Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-546/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxqarşı “pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmənin qanunsuz hesab edilməsi və qalan fərq məbləğinin bərpa edilərək pensiya məbləğinin üzərinə əlavə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(103)-2825/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 15 sentyabr 2008-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Sonradan cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində 2021-ci ilin sentyabr ayından iddiaçının əmək pensiyası 3800 manatdan 2420,88 manata azaldılmış, həmçinin ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.
3. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayı şına əsasən onun əmək pensiyası yenidən hesablanaraq 2023cü ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılmış, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303,99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirdikdən sonra qalan) fərq məbləği müəyyən edilmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” iddiaçıya ünvanlanmış məktubda bildirmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon Şöbəsi tərəfindən 15 sentyabr 2008-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma nəticəsində 2021-ci ilin sentyabr ayından əmək pensiyasının 3800,00 manatdan 2420,88 manata azaldılıb, həmçinin ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən ed ilib. Sözügedən məsələ haqqında ona tərəflərindən 2 noyabr 2021ci il tarixli **********0 nömrəli məktubla ətraflı məlumat verilib. Eyni zamanda bildirilmişdir ki, sonradan təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılıb, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303,99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirdikdən sonra qalan) fərq məbləği müəyyən edilib. Keçmiş müddət üçün hesablanmış 14303,99 manat fərq məbləğinin cari aydan hissə-hissə əmək pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiyanın 10 faizi-306,09 manat məbləğində maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun pensasiyasının düzgün hesablanmaması nəticəsində 33299.92 manat artıq pul məbləğinin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin məktubundan görünür ki, artıq ödənilmiş 33299,92 manat pulun tutulması barəd ə qərar qəbul edilmişdir, lakin həmin qərar qəbul edilərkən iddiaçının iştirakı təmin edilməmiş, bununla da “İnzibati İcraat haqqında” Qanunun 21.1, 51.1, 58.1, 58.2-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki. Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində i sə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin q anuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla qeyd edilmişdir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmədiyindən, o cümlədən adıçəkilən artıq ödənişin geri qaytarılması barədə qərarın qəbulu zamanı inzibati orqanın tərəfindən məlumatlandırma və araşdırma ilə bağlı prosessual pozuntulara yol verildiyindən adıçəkilən qərar ləğv edilməlidir.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Aparılan araşdırma nəticəsində 2021-ci ilin sentyabr ayından əmək pensiyası 3800.00 manatdan 2420.88 manata azaldılıb, həmçinin ona keçmiş dövr ərzində 33299,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Sözügedən məsələ haqqında ona tərəflərindən 2 noyabr 2021-ci il tarixli **********0 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının sonradan təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 iyun 2022-ci il tarixli 8/520 nömrəli arayışına əsasən əmək pensiyası yenidən hesablanaraq cari ilin iyul ayında 2420,88 manatdan 3060,88 manata artırılıb, həmçinin keçmiş dövr üzrə ona ödənilməli olan 14303.99 manat (artıq ödənilmiş 33299,92 manat əvəzləşdirildikdən sonra qalan) fərq mə bləği müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş müddət üçün hesablanmış 14303,99 fərq məbləğinin cari aydan hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli sərəncamına əsasən aylıq pensiyası 10 faiz i – 306.09 manat məbləğində maddi yardım ödənilir.
8. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2-1(112)-3540/2023 nömrəli, qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək cavabdehin iddiaçının pensiyasının düzgün hesablanmaması nəticəsində artıq hesablanmış 33299,92 manat pul məbləğinin tutulması ilə bağlı hərəkətləri qanunsuz hesab edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-ci il tarixli, 2-1(103)-2825/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova– sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) birinci instansiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəyə uyğun təmin olunmuş, iddiaçının pensiyasının yenidən hesablanması zamanı aparılan əvəzləşdirmə (artıq ödənilmiş əvvəlki 33299,92 manatla keçən dövr üzrə yeni pensiyaya uyğun ödənilməli olan məbləğin əvəzləşdirməsi) qanunsuz hesab edilmiş və 33299,92 manat fərq məbləği (keçmiş müddətə görə artıq ödəmənin bir hissəsinin ödənildiyi nəzərə alınmaqla) bərpa edilərək iddiaçının pensiya məbləğinin üzərinə əlavə edilməklə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (əvvəlki pensiyanın təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
13. Bundan əlavə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiyasından keçən müddət üzrə artıq hesablanmış 33299,92 manat pul məbləğinin tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, hazırki işdə 33299,92 manat məbləğinin iddiaçının pensiyasından tutulması halının baş verməməsi onun qanunsuz sayılmasını da istisna edir. İş üzrə iddiaçının hüquqi marağı onun pensiyası yenidən hesabla narkən artan (2420,88 manatdan 3060,88 manata artmış) pensiyasının keçən müddət üzrə ödənilməli olan məbləği ilə, əvvəllər ona təyin edilmiş pensiyanın keçən müddət üzrə artıq ödənilmiş 33299,92 manat hissəsinin əvəzləşdirilməsinin qanunsuz sayılmasına və nəticədə həmin məbləğlərin əvəzləşdirilməklə 14303,99 manat deyil, keçən dövr üzrə ödənilən 33299,92 manat fərq məbləğinin (bu məbləğin bir hissəsinin ödənildiyi nəzərə alınmaqla) bərpa edilməsinə və həmin məbləğin hər ay aldığı pensiyanın üzərinə gəlməklə ona verilməsinə yönəlmişdir.
14. Apellyasiya məhkəməsi «“İnzibati icraat haqqında” Qanunun 13, 14, 21, 24, 25.1, 67.5-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar “etimadın qorunması” prinsipinə əsaslanmaqla qəbul edilmişdir. Bununla bağlı qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilibödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabi tlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətlən dirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bildiririk ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın q ərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın məzmununa görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiyasının hesablanması düzgün aparılmadığından, inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati icraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların q əbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırs a, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə b ilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilmə sinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir....
19. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəf indən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun pensiyası yenidən hesablanarkən artan (2420,88 manatdan 3060,88 manata artmış) pensiyasının keçən müddət üzrə ödənilməli olan məbləği ilə, əvvəllər ona təyin edilm iş pensiyanın keçən müddət üzrə artıq ödənilmiş 33299,92 manat hissəsinin əvəzləşdirilməsinin qanunsuz sayılmasına və nəticədə həmin məbləğlərin əvəzləşdirilməklə 14303,99 manat deyil, keçən dövr üzrə ödənilən 33299,92 manat fərq məbləğinin (bu məbləğin bir hissəsinin ödənildiyi nəzərə alınmaqla) bərpa edilməsinə və həmin məbləğin hər ay aldığı pensiyanın üzərinə gəlməklə ona verilməsinə yönəlmişdir.
28. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (əvvəlki pensiyanın təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq iddiaçının pensiya təminatı hüququna müdaxilə etmişdir.
29. Bununl a bağlı qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
30. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
31. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
32. Nəzərə almaq lazımdır ki, şəxsin əmək pensiya sının yenidən hesablanması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin azaldılmasının qanuniliyini yoxlamağa və yalnız bundan sonra pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
33. Göründüyü kimi, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlveri şli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin «bona fides» prinsipi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının etimad hüququnun qorunmalı olmasına dair məsələ tam və hərtərəfli araşdırılmışdır. Kassator şikayətində sadəcə olaraq «bona fides» prinsipi ilə bağlı ümumi müddəaları göstərməklə şikayətinin dəlillərini əsaslandıra bilməmişdir.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 18-19(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 21(103)-2825/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.