Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-549/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisin) deputatı kimi qulluq stajına əlavə nəzərə alınmaqla 01.01.2015-ci il tarixdən pensiya təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-272/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.X-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. O, 1990-1995-ci illərdə (Xİİ Çağırış) Azərbaycan Respublikasının Ali X10 seçilmişdir. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandığı vaxt Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisi n) deputatı kimi qulluq stajına əlavə nəzərə alınmaqla pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 19.04.2016-cı il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda 1990-1995-ci illərdə Milli Məclisin üzvləri olmuş şəxslər nəzərdə tutulmadığından iddiaçıya qullu q stajına görə əlavənin hesablanması qanunvericiliyin tələblərinə ziddir. İddiaçı 9 iyun 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisin) deputatı kimi qulluq stajına əlavə nəzərə alınmaqla 01.01.2015-ci il tarixdən pensiya təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(84)-611/2016 saylı iş) 27 iyul 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisin) deputatı kimi qulluq stajına əlavə nəzərə alınmaqla 01.01.2015-ci il tarixdən pensiya təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçını əlverişsiz vəziyyətdə qoyan Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya istinad etməsi imtina üçün tutarlı səbəblər kimi qiymətləndirilə bilməz. Belə ki, həmin Siyahının məqsəd və məramı pensiya təyin edilməsi üçün müraciət etdiyi vaxt dövlət qulluqçusunun dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsinin mövcud olmadığı, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması hallarının tənziml ənməsinə yönəlmişdir. Həmçinin bu cür qiymətləndirmə üçün obyektiv əsaslar da (məhkəmə qərarda xalq deputatı ilə deputatın statusu arasında əhəmiyyətli fərqin olmadığını müəyyən etmişdir) yoxdur. Birinci instansiya məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X7 və X8, 21(107)-291/2016 saylı iş) 25 oktyabr 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Sevda Hüseynova və Xəqani Məmmədov, 2-1(102)-439/17 saylı iş) 18 yanvar 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən edilmiş, Şəki Apellyasiya Məhkəməsin in İnzibati-İqtisadi kollegiyasının 10 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X9məruzəçi, X5 və X3, 2-1(107)-272/2018 saylı iş) 16 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, 12 avqust 1995-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimi yyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. İddiaçı 3 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 4 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlə rinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar İ Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” ilə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan SSR X14 Heyətinin Aparatı, Rəyasət Heyətinin sədri və i.a. dövlət qulluğu vəzifəsi olduğu üçün həmin vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına zərurət olduğu halda, deputat dövlət qulluğu vəzifəsi olmadığı və “Dövlət qulluğu haqqında” Qanun de putatlara şamil olunmadığı üçün deputatın sözügedən Siyahı ilə İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması istisna edilməlidir. X18 xalq deputatının, istərsə də Milli Məclisin deputatının səlahiyyətləri və fəaliyyət formaları əsasən eynilik təşkil edir. Bununla belə “Azərbaycan Respublikası xalq deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun “Deputatlıq Fəaliyyəti üçün Əsas Təminatlar” başlıqlı (maddələr 27-43) V fəslində səlahiyyət müddəti bitmiş xalq deputatlarının pensiya təminatı nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsində deputatın səlahiyyət müddəti qurtardıqdan sonra təminatları nəzərdə tutulmuşdur. əsаslаndırmа hissəsi: İddi açı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyild ir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 1990-1995-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin (Milli Məclisinin) deputatı kimi pensiya təyin edilməsini xahiş etmiş, mübahisə ilə bağlı məhkəmələr tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İddiaçı tərəfindən mübahisə olunan məh kəmə qərarlarından görünür ki, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlara qulluq stajına görə əmək pensiyasına əlavələr edilməsi seçicilər tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş şəxslərə şamil edilmişdir. İddiaçı seçicilər tərəfindən birbaşa olaraq 21 aprel 1978-ci il tarixdə qəbul olunmuş Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına uyğun olaraq, daimi fəaliyyət göstərməyən qanunvericilik orqanı olan Azərbaycan SSR-nin Ali Sovetinin deputatı seçilmişdir. Bu səbəbdən, iddiaçı yuxarıda qeyd olunan əsaslarla həm 1995-ci ildə, həm də ki ondan sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmədiyinə görə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1 və 20.2-ci maddəsi iddiaçıya şamil oluna bilməz. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsində deputatların səlahiyyət müddəti qurtardıqdan sonra onların təminatları nəzərdə tutulmuşdur. Bu normaya görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən əmək pe nsiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatlara (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əmək haqqının əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensi yasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 30 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu qəbul edilmiş və həmin qanuna görə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə keçid dövrü elan olunmuş və Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası yaradılmışdır. X2 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasını Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycan Respublikası xalq deputatlarının 50 nəfərindən ibarət tərkibdə təşkil etmişdir. “Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında” Az ərbaycan Respublikası Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə 19 may 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikası Milli Məclisi adlandırılmış və keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. 12 avqust 1995-ci il tarixdə “Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ali qanunvericilik hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Milli Məclisini Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər, birba şa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu ilə seçirlər. 30 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisi haqqında” Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisini təşkil etmiş və keçid dövrü üçün səlahiyyətlərini ona vermiş Azərbaycan Respublikası Ali Sovetinin deputatlarının hüquqi statusu 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikası Konstitusiyasından sonra fəaliyyətə başlamış deputatların statusuna bərabər tutula bilməz. Odur ki, iddiaçının deputat pensiyasını tələb etmə barədə iddiası haqlı olaraq təmin edilməmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin edilməsi üçü n əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-272/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-549/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-549/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver