Məhkəmə qərarları › İş №2-1(102)-551/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-551/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-551/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın etibarsızlığının tanınmasına dair iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN:3SM5CJ1) Cavabdehnə qarşı (üçüncü şəxs X10) “25 noyabr 2013-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunması” tələbinə dair iş üzrə Sumqayıt Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.6.2021-ci il tarixli, 2-1(105)-351/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu Donuzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının 12 iyul 2000-ci il tarixli qərarı ilə 2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr X2 verilmişdir.

2. Həsənəli Mirzəyev də öz növbəsində həmin əmlak payını 21 noyabr 2007-ci il tarixli etibarnamə əsasında X9 vermişdir.

3. A.Əhmədovun müraciəti əsasında Abşeron RİH-nin 25 noyabr 2013-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən həmin tikililər və onların yerləşdiyi torpaq sahəsi də daxil olmaqla A.Əhmədovun icarəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 noyabr 2013-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında bağlanmış 2013-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”nin və həmin sərəncamın əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X12 X3”nin xx.xx.2004-cü il tarixli 01 nömrəli protokolu ilə 1.6 ha torpaq sahəsi üzərində yerləşən “Binə KTM”-nin balansında olan və xeyli vaxtdır istifadə edilməyən 1 və 3 nömrəli donuz doğum sexləri və 3 ədəd köməkçi bina onun mülkiyyətinə satılmışdır. Bununla bağlı müvaf iq olaraq, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmçinin satılmış sözügedən əmlakların ona təhviltəslim edilməsi barədə eyni tarixli akt da tərtib edilmiş və ona təqdim edilmişdir. Sözügedən daşınmaz əmlak ona satıldığı xx.xx.2004-cü il tarixdən həmin ərazini hasarlayaraq tövlələri restavrasiya edərək quşçuluq təsərrüfatına uyğunlaşdırmış, yarımçıq köməkçi binaları bərpa etmiş və həmin ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hər il orta hesabla 150-200 min broyler toyuqları yetişdirir. Bunun üçün xüsusi olaraq 50 min yumurtalıq inqubator aparatı, 30 tonluq soyuducu kamera quraşdırmışdır. Quşların bəslənməsi üçün xüsusi avadanlıqlar almışdır. Bütün bunları öz vəsaiti və banklardan aldığı kredit hesabına yaratmışdır. Lakin üstündən 10 il keçdikdən sonra 1,6 ha torpaq sahəsinə dair 2013-cü ildə günü bəlli olmayan tarixdə Abşeron İcra Hakimiyyəti ilə X10 arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” üzərində heç bir tikili olmayan dövlət ehtiyat torpaq fondundan 99 illiyə “icarə müqaviləsi” bağlanmış və əraziyə heç bir baxış keçirmədən Cavabdeh başçısının 2013-cü il 25 noyabr tarixli Sərəncamı ilə həmin müqavilə təsdiq edilmişdir. Bununla yanaşı olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi də əraziyə baxış keçirmədən rəy vermişdir. Bu sənədlərin əsasında isə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü ildə reyestrdən çıxarış verilmişdir. Torpaq üzərindəki daşınmaz əmlaklar 1954, 1956, 1979-cu illərin tikililəridir. Sual olunur, əgər torpaq sahəsi üzərindəki daşınmaz əmlak iddiaçı olaraq onun adına artıq xx.xx.2004-cü ildə yüklü olduğu halda üstündən 10 il keçdikdən sonra necə olur ki, başqa adamın adına rəsmiləşdirilə bilir? Necə olur ki, torpağın üstündəki əmlak birinə məxsus ola-ola, torpaq özü bir başqasının adına keçir. Hətta belə bir hal olmuş olsa belə, bütün hallarda o torpağın satılması və ya icarəyə verilməsi zamanı l-ci olaraq ona məlumat verilməli və həmin torpaq 1-ci ona təklif olunmalı idi. Çünki həmin torpaq sahəsi üzərindəki daşınmaz əmlaklar 10 ildən yuxarı bir müddətdə ona məxsus olduğu üçün, sözü gedən torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi zamanı üstünlük hüququ da birbaşa olaraq ona məxsus olmuşdur. Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilir ki, Abşeron rayonu Don uzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının 12 iyul 2000-ci il tarixli qərarı ilə sözügedən daşınmaz əmlak ( 2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr) sovxozdan əmlak payı almaq hüququna malik olan X2 verilmişdir. Həsənəli Mirzəyev də öz növbəsində həmin əmlak payını 21 noyabr 2007-ci il tarixli etibarnamə əsasında X9 vermişdir. Sonradan A.Əhmədovun müraciəti əsasında rayon İcra Hakimiyyəti tərəfindən həmin tikililərin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 1,6 ha torpaq sahəsi qanuni əsaslarla A.Əhmədovun icarəsinə verilmiş, onunla RİH arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi Ağacan Əhmədov tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaç ının əsaslandığı “X12 X4”sinin xx.xx.2004cü il tarixli 01 saylı protokolunun isə onun özünün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə ittiham aktında əsassız və saxta olduğu sübuta yetirilmişdir. Cavabdeh 25 noyabr 2013-cü il tarixli sərəncamı, həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən X7 icarəsinə verilmiş 1,6 ha torpaq sahəsi və onun üzərində yerləşən və vaxtilə Abşeron rayonu Donuzkökəltmə sovxozu yerli aqrar islahat komissiyasının 12 iyul 2000-ci il tarixli qərarı ilə (2 ədəd donuz damı, 2 ədəd doğum sexi və 3 ədəd yardımçı hissələr) sovxozdan əmlak payı almaq hüququna malik olan X2 verilmiş daşın maz əmlak İddiaçı tərəfindən qanunsuz olaraq istifadə edilir. Torpaq sahəsi X13 məxsusdur və icarə qaydasında Ağacan Əhmədova verilmiş sonradan RİH-nin razılığı əsasında torpaq sahəsi üzərindəki icarə hüququ A.Əhmədov tərəfindən X1. İddiaçı Abşeron RİH-nin 25 noyabr 2013-cü il tarixli sərəncamı və həmin sərəncam əsasında bağlanmış icarə müqaviləsinə əsasən X7 icarəsinə verilmiş 1,6 ha torpaq sahəsinə heç bir hüququ yoxdur, torpaq sahəsində yerləşən tikililər iddiaçıya aid deyildir. Əksinə iddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2-1(085)-84/2019 nömrəli qərardadı ilə iddia sərəncam əsasında bağlanmış 2013-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqq ında müqavilə”nin ləğv olunmasına dair hissədə mümkün sayılmamışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2-1(085)-84/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, məhkəmə hökmü ilə iddiaçıya məxsus sənədlərin saxta olduğu müəyyən edilmiş, eyni zamanda, mülki iddia təmin edilərək onun həmin torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Beləliklə, iddianın təmin edilməsi üçün hər hansı bir hüquqi əsas qalmadığına görə iddia rədd edilməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 -1(105)-351/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2-1(085)-84/2019 saylı qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı 25 noyabr 2013-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş bütün hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, iddiaçı bilə-bilə saxta sənədlərdən xx.xx.2004-cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2004-cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab edilən aktdan istifadə etməklə, Cavabdeh idarəçiliyində və balansında olan 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildən hasarlayaraq mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuşdur. Beləliklə də mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Belə olduğu təqdirdə 1.6 ha torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə Cavabdeh 25 noyabr 2013-cü il tarixli, 741 saylı sərəncamının qəbul edilməsi və onun hazırda mövcudluğu iddiaçının hər hansı hüququna toxunmadığından, onun həmin sərəncamın etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ da müəyyən olun mur. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə, həmçinin qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Üçüncü şəxsin vəkili kassasiya şikayətinə dair etiraz verərək kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi sə bəbi ilə mümkün sayılmamasını və şikayətin qəbulundan imtina edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün ha disənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

18. Üçüncü şəxsin vəkili kassasiya şikayətinə dair etirazında kassasiya şikayətinin prosessual müddət ötürülməklə verilməsi səbəbi ilə mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisələndirilən qərardad iddiaçıya, onun yazılı müraciətindən sonra 1 dekabr 2022-ci il tarixdə məhkəmə qəbzinə əsasən təqdim olunmuş, iddiaçı həmin qərardaddan kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə poçt xidmətinə təqdim etmişdir. Mübahisələndirilən qərardadın 1 dekabr 2022-ci il tarixdən əvvəl iddiaçıya təqdim edildiyinə dair işdə sübut yoxdur.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. İPM-in 36-cı maddəsinin müddəalarına əsasən,...tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1)....tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər (36.3).

22. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia üzrə qərarın qəbulu üçün xüsusi mümkünlük şərtləri baxımından iddiaçının müəyyən etmə marağı ondan irəli gəlməlidir ki, o, inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırsın. Lakin iddiaçı bu məzmunda iddianı o halda irəli sürə bilər ki, istinad etdiyi nəticələr onun subyektiv hüquq sferasına aid olsun.

23. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Tanınma haqqında iddianın mümkün olması üçün iddiaçının qısa müddət ərzində iddia qaldırmaqda maraqlı olması və subyektiv hüquqa malik olması kimi şərtlər mövcud olmalıdır.

24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, İddiaçı hüquq verən sənədlərin saxta olmasını bilə-bilə saxta sənədlərdən istifadə etməklə, kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutması faktı üzrə Azərbaycan Respublikası CM-nin 320.2 və 188.3-cü maddələri ilə cinayət işi başlanılmış, Bakı şəhər Xə zər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 1(003)-136/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona bəraət verilmiş və CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir.

25. Məhkəmənin hökmünə əsasən, İddiaçı heç bir hüquqi əsası olmayan xx.xx.2004cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqısatqı müqaviləsi və xx.xx.2004-cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab edilən aktı qanunsuz hazırlayaraq, bilə-bilə saxta sənədlərdən istifadə etməklə, Cavabdeh idarəçiliyində və balansında olan 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildən hasarlayaraq, həmin kənd təsərrüfatı təyinatlı 1,6 ha torpaq sahəsini Cavabdeh torpaq sahəsinə mülkiyyət və idarəçilik səlahiyyətlərinin həyata keçirilməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinə dair zərərçəkmiş şəxs X7 xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********93 reyestr nömrəli çıxarış əsasında icarə hüquqlarını və X5 xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********93 reyestr nömrəli çıxarış əsasında olan icarə hüquqlarını həyata keçirilməsinə mane olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuşdur.

26. İPM-in 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir

27. Beləliklə, iddiaçı mübahisəli daşınmaz əmlaka münasibətdə subyektiv hüquqa malik olmadığından, o, cavabdehin yuxarıda qeyd olunan inzibati aktının onun hüquqlarına müdaxilə etdiyini iddia edə bilməz.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci tarixli, 21(105)-351/2021 nömr

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar