Məhkəmə qərarları › İş №2-1(102)-546/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-546/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-546/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbə sinin nümayəndəsi və vəkili Vəkil Həsən oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə qarşı (bundan sonra cavabdeh) qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1939/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən 61 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tar ixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1661/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.

3. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1661/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1939/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Ca vabdeh apelyasiya məhkəməsinin qərarını xx xxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2021-ci il tarixdə kasasiya şikayətini poçta təqdim etmişdir.

6. Cavabdehin kasasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən kasasiya şikayətinin mümkünlüyünə baxılması barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, apelyasiya məhkəməsinin qərarından şikayət üzrə müddət onlar tərəfindən buraxılmamışdır. Apelyasiya məhkəməsinin qərarını xx xxxxxx 2020-ci ildə almış, xx xxxxxx 2021-ci ildə şikayət poçta təqdim edilmişdir.

8. Cavabdehin nümayəndəsi poçt qəbzini məhkəmə kollegiyasına təqdim etmişdir.

9. İddiaçı iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edi lən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu ba rədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

11. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanu ni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

12. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət müha kiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

13. Apelyasiya məhkəməsi qərarın surətini cavabdehə göndərmiş, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qərardadı almışdır (səh. 142).

14. Cavabdehin imzaladığı kasasiya şikayəti xx xxxxxx 2021-ci ildə poçta təqdim edilmişdir (səh.149). Kasasiya məhkəməsinin mövqeyi

15. Cavabdeh kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması xx xxxx 2021-ci il tarixə təyin edilmişdi r. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş cavabdehə məhkəmə bildirişi göndərilmişdir.

16. Cavabdeh tərəfindən mübahisə olunan məhkəmə sənədi xx xxxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxxxxx 2021-ci il tarixdə poçta təqdim edilmişdir.

17. Cavabdehin kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti xx xxxxxx 2021-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür.

18. Kasasiya şikayəti cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə təqdim edilməmişdir.

19. Cavabdehin vəkili məhkəmə kollegiyasına poçt sənədi təqdim edərək kasasiya şikayətini xx xxxxxx 2021-ci ildə poçta təqdim etdiyini, bu səbəbdən şi kayət üzrə müddətin buraxılmadığını bildirib şikayətin mümkün sayılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işdə olan kasasiya şikayətinə əlavə edilmiş cavabdehin nümayəndə və vəkili Vəkil verdiyi etibarnamədə onun tərtib edilmə tarixi xx xxxxxx 2021-ci il qeyd edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş etibarnamənin ondan 4 gün əvvəl, yəni xx xxxxxx 2021-ci ildə tarixdə poçta təqdim edilməsi istisna edilir.

21. Digər tərəfdən, cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə kollegiyasına təqdim etdiyi kasasiya şikayətinin xx xxxxxx 2021-ci ildə poçta təqdim edilməsinə dair sənəd etibarlı sayılsa belə, həmin sənədə görə şikayət üzrə müddət 2 gün buraxılmışdır.

22. Belə ki, İPM-in 23.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarına qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır.

23. Məhkəmə aktı xx xxxxxx 2020-ci ildə təqdim edildiyinə görə şikayət üzrə son müddət xx xxxxxx 2021-ci il hesab edilir.

24. Beləliklə, cavabdehin kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

25. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegi yasının 2-1(103)-1939/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar