Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-549/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ailə başçısının itirilməsinə görə əmək pensiyasının məbləğinin təminat xərcliyinin 80 faizi məbləğində müəyyən edilməsi və yenidən hesablanması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X9, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X1 vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili X7 iştirakı ilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyasının məbləğinin təminat xərcliyinin 80 faizi məbləğində müəyyən edilməsi və 10.03.2017-ci il tarixdən etibarən yenidən hesablanması və ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2617/2019 saylı, 14 noyabr 2019cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasın da baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının əri X4 hərbçi olmuşdur və *1984-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası DSMF HQXRŞİD şöbəsinin pensiyaçının 002158 nömrəli uçot vərəqinə əsasən iddiaçı 1934-cü il təvəllüdlüdür, iddiaçıya 15.10.2009-cu ildə 789 manat təminat xərcliyinin 35%-i olan 276,22 manat pensiya təyin edilmiş, sonradan onun məbləği artırılaraq 16.02.2001-ci ildən 838,20 manat təminat xərcliyinin 35%-i olan 293,37 manat, 20.10.2011-ci ildən 978 manat təminat xərcliyinin 35% məbləğində 342,37 manat məbləğində müəyyən edilmişdir, 25.09.2016-cı ildən isə pensiyasının məbləği 1.132 manat təminat xərcliyinin 35%-i qədər 396,27 manat hesablanmışdır. İddiaçı həmin məbləğlə razılaşmayaraq əmək pensiyasının ailə başçısının təminat xərcliyinin 80%-i miqda rında müəyyən edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir Cavabdehin iddiaçıya ünvanlanmış 08.02.2018-ci il tarixli məktubuna əsasən iddiaçının mərhum həyat yoldaşı X1 sonuncu tutduğu vəzifə üzrə vəzifə maaşı 625,0 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 40% əlavəsi 305,20 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 1.132,20 manat təşkil etmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinə əsasən pul təminatının 35%-i və ya 396,27 manat məbləğində pensiyanın düzgün hesablanması bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 18.04.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, 29.11.1984-cü ildə iddiaçıya ailə başçısını itirməyə görə mərhum həyat yoldaşı N.V.Kabul axinin təminat xərcliyinin 35%-i miqdarında əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80%-dən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. İddiaçının pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci ildən əvvəl yarandığı üçün sözügedən dəyişikliyin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. İddiaçı 15 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyasının məbləğinin təminat xərcliyinin 80 faizi məbləğində müəyyən edilməsi və 10.03.2017-ci il tarixdən etibarən yenidən hesablanması və ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əri X4 vəfat etmişdir və *1984-cü il tarixdə ailəsinə ailə başçısının itirilməsinə görə təminat xərclərinin 35% miqdarında 396 manat pensiya təyin olunmuşdur. İddiaçı təyin olunan məbləğlə ailəsinin ehtiyaclarını qarşılaya bilmədiyindən müxtəlif tarixlərdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, təyin olunmuş pensiya məbləğinin artırılmasının mümkünlüyü ilə bağlı məlumat almağa çalışmış, lakin hər dəfə ona təyin olunan məbləğin doğru hesablandığı və hər hansı bir artımının nəzərdə tutulmadığı bildirilmişdir. Belə ki, ƏƏSMN yanında DSMF-nin Hərbi Q ulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 18.04.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, 20.11.1984-cü il tarixdə iddiaçıya ailə başçısını itirdiyinə görə N.V.Kabulaxinin təminat xərcliyinin 35% miqdarında əmək pensiyası təyin olunmuşdur. Halbuki “Əmək pensiyaları haqqında” Qanuna edilmiş 10.03.2017-ci il tarixli dəyişikliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80%-dən az olduğu üçün həmin məbləğə çatdırılmaqla təyin edilməlidir. Cаvаbdeh iddiаyа dаir еtirаzında bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və müvafiq formada əmək pensiyanın təyin edilməsi üçün Azərbayc an Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədilə şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar müvafiq orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilən məlumat vərəqəsinə əsasən və “Əmək pensiyaları haqqında” Qanuna əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) müvafiq təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi “Əmək pensiyaları haqqında” Q anuna 10.03.2017-ci il tarixli dəyişiklik 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yaranmışdır, iddiaçıya həmin dövrdə qüvvədə olmuş qanunun tələbləri tətbiq edilməklə düzgün olaraq əmək pensiyası təyin edilmişdir. Adı çəkilən dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Hаcıbəyоvа Miminаt Tаcib qızı, 21(81)-2446/2019 saylı iş)20 avqust 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının məbləğinin təminat xərcliyinin 80%-i məbləğində müəyyən edilməsi və 01.07.2017-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzəri nə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduğu üçün iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməli idi, belə ki, iddiaçının ərinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının iddiaçıdan başqa hər hansı şəxsə təyin edilməsi barədə məlumat cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.17-ci maddəsinin tələblə ri tətbiq edilməklə ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının məbləğinin həmin normaya əsasən müəyyən edilməsi tələbində haqlıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5məruzəçi, X8 və X10, 2-1(103)-2617/2019 saylı iş) 14 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 6 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 17 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. İddiaçıya ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilən pensiyanın yenidən hesablanmasına dair 25.05.2016-cı il tarixli “məlumat vərəqəsi”nə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) müvafiq təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixli dəyişikliyə əsasən ailə başçısını itirməyə görə Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər 01.07. 2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmişdir. Məhz adı çəkilən dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Hərbi qulluqçuların ailə başçısını itirməyə görə pensiya təminatı həmin Qanunun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir, hesablanır və ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir, iddia çının hüquq qazandığı tarix Qanundan əvvəlki dövrü əhatə etdiyindən iddiaçıya şamil edilməsi qanunvericiliyə uyğun deyildir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş və təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması ü çün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, iddiaçıya 1984-cü ildən ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı mərhum ərinin təminat xərcliyinin 35 faizi məbləğində pensiya alır. Sonradan, “Əmək pensiyaları haqqında” Qanuna 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklər təyin edilmiş onun pensiyasının məbləğində artımlara səbəb olsa da, həmin dəyişikliklər iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Bununla bağlı cavabdehin mövqeyi ondan ibarətdir ki, dəyişikliklərin qüvvəyə mindiyi tarix 01.07.2017-ci il olduğundan, iddiaçının pensiya hüququ sözügedən qanundan əvvəlki dövrü əhatə etdiyindən və Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən, müraciət tə min edilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. İşdən görünür ki, iddiaçıya 1984-cü ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, onun pensiyasına əlavə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsin ə əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Resp ublikası Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmiş, lakin həmin Qanun 01.07.2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya münasibətdə tətbiq olunmamışdır. 10 mart 2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu ilə edilən, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin redaksiyasından isə göründüyü kimi, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi mə bləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Qanunun qeyd olunan normasına edilən dəyişikliyin onun qüvvəyə minməsindən əvvəl pensiya hüququ qazanmış şəxslərə şamil olunmasının mümkünsüzlüyü barədə cavabdehin dəlili əsassızdır. Belə ki, Qanunun 29.2-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 20.17.2-ci maddəsi ilə də, məhz, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə düşən minimum məbləğ müəyyənləşdirilmişdir. Yəni, imperativ qaydada müəyyən olunmuşdur ki, ailəyə düşən ümumi məbləğ ailə başçı sının təminat xərcliyinin 80 faizindən az olduqda, həmin məbləğə çatdırılmaqla müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməlidir. Cavabdehin imtina məktubunun, apelyasiya və kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçının ailə üzvlərinə düşən ümumi məbləğin onun mərhum ərinin təminat xərcliyinin 80 faizindən az olduğu işin mübahisələndirilməyən halını təşkil edir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Az ərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-26 17/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-549/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-549/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver