Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-547/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, iddiaçının vəkili Mebulla Məcidovun, cavabdehin vəkili Namiq Məmmədov iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1585/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1988-1990-cı illər arasında hərbi xidmətdə olmuş və xidməti başa vurduqdan sonra 1992-ci ilin yanvar ayının 4-dən etibarən könüllü olaraq Füzuli rayonunun müdafiəsində duran N nömrəli hərbi hissənin batalyonunun hərbi qulluqçuları ilə birlikdə erməni işğalçılarına qarşı vuruşmuş, Qaradağlı, Qarakollu, Məlikcan və Köşbək kəndləri uğrunda gedən döyüşlərdə iştrak etmişdir. 1992-ci ilin mart ayının 8-də döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində sol üz nahiyəsindən güllə yarası alaraq yaralanm ışdır. Həmin vaxt onunla birlikdə vuruşan iki əmisi oğlu hərbi hissənin şəxsi heyət sıralarına daxil edilsələr də, o, bu siyahıya daxil edilməmişdir. Nəticədə cavabdehə müraciəti zamanı nizami hissə üzrə əmrlərdə və 1992-ci ildə nizami hissə üzrə əmrlərdə və N saylı hərbi hissənin yaralananlar qeydiyyat kitabasında onun barəsində məlumat aşkarlanmamış və döyüşlərdə iştirakı cavabdeh tərəfindən tanınmamışdır. Bununla bağlı olaraq 2019-cu ildə döyüşlərdə iştirakı ilə bağlı hüquqi faktın tanınması üçün Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ərizəsi təmin edilərək xx xxxxxx 1992-ci ildən xx xxxx 1992ci ilə qədər Füzuli rayon ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı müə yyən edilmişdir. Bu qətnaməyə əsasən yenidən ərizə ilə cavabdehə müraicət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Bunun üçün lazımi olan bütün sənədləri toplayaraq lazımi qayada cavabdehə təqdim etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli, 1/Ş-16172 saylı məktub ilə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, döyüşlərdə iştirakı barədə fakt məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almayaraq ona zidd olan nəticəyə gəlmişdir. Bu barədə cavab məktubunda “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” xx.xx.2019-cu il tarixli iclası nəticəsində verilən rəy əsas götürülərək ona veteran adı və vəsiqəsinin verilməsindən imtina edildiyi qey d olunmuşdur. Lakin, imtinanın hansı səbəblərdən və hallardan irəli gəlməsi ona məlum deyildir. Halbuki, onun döyüşlərdə iştirak etməsi barədə fakt artıq məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Həmin məktubda bununla bağlı qeyddə göstərilir ki, Nizami Rayon Məhkəməsinin 2(007)2485/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də hesab edir ki, cari vəziyyətdə bu öhdəliyin məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması zəruridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliy inin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2020/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarına əsasən iddianın təmin edilməsi, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən «Hərbi xidmətkeçmə haqqında» Qanunun 1, 2, 3-cü maddələrinə, «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.3, 58.1, 68.1, 68.2-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2020/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilm əməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1585/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2020/2020 nömrəli qərarının ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndini, həmin qərara dəyişiklik edilməsinə dair Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli, 422 nömrəli qərarı ilə sözügedən yarımbəndə edilmiş əlavəni tətbiq etməklə, belə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, iştirakçılarının izahatları məhkəmə icraatı Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 1988–90-cı illərdə hərbi xidmətdə olmuş və xidməti başa vurduqdan sonra 1992-ci ilin yanvar ayının 4-dən könüllü olaraq Füzuli rayonunun müdafiəsində duran N nömrəli hərbi hissənin hərbi qulluqçuları ilə birlikdə erməni işğalçılarına qarşı vuruşmuş, Qaradağlı, Qarakollu, Məlikcan və Köşbək kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il mart atının 18-də döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində sol üz nahiyəsindən güllə yarası alaraq yaralanmışdır. Həmin vaxt onunla birlikdə vuruşan iki əmisi oğlu hərbi hissənin şəxsi heyəti sıralarına daxil edilsələr də, o, bu siyahıya daxil edilməmişdir.
9. Mart ayının 18-də güllə yarası aldıqdan sonra ilkin olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında, mart ayının 19-dan 24-dək Horadiz şəhər xəstəxanasında müalicə olunmuşdur. xx xxxx 1992-ci il tarixdə müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərilmişdir. X2 Dənizçilər Xəstəxanasında 25 mart – xx xxxxx 1992-ci il tarixlərdə müalicə olunmuşam və xx xxxxx 1992-ci il tarixdə evə buraxılaraq, ambulator müalicə, müayinə və həkimin nəzarətində olmuşdur.
10. Ona «Müharibə veteranı» adını n və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Nazirlikdən ona 1992-ci ildə nizami hissə üzrə əmrlərdə və N saylı hərbi hissənin yaralananlarının qeydiyyatı kitabında barəsində məlumat aşkarlanmadığı üçün döyüşlərdə iştirakımın tanınmadığını bildirmişlər.
11. Ona görə də, 2019-cu ildə döyüşlərdə iştirak etməyi ilə bağlı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi icraat qaydasında ərizəsinə baxılan həmin prosesdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs kimi iştirak etmişdir.
12. Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2485/2019 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixə qədər Füzuli rayonu ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməyi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilmişdir.
13. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən ərizə ilə cavabdehə müraciət edərək ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Ərizəsinə bütün lazımi sənədləri əlavə etmişdir. Cavabdeh xx xxxxxx 2019cu il tarixli, 1/Ş-16172 saylı məktubu ilə yenə də ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsindən imtina etdi.
14. Füzuli rayonunun Qaradağlı, Qarakollu, Hadrut rayonunun Məlikcan, Köşbək kəndləri uğrunda gedən döyüşlərdə iştirakı hərbi biletdə qeyd edilməsə də, hərbiçi kimi N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə rəsmən daxil edilməsə də və bu səbəbdən həmin hissənin yaralanan şəxslərinin siyahısında olmasa da (təb ii ki, hərbi qulluqçuların siyahısında olmadığım üçün yaralanan zaman tərtib edilən siyahıya da daxil edilə bilməzdi), döyüşlər zamanı sol üz nahiyəsindən güllə yarası almağı və müalicə olunmağı Füzuli rayon Mərkəzi Xəstəxanasının, Horadiz şəhər xəstəxanasının, X2 Dənizçilər Xəstəxanasının rəsmi arayışları ilə, xəstəlik kartından çıxarışla, habelə döyüş yoldaşlarımın ifadələri ilə təsdiq olunur.
15. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)1585/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəm ə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1585/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili N.Məmmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:
19. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1585/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müə yyən edilibedilməməsini də yoxlamalıdır.
22. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərarla və həmin qərardan iddiaçının verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
23. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Füzuli rayon Horadiz şəhər xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli tibbi arayışa əsasən İddiaçı həqiqətən xx xxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixə kimi Horadiz şəhər xəstəxanasında «Sol üzün güllə yarası» diaqnozu ilə müalicə olunmuş, xx xxxx 1992-ci ildə müalicəsini davam etdirmək üç ün 121 saylı göndərişlə Bakı şəhərinə göndərilmişdir. Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş göndərişə görə, xəstə İddiaçı sol üzün dəlib keçmiş güllə yarası diaqnozu ilə Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına göndərilmişdir.
24. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X2 X1 tərəfindən tərtib edilmiş xx xxxxx 1992-ci il tarixli «Xəstənin stasionar-tibbi kartından 1034 saylı Çıxarış»ına əsasən, xəstə İddiaçı «üzün sol yarısının dəlib-keçən güllə yarası» diaqnozu ilə xx xxxx 1992-ci ildə müalicə üçün xəstəxanaya daxil olmuş, xx xxxxx 1992-ci ildə isə evə yazılmışdır. Həmin çıxarışın məzmunundan görünür ki, xəstənin vəziyyəti təsvir edilərkən, onun xx xxxx 1992-ci ildə Füzuli rayonunda döyüşlər zamanı güllə yarası alması, nəticədə üzün sol yarısını dəlibkeçən güllə yarası əmələ gəlməsi, əvvəlcə Horadiz qəsəbəsində yerləşən hospitalda müalicə alması, sonra ixtisaslaşmış müalicə üçün Bakıya köçürülməsi, zəruri müalicə tədbirləri aparıldıqdan sonra xx xxxxx 1991-ci il tarixdə ambulator nəzarət üçün evə yazıldığı göstərilmişdir.
25. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)2485/2019 saylı qətnaməsinə görə, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1992-ci ildə müharibə bölgələrində döyüşlərdə iştirak etməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı xx xxxxxx 1992-ci ildən xx xxxx 1992-ci ilə qədər Füzuli rayonu ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmiş hesab edilmişdir.
26. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1/Ş-16172 nömrəli məktuba əsasən, iddiaçının N və N saylı hərbi hissələrdə xidməti, yaralanması barədə arxiv sənədlərində məlumat olmadığına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin imtinasını əsaslı hesab etmiş və bununla bağlı maddi hüquq normaları düzgün tətbiq etmişdir, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddəalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxi l olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyy ətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icr a hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
28. Həmin qərara dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli, 422 nömrəli Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra «hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda» sözləri əlavə edilmişdir.
29. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arx ivin xx xxx 2019-cu il tarixli arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin yaralananlarının qeydiyyatı kitabında iddiaçının yaralanmağı barədə məlumat aşkar edilməmişdir.
30. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur.
31. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. B akı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(103)-1585/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.