Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-546/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mərhum ərinin adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçının mərhum əri X2 ad ının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin siyahısına yazılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2091/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının mərhum əri X5 hərbi xidmətdə olan zaman xx.xx.1993-cü ildə Gəncə şəhərində həlak olmuşdur.
2. Bununla bağlı iddiaçıya xx.xx.2000-ci ildə Gəncə şəhəri Kəpəz rayon ƏSMM tərəfindən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə verilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövl üyü uğrunda həlak olmuş və hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün Dəvlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ona cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Əhalinin Sosial Müdafiə Nazirliyinə təqdim olunmuş siyahılarda X3 adə qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 31 yanvar tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X2 adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olanların siyahısına yazılması vəzifəsini n cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X6 hərbi xidmətdə olan zaman xx.xx.1993-cü ildə Gəncə şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda həlak olmuşdur. Bununla bağlı iddiaçıya şəhid ailəsi statusu verilmişdir. Lakin buna baxmayaraq iddiaçının mərhum əri X2 adı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018- ci il tarixli fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün cavabdeh tərəfindən tərtib edilən siyahıya daxil edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1306/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (M.Hacıbəyova)iddia təmin edilmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2091/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər V.Baxışova, E.Nağıyeva, H.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri X2 hərbi xidmətdə olarkən və hərbi vəzifəsini icra ed ərkən xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində törədilən özbaşınalıq zamanı vəfat etdiyi işin mübahisəsiz halı olduğundan, onun məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən hərbi əməliyyat zamanı həlak olduğu məhkəmə araşdırmaları zamanı təsdiq edilmədiyindən iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil.
10. İddiaçıya şəhid ailəsi statusu verilməsi barədə işdə sübutlar olsa da, ona şəhid ailələrinə ödənilən müavinətlərin təyin edilməməsi və ödənilməməsi təsdiq edir ki, bu status dövlət orqanı tərəfindən sonradan ləğv edilmiş, iddiaçı inzibati orqanın statusun ləğvi barədə qərarını mübahisələndirməmişdir. Halbuki iddiaçının nümayəndəsi və vəkilinin izahatına əsasən iddiaçıya şəhid ailəsi kimi müavinətlə rin ödənilməsi 2006-cı ildən dayandırılmışdısa iddiaçı statusunun ləğv edildiyini ən azı hamin ildən bilmiş və ya bilməli olmuşdur.
11. Birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları aydınlaşdırılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarında olan sənədlərdən və arayışlardanda görünür ki, mərhum X7 hərbi toplanışa çağrılmaqla hərbi hissədə qulluq etmiş və vəfat etmişdir. Necə ola bilər ki, mərhum əri X5 ilə bir gündə eyni tarixdə həlak ol muş Ələkbərov Mehman şəhid hesab edilməklə ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı şamil edilir? Bu ayrı seçkilikdir.
14. Qeyd olunan Fərmanın giriş hissəsinin 2-ci bəndində göstərilir ki, bu Fərmanın məqsədi, bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanuni qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Mə hkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
16. Müdafiə Nazirliyinin nümayəndəsi X8 və vəkili Fəxrəddin Səfərov kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdilər.
17. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası hə mçinin iddiaçının vəkilinin məhkəmə proseslərinin üst-üstə düşməsi səbəbindən məhkəmə iclasının təxirə salınması barədə vəsatətini təmin etməmişdir. Belə ki, vəkil bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Qanun Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
19. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşə n və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Madd ə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin hüququ əsası kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 saylı fərmanına istinad edilmişdir. Həmin Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və dax ili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.
24. Fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1 -ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
25. Fərmanın xx.xx.2019-cu il tarixdən dəyişdirilmiş 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.
26. Fərmanın 5-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etmək və üç ay müddətində Azərbaycan Re spublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilmişdir.
27. İddiaçı tərəfindən məhkəməyə mərhum əri X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olduğunu təsdiq etmək üçün təqdim etdiyi sübutlar apelyasiya instansiyası tərəfindən araşdırılmışdır.
28. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Təşkilat- Səfərbərlik İdarəsi tərəfindən göndərilmiş “1997-ci ilin avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbu qulluqçuların siyahısı”nda X2 adı (№1715) vardır.
29. Cavabd eh orqan tərəfindən göndərilmiş siyahı üzrə araşdırma aparılaraq sorğular verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin cavabdehin sorğusuna xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı həmin qurumdan “Şəhid ailəsi" olduğuna görə Prezident təqaüdü almır.
30. İddiaçı ərizələrində 2006-cı ilədək ona şəhid ailəsi kimi müavinət ödənildiyini göstərsə də, işə apelyasiya qaydasında baxılarkən məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, iddiaçıya şöbədən şəhidliklə bağlı müavinət və təqaüd təyin olunmamışdır.
31. Cavabdehin nümayəndəsi izahatı nda göstərmişdir ki, 2007-ci ildə şəhid ailəsi statusu almış şəxslərə bu statusun düzgün verilib-verlməməsi ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən komisiyalar yaradılmış, bu statusu düzgün almamış şəxslərin statusu komissiyanın qərarı ilə ləğv edilmiş və onlara ödənilən müavinətlər dayandırılmışdır.
32. İddiaçının ərinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması faktını təsdiq edən sübut təqdim olunmamışdır. M.Cəfərov Gəncə şəhərində həlak olmuşdur. Halbuki, Gəncə şəhəri hərbi əməliyyatlar sahəsi olmamışdır. İddiaçının təqdim etdiyi N saylı hərbi hissəyə aid kserosurət olan arayışda əksini tapmış “Gəncə şəhərində törədilən özbaşınalıq zamanı həlak olması” barədə məlumat da iddianın təmin olunması üçün yetərli əsas deyildir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2091/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.