Məhkəmə qərarları › İş №2-1(102)-551/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-551/2019

12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-551/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon Şöbəsi qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili oğlunun iştirakı ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı oğlun a verilmiş şəhid statusunun bərpa edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)371/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, oğlu X1 oğlu 14 dekabr 2000-ci ildə Daşkəsən rayonunda hərbi xidmət vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək donaraq ölmüşdür. Bundan sonra onun oğluna şəhid statusu verilmişdir. Lakin daha sonra oğluna verilmiş şəhid statusu Azərbaycan Re spublikası ƏƏSMN-nin 2007-ci il 29 iyun tarixli, 11/27-66 saylı və Azərbaycan Respublikası Hərbi Komissarlığının 2007-ci il 28 iyun tarixli 4530 saylı məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən ləğv edilmişdir. Oğlu hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı vəfat etdiyindən onun şəhid statusunun ləğv edilməsi qanunsuz olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətə cavab olaraq həmin məsələnin onların səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. İddiaçı göstərilənləri nəzərə almaqla oğlu X1 oğluna verilən şəhid statusunun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəm əsinin 10 may 2018-ci il tarixli, 2-1(84)-567/2017 saylı qərarı (hakim – K.H.Vəliyev) ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-371/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – İ.H.Şükürov, hakimlər – M.M.Hüseynov və R.Ə.Əliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli, 2-1(84)567/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, oğluna verilmiş şəhid statusu 7 il sonra Azərbaycan Respublikası ƏƏSMNnin 2007-ci il 29 iyun tarixli, 11/27-66 saylı və Azərbaycan Respublikası Hərbi Komissarlığının 2007-ci il 28 iyun tarixli 4530 saylı məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən ləğv edilmişdir. Oğluna verilmiş şəhid statusunun bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmiş və 08 fevral 2018-ci il tarixli məktubda qeyd etmişdir ki, şəhid statusunun verilməsi zamanı qanunvericiliyin tələbləri pozulduğundan şəhid statusu onların fikrinə görə əsaslı olaraq ləğv edilmişdir. Halbuki, apellyasiya məhkəm əsinin istinad etdiyi Qazax Hərbi Məhkəməsinin 08 fevral 2002-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə hərbi hissəsinin yuxarı komandirlərinin əsgərlərə verdiyi qanunsuz əmrlər nəticəsində bir neçə əsgərin, o cümlədən də oğlu AlX1 oğlunun qar uçqununa düşərək həlak olmaları öz təsdiqini tapmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili isə kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən mə hkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya i nstansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eləcə də məhkəmələr tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilməmişdir. Apellyasiya məhkəməsi iddianın rədd edilməli olduğuna dair özünün mövqeyini qanunvericiliyin tələblərinə əsasən iddiaçının mərhum oğlunun şəhid hesab edilmədiyinə istinadla əsaslandırmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbi ilə bağlı olaraq məhkəmənin həll etməli olduğu məsələ işi n hallarının araşdırılması və proses iştirakçılarına yardım etməklə bağlı xidməti vəzifəsinə uyğun olaraq iddiaçının mərhum oğlu X1 oğluna nə vaxt və hansı orqan tərəfindən şəhid statusunun verildiyi, eləcə də daha sonra yenə nə vaxt və hansı orqan tərəfindən həmin statusun ləğv edildiyi məsələsinə aydınlıq qazandırmaq olmuşdur. Məhkəmə isə həmin məsələ üzrə hər hansı araşdırma aparmadan və sözügedən məsələləri dəqiqləşdirmədən X1 oğluna verilən şəhid statusunun bərpa edilməsi barədə mübahisəyə baxmışdır. Məhkəmə inzibati orqanın şəhid statusunun ləğv edilməsi ilə bağlı qərarının (əgər belə bir qərar varsa) əsaslandığı faktiki və hüquqi hallar ona bəlli olmadan öz mülahizəsinə əsasən həmin qərarı qanuni və əsaslı hesab etmişdir. Halbuki, inzibati aktın və ya faktiki xarakterli hərəkətin qa nuniliyi ilk növbədə inzibati orqanın əsaslandığı dəlillərin qiymətləndirilməsi nəticəsində müəyyən edilə bilər. İşdə olan AR ƏƏSMN DSMF-nin Qəbələ rayon şöbəsinin 08 fevral 2018-ci il tarixli 33/05 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası ƏƏSMN-nin 2007ci il 29 iyun tarixli, 11/27-66 saylı və Azərbaycan Respublikası Hərbi Komissarlığının 2007ci il 28 iyun tarixli 4530 saylı məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılmış, statusun verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmadığı müəyyən edildiyi üçün Məmmədov Vəfadar Əlbvsət oğluna verilmiş şəhid statusu ləğv edilmişdir. Belə olan halda, məhkəmə səlahiyyətli orqanlardan, o cümlədən AR ƏƏSMN DSMF-nin Qəbələ rayon şöbəsi ndən şəhid statusunun ləğvi ilə bağlı sənədləri tələb edərək onları tədqiq etməli idi. Belə ki, iddiaçının mərhum oğluna verilmiş şəhid statusunun sonradan ləğv edildiyinə dair inzibati aktın olub-olmadığı dəqiq bəlli deyildir. Əgər belə bir inzibati akt qəbul edilmişdirsə, həmin akt iş materiallarına əlavə edilməli və tədqiq olunmalı idi. Bunun üçün məhkəmə AR ƏƏSMN DSMF-nin Qəbələ rayon şöbəsini İPM-in 28-ci maddəsinin tələbləri qaydasında işə cəlb etməli olduğu halda, etməmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə AR ƏƏSMN DSMF-nin Qəbələ rayon şöbəsini işə cəlb edərək sözügedən orqan tərəfindən şəhid statusunun ləğvinə dair inzibati aktın qəbul edilib-edilmədiyini, eləcə də həmin orqan tərəfindən iddiaçının mərhum anasına şəhid statusundan irəli gələn verilən ödəmələrin nə vaxtda n və hansı əsasla dayandırıldığını dəqiq müəyyən etməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının m üəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” t əsdiq olunması haqqında Nazirlər Kabinetinin 10 saylı, 15 yanvar 1994-cü il tarixli qərarının 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qərarın 1.2.6-cı bənidinə görə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların şəhid və şəhid ailəsi statusunun verilməsi başlaqlı 4-cü bəndinə görə: 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün M üdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Qanunvericiliyin sadalanan müddəalarına görə şəhidlər və şəhid ailələri iki ayrı kateqoriya şəxslərdir və onların hər birinə ayrıca belə statuslar verilməlidir. Odur ki, yeni baxışda məhkəmə iddiaçının mərhum oğluna şəhid statusunun, onun ailəsinə isə şəhid ailəsi statusunun və müvafiq vəsiqənin verilib-verilmədiyini müəyyən etməlidir. Bundan başqa, şəhid ailəsi statusu digər hərbi qulluqçulara (gizir və zabit heyətinə aid olmayan) hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Ç ağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. Şəhid ailələrinə vəsiqə isə həmin arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə ilk növbədə yuxarıda göstərilən qaydada araşdırma aparmaqla işin hallarını tam müəyyənləşdirdikdən sonra iddiaçının hüquqi marağına xidmət etməli olan iddianın hansı iddia növü olacağına dair, eləcə də zərurət yaranarsa iddia tələbinin dəqiqləşdirilməsi və düzgün cavabdehə qarşı iddianın qaldırılması istiqamətində yardım etməlidir. Bunun üçün isə məhkəmə iddiaçının hüququnu pozan inzibati a ktın və ya faktiki xarakterli hərəkətin məhz konkret nədən ibarət olduğunu dəqiq müəyyən etməli, bu zaman iddianın həmin aktı qəbul etmiş və ya hərəkəti etmiş orqana qarşı qaldırılmalı olduğunu nəzərə almalıdır. İddiaçının mərhum oğlunun şəhid hesab edilməsinə münasibətdə isə onun həlak olduğu şərait, həlak olmaya səbəb olan qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən edilmiş hallar, eləcə də döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi iddiaçının mərhum oğlunun şəhid hesab edilmədiyinə dair nəticəyə gəlsə də, bu zaman sözügedən meyarlar nəzərə alınmaqla qiymətləndirmə aparmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ar asında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Kollegiya qeyd edir ki, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmalı və ya itkin düşməli, yaxud da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalı, itkin düşməli və yaxud məhkəmənin qərarına əsasən ölmüş hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-371/2018 saylı iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi X.S.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar