Məhkəmə qərarları › İş №2-1(102)-550/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-550/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-550/2019 23.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-550/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 23 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Üçüncü şəxs x2 iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: x2) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 avqust tarixli 2-1(107)-454/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 15 may tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxsin adına verilmiş 17 sot torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 fevral tarixli, 21 saylı Qərarı ilə Ağdaş rayonunun Xosrov kəndi ərazisində iddiaçının atası başda olmaqla ailə üzvlərinə, o, cümlədən iddiaçıya 3,02 ha pay torpaq sahəsi ayrılmış və ona torpaq sahəsinə mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmçinin, 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir ki, valideynləri vəfat etdiyindən mira s əmlakı iddiaçı qəbul etmişdir. Həmin torpaq sahəsindən ona 17 sot torpaq sahəsinə dair çıxarış verilmişdir. Təsərrüfat kitabında torpağın ölçüsünün 34 sot göstərilməsinə baxmayaraq, faktiki olaraq ölçüsü 25 sotdur. Bundan əlavə, təsərrüfat kitabında iddiaçının adı “Kazım” kimi göstərilmişdir. Cavabdeh tərəfindən üçüncü şəxsin adına 17 sot torpaq sahəsinə dair çıxarış verilmişdir. Həmin torpaq sahəsi iddiaçının torpaq sahəsinin ərazisinə düşür və bu da onun mülkiyyətindən istifadə etmək hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 iyun tarixli 2-1(84)-976/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin ol unmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 avqust tarixli 2-1(107)-454/2018 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən çıxarış Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2013-cü il 12 iyun tarixli, 2(014)439/2013 nömrəli qətnaməsi əsasında verilmişdir. Yəni, mübahisələndirilən çıxarış cavabdeh orqanın inzibati sahədəki fəaliyyəti çərçivəsində deyil, məhkəmə qərarının icrası ilə bağlı hərəkəti nəticəsində verilmişdir. Belə olan halda, həmin çıxarışın müstəqil şəkildə mübahisələndirilməsi mümkün deyildir. İddiaçı həmin qərardaddan 2018-ci il 30 noy abr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının 17 sot torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi – A-№ 823 saylı torpaq sahəsinin plan-ölçüsü sənədi vardır. Bundan əlavə, cavabdehin 2015-ci il 22 avqust tarixli məktubundan görünür ki, üçüncü şəxsə 17 sot torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd verilməmişdir. Başqa sənədlərdən də görünür ki, iddiaçı Ağdaş rayonunun Xosrov kəndi ərazisində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. 17 sot torpaq sahəsi 0,34 ha həyətyanı torpaq sahəsinin daxilindədir. Göründüyü kimi, 17 sot torpaq sahəsi üçüncü şəxsin nə mü lkiyyətində, nə də ki, istifadəsindədir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33, 68.1, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və üçüncü şəxs məhkəmə iclasında vəkil ilə təmsil olunmadıqlarından çıxışlarda iştirak etmədilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil, onun irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur, xüsusilə də həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranma əsasını qanuni qüvvəsini almış məhkəmə aktı təşkil etdiyindən, belə bir məhk əmə mübahisəsinin başlanması hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən məhkəmə qətnaməsi əsasında üçüncü şəxsin mülkiyyət hüququnun dövlət reyestrində qeydə almasında inzibati orqanın müstəqil hərəkət etmək imkanının olmaması və mülkiyyət hüququnun yaranması əsasını qanuni qüvvəsini almış məhkəmə aktı təşkil etməsi inzibati orqanı hazırkı tələb üzrə cavabdehlikdən azad edir.İstənilən halda çıxarışın bu formada mübahisələndirilməsi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Üçüncü şəxsin 0.17 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları Ağdaş Rayon Məhkəməsinin 2(014)-439/2013 nömrəli, 2013-cü il 12 iyun tarixli qətnaməsi ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4-cü maddəsinə əsasən, q anuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Üçüncü şəxs göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasi ya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...hazırkı iş üzrə üçüncü şəxs olan x2 cavabdehlər x3 və qeyrilərinə qarşı “paylı mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsinə, naturada ayrılmasına və adına qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin 2013-cü il 12 iyun tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və x2 maraqlı şəxslər x4, x5 və x6 payına düşən həyətyanı və pay torpaq sahələr azyaşlı x6 x2 himayəsində olduğu, müvafiq olaraq 0,34 ha həyətyanı və 3,02 ha pay torpaq sahələrinə gediş-gəliş və su yolu nəzərə alınmaqla ardıcıl olaraq naturada ayrılıb verilməsi və onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınması qət edilmişdir. Göründüyü kimi mübahisələndirilən çıxarış Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2013-cü il 12 iyun tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsi əsasında verilmişdir. Yəni, mübahisələndirilən çıxarış cavabdeh orqanın inzibati sahədəki fəaliyyəti çərçivəsində deyil, məhkəmə qərarının icrası ilə bağlı hərəkəti nəticəsində verilmişdir. Belə olan vəziyyətdə həmin çıxarışın müstəqil şəkildə mübahisələndirilməsi mümkün deyildir. ”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin hallarına uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Normanın məzmunundan göründüyü kimi, mülki məhkəmə icraatı üzrə qəbul edilmiş qətnamənin qanuni qüvvəsi həmin qətnamənin aid olduğu iş üzrə tərəflərə və işdə iştirak edən digər şəxslərə (üçüncü şəxslərə, maraqlı şəxslərə, ərizəçilərə və s.), habelə onların hüquq varislərinə şamil edi lir. Buradan, həmin icraatın iştirakçısı olmayan və mübahisə predmeti ilə hüquqi bağlılığı olan digər şəxslər məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Ağdaş Rayon Məhkəməsinin işə əlavə edilmiş 2013-cü il 12 iyun tarixli, 2(014)-439/2013 nömrəli qətnaməsində hazırkı iş üzrə iddiaçı x1 adı icraatın iştirakçıları sırasında göstərilməyib. Hərçənd həmin qətnamədə tələbin yönəldiyi torpaq sahəsinin mülkiyyətçiləri sırasında x1 adı qeyd edilib. Lakin x1 həmin icraata cəlb edildiyinə və ya onun həmin icraata sonradan hər hansı əsasla və qaydada qoşulduğunu təsdiq edən məhkəmə aktı işdə yoxdur. Buna görə də, işin hazırkı vəziyyətində apellyasiya instansiyası məhkəməsinin isti nad etdiyi səbəblə iddianın mümkünsüzlüyünə dair qənaəti əsaslı deyil. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus olduğu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüququ qeydə alması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrindən irəli gəlir. Həmin normalara əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulmasını və ya həmin inzibati orqanın məhkəmə icraatının iştirakçısı olmasın ı şərt kimi təsbit etmir. Yetər ki, həmin məhkəmə qərarında şəxsin iddia etdiyi daşınmaz əmlak üzərində hüququn məhz həmin şəxsə məxsus olduğu təsdiq edilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3-cü maddələrinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Daşınmaz əmlakın dövlət reyestrində də məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş hüquqlar qeydə alınmalıdır. Cavabdehin həmin hüququ qeyd almaq öhdəliyi isə bilavasitə qanundan irəli gəlir. Lakin bu qeyd olunanlar, hüquq müəyyən edən məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş icraatda iştirak etməmiş digər şəxsi və ya şəxsləri həmin qeydi (o cümlədən, inzibati orqanının həmin qe ydin aparılmasında ifadə olunan fəaliyyətini) mübahisələndirmək imkanından məhrum etmir. Bu halda, icraatın iştirakçısı olmayan və mübahisə predmeti ilə hüquqi bağlılığı olan həmin şəxs(lər) məhkəmə tərəfindən müəyyən edilmiş faktları digər icraatda mübahisələndirə bilərlər. Beləliklə, hazırkı iş üzrə iddiaçının apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş icraatın (onun istənilən mərhələsində) iştirakçısı olub-olmadığının, buradan, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların iddiaçıya münasibətdə qüvvəsinin olub-olmadığının yoxlanılması əhəmiyyət kəsb edir. Yalnız müsbət halda (qətnamənin aid olduğu icraatın iştirakçısı olduğu halda), iddiaçı onun hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz. Bununla yana şı, mübahisələndirilən qeyd hüquqmüəyyənedici sənədə (hazırkı halda məhkəmə qətnaməsinə) uyğun (məhz qətnamədə göstərilən torpaq sahəsinə, onun yerləşmə vəziyyətinə, ölçülərinə və s. uyğun) aparılmamış və bununla da iddiaçının hüquqlarına müdaxilə edilmişdirsə, iddiaçı onun müraciətinin inzibati orqan tərəfindən təmin olunmadığı hər bir halda cavabdehə qarşı inzibati məhkəmə icraatı çərçivəsində tələb irəli sürə bilər. Nəhayət, iddiaçı yuxarıda istinad edilən, qanuni qüvvəyə minmiş qətnamənin aid olduğu icraatın iştirakçısı olmadığı, lakin qətnamə onun maraqlarına toxunduğu, habelə, maraqlı şəxslər arasında torpaq sahəsi ilə bağlı hüquqa dair mübahisə olduğu hallarda, iddiaçı öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4-cü maddəsi). İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılmasına da aid olduğundan, lakin İPM-in 12.1-ci maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələri nə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 avqust tarixli 2-1(107)-454/2018 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar