Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-549/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ( hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Elgin Abdullayevin, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1893/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etd i. İşin halları
1. İddiaçı X3 xx.xx.1960-cı il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkə məsi) müraciət etmişdir. 4. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Qazax rayonunda doğulmuşdur. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qazax rayonu Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1993-cü ilə qədər «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər Yenidənqurma və Əsaslı Təmir Testinin 130 N-li Təmir Tikinti Quraşdırma idarəsində şöbə rəisi, xx.xx.1996-cı ildən xx.xx.2 005-ci ilə qədər 26 saylı Təmir Tikinti Trestinin 1 N-li sahəsinə iş icraçısı vəzifəsində işləmişdir. Ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçasında qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imt inası əsaslı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2-1(112)-1110/2020, (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsaslanaraq iddiaçı X1 xx.xx.2006-cı il tarixinədək 25 ildən 25 ildən az (17 il 2 ay 11 gün) ümumi iş stajına malik olması, həmçinin xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan az (2 il 7 ay 21 gün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olması iş m aterialları ilə öz təsdiqini tapmadığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz olduğuna dair nəticəyə gəlmişdir.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1893/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə iddiaçı X1 apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1110/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməsi, iddianın təmin edilməsi, iddiaçı X2 xx.xx.2012-ci ildən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun həmin vaxt (xx.xx.2017-ci il tarixədək) qüvvədə olan 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Si yahısı”na əsaslanaraq müraciətini təmin etməməkdə haqlı olmamış olduğuna dair nəticəyə gəlmişdir.
11. Cavabdeh həmin qərardan kasasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd edilməməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
12. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının yeraltı işlərdə çalışmasını təsdiqləyən hər hansı sübut yoxdur. Dolayısı ilə, məhkəmə iddiaçının çalışdığı peşəni hansı əsasdan çıxış edərək sadalanan kodlarda nəzərdə tutulmuş peşələrlə eyniləşdirdiyini öz qərarında açıqlaya bilməmişdir. İddiaçı, 1980-1993-cü illərdə çalışdığı peşələrin güzəştli pensiya hüququ verməsinə dair arayış təqdim edə bil məyib. Göründüyü kimi, işdə iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verdiyini təsdiqləyən mötəbər arayış yoxdur. Bakı şəhəri 26 saylı Təmir Tikinti Tresti xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçdiyindən, müvafiq arxiv məlumatları mövcud olmadığından, iddiaçının həmin müəssisədə xx.xx.1996-cı il tarixdən xx.xx.2005ci il tarixədək olan iş stajı onun ümumi iş stajına daxil edilməsi mümkün deyildir. Bakı şəhəri 26 saylı Təmir Tikinti Tresti ilə Azərbaycan Respublikası Rayonlararası 26 saylı Təmir-Tikinti Trestinin eyni, yoxsa fərqli hüquqi şəxslər olduğu bəlli deyildir. Göründüyü kimi, bu halda belə, məhkəmə yalnız xx xxxx 2016-cı il tarixdən pensiyanın ödənilməsini qərara ala bilərdi. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1893/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 75 saylı arayışda texniki səhvə yol verilmiş və iş icrasının peşasi kodunun 22901006-24441 əvəzinə 23200000-19906 kodu yazılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Abdullayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili E.Abdullayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:
17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlid ir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91- ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamal ıdır.
20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1893/2020 saylı qərarla və həmin qərardan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlilləri əsaslıdır.
21. Belə ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddianın təmin edilməsi nəticəsinə gələrkən xx xxxxxx 2020-ci il tarixli qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, «xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun həmin vaxt (xx xxxx 2017-ci il tarixədək) qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zə rərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır».
22. Həmçinin apelyasiya instansiyası məhkəməsi həmin qərarında göstərmişdir ki, «Cavabdeh orqanın ərizəni təmin etməkdən imtina edərkən ona əsaslanmışdır ki, iddiaçının xx xxxxxx 1996 – xx xxxxxx 2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər 26 saylı «Təmir-Tikinti Tresti»nin 1 nömrəli sahəsində işlədiyi Bakı şəhər 26 saylı «Təmir-Tikinti Tresti»nin xx xxxxxxx 2004-cü il tarixində Vergi orqanlarında qeydiyyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. İddiaçının qalan idarələrdə işləməsi cavabdeh orqan tərəfindən qəbul olunmuşdur».
23. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi öz qərarında yazmışdır ki, «İnternet vergi İdarəsində olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Bakı şəhər 26 saylı «Təmir-Tikinti Tresti xx xxxxx 1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
24. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən və «xxxx» ASC-nin xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının təkcə «Azərelektomaş» EİB-də işlədiyi rəngsaz peşəsi (1 il 5 ay 12 gün), xx xxxxxx 1996-cı ildən xx xxxxxx 2005-ci ilə qədər 26 saylı Təmir Tikinti Trestinin 1 №-li sahəsində iş icraçısı (9 il 4 ay 16 gün) vəzifəsi üzrə 10 ildən çox güzəştli stajı, xx xxxxxxx 1978-ci ildən xx xxxxxx 2005-ci ilə kimi isə 20 ildən çox ümumi stajı mövcuddur».
25. Daha sonra apelyasiya instansiyası məhkəməsi həmin qərarında göstərmişdir ki, «Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını hazırkı mübahisəyə tətbiq edərək və işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının xx xxxxxx 2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, iş lərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 saylı siyahısı»nda təkcə 2 peşə üzrə (XXVİİ bölmə, 2290100a—13450 saylı kod rəngsaz, 2290100b—24441 saylı kod iş icraçısı peşələrində işləməklə 10 il güzəştli iş stajının olmasını, eyni zamanda xx xxxxxxx 2012-ci ildə iddiaçının 52 yaşının tamam olmasını nəzərə almadan, iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır».
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi sözügedən nəticə ilə razılaşmayaraq hesab edir ki, işin halları tam və hərtərəfli araşdırılmamış, əlavə sübutlar tələb edilmiş və onlar qiymətləndirməmiş, buna görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əsassız məhkəmə qərarı qəbul edilmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 1.2.1, 58.7, 68.2-ci madd ələrinin pozulması anlamına gəlir.
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməsi üçün İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla işin hallarının tam və hərtərəfli araşdırılması ilə yanaşı xüsusi əhəmiyyət kəsb edən Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 saylı siyahısının müddəaların düzgün tətbiq edilməsi həlledici önəm daşıyır.
28. Məlum olduğu kimi məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 1978-ci ildən xx xxxxxx 19 79-cu ilə qədər Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, xx xxxxx 1980-cı ildən xx xxxxxx 1993-cü ilə qədər «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, xx xxxxxx 1993-cü ildən xx xxxx 1996-cı ilə qədər Yenidənqurma və Əsaslı Təmir Testinin 130 №-li Təmir Tikinti Quraşdırma idarəsində şöbə rəisi, xx xxxxxx 1996-cı ildən xx xxxxxx 2005-ci ilə qədər 26 saylı Təmir Tikinti Trestinin 1 №-li sahəsində iş icraçısı vəzifəsində işləmişdir.
29. Bu arada məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının xx xxxxxx 2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərd ə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 saylı siyahısı»nda təkcə 2 peşə üzrə (XXVİİ bölmə, 2290100a—13450 saylı kod rəngsaz, 2290100b—24441 saylı kod iş icraçısı peşələrində işləməklə 10 il güzəştli iş stajının olması öz əksini tapır.
30. Apelyasiya instansiyası məhkəməsinin bu hüquqi mövqeyinə dair cavabdeh kasasiya şikayətində düzgün olaraq yazır ki, «Məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin məlum 320 saylı qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıdakı kodlar 27-ci bölmənin «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa)» adlanan 1 və 2 saylı altbəndlərində yerləşir. Başqa sözlə, qeyd edilən alt-bən dlərdəki peşələr yalnız yeraltı işlərdə çalışan şəxslərə aid edilə bilər».
31. Lakin iş materiallarında iddiaçının yeraltı işlərdə çalışmasını təsdiqləyən hər hansı sübut yoxdur.
32. Həmçinin cavabdeh kasasiya şikayətində haqlı olaraq qeyd edir ki, «26 saylı Təmir-Tikinti Trestinin x xxxx 2019-cu il tarixli, 75 saylı Arayışında isə, iddiaçının xx xxxxxx 1996 – xx xxxxxx 2005-ci illərdə çalışdığı «iş icraçısı» peşəsinin məlum 2 saylı Siyahıda 23200000-19906 kodu altında nəzərdə tutulduğu qeyd edilib. Halbuki həmin kod altında nəzərdə tutulmuş peşə – «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» adlanır. İddiaçı isə, belə bir peşədə çalışmayıb. Göründüyü kimi, işdə iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verdiyini təsdiqləyən mötəbər arayış yoxdur».
33. Bununla əlaqəd ar olaraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələlər apelyasiya instansiyası məhkəməsi tərəfindən, iddiaçının çalışdığı iş yerlərinə sorğular göndərilib onun çalışdığı vəzifələrin formal adlarını nəinki öyrənməklə, hətta həmin vəzifələrdə çalışmış iddiaçının praktiki funksional səlahiyyətlərinin nədən ibarət olduğunu dəqiqləşdirərək araşdırmamış, onlara hüquqi qiymət verilməmiş, nəticə etibarı ilə də iş üzrə yanlış məhkəmə qərarı qəbul edilmişdir.
34. Belə olan halda, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)1893/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.