Məhkəmə qərarları › İş №2-1(102)-550/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-550/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-550/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN-xxxxxxx) )cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1826/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-xx.xx.1979-cu il tarixədək texnikumda “mexanik” ixtisası üzrə təhsil almışdır.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh tərəfindən müraciətə baxılmasının təxirə salınması ilə bağlı məktub ünvanlanaraq, əmək kitabçasındakı xx.xx.1992-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlərin arxiv arayışları ilə təsdiq olunması barədə sənədlərin təqdim olunması xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi xidmət etdiyi dövrü, təhsil müddəti və əmək kitabçasında olan əmək fəaliyyəti birgə n əzərə alınmaqla, 20 ildən çox ümumi sığorta stajı var. Həmin stajın 10 ildən çoxunu 52 yaşından güzəştli pensiya hüququ verən peşədə - xx.xx.1987-xx.xx.2005-ci illərdə X4 Birliyi üzrə zəhərli kimyəvi maddələr anbarında fəhlələrdə çalışmışdır. Belə ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00-kod altında göstərilən peşəyə uyğundur. Qeyd olunanları nəzərə alaraq, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təy in edilməsi məqsədi ilə 17 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu, ona ünvanladığı 2 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə həmi illər ərzində işləməsinə dair qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq müvafiq sənədlər təqdim olunduqdan sonra müraciətinə baxılacağını bildirərək dolayısı ilə pensiya təyin edilməsindən imtina etmişdir.

7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 11 il 8 ay 5 gün (xx.xx.1976-xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 4 il 4 ay (xx.xx.1987-x x.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq İddiaçı xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 9497,56 manat təşkil edir. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmasına baxmayaraq iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə zid dir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, iddiaçıya 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2010 -cu il tarixdə yaransa da, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası 17.08.2019-cu il tarixdən ödənilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1826/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən, lakin müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, 17 avqust 2019-cu il tarixdən güzə ştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarından iddiaçıya, onun pensiya təyin edən orqana müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsini cavabdehə həvalə etsə də, qanunun qeyd olunan göstərişindən irəli gələrək, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı andan pensiya təyin edilməsi tarixini qərarında qeyd etməmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kas sasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutul muş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiy i günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: (xx.xx.2006-cı il tarixdən qüvvədən düşmüşdür): Maddə

13. «a» bəndi. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmə k şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instan siyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd et mələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İddiaçının hazırkı iddianı qaldırmaqla hüquq marağı 52 yaşı tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şər tlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir ki, iddiaçı arzuladığı hüquqi nəticəyə çatması üçün bu qərarın 16-17-ci bəndlərində sadalanan qanunvericilik aktlarının tələbləri baxımından, xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il güzəştli (1 saylı Siyahı üzrə) iş stajına malik olmalıdır.

27. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 11 il 8 ay 5 gün (xx.xx.1976-xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 4 il 4 ay (xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Onun xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hiss əsində qeydə alınmış pensiya kapitalı cəmi, 9497,56 manat təşkil edir.

28. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilməlidir ki, iddiaçının iş materiallarına əlavə olunmuş hərbi biletinin, Bakı Texniki Məktəbinin şəhadətnaməsi və əmək kitabçasının surətlərinə əsasən xx.xx.2006-cı il tarixinə kimi iş stajı xx.xx.1976-xx.xx.1978 - müddətli həqiqi hərbi xidmət dövrü - 01 il 11 ay 14 gün; xx.xx.1979 - xx.xx.1979- ixtisas üzrə təhsilalma müddəti 05 ay 11 gün; xx.xx.1979 - xx.xx.1983 - Baş-Ələt deposunda refrijerator- mexanik - 03 il 04 ay 23 gün; xx.xx.1987 - xx.xx.2005 - X4 Birliyində zəhərli kimyəvi maddələr anbarında fəhlə -17 il 08 ay 18 gün, yəni iş stajı ümumiləşdirildikdə onun 23 il 5 ay 17 gün sığorta stajı toplanır ki, həmin stajın da o, 10 ildən çoxunu xüsusilə zərərli iş şəraitində, o cümlədən, X4 Birliyində zəhərli kimyəvi maddələr anbarında fəhlə kimi işləmişdir.

29. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının X4 Birliyində zəhərli kimyəvi maddələr anbarında fəhlə kimi işlədiyi dövrün (17 il 08 ay 18 gün) nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır.

30. İlk öncə məhkəmə kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikası Dövlət X1 iddiaçıya ünvanladığı 23 mart 2023-cü il tarixli, cavabdehə ünvanladığı 23 iyun 2023-cü il tarixli arxiv arayışlarına əsasən müəyyən olunur ki: “...Şəmkir Filialında mühafizə olunan “Şamxor rayon X3 arxiv sənədlərinə əsasən birliyin xx.xx.1986-cı il tarixli əmrində xx.xx.1986-cı il tarixdə birlikdə baş vermiş yanğın nəticəs ində 1980-1985-ci ilə dair olan bütün əmr kitablarının yandığı qeyd edilmişdir. Ona görə də İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1985-ci il tarixli 60 No-li işə qəbul əmrindən çıxarış verilməsi tərəfimizdən mümkün deyildir. X3 1996-cı ilin avqust ayından sonrakı tarixlərə əmr kitabları arxivə təhvil verilmədiyi üçün xx.xx.2005-ci il tarixdə işdən azad olunma əmri barədə məlumat verilməsi mümkün deyildir. “Eyni zamanda...Birliyin işçilərinə aid əmək haqqı kitabları Şəmkir arxivinə təhvil verilmədiyi üçün İddiaçı işlədiyi illərdə işləyərək qazandığı əmək haqqı barədə arayış verilməsi tərəfimizdən mümkün deyildir...” Yəni, Şamxor rayon X3 arxiv sənədlərinin yanması və ya həmin Birliyin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının təqsirinə yozaraq onun hüquqlarını məhdud laşdıra bilməz.

31. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Şəmkir X3 “Arayış”ına əsasən, iddiaçı M.X2 Kimya Birliyinin anbarında xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fəhlə “işlədiyi dövrdə: “... insan sağlamlığına təhlükə yaradan zəhərli kimyəvi maddələrlə (fosfor-üzvi, xlor, pestisid) işləri icra etmişdir. Zəhərli kimyəvi maddələr dedikdə kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik-kimyəvi maddələr başa düşülür. Bu maddələrə fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri daxildir.

32. İddiaçının işlədiyi peşənin güzəştli pensiya hüququ verən pe şə olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A0017541 kodu altında göstərilən peşəyə uyğundur.

33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrün iddiaçının əmək stajı kimi nəzərə alınmaması onun hüquqlarını pozmuşdur. Beləliklə də iddiaçının 20 ildən ç ox ümumi və qeyd olunan stajın yarıdan çoxu 1 nömrəli Siyahıda nəzərdə tutulan, güzəştli pensiya hüquq verən peşə olduğu nəzərə alınmaqla, onun 52 yaşından, yəni xx.xx.2010-cu ildən pensiya hüquq yaranmışdır.

34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

35. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

36. Beləliklə, yuxarıda istinad olunan normalara gör ə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1826/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar