Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-55/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, neft və qaz çıxarma obyektlərində çilingər peşəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1156/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1966-cı ildə Lerik rayonu, Barzavu kəndində doğulmuşdur. 1580 saylı attestata əsasən x x.xx.1983-cü ildən xx.xx.1984- cü ilə qədər Lənkəran şəhəri 63 nömrəli peşə məktəbində oxumuş, ******* saylı hərbi biletə əsasən xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər X10 xidmət etmiş, xx xxxx 1992-ci il tarixli diploma əsasən iddiaçı 1989-cu ildə Əmək Bayrağı ordenli Oktyabr İnqilabı adına Bakı Neft Texnikumuna daxil olmuş və 1992-ci ildə "Neft və qaz mədən avadanlıqlarına texniki xidmət və təmiri” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının xx xxxx 1992-ci il tarixli qərarı ilə ona texnik-mexanik ixtisası verilmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən verilmiş x xxxxxx 2018-ci il tarixli, 98 saylı arayışdan müəyyən edilir ki, 1966-cı təvəllüdlü iddiaçı xx xxxxxx 1984- cü il tarixdən xx xxxxxx 1986-cı il tarixədək Sovet Ordu sıralarında xidmət etmiş, yaş həddi ilə əlaqədar olaraq SHXÇDX-nin Xəzər rayon idarəsinin hərbi qeydiyyatından çıxarılmışdır.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 512 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx xxxxxx 1989-cu il tarixində 427 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olmuş, Dövlət İxtisas Komissiyasının xx xxxx 1992-ci il tarixli qərarı ilə "Neft və qaz mədən avadanlıqlarına texniki xidmət və təmiri” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona "texnik-mexanik” ixtisas dərəcəsi və PT-İ 095448 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1997-c i il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft Texnikumu ilə Bakı Baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır.
4. İddiaçıya məxsus olmaqla xx.xx.1987-ci ildə açılmış əmək kitabçasından müəyyən olunur ki, 124 saylı xx.xx.1987-ci il tarixli əmrlə xx.xx.1987-ci il tarixdən X6 təmin edilməsi müəssisəsinə neft anbarı keşikçisi vəzifəsinə qəbul edilmiş, 153 saylı xx.xx.1989cu il tarixli əmrə əsasən xx.xx.1989-cu il tarixdən təhsillə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə Bakı Neft texnikumunun gündüz şöbəsinə qəbul edilmiş, 234 saylı xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdə texnikumu bitirmiş və ona texnikmexanik ixtisası verilmiş, 28-k nömrəli xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən texnikumu bitirdikdən sonra g ənc mütəxəssis kimi istismar avadanlıqlarının prokat-təmir sexinə bilavasitə neft və qazçıxarılma obyektlərində avadanlıqların montaj və texniki xidmət üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 18 saylı xx.xx.1994-cü il tarixli əmrlə “Azərneft” Baş İdarəsi xx.xx.1994-cü ildə ləğv edilmiş və Dənizdə və Quruda Neft və Qaz çıxarma İB yaradılmış, sonra AR dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 saylı əmrilə Dənizdə və Quruda Neft və Qaz çıxarma İB-nin bazasında "Azneft” İB yaradılmış, 120 k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən xx.xx.2004-cü il tarixdə İAKTS-nın bilavasitə neft-qazçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingərinə 5-ci dərəcə verilmiş, 171-k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən xx.xx.2005-ci i l tarixdən İAKTS-nə 10-cu dərəcəli mexanik vəzifəsinə keçirilmiş, 85-k nömrəli xx.xx.2008-ci il tarixli əmrlə xx.xx.2008-ci il tarixdən həmin vəzifə üzrə 11-ci dərəcə verilmiş, 326 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən həmin tarixdən vəzifənin adı dəyişdirilərək, 11-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik hesab edilmiş, 38 saylı xx.xx.2012-ci il tarixli əmrlə xx.xx.2012-ci il tarixdən avadanlıqların təmiri və xidməti üzrə 11-ci dərəcəli mexanik adlandırılmış, 387-k saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən həmin tarixdən istismar avadanlıqları sahəsinə avadanlıqların təmiri və xidməti üzrə 8-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir.
5. SOCAR "Azneft” İB "Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən “Neft Daşları” NQÇİ-nin İstismar avadanlıqların sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexaniki vəzifəsində işləyən iddiaçı xx.xx.1992xx.xx.2005-ci illərdə istismar avadanlıqlarının kirayə təmiri sexində bilavasitə neftqazçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingəri peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısının X bölməsi, 2 yarımbölməsinin "a” bəndinə əsasən "Neft Daşları” NQÇİ-nin İAKTS-də bilavasitə neftqazçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingəri peşəsində xx.xx.2005-ci ilə qədər dəniz şəraitind ə güzəştli şərtlərlə iş stajı 13 il 03 ay 17 gün təşkil edir;
6. Cavabeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda xx.xx.2019-cu tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi nə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililiklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (x xxxx 2007-ci il tarixində qüvvədən düşmüşdür) 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlərdən göründüyü ki mi x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, x xxxxxx 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 20 il, güzəştli iş stajı 13 il 03 ay 17 gün təşkil edir. İddia ərizəsinə əlavə edilmiş SOCAR "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və qazçıxarma idarəsi tərəfindən verilmi ş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı" nın X bölməsi, 2 yarımbölməsinin "a" bəndinə əsasən "Neft Daşları" NQÇİ-nin İAKTS-də bilavasitə neftçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingəri peşəsində dəniz şəraitində güzəştli şərtlərlə işləmiş və güzəştli şərtlərlə iş stajı 13 il 03 ay 17 gün təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, x xxxxxx 2006-ci il tarixinədək güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranmasının vacib şərtlərini yaş və staj təşkil edir: 52 ya şa çatmaq və x xxxxxx 2006-cı il tarixinədək 20 il ümumi iş stajının olması və bu stajın ən azı 10 ilini güzəştli şərtlərlə işləmək. xx xxxx 2018-ci il tarixində iddiaçının 52 yaşı tamam olmuş və iddia ərizəsinə əlavə edilmiş arayışlarla da onun güzəştli şərtlərlə əmək pensiyasının hüququnun yaranması üçün 20 il ümumi iş stajının olması öz təsdiqini tapır.
9. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür və 60 yaşı hələ tamam olmamışdır. Buna görə də ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. İddiaçı "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək "Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək toplamamışdır.
10. B akı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-272/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın 10-cu, yəni Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin
2. Neft-qaz və qaz kondensatının hasilatı (11000000) yarımbölməsində nəzərdə tutulmuş bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər - (1100000a—18559) peşəsində 10 ildən artıq güzəştli iş stajının olmasını, eyni zamanda, xx.xx.2018-ci ildə isə iddiaçının 52 yaşının tamam olmasını nəzərə almadan, iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. İddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X4 və X13 2-1(103)-1156/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Cavabdeh x xxxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş e tmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 15. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. İddiaçı isə xx.xx.1960-cı il təvəllüdlüdür və 60 yaşı hələ tamam olmamışdır. Buna görə də, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyil.
17. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. Lakin iddiaçı Qanun qüvvəyə mindiyi günədək qüvvədə olan ‘"Vətəndaşların pensiya təminatı haqqında” Qanun ilə tələb olunan 20 il ümumi və 10 il güzəştli iş stajım 9.8-ci maddənin tələblərinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinədək toplamamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olm ayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanun un 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 i l iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışd ır. 24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şi kayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
26. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçiləri n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci m addəsində olan şərtlər mövcud olmamış, həmçinin 9.8-ci maddəsində nəzərdə tutulan 20 il ümumi və 10 il güzəştli stajı x xxxxxx 2006-cı ilə qədər toplanmamışdır.
30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə görə iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
32. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Lənkəran şəhər 63 nömrəli peşə məktəbində, habelə xx xxxxxx 1989-cu ild ən xx xxxx 1992-ci ilədək Bakı Neft Texnikumunun əyani şöbəsində oxuduğu təhsil və hərbi xidmətdə qulluq müddətləri də nəzərə alınmaqla, əmək kitabçasının məlumatlarına əsasən, x xxxxxx 2006-cı ilə qədər 20 ildən az olmayan (20 il 3 ay 27 gün) ümumi sığorta stajına malik olmuşdur.
33. İddiaçı xx.xx.1992-ci il tarixdə texnikumu bitirdikdən sonra gənc mütəxəssis kimi istismar avadanlıqlarının prokat-təmir sexinə bilavasitə neft və qazçıxarılma obyektlərində avadanlıqların montaj və texniki xidmət üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 18 saylı xx.xx.1994-cü il tarixli əmrlə “Azərneft” Baş İdarəsi xx.xx.1994-cü ildə ləğv edilmiş və Dənizdə və Quruda Neft və Qaz çıxarma İB yaradılmış, sonra AR dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 saylı əmrilə Dənizdə və Quruda Neft və Qaz çıxarma İB-nin bazasında “Azneft” İB yaradılmış, 120 k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən xx.xx.2004-cü il tarixdə İAKTS-nın bilavasitə neft-qazçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingərinə 5-ci dərəcə verilmiş, xx.xx.2005-ci il tarixə qədər bu peşədə işləmişdir.
34. SOCAR “Azneft” İB “Neft Daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2018ci il tarixli arayışında qeyd edilmişdir ki, “Neft Daşları” NQÇİ-nin İstismar avadanlıqların sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexaniki vəzifəsində işləyən iddiaçı xx.xx.1992-xx.xx.2005-ci illərdə istismar avadanlıqlarının kirayə təmiri sexində bilavasitə neftqazçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingəri peşəsində iş ləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısının X bölməsi, 2 yarımbölməsinin “a” bəndinə əsasən “Neft Daşları” NQÇİ-nin İAKTS-də bilavasitə neft qazçıxarma obyektlərində yerüstü avadanlığın quraşdırılması, təmiri və texniki xidmət üzrə çilingəri peşəsində xx.xx.2005-ci ilə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı -13 il 03 ay 17 gün təşkil edir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtl ərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 10-cu, yəni Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin
2. Neft-qaz və qaz kondensatının hasilatı (11000000) yarımbölməsində nəzərdə tutulmuş bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər (1100000a—18559) peşəsi təsbit olunmuşdur.
36. Beləliklə, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tu tulmuş işlərdə çalışması təsdiq olunmuşdur.
37. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
38. Hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edilməli olduğundan, bu maddənin tələbləri iddiaçıya münasibətdə mövcud olduğundan və Qanunun 9.1-ci maddəsinin müddəalarının tətbiqi istisna təşkil etdiyindən şikayətin dəlilləri əsaslı sayıla bilməz.
39. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1156/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.