Məhkəmə qərarları › İş №2-1(102)-547/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-547/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-547/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-547/19) Bakı şəhəri 23 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-415/2018 saylı iş üzrə 15.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 yanvar 2019-cu ildə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1964-cü ildə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsidövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin məhkəməyə göndərdiyi 27 sentyabr 2018-ci il tarixli məktub una əsasən məlumat-uçot bazasında “Veteran” Kooperativi barədə məlumat aşkarlanmamışdır. ”xxxx” X1 qeydiyyat qovluğunda olan məlumatlara əsasən Yevlax Şəhər XDS-nin İK-nin 30 iyul 1991-ci il tarixli 14 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. ”xxxx” X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19 dekabr 1994-cü il tarixdə 20020 qeydiyyat nömrəsi ilə yenidən qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 02.11.1982-ci ildən - 12.11.1984-cü ilədək hərbi xidmətdə olmuş, 28.09.1985-ci ildən - 02.06.1986-cı ilədək Təsərrüfatlararası Təmir-Tikinti Müəssisəsində, 06.08.1986-cı ildən - 19.02.1987-ci ilədək X2, 22.09.1987-ci ildən - 14.06.1988-ci ilədək, 12.10.1988-ci ildən 01.04.1989-cu il tarixədək Voentorq № 49-da, 01.02.1990-cı ildən - 01.07.1990-cı ilə dək 5 №-li avtokombinatda, 06.12.1990-cı ildən - 01.06.1991-ci ilədək Yevlax rayonu “Veteran” Kooperativində, 01.08.1991-ci ildən - 29.12.1994-cü ilədək Yevlax rayonu “xxxx” Kiçik Müəssisəsində, 22.06.1998-ci ildən 14.12.1999-cu ilədək N №-li hərbi hissədə, 07.06.2010-cu ildən - 01.11.2010-cu ilədək, 02.11.2010-cu ildən 19.02.2015-ci ilədək “Azəriqaz” İstehsalat Birliyində, 04.09.2015-ci ildən - 02.09.2016-cı ilədək “xxxx” MMC-də və 05.09.2016-cı ildən - 22.05.2017-ci ilədək “xxxx” MMC-də işləmiş və bu hallar HЗ seriyalı ******* №-li hərbi bilet və ИT seriyalı ******* №-li əmək kitabçasında qeyd edilmişdir. Ona 02.03.2017-ci ildən ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundansonrao, əlilliyə görə əməkpensiyası təyinedilməsi üçünDSMF-inQəbələ rayon şöbəsinə müraciətetmiş, lakinsonuncu 09.02.2018-ciiltarixli 33/06 nömrəliməktublabildirmişdirki, iddiaçının 06.12.1990-cı ildən - 01.06.1991-ciilədəkYevlaxrayonu“Veteran”Kooperativində və 01.08.1991-ciildən 29.12.1994-cü ilədəkYevlaxrayonu“xxxx”KiçikMüəssisəsində işləməyibarədə aparılmış qeydlərindüzgünlüyününvə sosialsığortaayırmalarının ödənilməsivəziyyətininaraşdırılması mümkünolmadığından, 22.06.1998-ciildən 15.12.2005-ciilədəkolandövrdə RusiyaFederasiyasınaməxsushərbihissədə iş dövrü isə ümumisığortastajınadaxiledilmədiyindənvə nəticədə onun 12 il 4 aysığortastajı olmadığındanəlilliyə görə əməkpensiyası təyinedilməsindənimtinaedilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə 06.12.1990-cı ildən - 01.06.1991-ci ilədək Yevlax rayonu “Veteran” Kooperativində və 01.08.1991-ci ildən - 29.12.1994-cü ilədək Yevlax rayonu “xxxx” Kiçik Müəssisəsində işləmişdir. İş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hərbi bilet və əmək kitabçasına əsasən onun 12 il 4 aydan çox iş stajı var. Belə ki, cavabdeh onun 10 il 11 ay iş stajını qəbul edir. Onun “Veteran” Kooperativində və “xxxx” Kiçik Müəssisəsində işlədiyi müddət iş stajına daxil edilərsə, onun 12 il 4 aydan çox stajı mövcud olacaqdır. Bu səbəbdən məhkəmədən 06.12.1990-cı ildən - 01.06.1991-ci ilədək Yevlax rayonu "Veteran" Kooperativində və 01.08.1991-ci ildən - 29.12.1994-cü ilədək Yevlax rayonu "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 02.03.2017-ci ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 31.05.2018-ci il tarixli iş № 2-1(84)-591/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31.05.2018-ci il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 15.10.2018-ci il tarixli iş № 2-1(107)-415/2018 (hakimlər İmanverdi Şüxxxxov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov və Rafail Əliyev) qərarı ilə birinci inst ansiya məhkəməsinin 31 may 2018-ci il tarixli 2-1 (84)-591/2018 nömrəli qərarı qismən, iddiaçının 06.12.1990-cı ildən - 01.06.1991-ci ilədək Yevlax rayonu "Veteran" Kooperativində işlədiyi müddətin sığorta stajına daxil edilməsi hissəsində ləğv edilməsi, birinci instansiya məhkəməsinin 31 may 2018-ci il tarixli 2-1 (84)-591/2018 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının əmək kitabçasında onun 06.12.1990-cı ildən - 01.06.1991-ci ilədək Yevlax rayonu “Veteran” Kooperativində və 01.08.1991-ci ildən 29.12.1994-cü ilədək Yevlax rayonu “xxxx” Kiçik Müəssisəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2017-ci ildə qüvvədə olan redaksiyasının4.2.7-ci maddəsinə görə, Pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığorta olunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddiaçının işlədiyi müddətlə bağlı “Milli arxiv haqqında” Azərbaycan Respublikasının Qanununa görə 75 il saxlanılması nəzərdə tutulan əmək haqqı cədvəlləri və əmr kitab çaları heç bir üzrlü səbəb olmadan təqdim oluna bilmir və arxivə təhvil verilməyib. Bununla əlaqədar, qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Bu halda isə DSMF-nin Qəbələ rayon şöbəsi haqlı olaraq iddiaçıya pensiya təyin olunmasının mümkün olmadığını bildirərək, ona pensiya təyin edilməsindən imtina etmişdir. Bundan əlavə inzibati orqan əmək kitabçasında aparılmış qeydlərin qeyri-qanuni yolla əldə olunmasının mümkünlüyü ehtimalını bildirməsinə baxmayaraq, sübutları tam və hərtərəfli araşdırmadan yalnız əmək kitabçasına əsaslanaraq qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edi lməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının əmək kitabçasında onun 06.12.1990-cı ildən - 01.06.1991-c i ilədək Yevlax rayonu “Veteran” Kooperativində və 01.08.1991-ci ildən - 29.12.1994-cü ilədək Yevlax rayonu “xxxx” Kiçik Müəssisəsində işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2017-ci ildə qüvvədə olan redaksiyasının 4.2.7-ci maddəsinə görə, Pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığorta olunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddi açının işlədiyi müddətlə bağlı “Milli arxiv haqqında” Azərbaycan Respublikasının Qanununa görə 75 il saxlanılması nəzərdə tutulan əmək haqqı cədvəlləri və əmr kitabçaları heç bir üzrlü səbəb olmadan təqdim oluna bilmir və Arxivə təhvil verilməyib. Bununla əlaqədar, qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Bu halda isə DSMF-nin Qəbələ rayon şöbəsi haqlı olaraq iddiaçıya pensiya təyin olunmasının mümkün olmadığını bildirərək, ona pensiya təyin edilməsindən imtina etmişdir. Bundan əlavə inzibati orqan əmək kitabçasında aparılmış qeydlərin qeyri-qanuni yolla əldə olunmasının mümkünlüyü ehtimalını bildirməsinə baxmayaraq, sübutları tam və hərtərəfli araşdırmadan yalnız əmək kitabçasına əsaslanaraq qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası k asasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır əmək kitabçası olmadı qda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 28.12.1998-ci ildə qəbul ed ilmiş və 01.07.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İş materiallarından göründüyü kimi, iddiaçının 01.08.1991-ci ildən -29.12.1994-cü ilədək Yevlax rayonu "xxxx" Kiçik Müəssisəsində və 22.06.1998-ci ildən -15.12.2005-ci ilədək Rusiya Federasiyasına məxsus olan N nömrəli hərbi hissədə işləməsi onun əmək kitabçasında qeyd edilmişdir ki, bu halda cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının və ya əmək kitabçasında onun işləməsi barədə olan qeydlərin həqiqətə olmaması barədə heç bir mötəbər sübutu təqdim etmədən iddiaçının iddia tələblərinin həmin hissədə təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 15.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsasla r yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.10.2018-ci il tarixli 2-1(107)-415/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar