Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-546/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Kiçik Müəssisəsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Kiçik Müəssisəsi” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövl ət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2-1(105)-90/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1 Dövlət Sosial X2 rayon şöbəsi cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2017-cı il tarixə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə Quba rayon şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 21(85)2319/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.
3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli, 21(105)-28/2018 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2017- ci il tarixli qərarı dəyişdirilərək, cavabdehdən 01 yanvar 2017ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pulun əmlakın satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisa di Kollegiyasının 21(102)- 1456/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 aprel 2018-ci il tarixli, 2-1 (105)-28/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, “Fərid" Kiçik Müəssisəsindən 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc pulun tutulması qərara alınmasına baxmayaraq, 24.439 manat 33 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borc müəssisənin şəxsi hesab vərəqəsindən silinmədiyindən iddiaçı həmin borcun silinməsi üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişdir.
6. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmiş dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 manat borcun və həmin borca hesablanmış faizlərin silinməsi öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyi və 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
8. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, cavabdeh qismində yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin 3 saylı Ərazi Vergilər İdarəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin cavabında qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa olaraq cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi ilə əlaqədar olmadığı üçün həmin qərar borcun silinməsi üçün əsas olmaması göstərilmişdir. Lakin hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsi ona qarşı 57.997 manat 56 qəpik məbləğində borc tələb etsə də, məhkəmə həmin borcun 24.439 manat 33 qəpik məbləğində hissəsini təmin etməmişdir. Təmin edilməyən hissədə borcun yenidən tələb olunması isə absurdur. Bundan başqa 3 saylı Ərazi Vergilər İdarəsi müraciətlərinə cavabda borcla bağlı Azərbaycan Respublikası Mülki Məcəllə sinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarını əsas gətirmiş, lakin məhkəmə qərarı qəbul edilən zaman yəni 06 aprel 2018- ci il tarixdə həmin qərar olmadığı üçün qərar onlara tətbiq edilə bilməz. Ona ünvanlanmış məktubda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etməsi, həmin qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilməməsi qeyd edilmişdir. Ona ünvanlanmış məktubda mövcu d qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətə məhdudlaşdırılması qeyd edilmiş, Konstutusiya Məhkəməsinin sözgedən qərarına istinad olunaraq dolayısı ilə ondan məhkəmə qərarı ilə silinmiş borc tələb edilmişdir. Bununla bağlı bildirir ki, məcburi sosial sığorta haqqı üzrə borcun tutulması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1456/2018 saylı qərarı 10 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və həmin qərar dərhal qüvvəyə minmişdir. Hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı isə ilə 24 aprel 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni Konstitusiya Məhkəməsinin qərarı qəbul edilən vaxt artıq 10 oktyabr 2018-ci il tarixdə Azərbayca n Respublikası Ali Məhkəməsinin qərarı qüvvəyə minmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinin şərh edilməsinə dair qərarına istinad olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarında tutulması göstərilməmiş borcun ondan tələb olunması Azərbaycan Respublikası Konstutisiyasına ziddir. Belə hal onun vəziyyətinin pisləşməsinə gətirib çıxarır və bununla razı deyildir.
10. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, iddia ərizəsində istinad edilən məhkəmə qərarlarında İddiaçı MMC-dən xx.xx.2017-ci il tarixə yaranmış məcburi dövlət sosial sğorta haqları üzrə 33558,23 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçı nın xeyrinə tutulması qət etmiş, 24439,33 manat borc pulun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmə qərarlarında iddianın təmin edilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinə və Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında qanununa istinad etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 24 aprel 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (xx.xx.2019-cu il tarixdə “Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir). Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının M ülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmır. Həmçinin, araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial X2 rayon şöbəsindən alınmış məlumata əsasən xx.xx.2019-cu il tarixədək İddiaçı MMC-yə məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarına Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcl arın tənzimlənməsi” haqqında qanunun tətbiq edildiyi və eyni zamanda borcların bir qisminin silindiyi müəyyən olunmuşdur. Yuxarda qeyd edilən məhkəmə qərarlarında “X1" MMCnin şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların silinməsi nəzərdə tutulmadığına görə, həmin borcların silinməsi barədə 3 saylı Ərazi Vergilər İdarəsinə icra sənədi daxil olmamışdır
11. Sumqayıt İnzibati Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, 2-1(118)-793/2020 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcdan 24.439,33 (iyirmi dörd m in dörd yüz manat, otuz üç qəpik) manat borc və həmin borca hesablanmış faizlər silinmişdir.
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı MMCnin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsi cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun cavabdehin əmlakının satılması yolu ilə Dövlət Sosial X2 rayon şöbəsinin xeyrinə tutulması tələbinə dair apellyasiya şikayəti təmin edilmiş və İddiaçı MMC-dən xx.xx.2017-ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33.558 manat 23 qəpik məbləğində borc Dövlət Sosial X2 rayon şöbəsinin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı Dövlət Sos ial X2 rayon şöbəsi qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)- 1456/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(105)-28/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə qalmışdır. Yəni DSMF tərəfindən hesablanmış İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixinə yaranmış 57.997 manat 56 qəpik məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə ümumi borcdan 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borcun silinməsi nəzərdə tutulmuşdur. Müvafiq qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir, lakin İddiaçı MMC-nin şəxsi hesab vərəqələrində 24.439,33 (iyirmi dörd min dörd yüz manat, otuz üç qəpik) manat borc vergi orqanı tərəfindən silinməmişdir. İddiaçı haql ı olaraq həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsini cavabdehdən tələb edir. Cavabdeh təşkilat isə etirazını onunla əsaslndırır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarının nəticə hissəsində 24.439,33 manat pulun silinməsi göstərilməmiş və həmin qərarın əsaslandırıcı hissəsində 24.439,33 manat pulun tutulmasının məqsədəuyğun olmaması belə anlama gəlir ki, sonradan həmin məbləğin iddiaçıdan tutulması ilə bağlı vergi orqanı yenidən məhkəməyə müraciət etmək hüququna malikdir.
13. Həmçinin məhkəmə qeyd etmişdir ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qərarı ilə DSMF Quba rayon şöbəsinin iddia tələbi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarı S umqayıt İnzibat İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş və yuxarı instansiya məhkəməsi 24.439,33 manat əsassız olması səbəbindən İddiaçı MMC-ən tutulmasını məqsədə müvafiq hesab etməmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icraaya yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2-1(105)-28/2018 saylı qərarının icrası vergi orqanı tərəfindən qərarı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə əsasən vergi orqanı tərəfindən şərtsiz icra olunmalı olduğu tədqirdə Vergilə Nazirliyinin 3 saylı ərazi vergilər idarəsi müxtəlif bəhanələr gətirərək həmin borcun şəxsi hesab vərəqəsindən çıxarılmasından imtina edir. Məhkəmə hesab etmişdir ki, vergi orqanı şəxsi hesab vərəqəsində mövcud olmayan borcun saxlanılması nda haqlı deyil.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2021-ci il tarixli 2-1(105)-142/2021 nömrəli qərarı ilə (hakimlər H.Babayeva – sədrlik edən və məruzəçi, R.Əsgərova və Z.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instan siya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali MƏhkəməsinin İnzibati kollegiyasının 4 avqust 2021-ci il tarixli, 2-1(102)-1443/2021 nömrəli (hakimlər Z.Quliyev – sədrlik edən və məruzəçi, S.Kərimov və R.Nəbizadə) qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(105)142/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərinə riayət etməmi şdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının “əsaslandırma hissəsində” mübahisəli məbləğinin, yəni 24.439,33 manatın hansı dövrdə yaranması və hansı dövrü əhatə etməsi, həmçinin sosial sığorta haqqının hansı növündən olması bəlli deyil. Birinci instansiya məhkəməsi sözügedən məbləğlə bağlı sadəcə olaraq qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)28/2018 nömrəli qərarına istinad edir. Halbuki Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarının “nəticəvi hissəsində” göstərilmişdir ki, cavabdeh “X1" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibat-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)2319/2017 saylı, 12 iyul 2017-ci il tarixli qərar "Cavabdeh İddiaçındən 01 yanvar 2017- ci il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24439 (iyirmi dörd min dörd yüz otuz doqquz) manat 33 (otuz üç) qəpik məbləğində borc pul cavabdehin əmlakının satılması yolu ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon şöbəsinin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. İddiaçındən 01 yanvar 2017- ci il tarixli məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 33558 (otuz üç min beş yüz əlli səkkiz manat 23 (iyirmi üç) qəpik məbləğində borc pul cavabdehin əmlakının satılması yolu ilə iddia Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Quba rayon Şöbəsinin xeyrinə tutulsun. Qərar qalan hissədə dəyişdirilmədən sa xlanılsın”. Beləliklə apellyasiya məhkəməsinin sözügedən qərarında 24.439,33 manat məbləğinin rədd olunması dəqiq qeyd edilmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarda apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2-1(118)- 793/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən həmin məsələləri nəzərə almamış və araşdırmamışdır. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq işə tam və ətraflı baxılması məqsədilə İddiaçı MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 24439,33 manat məbləğində olan borcunun sosial sığorta haqqının hansı növünə aid olması barədə rəsmi məlumat verilməsi, həmçinin İddiaçı MMC-nin 2018-ci ildən əvvəlki dövrlərə münasibətdə şəxsi hesab vərəqələrinin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi haqqında DSMF-un 1 saylı Quba Xaçmaz regional filialına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-na və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğular göndərmişdir. Nəticədə iddiaçı tərəfindən təqdim olunmuş şəxsi hesab vərəaqəsi və sorğuya verilən cavab məktubları nəzərə alınaraq Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli 2-1(105)-90/2022 nömrəli qərarı ilə (hakimlər İ.Dəmirov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və R.Ağayev) Sumqayıt İnzibati Məhkəməsinin 2 noya br 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının direktoru vəsatətlə məhkəməyə müraciət edərək Filialın üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-90/2022 nömrəli, xx.xx.2022-ci il tarixli (hakimlər – İ.Dəmirov sədrlik edən və məruzəçi, Z.Məmmədov və R.Ağayev) qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(105)-90/2022 nömrəli qərarı ləğv edilmiş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2-1(105)-90/2022 nömrəli qərarı ilə (hakimlər İ.Dəmirov – sədrlik edən və məruzəçi, Z.Məmmədov və R.Ağayev) Sumqayıt İnzibati Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli və 14 noyabr 2022-ci il tarixli qərarlarından kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarlarının ləğv edilm əsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində qeyd edilir ki, hazırkı işə baxan aşağı instansiya məhkəmələri iş üzrə heç bir araşdırma aparmadan, yalnız yuxarıda qeyd olunan məhkəmə qərarlarını əsas tutaraq iddianı təmin etmişlər. Lakin, aşağı instansiya məhkəmələri işə baxarkən unutmuşlar ki, istinad etdikləri məhkəmə qərarları ilə işə baxılan zaman iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borcunun məbləği və tərkibləri tamamilə fərqli olmuş, bu dövrdən sonra iddiaçı tərəfindən müəyyən ödənişlər edilmiş, eləcə də yeni hesablamalar verilmişdir. Eyni zamanda, işə baxan aşağı instansiya məhkəmələri yaranmış mübahisə ilə bağlı qüv vədə olan qanunvericiliyin tələblərini araşdırmalı idilər.
28. Həmçinin bildiririk ki, İddiaçı MMC-nin məcburi dövlət sosial sığorta borclarının xx.xx.2019- cu il tarixədək Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Qanunun 2-ci maddəsinə əsasən silinib-silinməməsi, silinmiş borcların məbləğləri və tarixləri, həmçinin cəmiyyətin xx.xx.2017-ci il tarixə mövcud olan 14893,63 manat penya borcunun yaranma tarixi və həmin borc məbləğinin yuxarıda qeyd edilən qanunun təsiri altına düşübdüşməməsi barədə məlumatların 3 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsinə xx.xx.2019-cu il tarixli məktubla müraciət olunmuşdur. B ununla yanaşı cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 24.0, 24.1, 54.0., 54.0.2, 85.5-1 və İPM-nin 12.1, 58.7 və 69.4-cü maddələrinin tələblərinin npozulmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 1.4 Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3.8 Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24.1 Vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2 Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3 Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1 Məhkəmə prose s iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərind ən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə 24439.33 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun və maliyyə sanksiyasının iddiaçıdan tələb edilməsi qanunsuz hesab edilməlidir. Belə olan təqdirdə kollegiya hesab edir ki, qüvvədə olan məhkəmə qərarı ilə İddiaçı MMC-dən tutulması rədd edilən məbləğin hazırkı vaxtadək iddiaçının şəxsi hesab vərəqəsində saxlanılması, həmin məbləğə faizlər hesablanması qanunsuzdur və iddiaçının hüquqlarını pozmuşdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın “31” bəndində qeyd olunan prosess ual hüquq normalarının tələblərinə uyğun olaraq müəyyən etmişdir ki, cavabdehin mübahisələndirdiyi məsələlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş, qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş faktlar hazırkı prosesdə mübahisə edilə bilməz.
42. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 32 “a” bəndində qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-90/2022 nömrəli 14 noyabr 2022-ci il tari xli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-90/2022 saylı 14 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.