Məhkəmə qərarları › İş №2-1(102)-547/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-547/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-547/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə rayon Cəyirli bələdiyyəsi) iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə rayon Cəyirli bələdiyyəsi) “şəh adətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-25/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Cəyirli kənd sakinləri X10 və onun ailə üzvləri İddiaçı, X7, X6 və X13 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli arayışının surətindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********95 nömrəli bildirişindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilən zaman faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən də ərizəsinin icrasından imtina olunmuşdur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********94 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki istifadə etdiyi Bərdə rayonu Cəyirli kəndində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və həmin torpaq sahəsi Bərdə rayon Cəyirli bələdiyyəsinin mülkiyyətindədir.

5. Bərdə rayon Güloğlular İƏD üzrə nümayəndəliyin X10 verilmiş arayışından görünür ki, Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Cəyirli kəndinə aid 65 saylı vərəqində onun adına 0,09 ha həyətyanı torpaq sahəsi və 1974-cü ildə tikilmiş ümumi sahəsi 56 kv metr olan fərdi yaşayış evi qeyd olunmuşdur.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələl əri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 28 iyul 2022-ci il tarixli, **********06 nömrəli və 30 avqust 2022-ci il tarixli, **********52 nömrəli məktublarında qeyd olunur ki, İddiaçı təqdim etdiyi sənədlər əsasında torpaq sahəsinə baxış keçirərək müəyyən olunmuş koordinatlar elektron kadastr məlumat bazasında yoxlanılmışdır. Araşdırma zaman məlum olmuşdur ki, vətəndaş İddiaçı təqdim etdiyi JN-73A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə faktiki yaşadığı torpaq sahəsi fərqlidir. Belə ki, İddiaçı təqdim etdiyi şəhadətnamə Cəyirli kəndinin başqa bir hissəsində yerləşən torpaq sahəsinə aiddir.

7. Bərdə rayonunun Cəyirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid c ədvəlin surətindən görünür ki, X8 qanuni istifadəsində 0,15 ha torpaq sahəsi qeyd edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 iyun 2023-cü il tarixli, 3-21-3-46/2-2789/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi 0,1553 hektardır və həmin torpaq sahəsi, kompleks yerquruluşu layihəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi faktiki olaraq X2 istifadəsindədir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı, tikinti altı torpaqlar təyinatlı və həyətyanı məqsədli torpaq sahəsidir.

9. Əlavə olunan plan sənədindən görünür ki, İddiaçı və ailə üzvlərinin hal-hazırda istifadə etdikləri 0,1553 ha həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi 310B/0,48-dir, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 073A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0,09 ha həyətyanı torpaq sahəsi X2 hal-hazırda istifadəsində olan 0,09 ha torpaq sahəsinin s ərhədləri ilə üst-üstə düşmür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etdiyi torpağın ev tikilən yerə işlənməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bərdə rayonu, Cəyirli kəndində ona ailə üzvləri ilə birlikdə 0.09 ha torpaq sahəsi verilmiş, torpaq sahəsində ev tikmişlər və 50 ildən çoxdur ki, həmin evdə yaşamaqla torpaq sahəsindən istifadə edirlər. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə JN073A kod61005 088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin evə qeydiyyat vəsiqəsi almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh mübahisələndirlən torpaq sahəsi ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyini və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etmiş və göstərilmişdir ki, ayrılmış torpaq sahəsi X16 X1 ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə, direktorun əmrinin əsli təqdim edilməmişdir və torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) X5 “JN-073A kod-61005088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı, X11, X9 və X13 verilən 0,09 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü hissəsi onların qanunu istifadəsindəki yaşadığı evinin həyatyanı sahəsinə uyğunlaşdırılmaqla mövcud uyğunluqların yoxlanılması işləri aparılmaqla aradan qaldırılıb rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1058/2020 saylı qərarı ilə (hakim U.H.Osmanov) iddia təmin edilmişdir.

15. Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: R.Z.Mamedov, hakimlər: A.V.Bayramov və Ə.G.Abdullayev) 2-1(104)-268/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, 2-1(114)-1058/2020 saylı qərarı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-c i il tarixli qərardadı ilə Bərdə rayon Cəyirli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(114)-1545/2021 saylı qərarı ilə (hakim F.C.Hüseynov) iddia tələbi rədd edilmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya və ailə üzvlərinə Aqrar İslahat Komissiyası tərəfindən verilmiş sahə mövcuddur və həmin sahədə başqa şəxs tərəfindən ev inşa edilmişdir. Buna baxmayaraq iddiaçı ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin adına qeydə alınması və boşaldılmasını tələb etmək əvəzinə özü üçün daha uyğun və əlverişli hesab etdiyi yolu seçərək başqa subyektin mülkiyyətində olan sahəyə sahib olmaq niyyətindədir. Məhkəmə iddianı əsaslı hesab etmir və yuxarıda qeyd olunanlar, habelə bələdiyyənin mülkiyyət hüquqlarının pozulması baxımından iddianın rədd olunması qənaətinə gəlir.

20. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamədə qeyd olunan 0.09 ha torpaq sahəsinin koordinantlarının faktiki istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.

22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: A.V.İsgəndərova, hakimlər: A.H.Hüseynzadə və Ə.İ.Məmmədov) 2-1(104)-25/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1545/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, JN-073A kod 61005088 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.09 ha torpaq sahəsinin koordinantları İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi ilə dəyişdirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı əri X15 ilə birgə təsərrüfatına aid olan və üzərində fərdi yaşayış evi mövcud olan torpaq sahəsinin koordinatları müvafiq inzibati orqanın məsul şəxslərinin texniki səhvi səbəbindən düzgün olaraq işlənilməmiş, nəticədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi X2 istifadəsində, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır.

24. Aqrar islahat həyata keçirilən zama n qüvvədə olmuş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi aqrar islahat aparılan zaman onun ailəsinin istifadəsində olmuşdur və texniki səhv olaraq başqa sahəyə sənədlər işlənilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatlarının ona təqdim edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnaməyə işlənməsi hazırki halda üçüncü şəxslərin hüquqlarına toxunmur və həmin sahə bələdiyyənin mülkiyyət hüququ yaranmamışdan əvvəldə iddiaçının istifadəsində olmuşdur.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmür, şəhadətnamədə göstərilən sahə Cəyirli kəndinin başqa istiqamətində yerləşir. Bu ndan başqa, vətəndaş İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində 0.15 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsi X3 X4 bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi işlənmişdir. JN-073A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi vət. X2 istifadəsində olan torpaq sahəsinin üstünə düşür. Göstərlən uyğunsuzluq olduğuna görə ərizənin icrasından haqlı olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, vətəndaş İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0.15 ha torpaq sahəsi X3 X4 (TEKUİS) Cəyirli bələdiyyəinin mülkiyyətində olan torpaq sahəsi olduğundan bununla bağlı qanunvericiliyinin tələblərinə əsasən torpaq sahəsinin satılması barədə qərar qəbul edilməli, torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməli, onun yerquruluşu planları və təsvirlər tərtib edilməli, torpaq sahəsinin verilməsi barədə müqavilə bağlanmalı, müqavilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməlidir. Məhz sadalananlar həyata keçirildikdən sonra sözügedən torpaq sahəsi üzərində iddiaçının hüquqları yarana bilərdi. Hazıki iş üzrə isə bunların heç biri baş verməmişdir. Məhkəmə kollegiyası bələdiyyə torpağı üzərində bir növ sərəncam verməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, İddiaçı və ailə üzvləri ilə Bərdə rayonu, Cəyirli bələdiyyəsi arasında 0.09 ha torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Bərdə rayonu, Cəyirli bələdiyyəsi tərəfindən iddiaçının və onun ailə üzvlərinin adına yerquluşu planından çıxarış tərtib edilm əmiş, qanunamüvafiq qaydada, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi alınmamışdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquql arının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. M addə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olması nı bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkə məsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 3

3. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Cəyirli kənd sakinləri İddiaçı və ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamə tərtib edilmişdir.

38. Bərdə rayon Güloğlular İƏD üzrə nümayəndəliyin X10 verilmiş arayışından müəyyən olunur ki, Bərdə rayonu Güloğlular kənd İƏD üzrə nümayəndəliyin 2021-2025-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Cəyirli kənd aid 65 saylı vərəqində onun adına 0,09 ha həyətyanı torpaq sahəsi v ə 1974-cü ildə tikilmiş ümumi sahəsi 56 kv metr olan fərdi yaşayış evi qeyd olunmuşdur.

39. Bərdə rayonunun Cəyirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, X8 qanuni istifadəsində 0,15 ha torpaq sahəsi qeyd edilmişdir.

40. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 iyun 2023-cü il tarixli, 3-21-3-46/2-2789/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyindən görünür ki, Bərdə rayonu, Cəyirli kəndində yerləşən İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi 0,1553 hektardır və həmin torpaq sahəsi, kompleks yerquruluşu layihəsində “Torpağın mü lkiyyətə verilməsinə dair” JN-073A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi faktiki olaraq X2 istifadəsindədir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan Bərdə rayonu, Cəyirli kəndində yerləşən 0,1553 ha torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı, tikinti altı torpaqlar təyinatlı və həyətyanı məqsədli torpaq sahəsidir.

41. Göründüyü kimi İddiaçı əri X15 ilə birgə təsərrüfatına aid olan və üzərində fərdi yaşayış evi mövcud olan torpaq sahəsinin koordinatları müvafiq inzibati orqanın məsu l şəxslərinin texniki səhvi səbəbindən düzgün işlənilməmiş, nəticədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A (KOD ********) nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi X2 istifadəsində, İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınmışdır.

42. Kollegiya qeyd edir ki, hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi aqrar islahat aparılan zaman onun ailəsinin istifadəsində olmuş, lakin texniki səhv nəticəsində başqa sahəyə sənədlər işlənilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatlarının ona təqdim edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN073A (KOD ********) nömrəli şəhadətnaməyə işlənməsi hazırki halda üçüncü şəxslərin hüquqlarına toxunmamış və həmin sahə bələdiyyənin mülki yyət hüququ yaranmamışdan əvvəldə iddiaçının istifadəsində olmuşdur.

43. İddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2-1(104)-25/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar