Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-548/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Sadıqov Əsəd Məmmədcəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1985/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2022-ci il 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 55.265,27 manat əlavə vergi məbləği hesabl anmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 7.519,08 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 62.784,35 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı - 55.265,27 manat). 2022-ci ilin oktyabr-2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətrinin + qeydiyyatda olmayan qeyri-rezidentlər üzrə təqdim edilmiş hesabatlara əsasən cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) + 1608.4-cü (Q eyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi, 4663,67 manat qeyd edilmişdir ki, bu da kənarlaşma yaranmasına səbəb olmuşdur.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 may 2023-cü il tarixli **********264800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********691300 nömrəli q ərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********691300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haq larının hesablanması barədə” Qərarı ilə iddiaçıya 2022-ci ilin 4-cü rübü üzrə 55265,27 manat məbləğində ÖMV (ödəmə mənbəyində vergi) hesablanmışdır. Mübahisənin mahiyyəti bundan ibarətdir ki, iddiaçı qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyəti ilə məşğuldur. İddiaçı qeyri-rezident şəxslərdən aldığı proqram təminatlarına görə etdiyi ödənişləri cavabdeh Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə istinad edərək ÖMV-yə cəlb etmişdir. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə görə, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəl iri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5 bu Məcəllənin 125.1.1-ci - 125.1.4-cü, 125.1.6-cı - 125.1.8-ci və 125.1-1- ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən 10 faiz dərəcə ilə ÖMV tutulur. Qeyd olunan normanın tələbindən göründüyü kimi, gəlirin vergiyə cəlb edilməsi Azərbaycan mənbəyindən olması ilə şərtləndirilmişdir. Azərbaycan mənbəyindən gəlir anlayışı isə Vergi Məcəlləsinin 13.2.16-c i maddəsində əksini tapmışdır. Belə ki, həmin normaya nəzər yetirdikdə müəyyən olunur ki, qeyri-rezidentin o gəlirləri Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab olunur ki, onlar Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə edilmiş olsun. Başqa sözlə desək, qeyrirezident Azərbaycan ərazisində rezident şəxsə iş (xidmət) göstərmirsə, ödənişin Azərbaycandan həyata keçirilməsi həmin gəlirlərin ÖMV-yə cəlb edilməsinə əsas yaratmır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən yuxarı vergi orqanına inzibati şikayət olunsa da, yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin olunmamışdır.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilm işdir. Etiraza əsasən, kameral vergi yoxlaması nəticəsində aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin oktyabr - 2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətirinin (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyrirezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1606-2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında royalti üzrə gəlirləri), 1607.2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında icarə üzrə gəlirləri), 1608.1-ci (Riskin sığortası və ya təkrar sığortası ilə bağlı sığorta ödənişləri), 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) və 16 08.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi 4663,67 manat qeyd edildiyi, bunun da kənarlaşmanın yaranmasına səbəb olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Cəmiyyətə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********555500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya müvafiq izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 4-cü rübü üzrə ÖMV bəyannaməsinə 5 5 265,27 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərar qəbul olununmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən kameral vergi yoxlaması ilə hesablamaya əsas olan halın dəqiqləşdirilməsi məqsədilə vergi qanunvericiliyinin tətbiqi barədə vergi orqanına xx.xx.2023-cü il tarixli **********333500 nömrəli məktubla sorğunun edildiyi, sorğuya xx.xx.2023-cü il tarixli **********064600 nömrəli məktubla cavab verildiyi müəyyən edildi. Cavab məktubunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.8-ci maddəsində hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal anlayışına aid edilmiş, bununla yanaşı Vergi Məcəll əsinin 13.2.11-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) sayıldığı, ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunduğu qeyd edilmişdir. Məktubda həmçinin Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən proqram təminatı qeyri-maddi aktivlərə və qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsinə aid edilmədiyi və Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə uyğun olaraq xidmət (iş) sayılmaqla ümumi qaydada ƏDV-yə cəlb olunduğu, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmadığı, qeyrirezidentə müqavilə əsas ında edilmiş ödənişlər qeyri- rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə aid edildiyi, həmin ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli olduğu, qeyri-rezident hüquqi şəxsdən alınmış proqram təminatına görə ona edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməli olduğu qeyd edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən, 2022-ci ilin 4-cü rübü ərzində qeyri-rezident şəxslər tərəfindən Cəmiyyətə təqdim edilmək məqsədi ilə verilmiş istifadə hüququnun (proqram təminatı, lisenziya) Azərbaycan Respublikasında fəaliyyət göstərən şəxslərə elektron qaimə-fakturalarla təqdim olunduğunu, qeyri-rezidentin əldə olunan gəlir məbləğinin inzibati araşdırma ilə Azərbaycan Respublikasından əldə olunan gəlir hesab edildiyini, bu gəlirlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi və həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməli olduğunu, 2022-ci ilin oktyabr - dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində VM 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar (306) sətri üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin 320 450,09 manat, ödənilmiş ümumi məbləğ isə 557 316,37 manat bəyan edilməsinə baxmayaraq 2022-ci ilin 4-cü rübü üzrə təqdi m edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirində cəmi 4 663,67 manat bəyan edilərək 466.37 manat vergi məbləğinin hesablandığını nəzərə alaraq, Cəmiyyətin şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
6. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2-1(112)-10915/2023 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 14 fevral 2023-cü il tarixli **********691300 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alğı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alğı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyət ilə məşğuldur. Cavabdehin qənaətinə görə iddiaçı qeyri-rezident şəxslərdən əldə etdiyi malları Azərbaycan Respublikasında olan şəxslərə təqdim etdiyindən (cavabdeh inzibati şikayət üzrə qəbul etdiyi qərarda da, buna istinad etməsinə baxmayaraq, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir) bu qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunmuş gəliri hesab olunaraq həmin gəlir ÖMV-yə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, hətta iddiaçı tərəfindən sözügedən mallar Azərbaycan Respublikasında şəxslərə təqdim edilsə belə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin tələblərindən göründüyü kimi, qeyri-rezidentin gəliri o zaman Azərbaycan mənbəsindən əldə olunmuş gəlir hesab olunur ki, o, həmin gəliri Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə etmiş olsun. Hazırki işin hallarına əsasən isə iddiaçının malları əldə etdiyi qeyri-rezidentlər tərəfindən lisenziyalı proqram təminatları üzrə xidmətlər Azərbaycan Respublikası ərazisində göstərilən xidmət olmayıb, qeyri-rezidentin öz ölkəsindən göstərdiyi xidmət növüdür. Bu halda, cavabdehin iddiaçının qeyri-rezidentlərdən əldə etdiyi malların Azərbaycan Respublikasında olan şəxslərə təqdim etməsi nəticəsində həmin gəlirin Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin tələblərinə müvafiq olaraq qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə edilmiş gəliri kimi qiymətləndirərək nəticədə iddiaçıya Vergi Məcəlləsinin 125.1-ci və 12.1.5-ci maddəsinin tələblərinə müvafiq olaraq 2022-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyindən tutulan vergi məbləğinə cəlb etməsi qanunsuz və əsassız olmuşdur.
8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1985/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən-məruzəçi hakim P.A.Hüseynov, hakimlər Ş.A.Məmmədova və M.C.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10915/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul ed ilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır.
11. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə “iddiaçının malları əldə etdiyi qeyrirezidentlər tərəfindən lisenziyalı proqram təminatları üzrə xidmətlər Azərbaycan Respublikası ərazisində göstərilən xidmət olmayıb, qeyri-rezidentin öz ölkəsindən göstərdiyi xidmət növü olduğunu qeyd edərkən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin tələblərini nəzərə a lmamışdır. Həmin maddənin tələblərinə əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi zamanı işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdir. Vergi Məcəlləsinin 16.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer xidmətin göstərild iyi yer hesab edilir. Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə görə, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyin də xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5 bu Məcəllənin 125.1.1-ci - 125.1.4-cü, 125.1.6-cı - 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən 10 faiz dərəcə ilə ÖMV tutulur. Qeyd olunan normanın tələbindən göründüyü kimi, gəlirin vergiyə cəlb edilməsi Azərbaycan mənbəyindən olması ilə şərtləndirilmişdir. Azərbaycan mənbəyindən gəlir anlayışı isə Vergi Məcəlləsinin 13.2.16-ci maddəsində əksini tapmışdır. Belə ki, həmin maddənin 13.2.16.3-cü bəndinə nəzər yetirdikdə müəyyən olunur ki, malların təqdim edilməsindən, iş görül məsindən və xidmət göstərilməsindən qeyrirezidentin o gəlirləri Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab olunur ki, onlar Azərbaycan Respublikasının ərazisində mal, iş (xidmət) təqdim edilməsi nəticəsində əldə edilmiş olsun. Başqa sözlə desək, qeyri-rezident Azərbaycan ərazisində rezident şəxsə mal (iş, xidmət) təqdim etmirsə, ödənişin Azərbaycandan həyata keçirilməsi həmin gəlirlərin ÖMV-yə cəlb edilməsinə əsas yaratmır. Həmçinin, cavabdeh hesablamanı 2022ci ilin 4-cü rübünə aparsa da, həmin dövrə aid olmayan ödəmələri də nəzərə almışdır. Belə ki, xx.xx.2022-ci il “X3 (UK) Limited” şirkətinə ödənilən 9974.76 usd, xx.xx.2022-ci il tarixdə Divi FZE şirkətinə ödənilən 1322 usd, xx.xx.2022-ci il tarixdə Divi FZE şirkətinə ödənilən 772 usd, 2023-cü ilin yanvar ayında Asbisc şirkətinə 13 1490 usd vəsaitlər ayrı hesabat dövrlərinə aid olsa da, cavabdeh həmin vəsaitləri 2022-ci ilin 4-cü rübü üzrə vergiyə cəlb etmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi kassasiya şikayətinə etirazın dəlillərini müdafiə edərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir; 13.2.16.18. Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır. 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz; 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icra at çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apel lyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir.
24. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyət ilə məşğuldur. Cavabdeh iddiaçının qeyrirezident şəxslərdən əldə etdiyi malları Azərbaycan Respublikasında olan şəxslərə təqdim etdiyindən bunu qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunmuş gəliri hesab edərək, həmin gəliri ödəmə mənbəyində tutulan vergiyə cəlb etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən İddiaçı MMC-yə 2022-ci il 4-cü rüb üzrə 55.265,27 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır.
25. Cavabdeh kassasiya şikayətində dəlillərinin əsası kimi Vergi Məcəlləsinin 13.2.16.18 və 168.1.5-ci maddələrinə istinad etmişdir.
26. Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsindən görünür ki, Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvv əlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.
27. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsindən göründüyü kimi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.
28. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi;
29. Cav abdeh kameral vergi yoxlaması nəticəsində aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin oktyabr - 2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətirinin (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1606-2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında royalti üzrə gəlirləri), 1607.2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında icarə üzrə gəlirləri), 1608.1-ci (Riskin sığortası və ya təkrar sığortası ilə bağlı sığorta ödənişləri), 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) və 1608.4-cü (Qeyri-r ezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi 4663,67 manat qeyd edildiyi, bunun da kənarlaşmanın yaranmasına səbəb olduğunu qeyd etmişdir.
30. İddiaçı isə müqavilənin dəyəri üzrə 1608.4-cü sətrdə 4663 manatın bəyan edildiyini bildirmişdir.
31. Cavabdeh iddiaçının apardığı əməliyyatları Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlir kimi qəbul etsə də, hazırkı işin hallarından görünür ki, təqdim olunan mallar qeyri-rezident tərəfindən iddiaçıya satılmışdır.
32. İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia t ələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1985/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarı dəyişdir