Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-548/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Sumqayıt Bələdiyyəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq f əaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazidə yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)358/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-332/2021 saylı qərardadı ilə (hakim: İ.R.Quliyev) iddia Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adla ndırılan ərazidə yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin eyni tarixli və eyni nömrəli qərarı ilə iddia qalan hissədə təmin edilmiş, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin (bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə v erilməsinə ilə əlaqəli müvafiq rəyin) Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-358/2021 nömrəli iş üzrə 22 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Ş.R.Abasov, hakimlər: S.A.Qafari və T.Q.Məmmədov) cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(118)-332/2021 saylı qər arı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
6. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı rəsmi qaydada bələdiyyəyə daxil olduğu zaman Sumqayıt Bələdiyyəsinin işçilərinin bir çoxu COVİD-19 pandemiyasının bələdiyyədə yayılması ilə bağlı karantində olmuş və bu səbəbdən müvafiq sənədləşmə işlərinin aparılması, o cümlədən sözügedən məhkəmə qərarından qanunvericiliklə müəyyən edilmiş müddətlərdə şikayət verilməsi mümkün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələri ndə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır.
10. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2-1(105)-358/2021 saylı qərarı 03 noyabr 2021ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı SS747241153 AZ poç t qəbzinə imza etməklə qərarı almış, kassasiya şikayəti isə 1 (bir) aylıq prosessual müddət ötürüldükdən sonra verilmişdir. 12.İddiaçı özü də müddətin ötürülməsini mübahisə etmir. Mübahisələndirilən hal müddətinin ötürülməsinin üzrlü və ya üzrsüz səbəblərdən baş verməsi ilə bağlıdır.
13. İddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini etiraf edərək müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı rəsmi qaydada bələdiyyəyə daxil olduğu zaman Sumqayıt Bələdiyyəsinin işçilərinin bir çoxu COVİD-19 pandemiyasının bələdiyyədə yayılması ilə bağlı karantində olmuş və bu səbəbdən müvafiq sənədləşmə işlərinin aparılması, o cümlədən sözügedən məhkəmə qərarından qanunvericiliklə müəyyən edilmiş müddətlərdə şikayət verilməsi mümkün olmamışdır.
14. Məhkəmə tərkibi iddiaçının dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı Sumqayıt Bələdiyyəsi işçilərinin bir çoxunun COVİD-19 pandemiyasının bələdiyyədə yayılması ilə bağlı karantində olduğu səbəbindən şikayətin vaxtında verilməsinin mümkün olmadığını bildirsə də, bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir.
15. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
16. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2-1(105)-358/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.