Məhkəmə qərarları › İş №2-1(102)-552/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-552/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-552/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X1rşı iş üzrə QƏRARDADİ (İş № 2-1(102)-552/20) (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Hüseynov İlqar Kamil oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X1rşı "mülkiyyəti hüququna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 15 oktyabr tarixli 2-1(107)-491/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2018-ci il 15 noyabr tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan Qax rayonu İlisu kəndində yerləşən yeməkxana binasının qabaq və dal hissəsi 0,05 ha torpaq sahəsinin onun mülkiyyəti olmasına dair reyestrdən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 iyun tarixli 2-1(84)-179/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 oktyabr tarixli 2-1(107)-491/2019 nöm rəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. İddiaçının və vəkilinin (nümayəndəsinin) nəzərinə çatdırılmışdır ki, işin materiallarına görə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 oktyabr tarixli 2-1(107)-491/2019 nömrəli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçının nümayəndəsinə (vəkilinə) 2019-cu il 22 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2019-cu il 13 dekabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olunmuşdur. Prosessual mü ddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2020-ci il 18 fevral tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. İddiaçı 2020-ci il 7 fevral tarixli vəsatətlə məhkəməyə müraciət edərək şikayət üzrə kassasiyanın mümkün hesab edilməsini xahiş etmiş və bildirmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 oktyabr tarixli 2-1(107)-491/2019 nömrəli qərarı bu günədək ona rəsmi təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hi ssəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə t utulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 oktyabr tarixli 2-1(107)-491/2019 nömrəli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçının nümayəndəsinə (vəkilinə) 2019-cu il 22 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2019-cu il 13 dekabr tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olunmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür. İddiaçının 2020-ci il 7 fevral tarixli vəsatətində qeyd edilən dəlilə - 2019-cu il 15 oktyabr tarixli qərarın bu günədək ona rəsmi qaydada təqdim edilmədiyinə gəldikdə, həmin dəlil vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, İPM-in 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçının nümayəndəsinə (vəkilinə) 2019-cu il 22 oktyabr tarixdə təqdim olunmuşdur. Qərardan şikayət verilməsi üçün prosessual müddətin axımı da həmin gündən başlamışdır. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyinə dair hər hansı sübut və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhk əməyə təqdim olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 oktyabr tarixli 2-1(107)-491/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar