Məhkəmə qərarları › İş №2-1(102)-548/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-548/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-548/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-548/2020) (Açar sözlər: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 18 sentyabr tarixli 2-1(103)-1950/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydasının cavabdeh tərəfindən onun pensiyasında tətbiqinin qeyri-qanuni hesab edilməsi və 2018-ci il 1 mart tarixindən bu iş üzrə çıxarılacaq məhkəmə qərarının icrasınadək olan müddət dövrü üçün “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respubli kası Qanununa əsasən qulluq illərinə görə əlavələrin hər qulluq ili üçün təminat xərcliyinin 3 faizi miqdarına uyğun hesablanması əsasında təyin edilmiş pensiya məbləğləri ilə həmin müddət dövrü ərzində qeyri-qanuni surətdə qulluq illərinə görə əlavələrin 2 faizi miqdarındakı pensiya məbləğləri fərqinin birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin, hal-hazırda isə Penitensiar Xidmətin 1445 ş/h saylı, 1998-ci il 17 dekabr tarixli əmri əsasında yaş həddi və xidmət müddətinə görə Ədliyyə Polisi orqanlarından xaric edilərək pensiyaya çıxmışdır. Qulluq illəri təqvim hesabı ilə 25 il 00 ay 01 gün, güzəştl i hesablama ilə 38 il 08 ay 15 gün təşkil etmişdir. Güzəştli qulluq illərinin sayına uyğun surətdə pensiyaya çıxmazdan əvvəl onun işlədiyi dəstə rəisi vəzifəsinin təminat xərcliyinin 100 faizi miqdarında “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu əsasında ona pensiya hesablanmışdır. Onun vəzifə maaşı Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun surətdə artırıldıqda, o, həmin artırılmış vəzifə maaşı əsasında hesab aparmaqla öz pensiya təminatını müəyyən etməklə pensiyasının məbləğini sərbəst olaraq özü təyin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 mart tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi rütbəli əməkdaşlarının da vəzifə maaşlarının 2018-ci ilin mart ayının 1-dən etibarən orta hesabla 10% miqdarında artırılması baş vermişdir. Bu sərəncam əsasında pensiyasının hesablanması isə 2018-ci ilin iyul ayında, yəni sərəncamdan 5 ay müddət keçdikdən sonra baş tutmuşdur. Bu gecikməyə səbəb isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 saylı Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyul ayının 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın tətbiq edilməsi səbəb olmuşdur ki, bu Qaydanın tətbiqi onun pensiyasının hesablanması qaydasının dəyişməsi ilə nəticələnmişdir. Penitensiar Xidmətin pensiyaçılarına Qaydanın 2.5-ci bəndi tətbiq edilməyə başlanmışdır ki, bu Qayda əsasında güzəştli qulluq illərinin 20 ildən sonrakı hər ili üçün əvvəllər hesablanmış olan 3% əvəzinə 2 % hesablam a tətbiq edilmişdir. Belə bir hesablamanın tətbiqi isə onun pensiyasının ödəniş faizinin 100%-dən 92.34%-ə endirilməsi ilə nəticələnmişdir ki, bu qaydanın onun pensiyasına hesablanması qanunsuzdur. Bu səbəbdən də, o, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti işçilərinin sonuncu vəzifə maaşı 2018-ci il 1 mart tarixdən orta hesabla 10 faiz artırılmışdır. “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyu n tarixli 142 nömrəli Fərmanı ilə Qaydalar təsdiq edilmişdir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Bu səbəbdən də, iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1394/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pensiyası qanuna müvafiq qaydada hesablandığından hazırkı iddia tələbi əsassızdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 2019-cu il 18 sentyabr tarixli 2-1(103)-1950/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edil məsinə dair 2014-cü il 27 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş ((Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-c i və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının s ığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzə rdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının qulluq illəri təqvim hesabı ilə 25 il 00 ay 01 gün, güzəştli hesablama ilə 38 il 08 ay 15 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Göründüyü kimi, həmin Qayda hazırkı iş üzrə iddiaçıya da şamil edilir və cavabdeh iddiaçıya əmək pensiyasını hesablayarkən qanunun tələblərini düzgün tətbiq etmişdir. İddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pen siya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Qərarına istinadına gəldikdə, həmin Qərarda aşağıdakılar təsbit olunmuşdur: 1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata k eçirilməlidir. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Göründüyü kimi, həmin Qərarda xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsinin həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməli olduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən hərbi xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınmalı olduğu qərara alınmışdır. Hazırkı halda, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın iddiaçı barəsində tətbiqi və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə ziddiyyət təşkil etmir. Belə ki, həmin Qayda əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesabla nması zamanı hərbi xidmətin güzəştli sayılan hissəsinin də nəzərə alınmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 sentyabr tarixli 2-1(103)-1950/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov Əsli ilə düzdür: Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar