Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-551/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış binasına (anbar binası) mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Şəki rayonu Qoxmuq kəndində mülkiyyətində olan 0,01 ha torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binasına (anbar binası) iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-526/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Şəki rayonu Qoxmuq kəndində yerləşən 0,01 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyə t hüququ 17.03.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına A seriyalı 143185 nömrəli torpaq sahəsinin planı və ölçüsü və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsində 2017-ci ildə ümumi sahəsi 92 kv.m, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən çardaqaltı döşəmənin alt hissəsinədək hündürlüyü 3,010 m olan, bir mərtəbəli anbar binası tikdirmiş və binanın eskiz layihəsi hazırlanaraq Şəki şəhər İH başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılaraq, baş memar tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binası (anbar binası) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı cavab dehə müraciət etmiş, cavabdeh 27.03.2019-cu il tarixli məktubla bildirmişdir ki, tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilməmişdir. Bu səbəbdən də hüquqların dövlət qeydiyyatından imtina edilir. İddiaçı 13 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Şəki rayonu Qoxmuq kəndində mülkiyyətində olan 0,01 ha torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binasına (anbar binası) iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən 0.01 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə onun xüsusi m ülkiyyətindədir. Həmin torpaq sahəsinə adına çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır. Aidiyyəti orqanların razılığı və rəyi ilə mülkiyyətinə verilən torpaq sahəsində Şəki rayonu baş memarının təsdiq etdiyi eskiz-layihə sənədləri əsasında təyinatına uyğun olaraq bir mərtəbəli qeyri-yaşayış binası (anbar) tikdirmiş və həmin tikiliyə reyestrdən çıxarış verilməsi məqsədilə dövlət rüsumunu da ödəməklə cavabdehə müraciət etmiş, cavabdeh 27.03.2019-cu il tarixli məktubla tələbdən imtina etmiş və bildirmişdir ki, tikinti obyektinə icazə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan 11.06.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətinin təmin edilməsindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. Şəki İnzibati-İqtisadi Məhkə məsinin (hakimMəcidov Rüfət Azadəli oğlu,2-1(84)938/2019 saylı iş) 12 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərəkcavabdehin üzərinə Şəki rayonu Qoxmuq kəndində mülkiyyətində olan 0,01 ha torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış binasına (anbar binası) iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin12 iyul 2019-cu il tarixli qərarı ilərazılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X2, 21(107)-526/2019 saylı iş) 14 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslan dırmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Şəki rayonu Qoxmuq kəndində yerləşməklə mülkiyyətində olan 0,01 ha torpaq sahəsində 2017-ci ildə ümumi sahəsi 92 m2, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən çardaqaltı döşəmənin alt hissəsinədək hündürlüyü 3,010 m olan, bir mərtəbəli anbar binası tikdirmiş və binanın eskiz layihəsi hazırlanaraq Şəki şəhər İH başçısı Aparatı Memarlıq və Tikint i Şöbəsi ilə razılaşdırılmış, baş memar tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından isə yardımçı tikililərin, kənd təsərrüfatına aid tikililərin tikintisinə icazə tələb olunmur ki, iddiaçının tikdirdiyi anbar binası həm yardımçı, həm də kənd təsərrüfatı ilə bağlı tikililərə aiddir. Cavabdeh 28 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə təqdim edilməməsi qeydiyyata alınmanı mümkünsüz edir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikiliyə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınmasını xahiş etmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyy ən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (01.01.2013-cü il tarixdən sonra) inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş tikintiyə icazə barədə qərar və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən iddiaçının tələbi əsaslı olmamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hü ndürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2-ci maddə). İddiaçı Şəki rayonu Qoxmuq kəndində yerləşməklə mülkiyyətində olan 0,01 ha torpaq sahəsində 2017-ci ildə ümumi sahəsi 92 kv.m, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən çardaqaltı döşəmənin alt hissəsinədək hündürlüyü 3,010 m olan, bir mərtəbəli anbar binası tikdirmiş və binanın eskiz layihəsi hazırlanaraq Şəki şəhər İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış, baş m emar tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçının inşa etdiyi tikili Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələb etdiyi həddən aşağı olmuşdur. Belə olan halda bu kimi tikililərə hətta həmin Məcəllənin 80-ci maddəsində nəzərdə tutulan məlumatlandırma icraatı belə tətbiq edilmir. İddiaçının mülkiyyətində inşa etdiyi tikili Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələbinə uyğun olduğundan həmin tikiliyə icazə qərarının olması və istismara qəbul aktı tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb edilir. Göründüyü kimi, cavabdehin tələb etdiyi kimi iddiaçının inşa etdiyi tikili tikintisinə icazə tələb olunan tikinti obyektləri olmadığı üçün tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə nəzərə tutulmamışdır. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyas iya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-526/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-551/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-551/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver