Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-545/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər: X17, X6, X22, X18, X19 və X23) qarşı “torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-197/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Əraz i İdarəsinin 10 mart 2022-ci il tarixli və 17 iyun 2022-ci il tarixli məktublarına əsasən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatlarında mövcud uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə müraciət edilən Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsi JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X24, X29 və İddiaçı1 adına işlənib hazırlanmış, lakin aparılan araşdırma zamanı şəhadətnamədə üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında 1,86 ha həyətyanı torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə v ətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. X3 və ailə üzvlərinə məxsus Bərdə rayonu Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə elektron baza məlumatlara arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması məlum olmamışdır, həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda uyğunsuzluğun düzəldilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
2. Azərbaycan Respu blikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin “məlumatın təqdim edilməsi barədə” ərizəsində qeyd olunmuşdur ki, X4 adına Bərdə rayonu, Şərəfli kəndində JN-72A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X4 adına 5 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayon, Xanərəb kəndində JN-0058 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 3,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmiş, 26 oktyabr 2013-cü il tarixli, 4ə-930 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 adına özəlləşdirilmişdir. 3. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kənd sakinləri X24, X20, İddiaçı1 1,86 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
4. Bərdə rayonu Şərəfli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X24 və ailə üzvləri X21, X15, X17, X10, X30, X25, X26, X11 qanuni istifadəsində 0,27 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin məktubu ilə təqdim edilən Bərdə RİHB Xanərəb kənd İƏD nümayəndəliyinin Şəhriyar kolxozunun islahat ilə əlaqədar Xanərəb kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşlarını n siyahısında X24, X16, İddiaçı1 adının qarşısında 0,27 ha torpaq sahəsi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə (üçüncü şəxslər: X17, X6, X22, X18, X19 və X23) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X12, anaları X16 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X7, X2, X13, X8, X9 və X14 adlarının çıxarılmalarına, onların yerinə həmi n elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçının məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olaraq iş üzrə İddiaçı1 tanınması, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998- ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X12, anaları X16 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X7, X2, X13, X8, X9 və X14 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri-ataları X12, anaları X16 və onun adına verilmiş JN029B, KOD 61019028 olan torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ayrılmışdır. Lakin şəhadətnamədə 3 nəfərin adı qeyd olunmasına baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin üç nəfərə deyil, səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Tərəflərindən cavabdeh orqana ərizə ilə müraciət edərək əsassız olaraq qeydiyyatda olan altı nəfər şəxslərin adları elektron baza məlumatlarından çıxarılması, onların yerinə onun (İddiaçı1) adının həmin elektron bazaya daxil edilməsi qeyd edilmişdir. Adları əsassız olaraq onlara aid torpaq sənədi ilə əlaqəli elektron məlumat bazasına daxil edilmiş şəxslər onların qardaşı arvadının və onun uşaqlarının adlarıdır. Lakin təəssüf ki cavabdeh orqan onlara verdiyi 10 mart 2022-ci il tarixli, **********53 saylı məktubla mübahisə ilə bağlı məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir.
9. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsi JN- 029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X24, X29 və İddiaçı1 adına işlənib hazırlanmışdır. Lakin aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəri təçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçının mərhum atası X24 və ailə üzvlərinə məxsus Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatları arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması, eyni zamanda JN-029B saylı şəhadətnamədə İddiaçı1 adının olmasına baxmayaraq elektron baza məlumatlarında onun adının qeyd olunmaması Ərazi İdarəsinə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
10. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-1201/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Axundov) İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi ilə əlaqədar elektron məlumat bazasından adların çıxarılması və iddiaçının adının həmin elektron baza məlumatlarına daxil edilməsi barədə iddiası rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndi üzrə pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında iddiaçı və ailə üzvləri ilə birlikdə X7, X2, X13, X8, X9 və X14 da adları yazılmışdır. Belə olan halda həmin şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması istisna olunur. Başqa sözlə elektron baza məlumatları ilkin sənəd olan Bərdə Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxslərin adları olduğu halda elektron baza məlumatlarından adların çıxarılması yolverilməzdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-197/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayıl mamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə də riayət edilməsi müəyyən olunmur. İşə baxmış birinci instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür.
15. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin in qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.
16. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edil məsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın iddianın mümkünlüyü məsələsini mübahisələndirməməsinə baxmayaraq, hətta biz apellyasiya verdikdən sonra da cavabdeh inzibati orqanın apellyasiya şikayətimizə qarşı etirazını təqdim etməməsi də onu deməyə əsas verir ki, apellyasiya instansiya məhkəməsi mahiyyəti üzrə qərar qəbul etməmişdir. Mən elektron bazadakı adların çıxarılmasını və mənim adımın həmin elektron bazaya daxil edilməsini mübahisələndirir, hansısa dövlət aktının etibarsızlığından və ya ləğvindən söhbət getmir. Hətta cavabdeh qurum da mənə verdiyi məktubunda açıqca qeyd edir ki, həmin adlar texniki yanlışlıqla həmin bazaya əlavə edilmişdir.
19. Bundan başqa, məhkəmənin öz qərardadında da qeyd etdiyi kimi mərhum atam X24 21 oktyabr 2017-ci il tarixli vəsiyyətnamə ilə bütün daşınar və daşınma z əmlakını bacım İddiaçı2 bağışlayıbdır. Bu faktın özü də gözlənilən hüquqlarının məhkəmə tərəfindən nəzərə alınmadığını təsdiq edir.
20. Həmçinin, tələbi 3-cü şəxslərin adlarının mərhum valideynləri –atası X12, anası X16 və özünün (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028olan torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 1.86 ha. fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına onun adının daxil edilməsinə dair idi.
21. Bu ndan başqa, məhkəmə özü də bilə bilə ki 3-cü şəxslərin adları rəsmi şəhadətnamə ilə deyil, sadəcə əl yazısı olan hansısa formal kağız əsasında elektron bazaya daxil edilibdir və söhbət 0.27 hektardan gedir 1.86 dan getmir bu faktı məhkəmə onun iddiasının təmini üçün əsas hesab etməmiş və 3-cü şəxslərin adlarının elektron bazadan çıxarılması məsələsini yanlış olaraq hansısa rəsmi sənədin ləğvi və ya etibarsızlığı formasında təfsir edərək, gözlənilən hüququnu pozmuşdur.
22. Məhkəmə eyni zamanda iddianın mahiyyətindən kənara çıxan daha bir prosessual və maddi hüquq pozuntusuna yol vermişdir: Belə ki, iş materiallarından da göründüyü kimi, 3-cü şəxslərin özlərinə məxsus pay torpaq sahələrinə dair rəsmi sənədlərinin olduğu və eyni zamanda həmin rəsmi sənədlə onlara torpaq sahəsi ayrılması məhkə mənin qərardadında qeyd etdiyi kimi 3-cü şəxslərin hüquqi maraqlarının və onların gözlənilən hüquqlarının dövlət qeydiyyatına əsaslılıq və ya əsassızlıq vermir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli say da və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət ü zrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məlum olduğu kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X17, X6, X22, X18, X19 və X23) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X12, anaları X16 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X7, X2, X13, X8, X9 və X14 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
28. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olaraq iş üzrə İddiaçı1 tanınması, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998- ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndində mərhum valideynləri – ataları X12, anaları X16 və onun (İddiaçı1) adına verilmiş JN-029B, KOD 61019028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 1.86 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsi ilə əlaqəli elektron məlumat bazasından Bərdə rayonu, Xanərəb kənd sakinləri X7, X2, X13, X8, X9 və X14 adlarının çıxarılmalarına, onların yerinə həmin elektron baza məlumatlarına İddiaçı1 daxil edilməsinə və bu vəzifələrin icrasının cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsində bildirilmişdir ki, Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsi JN- 029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X24, X29 və İddiaçı1 adına işlənib hazırlanmışdır. Lakin aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq sahibləri üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında sözügedən 1.86 ha torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İddiaçının mərhum atası X24 v ə ailə üzvlərinə məxsus Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1.86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatları arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması, eyni zamanda JN-029B saylı şəhadətnamədə İddiaçı1 adının olmasına baxmayaraq elektron baza məlumatlarında onun adının qeyd olunmaması Ərazi İdarəsinə məlum deyildir. Həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin uyğunsuzluğun düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
30. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1201/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
31. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-1201/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir.
32. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 2-1(104)-197/2023 nömrəli, xx.xx.2023-cü il qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-21(114)-1201/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qənaətinə gələrkən, belə hesab etmişdir ki, “iddiaçının elektron siyahıya əlavə edilməsi mümkün olmadığından, hazırkı tələb üzrə elektron baza məlumatlarından “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamədə adları qeyd edilməyən şəxslərin çıxarılmaları hüquqi marağına və onun g özlənilən hüquqlarının dövlət qeydiyyatına əsas olmayacaqdır. Bundan başqa “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnamənin verilməsinə əsas olan Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı- inzibati akt da hazırda qüvvədədir və həmin qərar əsasında verilmiş və tərtib olunmuş subyektlərin siyahısında və elektron bazada hər hansı dəyişikliklərin aparılması da mümkün deyildir. Başqa sözlə iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə də riayət edilməsi müəyyən olunmur. İşə baxmış birinci instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın r ədd olunması barədə qərar qəbul etmişdir. Belə ki, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür.”
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının iş üzrə gəldiyi həmin qənaəti ilə razı olmamaqla yanaşı, sözügedən nəticəni yanlış hesab edir, ona görə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən işin bütün hallarını tam və hərtərəfli araşdırmamışdır.
34. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-029B, KOD 61090028 nömrəli şəhadətnaməyə əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kənd sakinləri X24, X20, X5 1,86 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
35. İddiaçının anası olan X29 xx.xx.2016-cı il tarixdə, atası olan X24 isə xx.xx.2020-ci il tarixdə vəfat etmiş, hazırda sözügedən şəhadətnamədə iddiaçının adı qalmışdır. Yəni, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn olması işin mübahisələndirilməyən halıdır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını rədd edərkən qərarında göstərmişdir ki, “Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu, Şərəfli kəndi üzrə pay torpaq sahəsi almaq hüququ olan şəxslərin siyahısında iddiaçı və ailə üzvləri ilə birlikdə X7, X2, X13, X8, X9 və X14 da adları yazılmışdır. Belə olan halda həmin şəxslərin adlarının elektron baza məlumatlarından çıxarılması istisna olunur.”
37. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi öz qərarında Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 saylı qərarına istinadən yazır ki,... Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı – inzibati akt da hazırda qüvvədədir və həmin qərar əsasında verilmiş və tərtib olunmuş subyektlərin siyahısında və elektron bazada hər hansı dəyişikliklərin aparılması mümkün deyildir.”
38. Göründüyü kimi, hazırkı iş üzrə gəldikləri nəticələrin fərqli olmasına baxmayaraq, hər iki məhkəmə, məhz yuxarıda göstərilmiş qərara əsaslanır.
39. Lakin, xüsusi olaraq qeyd edilməlidir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarının özü iş materiallarında mövcud deyildir.
40. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən qərar tələb edilməli, tam və hərtərəfli araşdırılmalı və orada nə göstərildiyi müəyyən edilməlidir, işdə olan cədvəl və siyahı adıçəkilən qərarı əvəz edən sənədlər kimi qəbul edilə bilməz.
41. Məlum olduğu kimi MPM-in 82.1-ci maddəsinə görə (İPM-in 1.2-ci maddəsinə istinadən) hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
42. Yəni, cavabdehin daşınmaz əmlaka dair elektron baza məlumatları ona maraqlı şəxs tərəfindən təqdim edilmiş həmin daşınmaz əmlaka mülkiyyət, istifadə və ya icarə barədə hüquqmüəyyənedici sənədlər əsasında formalaşır. Yəni, bu məsələdə mütləq qaydada uyğunluq olmalıdır.
43. İş materiallarından isə göründüyü kimi iddiaçıda, yeganə qanuni hüquqmüəyyənedici sənəd sayılan mübahisəli 1,86 hektar torpağın mülkiyyətə verilməsinə dair (JN-029B, KOD ********) şəhadətnamə (şəhadətnamə 1943 nömrə ilə Bərdə rayon torpaq şöbəsində qeydə alınmışdır) mövcud olduğu, iddiaçının anası və atasının vəfat etdikdən sonra, onun şəhadətnamədə adının tək qaldığı halda, cavabdehin elektron baza məlumatlarında torpaq sahəsinin qanuni mülkiyyətçisi olan iddiaçının adı yoxdur, amma başqa 6 (altı) nəfər şəxsin adları vardır.
44. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 saylı Bərdə Ərazi İdarəsinin 10 mart 2022-ci il tarixli, **********53 nömrəli və 17 iyun 2022ci il tar ixli, **********40 nömrəli məktublarından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə elektron baza məlumatlarında mövcud uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə müraciət edilən Bərdə rayonu, Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsi JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X24, X29 və İddiaçı1 adına işlənib hazırlanmış, lakin aparılan araşdırma zamanı şəhadətnamədə üç nəfər olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan elektron baza məlumatlarında 1,86 ha həyətyanı torpaq sahəsinin səkkiz nəfərə məxsus olması qeyd olunmuşdur. Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində ola n həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. X3 və ailə üzvlərinə məxsus Bərdə rayonu Şərəfli kəndi ərazisində yerləşən 1,86 ha həyətyanı torpaq sahəsinin JN-029B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə elektron baza məlumatlara arasında hansı səbəbdən mövcud uyğunsuzluğun olması məlum olmamışdır, həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda uyğunsuzluğun düzəldilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir.
45. Beləliklə cavabdehin sözügedən məktublarından anlaşı lır ki, bu cür anormal vəziyyətin yaranmasında təqsirkar təşkilat, cavabdehin qənaətinə görə ləğv edilmiş və artıq mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələridir. Buna görə də cavabdeh həmin uyğunsuzluğun hansı səbəbdən olmasını aydınlaşdıra bilməmişdir, halbuki ləğv edilmiş sözügedən təşkilatlardan cavabdehə daxil olduğu zaman, cavabdeh adıçəkilən sənədləri tam və hərtərəfli araşdırmalı, eyni zamanda həmin 6 (altı) nəfərin yuxarıda göstərilmiş şəhadətnamədə olmadığı halda hansı hüquqi əsaslara görə onların baza məlumatlarına necə daxil olmalarını, iddiaçının 1,86 hektar torpaq sahəsinin qanuni mülkiyyətçisi olduğu halda (adı şəhadətnamədə tək qalmaqdadır) hansı səbəbə görə baza məlumatlarına cavabdeh tərəfindən daxil edilməməsini, sənədlər üzrə araşdırma lı və bunun səbəbini müəyyən etməli idi.
46. Başqa sözlə cavabdehin bu məsələyə münasibəti formal və səthi olmuşdur.
47. Apellyasiya məhkəməsi işə təkrar baxarkən bütün yuxarıda göstərilənləri əlavə sübutlar da tələb etməklə tam və hərtərəfli araşdırmalıdır, bunu nəticəsində də iş üzrə qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-197/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli q ərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.