Məhkəmə qərarları › İş №2-1(102)-551/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-551/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-551/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-551/2022) (Açar sözlər: iddianın mümkünlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “orderlə istifadəyə verilmiş mənzil barədə olan özəlləşmənin ləğvi” tələb inə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(108)-35/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 1993-cü ilin avqust ayında keçmiş Naxçıvan Muxtar Respublikası DTİ və MHQ İdarəsi tərəfindən X3 (iddiaçının atasının) adına özəlləşdirilmiş və onun adına 1024 inventar nömrəli texniki pasportun verilmişdir. 2. 20 oktyabr 2004-cü il tarixdə Tarqulu Fərəcov bağışlama müqaviləsi əsasında mənzili X5 (iddiaçının qardaşına) bağışlamış, X8 22 may 2020-ci il tarixdə mənzili X1.

3. Naxçıvan Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(078)-931/20 20 nömrəli qərardadında göstərilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa şəhəri Şəhidlər küçəsi bina 4, mənzil 7 barədə olan avqust 1993-cü il tarixdə mərhum atası X3 adına özəlləşmənin ləğv olunması, Tarqulu X2 arasında 20 oktyabr 2004-cü il tarixdə Culfa rayon dövlət notariat kontorunda qeydiyyata alınan 4-ə-39 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması və s. tələbləri ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin həmin qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2021-ci il 4 oktyabr tarixdə Naxçıvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək orderlə ailə üzvlərinin istifadəsinə verilmiş, Culfa şəhəri, Şəhidlər küçəsi, bina 4, mənzil 7 barədə olan özəlləşmənin ləğvini xahiş etmişdir.

5. Naxçıvan İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2-1(122)-210/2021 nömrəli qərardadı (hakim: X6) ilə iddia mümkün sayılmamış və məhkəmə ona istinad etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Belə ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1993-cü il tarixdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 11 sentyabr, 1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiyindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. X4 Məcəllə qüvvəyə minənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1 fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərdən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2 011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(108)-35/2021 nömrəli qərardadı (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X11 və X9) ilə Naxçıvan İnzibati Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, lakin birinci instansiya məhkəməsinin qərardadında göstərilən 11 sentyabr 1964cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü fəslinə əsasən 10 günlük iddia müddətinin olması ilə bağlı qeyd edilənləri mübahisələndirilən hüquq münasibətinin baş verdiyi zamana görə mülki prosessual qanunvericiliyin qüvvəsinə uyğun hesab etməmişdir. Əlavə olaraq məhkəmə bildirmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirə bilməzlər. İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddia tələbindən göründüy ü kimi özəlləşmənin aparılması ilə bağlı iddiaçının xəbəri olmamışdır ki, bundan da 10 gün ərzində şikayət versin. Bundan başqa, mənzilin özəlləşməsi ilə bağlı arxivdə yalnız qeyd vardır, digər hüquqmüəyyənedici sənədlər yoxdur, mübahisələndirilən mənzil Fərəcov Tarqulunun adına verilən zaman İddiaçı da daxil olmaqla ailə üzvlərinin istifadəsinə verilmişdir. Belə ki, mənzil ayrılan zaman həmin ailə üzvləri nəzərə alınmaqla norma səviyyəsində mənzil ayrılmışdır. İddiaçı kassasiya şikayətinin dəlillərini “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci, 9-cu, 12-ci maddələri ilə əsaslandırmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan SSR Mülki Məcəlləsi (1 sentyabr 2000- ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 73. hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə

76. İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. Maddə 243-5. Vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər.

13. Mülki Prosessual Məcəllə: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) Maddə

298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyi ndən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Maddə 299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübah isələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, 5 sayı qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd

9. Məhkəmələrin diqqətinə ç atdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. İnzibati Prosessual Məcəllə: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. İddiaçı 1993-cü il tarixdə atasının adına həyata keçirilən özəlləşdirmənin ləğvini tələb edir. İddiaçı bildirir ki, mənzil təkcə atasına yox, bütün ailə üzvlərinə verilmişdir. Özəlləşdirmənin yalnız atasının adına aparılması, daha sonra isə həmi n mənzilin qardaşına bağışlanması, sonda isə üçüncü şəxsə satılması qanunsuz olmuşdur.

21. İddianın məhkəmələr tərəfindən mümkün sayılmamasının səbəbi isə iddia müddətinin ötürülməsidir. Məhkəmələr iddiaçının uzun müddət özəlləşdirmədən məlumatsız olması ilə bağlı dəlili ağlabatan hesab edilməmişdir.

22. İddiaçı uzun müddət mənzilin yalnız atasının adına özəlləşdirilməsi ilə bağlı məlumatsız olduğunu bildirsə də, iddiaçının atası 2005-ci ildə vəfat etmişdir. İddiaçı vərəsəlik işi ilə bağlı sözügedən mənzilin özəlləşdirilməsi və qardaşına bağışlanması ilə bağlı məsələlərdən xəbərdar olmalı idi.

23. Formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarl arı və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 1 sentyabr 2000-ci ilə qədər Azərbaycan SSR Mülki Məcəlləsi ilə, MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, inzibati akt yeni qanuna görə də mübahisələndirilə bilməz.

24. Bundan əlavə, iddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməmişdən (4 oktyabr 2021-ci il) öncə Na xçıvan şəhər Məhkəməsinə oxşar tələblə müraciət etmiş (bax bənd 3) və mülki iş üzrə icraata 24 noyabr 2020-ci il tarixli qərardadla xitam verilmişdir. Göründüyü kimi, həmin qərardaddan bir ilə yaxın müddət keçdikdən sonra inzibati məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı hər bir halda iddia müddətini ötürmüşdür.

25. Məhkəmə kollegiyası hesab edir ki, qərarının tətbiq edilən hüquq hissəsində göstərilənlər hüquq normalarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(108)-35/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar