Məhkəmə qərarları › İş №2-1(102)-549/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-549/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-549/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı işi üzrə QƏRARİ Açar sözlər: otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar torpaq sahəsinin təyinatının dəyişdirilməsi, ziyan tələbi. Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi” barədə qər arların ləğv edilməsinə, qanunsuz sərəncam nəticəsində ona dəymiş ziyanın cavabdehdən tutulması tələbinə dаir iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-194/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03 mart 1998-ci il tarixli, 28 saylı sərəncamı ilə "Ocaqlı" qış otlaq sahəsindən 538 ha, "Ağcaqovaq" və " Bəyimli" yay otlaq sahələrindən 250 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir.

2. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 3 oktyabr 2013-cü il tarixli, 95 saylı sərəncamı ilə icarə müqaviləsinin müddəti 15 il müddətinə artırılmışdır. İcarəyə verilmiş torp aq sahəsi naturada müəyyən edilərək sərhədləri iddiaçıya tanıtdırılmış, təyinatı üzrə istifadə edilmişdir.

3. Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə "icarə müqaviləsi qüvvədən düşmüş" hesab edilmişdir. İddiaçının sorğusuna cavab olaraq sərəncamın surəti ona verilməmiş, Ş-03-1590 saylı, 29 dekabr 2016-cı il tarixli məktubla torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanuni əsasların ləğv olunması səbəbindən icarə müqaviləsinin qüvvədən düşdüyü bildirilmiş, əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə 14890.42 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qаrşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq onunla Şamaxı rayon İcra Hakimiyyəti arasında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə” qərarların ləğv edilməsini, qanunsuz sərəncam nəticəsində ona dəymiş 480.000 manat ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 03 mart 1998-ci il tarixli, 28 saylı sərəncamı ilə "Ocaqlı" qış otlaq sahəsindən 538 ha, "Ağcaqovaq" və " Bəyimli" yay otlaq sahələrindən 250 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. Şamaxı r ayon İcra Hakimiyyəti başçısının 03 oktyabr 2013-cü il tarixli, 95 saylı sərəncamı ilə icarə müqaviləsinin müddəti 15 il müddətinə artırılmışdır. İcarəyə verilmiş torpaq sahəsi naturada müəyyən edilərək sərhədləri ona tanıtdırılmış, təyinatı üzrə istifadə edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə "icarə müqaviləsi qüvvədən düşmüş" hesab edilmişdir. Cavabdehə müraciət edərək sərəncamın surətinin verilməsini xahiş etsə də, sərəncamın surəti ona verilməmiş, Ş-03-1590 saylı, 29 dekabr 2016-cı il tarixli məktubla torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanuni əsasların ləğv olunması səbəbindən icarə müqaviləsinin qüvvədən düşdüyü bildirilmiş, əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə 14890.42 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyi göstərilmişdir. Halbuki, sərəncam əsasında bağlanmış icarə müqaviləsi icarədar tərəfindən birtərəfli qaydada ləğv edilə bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi müqavilə münasibətlərində tərəflərin hüquq bərabərliyini tanıyır və tərəflərin müqaviləni birtərəfli qayda pozmaq hüququnu istisna edir. Bundan başqa, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 03 mart 1998-ci il tarixli, 28 saylı sərəncamı və onun əsasında bağlanmış icarə müqaviləsi torpağın təyinatının dəyişdirilməsinə görə müqavilənin ləğvini nəzərdə tutmamışdır. Cavabdeh torpağın təyinatının dəyişdirilməsi barədə onu xəbərdar etməmiş, torpağın yeni təyinatına uyğun olaraq icarə müqaviləsinin bağlanmasını ona təklif etməm işdir. Cavabdehin birtərəfli və qanunsuz hərəkəti nəticəsində mal - qara örüşsüz və yemsiz qalıb tələf olmuşdur. Müqaviləyə uyğun olaraq torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclər ayrılıb götürülə bilinməyən xərclər olmuşdur və həmin xərclər cavabdeh, eləcə də yeni icarəçi tərəfindən ona ödənilməmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, çəkdiyi xərcləri 480.000 manat qiymətləndirmiş, cavabdehə təklif etmişdir ki, bu qiymət mübahisə doğurursa, tikililərinin və məruz qaldığı itkilərin dəyəri onun iştirakı ilə qiymətləndirilsin. Cavabdeh onun təklifini qəbul etməmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 201 4-2018-ci illərdə sosial iqtisadi X1na uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə "xxxx" MMC-nin icarəsindədir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 21(085)-1833/2019 nömrəli qərardadı ilə hazırkı iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 21(118)-253/2020 nömrəli qərarı ilə (sədrlik edən: hakim İsmayıl Quliyev) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq qərar qəbul etmişdir. Odur ki, iddia əsassızdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2-1(112)-4802/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 27 oktyabr 2021-ci il tarixli, 2-1(105)194/2021 nömrəli qərarı ilə (hakimlər: Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və İlqar Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilm əklə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Şamaxı rayon İcra Hakimiyyəti arasında 13 oktyabr 2013-cü il tarixdə bağlanmış 536 ha “Ocaqlı” qış otlaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qüvvədən düşməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının qismən - “Ocaqlı” qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb edilməyən 347 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının icarəsinə verilmiş 536 ha “Ocaqlı” adlı qış otlaq sahəsinə dair bağlanmış icarə müqaviləsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən təyinatı dəyişdirilərək dövlət ehtiyat fond u torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş hesab olunsa da, əslində həmin torpaq sahəsinin hamısı deyil, yalnız 189 ha torpaq sahəsinin təyinatı dəyişdirilmişdir və qalan sahə 347 ha təşkil edir. Sərəncama əsasən cavabdeh qalan sahəyə dair iddiaçı ilə icarə müqaviləsi bağlamalı olduğu halda bunu etməmişdir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2370/2021 nömrəli qərarının tam ləğv edilməsini və işin apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış icarə müqav iləsinin birtərəfli qaydada ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə bir hüquqa cavabdeh nə qanuna, nə də müqaviləyə əsasən malik deyildir. Cavabdeh bu kateqoriya işlər üçün nəzərdə tutulmuş prosedur qaydalarına uyğun olaraq ilk əvvəl pretenziya ilə ona müraciət etməli, o, imtina etdiyi və cavab vermədiyi halda isə müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Şamaxı rayon İcra Hakimiyyəti isə bu qaydalara əməl etmədən, ona pretenziya vermədən birtərəfli qaydada müqaviləni ləğv etmişdir. Ləğv etdiyi sənədin adını cavabdeh sərəncam qoymuşdur ki, guya bu hüquqa “İnzibati icraat haqqında” Qanuna əsasən malikdir. Başqa bir tərəfdən, icarə müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir əsas mövcud olmamışdır. Birincisi, otlaq s ahələrinin əkin üçün ayrılması torpaq qanunvericiliyinə əsasən həmin torpağın kateqoriyasını dəyişdirmir. Çünki həm əkin, həm də örüş və otlaqlar kənd təsərrüfatı yerləri (uqodiyaları) olmaqla məqsədli təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. (Torpaq Məcəlləsinin 12-ci maddəsi). İkincisi, Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin əsaslarını tənzimləyən 73-cü maddəsində və Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda torpaq sahəsinin təyinatının dəyişdirilməsi icarə müqaviləsinə xitam verilməsinin ayrıca əsasını təşkil etmir. Bundan əlavə, “Torpaqların dövlət e htiyacları üçün alınması haqqında” qanun da torpağın təyinatının və kateqoriyasının dəyişdirilməsini torpağın alınmasına əsas verən dövlət ehtiyaclarının ayrıca növü kimi təsnifləşdirməmişdir. Qeyd olunan icarə müqaviləsində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirildiyi halda belə müqaviləyə xitam verilməsi nəzərdə tutulmamışdır.

15. Məhkəmə işə baxarkən nəzərə almamışdır ki, Nazirlər Kabinetinin 23.09.2016-cı il tarixli, 516s saylı sərəncamında 14 saylı Qış otlaq sahəsi göstərilməsə də, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə həmin sahəyə dair də icarə müqaviləsi ləğv edilmişdir. Nazirlər Kabinetinin 23.09.2016-cı il tarixli qərarında həmin 14 saylı Qış otlaq sahəsinə toxunulmur. İddiaçı hesab edir ki, ona icarəyə verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016-cı il tarixli, 516s saylı sərəncamında göstərilən torpaq sahəsi deyildir və tamamilə başqa ərazidə yerləşir. Ona görə də iş üzrə müvafiq ekspertiza rəyi olmadan, GPS, müasir texniki avadanlıqlar vasitəsi ilə ərazini öyrənmədən torpaqların üst-üstə düşməsi müəyyən edilmədən, hərtərəfli araşdırma aparmadan məhkəmə obyektiv qərar qəbul edə bilməzdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı: bənd 1.2. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər kabinetinin qər arı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. bənd 1.12. Kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin 1 dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. bənd 1.13. Qış otlaqlarından əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin iqtisadi əsaslandırılması, habelə həmin torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci bə ndi ilə müəyyən edilən qaydada təmin edilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən – iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və o nların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Belə ki, iddiaçının mübahisələndirdiyi Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci İllərdə sosial-iqtisadi X1”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetini n 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Nəticədə Şamaxı rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən 29.11.2016- cı il tarixli, 138 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı və 15 mart 2000-ci il tarixli 42 saylı Sərəncamları əsas götürülərək, sərəncama əlavə edilən siyahıda qeyd edilən - Şamaxı rayon Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890.42 hektar olmaqla, 1 nömrəlidən 348.0 hektar, 2 nömrəlidən 695.0 hektar, 3 nömrəlidən 254.0 hektar, 4 nömrəlidən 1421.42 hektar, 5 nömrəlidən 787.0 hektar, 9 nömrəlidən 1625.0 hektar, 10 nömrəlidən 1873.0 hektar, 12 nömrəlidən 1120.0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223.0 hektar, 18 nömrəlidən 185.0 hektar, 19 nömrəlidən 1799.0 hektar, 20 nömrəlidən 799.0 hektar, 21 nömrəlidən 531.0 hektar, 22 nömrəlidən 1078.0 hektar və 23 nömrəlidən 1255.0 hektar torpaq sahəsinə dair icarə müqavilələri və həmin müqavilələrə dair rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir.

24. Beləliklə də müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı qərarı olmuşdur.

25. Həmin qərara nəzər saldıqda müəyyən olunur ki, əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan torpaqlar, onların sayı və yerləşdiyi ərazi eynidir, ümumilikdə bu torpaqların sahəsi 14890.42 hektar təşkil edir.

26. İşdən görünür ki, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890.42 ha torpaq sahəsi cavabdeh tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir.

27. Belə ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının rayonun dövlət ehtiyat fonduna aid torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamına əsasən təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890.42 ha torpaq sahəsi rayonda iri taxılçılıq və yemçilik təsərrüfatının yaradılması məqsədi ilə "xxxx" MMC-yə 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir.

28. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Şamaxı rayonu “Padar massivi” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı (örüş otlaq) 14890. 42 ha torpaq sahəsi 21.12.2016 - 21.12.2065-ci illərdə 49 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmiş və sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 29 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

29. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu veri lərək iddiaçının icarəsinə ayrılmış 536.0 ha “Ocaqlı” adlı qış otlaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə, Şamaxı rayon İcra Hakimiyyətinin 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə ayrılmış 14890.42 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi barədə məlumat verilməsi xahiş edilmişdir.

30. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı arayışda bildirilmişdir ki, təqdim olunmuş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1630 nömrəli (kod ********) şəhadətnamədə koordinatlar və dəqiq ölçülər olmadığından, həmçinin Şamaxı rayon İcra Hakimiyyəti başçısının 03.10.2013-cü il tarixli, 95 saylı sərəncamına əsasən, “Ocaqlı” adlı qış otlaq sahəsindən 15 il müddət inə İddiaçı icarəsinə ayrılmış 536,0 ha torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri olmadığından qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016cı il tarixli 516S saylı sərəncamına əsasən, Şamaxı rayonunun Padar massivində yerləşən 14890.42 ha qış otlaq sahələri əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Lakin Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamına əsasən 14890.42 ha qış otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatını n dəyişdirilməsi qeyd edilsə də, həmin sərəncama əsasən tərtib edilmiş siyahıdan görünür ki, qüvvədən düşmüş icarə müqavilələri üzrə torpağın ümumi sahəsi 14890.42 ha deyil, 21211.0 ha təşkil edir. Həmin siyahıda 83-cü bənddə iddiaçıya icarəyə verilən 536.0 ha qış otlaq sahəsı qeyd edilmişdir.

32. Beləliklə də, apellyasiya məhkəməsində araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının icarəsinə verilmiş 536 ha “Ocaqlı” adlı qış otlaq sahəsinə dair bağlanmış icarə müqaviləsi, cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016cı il tarixli 138 saylı sərəncamına əsasən təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş hesab olunsa da, əslində həmin torpaq sahəsinin tam deyil, yalnız 189,0 ha hissəsinin təyinatı dəyişdiril mişdir və qalan sahə 347,0 ha təşkil edir. Sərəncama əsasən cavabdeh qalan 347,0 ha sahəyə dair iddiaçı ilə icarə müqaviləsi bağlamalı olduğu halda bunu etməmişdir.

33. Məhkəmə tərkibi qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin iddianın 189, 0 ha torpaq sahəsinə dair hissədə əsassız olması barədə gəldiyi nəticə ilə razılaşır.

34. Məhkəmə tərkibi qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş zərər kimi 480.000 manatın ödənilməsi tələbi ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşararaq qeyd edir ki, cavabdehin təqsiri üzündən iddiaçıya zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.

35. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı maddi və prosessual hüquq normaları pozulmamış dır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 21(105)-194/2021 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar