Məhkəmə qərarları › İş №2-1(102)-551/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-551/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-551/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı (Axxxxnin Kadrlar Baş İdarəsi üçüncü şəxs olmaqla) əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1859/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Axxxxnin 12 iyul 2019-cu il tarixli xxxx nömrəli əmrinin ləğv edilməsini və işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-240/2020 nömrəli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndiri lən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının tələbi əsaslı deyil.

4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1859/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: X.A.Cəmilova və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati M əhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-240/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. 8. 19 aprel 2021-ci il tarixdə iddiaçı Ali Məhkəməyə ərizə göndərərək apelyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizəsini müdafiə etdiyini, kassasiya şikayətinin geri götürdüyünü və bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanı nı istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətini geri götürməsinə dair müraciəti təmin edilməli, şikayət üzrə kassasiya icraatına xitam verilməlidir.

13. Qeyd olunmalıdır ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. (İPM-in 97.3-cü maddəsi). Qərara aldı: İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2-1(103)-1859/2020 nömrəli qərarından verilmiş şikayət üzrə başlanmış kassasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar