Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-550/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun məharət dərəcəsinin endirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması və s” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N0N1-ci il N5 noyabr tarixli N-1(105)-506/N0N1 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1993-cü ildən 13 dekabr N019-cu il tarixədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son xidmət yeri N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvipsixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsi olmuşdur.
2. N019-cu ilin iyul ayında N nömrəli hərbi hissədə xidmət edərkən X1 keçirilən məharət dərəcəsində iştirak edərək 1-ci məharət dərəcəsinə layiq görülmüşdür.
3. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının 18 oktyabr N019-cu il tarixli 7689 nömrəli şəhadətnaməsinə əsasən iddiaçı “Sülh dövründə hərbi xidmətə y ararsız, müharibə dövründə məhdud yararlı” kimi qiymətləndirilmişdir.
4. İddiaçı faktiki olaraq 09 dekabr N019-cu il tarixdən 11 dekabr N019-cu il tarixədək X1 keçirilən yuxarı komandir heyətinin toplantısında, habelə həmin toplantıda keçirilən imtahan və sınaqlarda iştirak etmişdir. 09-11 dekabr N019-cu il tarixlərdə keçirilmiş toplanışın ümumi qiymətləndirmə cədvəlinə əsasən iddiaçı fiziki hazırlıqdan - N, atəş hazırlığından - 5, sıra hazırlığından - 4 və test imtahandan - N qiymət almışdır.
5. İddiaçı, Müdafiə nazirinin 13 dekabr N019-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin N7 dekabr N019-cu il tarixli 38N nömrəli əmrinə əsasən 10 fevral N0N0-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
6. Müdaf iə nazirinin birinci müavininin 14 dekabr N019-cu il tarixli əmri ilə iddiaçının rəhbər heyətin toplanışı zamanı keçirilmiş imtahanlarda “qeyri-kafi” qiymət aldığına görə onun 1-ci məharət dərəcəsi iki pillə aşağı - 3-cü məharət dərəcəsinə endirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı N1 aprel N0N0-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 dekabr N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsi, malik olduğu 1-ci məharət dərəcəsinin bərpa edilərək müvafiq əlavənin pensiya təminatına daxil edilməklə, pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikas ının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 13 yanvar N0N0-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13-cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı toplantıya cəlb olunmamışdan əvvəl hərbi hissə komandanlığına, eləcə də Hərbi Hava Qüvvələrinin rəhbər heyətinə Mərkəzi Hərbi Həkim komissiyasının rəyini göstərərək, bu barədə onlara məlumat verib, xəstəliyi ilə əlaqədar və xidmətə yararsız hesab edildiyindən həmin toplantıda iştirak edə bilməyəcəyini bildirmişdir. Lakin b una baxmayaraq, həmin toplantıya cəlb olunmuş və toplantıda Mərkəzi Hərbi Həkim komissiyasının rəyini rəhbər şəxslərə təqdim etmişdir. O, 13 dekabr N019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunduğundan, N8 dekabr N019-cu il tarixdə 45 gün müddətinə məzuniyyətə buraxılmışdır. Məzuniyyətə gec buraxılmasının səbəbi həmin müddətdə hərbi hissədə keçirilən təlimlər olmuşdur. 10 fevral N0N0-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, 14 dekabr N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmişdir. Bu səbəbdən də 13 yanvar N0N0-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqı 100%-dən 0%-ə endirilmişdir. Beləliklə, o, 18 oktyabr N019-cu il tarixdə Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilməsinə baxmayaraq, qanunsuz olaraq 09 dekabr N019-cu ildə toplantıya cəlb olunmuşdur. Bundan əlavə, N019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almasına və qanunla müəyyən edilmiş qaydada bir ildən sonra məharət dərəcəsi verilməli və ya təsdiq olunmalı olduğu halda, eləcə də 13 dekabr N019-cu il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunmasına baxmayaraq, 14 dekabr N019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilmiş və bu səbəbdən 13-cü əmək haqqından məhrum olunmuşdur. İddiaçı xəstəliyi ilə bağlı arayışı müvafiq komissiyaya t əqdim etsə də, sınaq imtahanlarının nəticəsi olaraq guya iki fəndən qeyri-kafi qiymətləndirilərək məharət dərəcəsi iki pillə aşağı endirilərək “Hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnamənin N8, 3N və 33-cü bəndinin tələbləri cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, 14 dekabr N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri onun 1ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində qanunsuz olduğundan ləğv edilməli və onun 1-ci məharət dərəcəsi bərpa edilərək pensiyasının yenidən hesablanması cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. 14 dekabr N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə 1-ci məharət dərəcəsindən məhrum edilməsi ilə bağlı inzibati akt v ə 13 yanvar N0N0-ci il tarixli Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə 13-cü əmək haqqının 100%- dən 0%-ə endirilməsi ilə bağlı inzibati aktlarda, həmin qanunsuz inzibati aktlardan ona qarşı mümkün hüquqi müdafiə vasitələri, istifadə qaydası və müddəti barədə məlumatlar qeyd edilməmişdir. Bundan başqa, 13 yanvar N0N0-ci il tarixli Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının müvafiq əmri ilə xidməti dövründə N019-cu il ərzində hər hansı nöqsanı olmadığı halda, inzibati və cinayət məsuliyyətinə cəlb olunmadığı halda, döyüş tapşırığının yerinə yetirilməsində daimi müsbət cəhətdən fərqləndiyi halda, digər hərbi qulluqçulara ödənən lakin ona ödənməyən 13-cü əmək haqqından məhrum edilmişdir. 13 yanvar N0N0-ci il tarixli Müdafiə Nazirinin müavini Hərbi Hava Qüvvələri ko mandanının müvafiq əmri ilə Azərbaycan Respublikasının Konstitusiyasının N5-ci maddəsinə əsasən bərabərlik prinsipi pozulmuşdur. Qeyd edilən konstitusion hüquqları pozulmaqla verilməli olan mükafatdan, yəni 13-cü əmək haqqından məhrum edilmişdir.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı, toplantıya cəlb edilməsini qanunsuz hesab edirdisə, hərbi hissə komandirinə rəhbər heyətin toplanışdan azad olunması ilə bağlı müraciət etməli və bu haqda raportu komanda üzrə verməli və ya şikayəti komanda üzrə verməli idi. Məhz həmin raport və ya şikayət üzrə qərar qəbul edilmədiyi təqdirdə İPM-in 39.1-ci maddəsinə uyğun olaraq iddiaçı müraciətdən 35 gün keçəndən sonra məhkəmədə inzibati aktın qəbulundan imtina olunmasının mübahisələndirilm əsi hüququnu əldə edə bilərdi. İddiaçı müraciətin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək və rəhbər heyəti ilə toplanışdan azad olunması üçün özündən asılı olan zəruri tədbirlər görmək əvəzinə Müdafiə Nazirliyinin qanuni əsaslarla qəbul edilmiş qərarı mübahisələndirmişdir. İddiaçı toplantı zamanı keçirilmiş imtahan və sınaqlarda iştirak etmiş və onun göstərilən tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və Vİİ qrupun (hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə) rəhbərinə müraciət etməsi faktı hər hansı sübutla təsdiq olunmur. “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən hərbi qulluqç ulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) 1-ci məharət dərəcəsi N il müddətə verilir və hər hərbi xidmət qulluqçusu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır. İddiaçı qeyd olunan normanı ərizəsində nəzərdə tutmaqla cəlb olunduğu toplantının planlı məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) sınaqları ilə eyni tədbir kimi qələmə verməyə cəhd edir. Lakin bu hal yolverilməzdir, çünki qeyd olunan fərqli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bütün tənzimləmələr (planlar, əmrlər, keçirən vəzifəli şəxslər və qurumlar, cəlb olunan hərbi qulluqçuların kateqoriyaları və vəzifələri, keçirilmə müddətləri və qaydaları, yekunda qəbul edilmiş qərar və sairə) fərqlidir. Cavabdeh hesab edir ki, iddiaçının cavabdehə qar şı “13 yanvar N0N0-ci il tarixli Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının müvafiq əmrinin ona 13cü əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək, 13-cü əmək haqqının ödənilməsi”nə dair iddiası isə mümkün sayılmamalıdır. Belə ki, iddiaçı birdəfəlik pul mükafatından məhrum edilməsinə dair Müdafiə Nazirliyinin qərarını mübahisələndirsə də, inzibati qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət etməyərək Müdafiə Nazirliyinə müraciət etməmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr N0N0-ci il tarixli, N-1(118)947/N0N0 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xəstəliyi ilə bağlı üzrlü səbəblərdən həmin tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandiri nə və ya digər səlahiyyətli şəxsə müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar fiziki hazırlıqdan aşağı qiymət aldığını bildirsə də, bununla bağlı məsul şəxsləri qaydalara uyğun olaraq məlumatlandırmamışdır. İddiaçı müraciətin edilməsi üzrə müəyyən edilmiş qaydalara riayət etmək və rəhbər heyəti ilə toplanışdan azad olunması üçün özündən asılı olan zəruri tədbirlər görməmişdir. Toplantı zamanı keçirilmiş imtahan və sınaqlarda iştirak etmiş və onun göstərilən tədbirlərdən azad olunması ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinə və Vİİ qrupun (hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsi üzrə) rəhbərinə müraciət etməsi faktı hər hansı şifahi və yazılı sübutla təsdiq olunmur. Bundan əlavə, iddiaçının yalnız fiziki hazırlıqdan deyil, test imtahanından da qiyməti qeyri-kafi olmuşdur. 1N. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart N0N1-ci il tarixli N-1(105)-147/N0N1 saylı qərarına (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov, Səyyad Qafari) əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr N0N0-ci il tarixli, N-1(118)-947/N0N0 nömrəli dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun N0N1ci il tarixli, N-1(10N)-967/N0N1 nömrəli qərarına əsasən (sədrlik edən Rahib Nəbizadə, hakimlər Zakir Quliyev, Səyyad Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart N0N1-ci il tarixli N1(105)-147/N0N1 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrini işə əlavə etməmiş, iddiaçının şəxsi heyətin siyahısından çıxarıldığı günü müəyyən etməmişdir. Məhkəmə iddiaçının xəstəliyi ilə bağlı Mərkəzi Hərbi Həkim komissiyası və xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən cavabdehə, o cümlədən imtahan və sınaq keçirən komissiyaya məlumat verilməsini yoxlamamış, hərbi həkim komissiyasına, cavabdehə, hərbi hissəyə sorğular etməmiş, iddiaçının şəxsi işinə baxış keçirməmiş, imtahan və sınaq keçirilən zaman belə məlumatın cavabdehin xəbəri olub-olmamasını yoxlamamışdır. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının həqiqətən N019-cu ilin iyul ayında 1-ci məharət dərəcəsi almasını yoxlamamış, bununla bağlı cavabdehin münasibətini öyrənməmiş, 1-ci məharət dərəcəsi aldıqdan sonra N il müddət keçməmiş məharət dərəcəsi ilə bağlı cavabdeh tərəfindən imtahan və sınaq keçirilməsinin səbəbi və məharət dərəcəsinin aşağı salınmasının mümkünlüyü araşdırılmamışdır. ç. A pellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. İddiaçı 19 noyabr N0N1-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 14 dekabr N019-cu il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinin 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi hissəsində ləğv edilməsini, malik olduğu 1-ci məharət dərəcəsi bərpa edilərək müvafiq əlavəni pensiya təminatına daxil edilməklə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması, N nömrəli hərbi hissə komandirinin NN yanvar N0N0-ci il tarixli 106 nömrəli əmri, iddiaçının N01 9-cu ilin yekunlarına birdəfəlik pul mükafatından məhrum edilməsi hissəsində ləğv edilərək həmin birdəfəlik pul mükafatının ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 noyabr N0N1-ci il tarixli, N-1(105)-506/N0N1 nömrəli qərarına əsasən (sədrlik edən İlqar Dəmirov, hakimlər Hökümə Babayeva və Rəşadət Ağayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr N0N0-ci il tarixli, N-1(118)-947/N0N0 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 14 dekabr N019-cu il tarixli 0319 №-li əmri İddiaçı münasibətdə 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsi nə endirilməsi hissəsində və N №-li hərbi hissə komandirinin NN yanvar N0N0-ci il tarixli 106 №-li əmri İddiaçı münasibətdə N019-cu ilin yekunlarına müvafiq birdəfəlik pul mükafatının ödənilməsindən məhrum edilməsi hissəsində ləğv edilmiş, İddiaçı 1-ci məharət dərəcəsinin bərpa edilməsi, ona N019-cu ilin yekunlarına müvafiq birdəfəlik pul mükafatının ödənilməsi və ona münasibətdə pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. N0. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya N3 iyul N019-cu il tarixli əmrlə 1-ci məharət dərəcəsi verilməsinə baxmayaraq, həmin tarixdən N il müddət keçmədən, yəni 4 ay NN gün sonra 14 dekabr N019-cu il tarixli əmrlə iddiaçının 1-ci məharət dərəcəsinin 3-cü məharət dərəcəsinə endirilməsi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinin tələblərinə ziddir. Bundan başqa, iddiaçının adına tərtib edilmiş 7689 nömrəli xəstəlik haqqında şəhadətnamə 1 noyabr N019-cu il tarixində 4113 nömrəli məktubla N nömrəli hərbi hissə komandirinə göndərilmişdir. N1. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 noyabr N0N1-ci il tarixli, N-1(105)-506/N0N1 nömrəli qərarın ləğv edilməsini, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA Ş İKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri NN. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə, iddiaçının məharət dərəcəsinin endirilməsini “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinin pozuntusu kimi qiymətləndirmişdir. Halbuki, iddiaçının məharət dərəcəsinin endirilməsinə əsas həmin Əsasnamənin 14-cü bəndi yox, 37.N.4-cü bəndi olmuşdur. Bu bənddə isə qeyd edilir ki, yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məha rət dərəcəli mütəxəssislər isə “kafi” qiymət aldıqda müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi iki pillə aşağı endirilir. Məhkəmənin qərarında Müdafiə Nazirliyi üzrə N019-cu ildə keçirilmiş iki fərqli tədbirin, yəni iddiaçının cəlb olunduğu toplantının və planlı məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) sınaqlarının eyni tədbir kimi qələmə verilməsi qanunsuzdur. N3. Bundan başqa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 3N-ci bəndinə görə sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların bu barədə komissiyanın sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, t ibb taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışların təqdim edilmə tələbinin olduğunu göstərməsinə baxmayaraq, məhkəmə qeyd olunan sənədlərdən hər hansı birinin iddiaçı tərəfindən təqdim edilməsini təsdiq edən sübut toplamamış, qeyd olunan hissənin araşdırılmadan saxlanılması üçün şərait yaratmamışdır. N4. Cavabdeh hesab edir ki, iddiaçının digər tələbləri birinci tələblə əlaqəli olduğundan, qərar qeyd olunan tələblərin təmin edilməsi hissəsində də ləğv edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N5. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N6. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə
3. Vətəndaşla r Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yarar sız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. (-) N7. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun Maddə 37.N. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Maddə 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar (-) 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-) N8. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Bənd
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə — hərbi-həkim komissiyasının rəyinə əsasən; (-) Bənd N0. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; hərbi xidmətdən buraxılmazdan qabaq həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət idarələrində, müəssisələrində və təşkilatlarında işləmiş hərbi qulluqçular üçün — həqiqi hərbi xidmətdən buraxılmasına dair əmrin imzalandığı gün. Bənd
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşa ğıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; (-) Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Bənd
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehti yata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; (-) Bənd
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Bənd
166. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin N0-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hər bi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. N9. Azərbaycan Respublikası Müdafiə Nazirinin N1 may N016-cı il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə” Bənd
1. Bu Əsasnamə, hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara – ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Bənd N. Şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarın da bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: 3-cü məharət dərəcəsi; N-ci məharət dərəcəsi; 1-ci məharət dərəcəsi; usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçi-təlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi). Bənd
3. Məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: (-) 3.N. 1-ci məharət dərəcəsi – Müdafiə nazirinin müavinləri; (-) 3.4. 3-cü məharət dərəcəsi (uçuş heyətindən başqa) – birləşmə və hissə komandirləri, xüs usi təyinatlı təhsil müəssisələrinin rəisləri (uçuş heyətinə - HHQ komandanı). Bənd
6. Məharət dərəcəsinin artırılması üçün sınaqlara öz vəzifə borclarını vicdanla yerinə yetirən, malik olduğu məharət dərəcəsinin verilməsindən (sonuncu dəfə təsdiq edilməsindən) sonra keçən müddətdə tabelikdə olan şəxsi heyət arasında ölüm və şikəst olma halları olmayan (döyüş tapşırığının yerinə yetirilməsi və hərbi qulluqçunun təqsiri üzündən olmayan hallar istisna olmaqla), təlimin əsas fənləri üzrə “yaxşı” və “əla” qiymətlər alan, silahı və texnikanı ən azı “yaxşı” qiymətə bilən, onu saz və işlək vəziyyətdə saxlayan, son bir il müddətində silah və hərbi texnikanın istismarı zamanı öz təqsiri üzündən qəza (uçuşda məqbul olmayan hadisələr, aviasiya texnikasının zədələnməsi, uçuş qaydalarını pozma, səmtləş məni itirmə, təyin edilmiş meydançadan kənarda silah tətbiq etmə) və sınma hallarına (aviasiya texnikasının nazazlığı) yol verməyən, intizamlı hərbi qulluqçular buraxılırlar. Bənd
14. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: - N-ci məharət dərəcəsi – 1 il; - 1-ci məharət dərəcəsi – N il; - usta məharət dərəcəsi – 3 il. Bənd N9. Aşağıdakı hallar hərbi qulluqçunun məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə keçirilən sınaqlarda iştirak etməməsi üçün üzrlü səbəb hesab edilir: (-) N9.3. Xəstəliyə, ailə vəziyyətinə, tədris və yaradıcılıq, hamiləliyə, doğuşa və eləcə də uşağın üç ya şı tamam olanadək ona qulluq etməyə görə məzuniyyətlərdə olduqda (uşağa bilavasitə qulluq edən valideynlərin biri, yaxud ailənin digər üzvü). Bənd 3N. Sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcəsi növbəti sınaqlara qədər saxlanılır (iştirak etdiyi sınaqlarda malik olduğu məharət dərəcəsinin tələblərinə uyğun qiymət aldıqda). Növbəti sınaqlarda hərbi qulluqçu iştirak etmədiyi fənlər üzrə sınaqlara cəlb edilir və bu sınaqlara nəticələri əsasında, Əsasnamənin N1-ci bəndinə uyğun olaraq məharət dərəcəsi təsdiq edilir (artırılır). Bənd 3N.1. Sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçular, bu barədə komissiya (yardımçı komissiya) sədrinə mərkəzi tabelikdə ol an hərbi tibb müəssisələrindən, tibb taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışlar təqdim etməlidirlər. Bənd
37. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: (-) 37.N. İki pillə aşağı endirilir: (-) 37.N.4. Yekun (inspeksiya) yoxlama zamanı məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlar keçirilən fənlərdən biri və ya bir neçəsi üzrə “qeyri-kafi”, usta məharət dərəcəli mütəxəssislər isə “kafi” qiymət aldıqda. (-) 37.4. Hərbi qulluqçunun məharət dərəcəsindən məhrum edilməsi və ya onun aşağı endirilməsi müvafiq vəzifəli şəxsin əmri ilə elan edilir. Əgər əmr verən vəzifəli şəxsin səlahiyyəti çatmırsa, yuxarı rəis qarşısında bu barədə vəsatət qaldırılır. 30. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.N. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmi ş qərarlar qəbul oluna bilməz.
31. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şi kayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 3N. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahis ələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı 18 oktyabr N019-cu il tarixində hərbi-həkim komissiyasının qərarına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmiş, bundan sonra 09 dekabr N019-cu il tarixdən 11 dekabr N019-cu il tarixədək X1 keçirilən yuxarı komandir heyətinin toplantısında, habelə həmin toplantıda keçirilən imtahan və sınaqlarda iştirak etmiş, Müdafiə nazirinin 13 dekabr N019-cu il tarixli əmrilə səhhəti ilə ələqadar həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Müdafiə nazirinin birinci müavininin 14 dekabr N019-cu il tarixli əmri ilə iddiaçının 1-ci məharət dərəcəsi iki pillə aşağı - 3-cü məharət dərəcəsinə endirilmiş, N nömrəli hərbi hissə komandirinin N7 dekabr N019-cu il tarixli 38N nömrəli əmrinə əsasən 10 fevral N0N0-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.
36. Hazırkı qərarın N6-N8-ci bəndlərində göstərilən normaları işin yuxarıda qeyd olunan hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçıya “Sülh dövründə hərbi xidmətə yararsız, mühar ibə dövründə məhdud yararlı” kimi şəhadətnamə verildikdən sonra onun cavabdeh tərəfindən toplanışa cəlb edilməsi, ehtiyata buraxılması barədə əmr verildikdən sonra isə məharət dərəcəsinin aşağı endirilməsi qanunauyğun olmamışdır.
37. Belə ki, istinad olunan normaların məzmununa əsasən hərbi qulluqçunun hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız sayılması, həmin hərbi qulluqçunun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsasdır. Hazırkı halda iddiaçı 18 oktyabr N019-cu il tarixində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyindən həmin tarixdən sonra o, ehtiyata buraxılmalı idi. İddiaçı isə həmin tarixdən sonra toplantıya cəlb edilmiş, 14 dekabr N019-cu il tarixində ehtiyata buraxılmışdır. Məhkəmə tərkibi hesab edir ki, iddia çı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyindən toplantıya cəlb edilə bilməzdi.
38. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, iddiaçı sağlamlıq vəziyyəti barədə komissiyanın sədrinə müvafiq arayışlar təqdim etməmişdir. Bu dəlilə münasibətdə qeyd edilməlidir ki, həmin tələb iddiaçıya şamil oluna bilməz. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 3N və 3N.1-ci bəndlərinin təhlili onu deməyə əsas verir ki, həmin normalarda sağlamlıq vəziyyətinə görə müvəqqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən şəxslərdən söhbət gedir. Buraya hərbi qulluqçunun səhhətində yaranmış müvəqqəti nasa zlıq səbəbindən sınaqlarda iştirak edə bilməməsi aid olunur. Bu səbəbdəndir ki, qanunvericilikdə belə hərbi qulluqçuların məharət dərəcəsinin növbəti sınaqlara qədər saxlanılması nəzərdə tutulmuşdur. Kassatorun bildirdiyi hal - komissiya sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibb taborlarından və ya hərbi-həkim komissiyasından müvafiq arayışlar təqdim edilməsi isə məhz bu hala aiddir.
39. İddiaçı isə Hərbi Həkim Komissiyasının şəhadətləndirilməsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Göründüyü kimi, iddiaçının sağlamlıq vəziyyətindəki dəyişiklik müvəqqəti olmamışdır və bu hal onun hər hansı toplanışda iştirak etməsini istisna edir. İş materialları ilə müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Pol iklinikasının 16 sentyabr N0N1-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının adına tərtib edilmiş 7689 nömrəli xəstəlik haqqında şəhadətnamə 01 noyabr N019-cu il tarixində 4113 nömrəli məktubla N nömrəli hərbi hissə komandirinə göndərilmişdir. Həmin şəhadətnamədən görünür ki, iddiaçı, Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanının N7 sentyabr N019-cu il tarixli 8653 nömrəli göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Eyni zamanda, şəhadətnamədə qeyd edilmişdir ki, iddiaçı 7 dekabr N017 – NN dekabr N017, 7 may N019 – N8 may N019, 1N iyul N019 – 31 iyul N019-cu il tarixinədək SQ BKH-da, N7 sentyabr N019 – 18 oktyabr N019-cu il tarixinədək MN MHP-da müayinə və müalicədə olmuşdur. Göstərilə nlər onu deməyə əsas verir ki, iddiaçının sağlamlıq vəziyyətindəki dəyişiklik müvəqqəti olmamış, bu barədə hərbi hissə və yuxarı komandanlıq məlumatlı olmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçının toplanışa cəlb edilməsi qanunsuzdur. Odur ki, məhkəmə tərkibi kassasiya şikayətinin göstərilən dəlilini əsassız hesab edir.
40. İşin hallarından həmçinin məlumdur ki, iddiaçı, Müdafiə nazirinin 13 dekabr N019-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Müdafiə nazirinin birinci müavininin 14 dekabr N019-cu il tarixli əmri ilə onun 1-ci məharət dərəcəsi iki pillə aşağı-3-cü məharət dərəcəsinə endirilmiş, N nömrəli hərbi hissə komandirinin N7 dekabr N019-cu il tarixli 38N nömrəli əmrinə əsasən iddiaçı 10 fevral N0N0-ci il tarixindən hərbi hissənin şəxsi heyətin in siyahısından çıxarılmışdır.
41. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı Müdafiə nazirinin 13 dekabr N019-cu il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından 14 dekabr N019-cu il tarixində onun məharət dərəcəsinin aşağı endirilməsi barədə əmr verilə bilməzdi. Belə ki, cavabdeh inzibati orqan iddiaçının 10 fevral N0N0-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığına və bu səbəbdən həmin tarixədək iddiaçının məharət dərəcəsinin aşağı endirilməsi barədə qərarın qəbul edilməsinin mümkünlüyünə istinad edir. Lakin nəzərə almaq lazımdır ki, hərbi qulluqçunun ehtiyata buraxılması barədə əmrin verildiyi tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı tarixədək olan müddət hərbi qulluqçunun ehtiyata buraxılması, təhvil-təslim məsələləri ilə bağlı yekun hərəkətlərin edilməsi üçündür. İddiaçının məharət dərəcəsinin aşağı endirilməsi isə göstərilən məqsədə uyğun olmadığından həmin müddət ərzində iddiaçının məharət dərəcəsinin aşağı endirilməsi barədə əmrin verilməsi qanunsuzdur. 4N. Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmunundan aydın olur ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır və diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda isə cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamışdır.
43. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin N1 may N016-cı il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin N-ci bəndinin məzmunundan aydın olur ki, məharət dərəcələri şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (a təş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına verilir. Yəni, məharət dərəcələrinin verilməsi və sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və buna uyğun hərbi xidmət vəzifələrinin yerinə yetirilməsinə cəlb olunmasından ibarətdir.
44. İşin hallarından isə məlumdur ki, 18 oktyabr N019-cu il tarixli şəhadətnamə ilə iddiaçı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Bu isə iddiaçının artıq hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas ya radır. Belə olan halda, hərbi xidmətdən ehtiyata buraxılacaq iddiaçının məharət dərəcəsinin aşağı endirilməsi yuxarıda göstərilən məqsədə (şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və buna uyğun hərbi xidmət vəzifələrinin yerinə yetirilməsinə cəlb olunması) uyğun deyil. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur.
45. Kassasiya şikayətinin növbəti dəlilini (iddiaçının məharət dərəcəsinin endirilməsinə əsas Əsasnamənin 14-cü bəndi yox, 37.N.4-cü bəndi olmuşdur) məhkəmə tərkibi əsaslı hesab edir. Lakin həm in dəlilin əsaslı olduğu halda belə, yuxarıda göstərilən hallar və onlarla bağlı məhkəmənin gəldiyi hüquqi mövqe onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının toplanışa çağırılması, iddiaçı ehtiyata buraxıldıqdan sonra onun məharət dərəcəsinin aşağı endirilməsi qanunsuz olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
46. Beləliklə, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 noyabr N0N1-ci il tarixli, N-1(105)506/N0N1 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə tərkibi şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikasının Müda fiə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N5 noyabr N0N1-ci il tarixli, N-1(105)-506/N0N1 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.