.1998-ci illərdə 38 saylı Xaçmaz TTSMD-də 2 ci dərəcəli fəhlə işləmişdir. xx.xx.2006-cı ildə 15 saylı X2 Özülünə 4-cü dərəcəli neft qaz qazma qurğularının motorcusu peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə 1887 saylı DSÖ-nə 4-cü dərəcəli neft qaz qazma qurğularının motorçusu keçirilmiş, xx.xx.2008-ci ildə 1887 saylı DSÖ-nə 4-cü dərəcəli qazma qurğusunun motorçusu keçirilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə “X3” tresti “Neft Daşları” X5 idarəsində 4-cü dərəcəli qazma qurğusun un motorçusu peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək (2020-ci ilin oktyabr ayınadək) “Neft Daşları” İstehsalat bölümündə qazma qurğusunun motorcusu peşəsində çalışmışdır.

3. İddiaçı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xahişini təmin etməmiş və 26 dekabr 2019-cu il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, xx xxx 1978-ci il tarixli İT-İ0292927 nömrəli ə mək kitabçasında xx.xx.1978-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən hal-hazırki dövrədək işləməyi barədə illəri nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə 60 yaşının tamam olması ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərara əsasən “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 10.1 Neftin qazılması və hasilatı, neft qaz kondensatı kömür və şiştin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə zərərli sahədə işləməyi ilə bağlı əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciəti nəticəsiz qalmışdır. Cavabdeh onun xx.xx.1978-ci ildən xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməsi arxiv arayışları əsasında təsdiq olunduqdan sonra tələbinə baxılacağını bildirmişdir. “X3” Tresti tərəfindən verilmiş SOCAR **********81200601B00015 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışında da onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərara əsasən “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1 Neftin qazılması və hasilatı, neft qaz kondensatı kömür və şiştin emalı bölməsinə əsasən hal-hazıradək olan güzəştli əmək stajının 12 il olması öz əksini tapmışdır.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ümumi stajı tam deyil.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2823/2020 saylı qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1978-xx.xx.2006-cı illərdə işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajını sübut edən əsas sənə d əmək kitabçası idi. İddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilmiş, həmçinin sovxozda işləməyə dair arxiv arayışı təqdim edilmişdir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək iddianın rədd edilməməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1795/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2823/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi, iddia nın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində etirazda, imtina məktubunda və apelyasiya şikayətində əksini tapmış dəlillər təkrarlanmışdır. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə onun çıxışı dinlənilmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. M addə 7.Yaşa görə əməmk pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hrsabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər ş əxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 30.Ə mək pensiyasını təyin edən orqan 30.1.Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. 19. "Vətəndaşların pensiya təminatı haqqında" Qanun (1974-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

21. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan o lunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vax tında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 60 yaşına çatmış olsun; bu şəxs azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun.

28. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

29. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina edərkən “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə istinadən bildirir ki, onun əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.2006-cı ilədək müxtəlif müəsisələrdə işləməsi barədə qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilər.

30. Apelyasiya instansiyası məhkəməsi isə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X3” Trestinin SOCAR**********81200601B00015 saylı xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən həqiqətən SOCAR “X3” trestinin müxtəlif idarələrində güzəştli şərtlərə təqaüdə çıxmaq hüququ verən peşələrdə işləmişdir.” Bayıl limanı” X4 İdarəsi üzrə: xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək 15 və 1887 saylı X2 Özülündə neft-qaz qazma qurğularının motorçusu, “Neft Daşları” X5 İdarəsi üzrə: xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək 1887 və 2150 saylı DSÖ-də qazma qurğusunun motorçusu, “X3” trestinin bölümləri üzrə: xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək “Neft Daşları” İstehsalat bölümünün 2150 və 740 saylı DSÖ-lərdə qazma qurğusunun motorçusu, xx.xx.2018-ci ildən hal-hazıradək Logistika bölümü, Vışkaquraşdırma sahəsində vışka quraşdırma peşəsində işləyir. SOCAR “X3” tresti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli 10.1 qərarına əsasən hal-hazıradək olan güzəştli əmək stajı - 13 ildir.

31. Məhkəmə kollegiyası iddiaçının əmək kitabçasında göstərilənləri və arayışda əksini tapmış məluma tları (işçinin əmək funksiyalarını) Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ında olan müvafiq təsnifatların fərqləndirici meyarları ilə tutuşdurub o nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi peşələrin siyahı üzrə eyniləşdirməsi düzgündür.

32. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensa tı, kömür va şistin emalı) bölməsində 10.1. a) “qazma qurğularının motorçuları” peşəsi güzəştli iş kimi nəzərə alınmışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, qazma işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan motorçular insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Həmçinin məhkəmə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli iş yerindən arayışda iddiaçının xx.xx.2018-ci ildən hal-hazıradək (xx.xx.2019-cu il) vışkaquraşdırma sahəsində vışka quraşdıran peşəsində işlədiyi qeyd edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1 bölməsində isə qüllə quraşdıranlar qeyd edilmişdir.

33. Bu qərarın 20-ci bəndində qeyd olunduğu kimi “Əmək pensiyaları haqqınd a» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

34. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayışlar təqdim olunmuşdur.

35. İddiaçının fərdi hesabının hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçıya pensiya təyin olunması məsələsinə əmək kitabçasında xx.xx.2006-cı ilədək əksini tapmış qeydlərin arxiv arayışları ilə təsdiqləndikdən sonra baxıla bilməsi barədə c avabdehin dəlilləri ümumiyyətlə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Bu normada bəhs olunan “siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlər“ dedikdə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçir ilməsi və ödənilməsi Qaydaları» ilə müəyyən edilmiş sənədlər başa düşülür. Həmin Qaydalara 2 nömrəli əlavədə əmək pensiyalarının təyin edilməsi üçün zəruri sənədlərin siyahısı müəyyən edilərək göstərilir ki, növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün əlavə olaraq şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Bu normaların təhlilindən görünür ki, iddiaçı pensiya təyin olunması üçün müraciət edərkən əmək kitabçasında olan qeydləri təsdiqləyən arxiv arayışlarını təqdim etmək vəzifəsi daşımır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "V ətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi iş stajını subut edən əsas sənədin əmək kitabçası olduğunu müəyyən edirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları da sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının məhz əmək kitabçası əsasında PAS-a daxil edilməsini müəyyən edir. Bu halda inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina etməsi, “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsinin tələblərinə ziddir. Çünki inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onl arın həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əgər təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr varsa, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Baxılan işdə iddiaçının əmək kitabçasında olan məlumatların yoxlanması üçün üçün inzibati orqanın özü tərəfindən araşdırma aparması müəyyən edilmir. Əmək kitabçasında olan qeydləri şübhə altına almağa imkan verən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır.

35. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcuddur və apelyasiya məhkəməsi də məhz bu əsasla iddianın təmin olunmasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1795/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar