Məhkəmə qərarları › İş №2-1(102)-55/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-55/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-55/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı əsasında verilmiş torpaq sahəsinin plan-ölçüsü, mülkiyyət hüququna dair şəhadətnamə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublika sının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən ona məxsus 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.7.2022-ci il tarixli, 2-1(103)-143/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, № 48/2 – 5 saylı qərarına əsasən, Buzovna qəsəbəsində dəniz kənarında bağ evinin t ikintisi üçün İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktı ilə, Buzovna Bələdiyyəsinin ərazisində İddiaçı 1200 kv.m torpaq sahəsi satılmışdır.

3. Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 491598 saylı kassa mədaxil orderinə əsasən, İddiaçı tərəfindən 4.800.000 manat məbləğində pul vəsaiti bələdiyyəyə ödənilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli, 2in(82)878/2012 qərarı ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1.200 kv.m torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi nin 19 aprel 2012-ci il tarixli, 2in(82)878/2012 qərarı əsasında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1.200 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.

6. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-cı il tarixli, **********23 nömrəli imtina məktubunda göstərmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşir və qonşuluqdakı sahələr bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyes trində qeydiyyatdan keçmişdir. Həmçinin, ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi ilə bağlı Memarlıq - şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən ona məxsus 1.200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, dənizkənarı bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsini 4.800.000 manat (keçmiş AZM) ödəməklə almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair plan və ölçü tərtib edilməklə xx.xx.2012-ci il tarixdə onun adına mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, ərizəsinin icrasından cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir.

10. Cavabdeh iddi a ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşir və qonşuluqdakı torpaq sahələri bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi ilə bağlı Memarlıq- şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********23 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. 9. ünvan 1ixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi qanunsuz və əsassızdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Xəzər rayonu Buzovna Bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 14. xx.xx.2021-ci il tarixdə iddiaçının oğlu X1 məhkəmə kollegiyasına müraciət edərək, atası İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etdiyini bildirərək onun hüquqi varisi qismində hazırki işə cəlb edilməsini xahiş etmiş və ölüm haqqında şəhadətnamənin surətini təqdim etmişdir.

15. Məhkəmə kollegiyasının 27 sentyabr 2021-ci il tarixli iclasında iştirak edən X1 iddiaçının hüquqi varisi qismində məhkəmə icraatına cəlb edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2148 nömrəli ekspert rəyinin tədqiqat hissəsinə əsasən, “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********42 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsinin 26 mart 2005-ci il tarixli, 48/2-5 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatların hüdudları daxilində yerləşən 1200 kv.m torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşdüyü və elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir.”

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.7.2022-ci il tarixli, 21(103)-143/2022 nömrəli qərarına əsasən (hakimlər: H.Ü. Həmi dov-sədrlik edən, C.A. Yusifov və A.V.Tanrıverdiyev) Bakı İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarışın verilməsini tələb etdiyi Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsi Buzovna Bələdiyyəsinin deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olmuşdur. Müvafiq torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı “dəniz kənarında bağ evi tikintisi” üçün torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmək səlahiyyəti mövcud olmamışdır. Buzovna Bələdiyyəsinin mübahisəli ərazi barəsində sərəncam vermək səlahiyyəti olmadığından və həmçinin vəfat etm iş iddiaçının müvafiq torpaq sahəsini qanuni olaraq əldə etməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər iş materiallarında mövcud olmadığından, hazırkı iddia tələbi əsassız olmaqla təmin edilə bilməz.

20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa əsaslanır və onunla eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, üzərində iddiaçının mülkiyyət hüququ tanınan evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi hesab edilə bilməz.

22. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 24. “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və koope rativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə

25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələr i üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvin i və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh mübahisəli torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən Buzovna bağ massivində yerləşdiyinə, qonşuluqdakı torpaq sahələrinin bağ sahələri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə, habelə ayrılmış torpaq sahəsinə dair Memarlıq-şəhərsalma Baş İdarəsinin rəyinin təqdim olunmadığına istinad etmişdir.

33. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Ə zizbəyov (hazırda Xəzər) rayonu, Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 48/2-5 saylı qərarı ilə Buzovna qəsəbəsində dəniz kənarında bağ evinin tikintisi üçün İddiaçı 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktına əsasən Buzovna Bələdiyyəsinin ərazisində İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsi ona satılmışdır. Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 491598 saylı kassa mədaxil orderinə əsasən, İddiaçı tərəfindən 4.800.000 manat məbləğində pul vəsaiti bələdiyyəyə ödənilmişdir.

34. Həmçinin mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli, 2in(82)- 878/2012 qərarı ilə Xəzər rayonu, Buzovna qəsəbəsində yer ləşən 1.200 kv.m torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli, 2in(82)-878/2012 saylı qərarı əsasında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1.200 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, habelə həmin torpaq sahəsinə dair plan-ölçüsü sənədi ilə eyni zamanda qeyd olunan qurum tərəfindən xidməti vəzifəsinə əsasən onun adına mülkiyyət hüququna dair şəhadətnamə də verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin həmin qərarı qanuni qüvvəsini almışdı r.

35. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi ilə bağlı qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin 19 aprel 2012-ci il tarixli, 2in(82)-878/2012 saylı qərarı ilə müəyyən olunmuş hallara dair həmin qərarın hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyətə malik olduğu da nəzərə alınmalıdır.

36. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, iddiaçıya aid torpaq sahəsinin plan-ölçü sənədi və “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icraatında olmuş 2in(82)-878/201219 nömrəli iş üzrə cavabdeh qismində iştirak etmiş, həmin dövrdə (xx.xx.2012-ci ildə) belə plan-ölçü sənədinin, eləcə də şəhadətnamənin verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin sənədlərdə qeyd olunmuş məlumatların həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan şəxsin hüququnun qeydiyyata alınması barədə səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənədə, hazırkı mübahisəyə münasibətdə “Torpağın mülkiyyət ə verilməsinə dair şəhadətnamə”yə əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn yenidən qeydiyyata alınmasından, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında müvafiq çıxarışın verilməsindən (və ya şəhadətnamənin yeni nümunəli sənəd olan çıxarışla əvəz olunmasından) imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

37. Belə ki, bu qərarın 24-cü bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

39. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" nin daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, xx.xx.2012-ci il tarixli şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir.

40. Digər tərəfdən, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin şəhadətnamə həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müdd ətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır.

41. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

42. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Torpağın mülkiyyətə verilməsin ə dair şəhadətnamə”nin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. 43. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır 44. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfində n təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

45. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ci ddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

46. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2012-ci il tarixli şəhadətnamə əsasında müvafiq çıxarışın verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin imtin ası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

48. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

49. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.7.2022-ci il tarixli, 21(103)-143/2022 nömrəli qərarı ləğv olunur. Yeni qərar qəbul edilir. İddia təmin edilir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ massivində yerləşən 1.200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barə də çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar