Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-552/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı (bundan sonra – cavabdeh) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(103)-1588/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilə qədər “X1” Birgə Müəssisəsinin layihələrində briqadada bənna və betonçu peşələrində işlədiyi üçün ona güzəştli şətlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə n əmək fəaliyyətinə başlamış və 2002-ci ilə qədər ayrı-ayrı iş yerlərində işləmişdir. xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilə qədər “X1” Birgə Müəssisəsinin layihələrində briqadalarında bənna və betonçu peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə 2 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında nəzərdə tutulmuş a) fəhlələr yaşa görə güzəştli şərtlərlə bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanırlar. Ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh ona pensiya təyin edilməsindən 16.09.2019-cu il tarixli məktubla imtina edilmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2019cu il tarixli imtina məktubu qanunsuz və əsassızdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) B
3. Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(112)-409/2020 saylı qərarı ilə (hakim Aygün Abdullayeva). iddia tələbi təmin edilərək, iddiaçının “X1” Birgə Müəssisəsində işlədiyi illər güzəşli iş stajı kimi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həval ə edilməsi qərara alınmışdır.
4. Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 21(103)-1588/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Xumar Mərdanova və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(112)-409/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
6. Məhkəmə qərarı iddiaçıya 30.11.2020-ci il tarixində təqdim edilmişdir.
7. İddiaçı 13.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(103)-1588/2020 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, TƏRƏFLƏRİN İZAHATLARI a) Kassasiya şikayətinin mümkünlüyü
8. İddiaçı məhkəmə qərarını 30.11.2020-ci il tarixində almış, kassasiya şikayətini isə 13.01.2021-ci il tarixində vermiş, bununla da kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili izahat verərək kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsini ölkə ərazisində elan edilmiş karantin rejimi ilə əlaqələndirmiş və kassasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək müddətin üzrsüz səbəbdən ötürüldüyünü bildirmiş, kassasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhk əmə kollegiyası qeyd edir ki, iddiaçıya təqdim edilmiş 18.02.2021-ci il tarixli bildirişdə kassasiya şikayətinin verilməsi üçün müddət ötürüldüyündən şikayətin mümkünlüyü məsələsinə baxılacağı qeyd olunmuş, bundan başqa məhkəmə iclasının təyin olunduğu vaxtadək nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi iddiaçıya təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə xəbərdarlıq olmuşdur.
13. Buna baxmayaraq iddiaçı məhkəmə iclasınadək müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.
14. İddiaçının vəkili müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı ə laqələndirərək iddiaçının bu səbəbdən kassasiya şikayətini təqdim edə bilmədiyini qeyd etsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir.
15. Belə ki, ölkə ərazisində yayılmış COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi fiziki və hüquqi şəxslərin məhkəmələrə müraciət etməsinə, məhkəmə aktlarını əldə etməsinə, eləcə də kassasiya şikayəti təqdim etməsinə maneə olmamışdır. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin qəbulu, eyni zamanda məhkəmə qərarlarının işdə iştirak edən şəxslərə poçt vasitəsilə və ya elektron şəkildə çatdırılması təmin olunmuşdur.
16. Eyni zamanda, karantin rejimində vəkillərin ölkə ərazisində xidməti fəaliyyətləri ilə bağlı hərəkət sərbəstliyi təmin olunduğundan kassasiya şikayətinin verilməsi iddiaçı üçün çətinlik törətsəydi də, həmin şikayət onun vəkili tərəfindən məhkəməyə təqdim edilə bilərdi.
17. Beləliklə, COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi kassasiya şikayətinin vaxtında verilməsinə maneə ola bilməz.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.
19. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(103)1588/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Q