Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-550/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar söz:iş illərinin sosial sığorta stajına daxil edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə İddiаçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasını n 07 noyabr 2019-cu il tarixli 2-1(103)-2457/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.1943-cü il təvəllüdlü iddiаçı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı əmək fəaliyyətini davam etdirmiş, 20.05.2009-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı cavabdehə müraciət edərək 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üzrə, 01.01.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yeni dən hesablanmasını xahiş etmişdir. Cavabdeh 29.04.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçı 20.05.2009-cu il tarixdə işdən azad olunduqdan sonra pensiyanın məbləği 27.94 manat artırılaraq 228.89 manata çatdırılmışdır. Pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üz rə, 01.01.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ağır dəniz şəraitində işlədiyi üçün ona 17.02.1994-cü ildə 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin o 20.05.2009-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdən azad olunduqdan sonra cavabdeh orqana müraciət edərək əmək pensiyasının 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək Pensiyaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (iyirmi dörd) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üzrə yenidən hesablanması və yaranacaq f ərqin birdəfəlik ödənilməsi üçün müraciət etmiş, ərizəsi təmin edilməmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-2719/2019 saylı, 31.07.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmənin bu qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 07 noyabr 2019-cu il tarixli 2-1(103)-2457/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-2719/2019 saylı, 31.07.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, 21.11.2011-ci il tarixdə qəbul edilmiş 11.12.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları” ilə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyalarının yenidən hesablanması qaydası müəyyən edilmiş və nəzərdə tutulmuşdur ki, bu zaman 2006-cı il yan varın 1-dək pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə, 1 yanvar 2006-cı il tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanır. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyasının əmək fəaliyyətinə xitam verildiyi tarixdən sonra pensiyaçının seçimi ilə istənilən dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması qaydası qanunda nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2019-cu il ta rixli 2-1(103)-2457/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 31.1-ci maddələrinə istinad edərək hesab edir ki, son 24 aylıq əmək haqqı nəzərə alınmaqla 1-ci siyahı üzrə ona 01.01.2008-ci il tarixindən bu günə qədər olan dövr yenidən hesbalanmalı, yaranmış fərq birdəfəlik ödənilməlidir. Kassator İPM-nin 7.6, 90.1, 90.3,91-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2-1(103)2457/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ni məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2-1(103)-2457/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin araşdırılmış hallarına əsasən iddiaçıya 50 yaşdan (1994-cü ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, iddiaçının əmək fəaliyyətini, 20.05.2009-cu il tarixədək davam etdirməsi işin tərəflər arasın da mübahisələndirilməyən hallarına aiddir. Hazırkı iş üzrə iddiaçının tələbi onun 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 (bir) nömrəli siyahı üzrə, 01.01.2008-ci il tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsidir. Cavabdehin iddiaçıya ünvanladığı məktubda isə qeyd edilmişdir ki, iddiaçı 20.05.2009-cu il tarixdə işdən azad olunduqdan sonra pensiyanın məbləği 27.94 manat artırılaraq 228.89 manata çatdırılmışdır. Pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. İlk növbədə iddiaçının iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı 20.05.2009-cu il tarixədək əmək fəaliyyətini davam etdirsə də, o son 24 ayın orta aylıq əmək haqqı kimi 2004-2005-ci illərin nəzərə alınmasını xahiş etmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda, işə baxan məhkəmə ilk növbədə iddiaçıya iddia tələbini dəqiqləşdirməkdə yardım etməli idi. Belə ki, iddiaçının 20.05.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğ ul olduğu halda son 24 ayın orta aylıq əmək haqqı kimi 2004-2005-ci illəri göstərməsi aydın deyildir. Bundan əlavə, cavabdehin məktubunda iddiaçıya pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanması qeyd edilmişdir. Lakin həmin məktubdan aydın deyildir ki, son iki ilin əmək haqqısı dedikdə hansı dövrlər nəzərdə tutulur. Belə olan halda, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının pensiya işini tələb etməli, iddiaçıya pensiya hesablanan zaman hansı illərin əmək haqqının nəzərə alındığını müəyyən etməli və iddianın mümkünlük şərtlərinə qiymət verməli (cavabdhein imtinasının olub-olmaması ilə bağlı) və daha sonra mahiyyəti üzrə işə baxmalı idi. Bundan əlavə, iddiaçının pensiyasının 01.01.2008-ci il tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları ha qqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında yenidən hesablanması tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Pensiyanın yenidən hesablanması ilə bağlı iddia tələbləri ilə əlaqədar işlərə məhkəmələr tərəfindən baxılarkən nəzərə alınmalıdır ki, şəxslərə pensiya təyin edildikdən sonra pensiya qanunvericiliyinə müəyyən dəyişiklər edilə bilər. Bu dəyişikliklər pensiyaya çıxmış şəxslərin vəziyyətini yüngülləşdirirsə, bu zaman inzibati orqan kimi pensiya təyin edən orqan həmin şəxslərin pensiyasını yenidən hesablanmalıdır. İnzibati orqan öz vəzifəsindən irəli gələrək yeni qanunvericilik normalarını tətbiq etmirsə, bu halda şəxslər pensiyanın yenidən hesablama tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər və məhkəmələr şəxslərə pensiya təyin olunduqdan sonra qanu nvericilikdə onların xeyrinə baş vermiş dəyişiklikləri onlara münasibətdə tətbiq etməlidirlər. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İ nzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2019-cu il tarixli 2-1(103)-2457/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-550/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-550/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver