Məhkəmə qərarları › İş №2-1(102)-548/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-548/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-548/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdehlər) qarşı “inzibati orqanların cərimə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli 2-1(103)-1778/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz hərəkətlərinə görə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2-1(112)-3984/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

3. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilmiş “inzibati orqanların cərimə (ştraf) olunması” tələbinin İnzibati Prosessual Məcəllənin 2.2.12.2.9-c u maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. Bundan başqa iddiaçı ümumiyyətlə cavabdeh orqanlara müraciət etməmişdir. Halbuki, “inzibati orqanların hərəkətsizliyi” ilə bağlı iddiaçı ilkin olaraq cavabdeh orqanlara müraciət etməlidir.

4. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2-1(112)-3984/2020 saylı qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci tarixli 21(103)-1778/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayə tinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 17.08.2020-ci il tarixli, 2-1(112)-3984/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Məhkəmə qərardadının iddiaçıya nə vaxt təqdim edildiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.

8. İddiaçı 11.11.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, məhkəmənin 16.11.2020-ci il tarixli qərardadına əsasən ərizəsi təmin edilmiş, 07.01.2021-ci il tarixində iddiaçı vəkillə təmin olunmuş, 13.01.2021-ci il tarixində isə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci t arixli 2-1(103)-1778/2020 nömrəli qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə qərardadını əsaslandırarkən hazırkı iş üzrə iddiaçı tərəfindən ümumiyyətlə cavabdeh orqanlara müraciət edilmədiyini bildirsə də, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl cavabdeh Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, lakin cavabdeh Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müraciətə mahiyyətə üzrə baxılıb cavab verilmədiyindən və iddiaçının pozulmuş hüquqları bərpa edilmədiyindən məhkəmə müdafiəsi hüquq undan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edi lməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati-Prosessual Məcəllə: Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-o lmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edə n məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə id diasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ape llyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 14-cü bəndində göstərilən hüquqi mövqeyindən göründüyü kimi məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olubolmamasını, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmə Plenumunun qərarında qeyd olunan hüquqi mövqeyə uyğun olaraq iddia çının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi yoxlamışdır. İddiaçı kassasiya şikayətinin dəlillərində məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqanlara müraciət etdiyini bildirsə də, işə məhkəmələr tərəfindən baxılarkən bu hal öz təsdiqin tapmamışdır.

20. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının tələbi də qeyri-müəyyəndir. Belə ki, inzibati məhkəmələr tərəfindən İPM-in 2.2.1-2.2-9-cu maddələrində qeyd olunan tələblərə baxılsa da, iddiaçının tələbi göstərilən maddələrdə adıçəkilən iddia növlərindən heç biri ilə uyğunluq təşkil etmir.

21. Hazırkı qərarın 13-cü maddəsində qeyd olunan məhkəmənin “yardım etmək” vəzifəsinə, bu vəzifə ilə bağlı Ali Məhkəmə Plenumunun göstərişlərinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdur ki, hazırkı mübahisə üzrə iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin cavabdeh orqanlara olunan müraciətlər və müraciətlərə verilmiş cavab məktublarının təqdim olunması zəruridir. Buna baxmayaraq, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə heç bir ərizə verməmiş, eləcə də cavabdehlərə müraciət etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

22. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının qeyri-müəyyən iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən qabaq cavabdehlərə müraciət etməsi və cavabdehlərin onun müraciətini təmin etməkdən imtina etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırkı qərarın 13-14-cü bəndlərində qeyd olunan normalara və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmələr iddi açıya yardım etsə də, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmamışdır.

23. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci tarixli 21(103)-1778/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar