Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-547/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın ləğv edilməsi, özəlləşdirilmiş obyektin yerləşdiyi torpaq sahəsinə sərəncam vermək səlahiyyəti). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, üçüncü şəxs “Cavabdeh2”nın vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1nə qarşı ayrıc aktının, eskiz layihənin, sərəncamların ləğv edilməsi tələbinə dair Bakı Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2273/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdehlər Cavabdeh1nə və “xxxx” MTK- ya qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xxxx metro stansiyasının yaxınlığında “xxxx” MTK-nın adına verilən xx.xx.2015-ci il tarixli ayrıc aktının, Cavabdeh1 Başçısının 242 saylı, xx.xx.2016-cı il tarixli və 234 saylı, xx.xx.2016-cı il tarixli sərəncamlarının ləğv edilərək, İddiaçı MMC-yə məxsus torpaq sahəsinin hüdudları daxil ində “xxxx” MTK tərəfindən inşa edilən 2 mərtəbədən ibarət tikilinin MTK-nın hesabına sökülməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin xx xxxx 1989-cu il tarixli 2/54 saylı qərarı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2005- ci il tarixli 359 saylı sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Sumqayıt şosesi “Turist” mağazasının şimal-şərq hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi üçün 2.3 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsi qeydiyyata alınaraq İddiaçı MMC-yə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Daimi istifadədə olan torpaq sahəsində qanunda nəzərdə tutulmuş qayda da qeyriyaşayış sahəsi inşa edilmiş və həmin əmlak DƏDRX-də qeydiyyata alınaraq İddiaçı MMC-nin adına mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixdə 003294 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, “Avtovağzal” metro stansiyasının tikilməsilə əlaqədar İddiaçı MMC-nin daimi istifadəsində olan göstərilən torpaq sahəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2014cü il tarixli 493 saylı sərəncamı ilə “xxxx” QSC-nin razılığı ilə yeni metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə (icarə əsasında) əvəzləşdirilərək hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2006-cı il tarixli 003294 nömrəli Qeydiyyat vəsiqəsini, xx.xx.2014-cü il tarixli 493 nömrəli Sərəncamı, xx.xx.1995-ci il 30/1555 nömrəli Texniki pasportun surətini və xx.xx.2006-cı il tarixli 1561 nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktını nəzərə alaraq xx.xx.2015-ci il tarixdə ümumi sahəsi 270.4 kv.m yeni inşa edilən qeyri-yaşayış binasının yeni texniki pasportunu tərtib edərək orada torpaqayrıma sənədləri üzrə faktiki istifadədə 1266 kv.m torpaq sahəsi olduğunu göstərmişdir. Torpaq sahəsi uzun müddətdir ki, İddiaçı MMC-nin qanuni istifadəsində olmasına baxmayaraq onlara heç bir məlumat verilmədən Cavabdeh1 234 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə “xxxx” MTK-ya Binəqədi rayonu, Moskva prospekti, Yeni Avtovağzalın şimal hissəsi “Avtovağzal” metro stansiyasının yaxınlığınd a 1 mərtəbəli iaşə obyektinin tikintisinə icazə verılmiş və “xxxx” MTK orada tikinti işləri aparmağa başlamışdır. İddiaçı MMC tərəfindən xx xxxx 2017-ci il tarixdə məktubla Cavabdeh1nə müraciət edilərək onun qanuni istifadəsində olan torpaq sahəsinə dair “xxxx” MTK-ya verilən qeyri-qanuni sənədlərin ləğv edilməsi xahiş olunsa da, onlara heç bir cavab verilməmişdir. Hal- hazırda isə internetdə tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat yerləşdirilmişdir. Cavabdeh1 qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etmək əvəzinə qanunları pozaraq İddiaçı MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində cavabdeh “xxxx” MTK-nın tikinti aparmasına icazə verməkdə haqlı olmamışdır. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək cava bdeh “xxxx” MTK-nın cavabdehlər sırasından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində çəlb olunmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5084/2017 saylı, xx xxxxxxx 2017ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh “xxxx” MTK cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-47/2017 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə “Cavabdeh2” MMC tərəfindən inşa edilən 2 mərtəbədən ibarət tikilinin MTK-nın hesabına sökülməsinə dair hissədə iddia mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-47/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia qalan hissədə təmin edilmişdir. Məhkəmə hesab etmişdir k i, “Avtovağzal” metro stansiyasının tikilməsi ilə əlaqədar İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 2,1 ha hissəsi metro tunelinin üstünə düşdüyünə görə Cavabdeh1 Başçısının xx xxxxxxx 2014-cü il tarixli 493 saylı sərəncamı və “xxxx” QSC-nin razılığı ilə həmin hissə əvəzləşdirilərək İddiaçı MMC-yə hündürmərtəbəli bina tikmək üçün başqa ərazidən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin bir hissəsi əvəzləşdiriləndən sonra qalan 0.20 ha hissəsi metro tunelinin üstünə düşmədiyindən və orada İddiaçı MMC-nin mülkiyyətində qeyriyaşayış sahəsi olduğundan İcra Hakimiyyəti qanunvericiliyin tələblərini pozaraq İddiaçı MMC-nin qanuni istifadəsində olan torpaq sahəsində “xxxx” MTK-nın tikinti aparmasına icazə verməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin qərarından üçüncü şəx s apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2273/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) üçüncü şəxsin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-47/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixdə tərtib edilmiş texniki pasportunda istifadədə olan torpaq sahəsinin ölçüsü xx xxxxxxx 2014-cü il tari xli 493 saylı sərəncam qəbul edildiyi andan hüquqi qüvvəsini itirmiş xx.xx.2006-cı il tarixli 1561 nömrəli dövlət aktı və xx.xx.1995-ci il tarixli 30/1555 nömrəli əvvəlki texniki pasport (həmin texniki pasportda torpağın sahəsi sənəd üzrə deyil, həqiqi sahə bölməsində qeyd edilmişdir) əsasında tərtib edildiyindən qeyd edilən texniki pasport mübahisəli torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, xx.xx.2014-cü il tarixli sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsinin metro tunelinin üzərinə düşən hissəsi əvəzləşdirilməmiş, ümumilikdə xx.xx.2005-ci il tarixli sərəncamla iddiaçıya ayrılmış 2.3 ha torpaq sahəsinin əvəzinə ona 2.1 ha torpaq sahəsi ayrılmışdır. Yəni, məhkəmə belə hesab edir ki, iddiaçı xx.xx.2014-cü il tarixli sərəncamdan sonra hazırda mübahisələndirilən 0.2 ha torpaq sahəsi üzərində öz hüquqlarını itirmişdir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının müraciətinə və sərəncamın məzmununa istinad etmişdir. Yəni, iddiaçı müraciətində ona ayrılmış torpaq sahəsinin bir hissəsinin deyil, bütün torpaq sahəsinin başqa torpaq sahəsi ilə əvəz edilməsini xahiş etdiyinə və sərəncamın məzmununda 2.1 ha torpaq sahəsin in əvəz edilməsi qeyd edildiyinə görə yerdə qalan 0.2 ha torpaq sahəsi artıq iddiaçıya məxsus deyildir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Çünki xx.xx.2014-cü il tarixli sərəncamda qeyd edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Moskva prospektində tikilməkdə olan yeni metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə əvəzləşdirilsin. Göründüyü kimi, bu sərəncamla bundan öncəki sərəncam əsasında ayrılmış 2.3 ha torpaq sahəsinin 2.1 ha olan hissəsi əvəzləşdirilmişdir. Yerdə qalan 0.2 ha torpaq sahəsi isə metro tunelinin üzərinə düşmədiyinə görə iddiaçının istifadəsində saxlanılmışdır. Daha sonra cavabdehin 2016-cı il tarixli sərəncamları və 2015-ci il tarixli ayrıc aktı ilə həmin torpaq sahəsi "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Beləliklə cavabdeh iddiaç ının istifadəsində olan torpaq sahəsində "xxxx" MTK-nın tikinti aparmasına icazə verməkdə haqlı olmamışdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunması üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasın ı və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPMin 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bununla bağlı, məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Hazırki işin hallarından görünür ki, Bakı şəhər XDS İK-nin xx xxxx 1989-cu i l tarixli 2/54 saylı qərarı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2005- ci il tarixli 359 saylı sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Sumqayıt şosesi “Turist” mağazasının şimal-şərq hissəsində istehsalat, ticarət və iş mərkəzinin təşkil edilməsi üçün 2.3 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsi qeydiyyata alınaraq İddiaçı MMC-yə torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Daimi istifadədə olan torpaq sahəsində qanunda nəzərdə tutulmuş qaydada qeyriyaşayış sahəsi inşa edilmiş və həmin əmlak DƏDRX-də qeydiyyata alınaraq İddiaçı MMC-nin adına mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, “Avtovağzal” metro stansiyasının tikilməsilə əlaqədar İddia çı MMC-nin daimi istifadəsində olan torpaq sahəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2014-cü il tarixli 493 saylı sərəncamı ilə “xxxx” QSCnin razılığı ilə yeni metro stansiyasının qərb hissəsində 2.1 ha torpaq sahəsi ilə (icarə əsasında) əvəzləşdirilərək hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2006-cı il tarixli 003294 nömrəli Qeydiyyat vəsiqəsini, xx.xx.2014-cü il tarixli 493 nömrəli Sərəncamı, xx.xx.1995-ci il 30/1555 nömrəli Texniki pasportun surətini və xx.xx.2006-cı il tarixli 1561 nömrəli Torpaqdan daimi istifadə hüququna dair dövlət aktını nəzərə alaraq xx.xx.2015- ci il tarixdə ümumi sahəsi 270.4 kv.m yeni inşa edilən qeyri-yaşayış binasının yeni texniki pasportunu tərtib edərək orada torpaqayrıma sənədləri üzrə faktiki istifadədə 1266 kv.m torpaq sahəsi olduğunu göstərmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh1 sərəncamı ilə “xxxx” MTK-ya ayrılmış və digər bir sərəncamla həmin ünvanda - Binəqədi rayonu, Moskva prospekti, Yeni Avtovağzalın şimal hissəsi “Avtovağzal” metro stansiyasının yaxınlığında 1 mərtəbəli iaşə obyektinin tikintisinə icazə verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti - texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 29954 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mü bahisələndirilən ərazidə digər şəxslər tərəfindən inşa edilmiş tikinti tam olaraq İddiaçı MMC-nin adına verilmiş texniki pasportda göstərilmiş koordinatlara əsasən (çıxarış, reyestr nömrəsi **********20-06301) İddiaçı MMC-yə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 15598 nömrəli ekspert rəyinə əsasən, İddiaçı MMC-nin adına olan texniki pasportda göstərilmiş koordinatların hüdudları daxilində yerləşən torpaq sahəsi ilə “xxxx” MTK- nın adına olan ayrıc aktında göstərilmiş koordinatların hüdudları daxilində yerləşən torpaq sahəsinin (15/169 nömrəli ayrıc aktı, 1 -ci sahə, 715 kv.m torpaq sahəsi) üst- üstə düşdüyü müəyyən olunmuşdur. Ekspert rəylərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, x x.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC-nin adına mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 5 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin xx.xx.2015-ci il tarixdə tərtib edilmiş texniki pasportunda faktiki istifadədə olan torpaq sahəsi kimi qeyd edilmiş 1266 kv.m sahə 2016-cı ildə “Cavabdeh2” MMC-yə ayrılmış torpaq sahəsi ilə 715 kv.m hissədə üst-üstə düşür. Göründüyü kimi, mübahisəli torpaq sahəsi İddiaçı MMC-nin qanuni istifadəsində olmaqla hüquqi cəhətdən yüklü torpaq sahəsidir. Cavabdeh inzibati orqan həmin torpaq sahəsi barədə sərəncam verməklə iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnu pozmuşdur. İş materiallarında olan (səh.58) Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini R.Cəlilov tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilir: İddiaçı istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə xx xxxxxx 2017-ci il tarixli, 09 nömrəli müracətinizə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin satın alınması üçün həmin sahənin üstündə yerləşən müəs sisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılır. Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 5 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 380 000 manat təşkil edən 1266.0 kv.metr torpaq sahəsi satın alınması məqsədilə Sizə təklif olunur. Torpaq sahəsinin satın alınmasına razılığınızı bildirdiyiniz halda onun satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəkdir. Bu məktubun Sizə təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satılacaqdır.” Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpağın özəlləşdirilməsi təklifi barədə iddiaçıya müraciət olunması həmin torpaq sahəsinin sonuncunun qanuni istifadəsində olması qənaətinə gəlməyə əsas verir. Belə ki, yuxarıda istinad edilən müraciətdə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması səlahiyyətli dövlət orqanı – Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiqlənir. Çünki, Azərbaycan Respublikası Prezidentini n xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndində deyilir ki, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda istinad olunan Əsasnamədə n göründüyü kimi, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinə sərəncam vermək hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair sərəncam vermək səlahiyyətinin olub-olmamasını müəyyən etməli olduğu halda, bunu aydınlaşdırmamışdır. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqan, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasına dair inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən apelyasiya məhkəməsinin hazırki nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının hərtərəfli araşdırılması ilə bağlı vəzifəsinin icra edilmədiy ini bildirir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 68, 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası İnzibati Prosessual Qərara aldı: İddiaçı MMC kassasiya şikayəti qismən təmin edils in. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2273/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-547/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-547/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver