Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-552/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkün sayılması barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xxxxxxx-ci il təvəllüdlü; FİN: xx.xx.1954) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə g ətirilərək geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(105)-703/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: X2) 20 sentyabr 2022-ci il tarixli, 21(118)-2934/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardan apellyasiya şik ayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X5, (sədrlik edən və məruzəçi), X1 və X3) 29 noyabr 2022-ci il tarixli, 2-1(105)-703/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə: Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 96.2. Ali Məhk əmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
7. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 29 noyabr 2022-ci il tarixli ilə Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul edilmişdir.
9. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qərardadda göstərilən əsaslar üzrə mümkün hesab etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Lakin iddianın mümkün sayılması barədə qərardaddan şikayət verilməsi imkanı İPMdə nəzərdə tutulmamışdır.
10. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2-1(105)-703/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzr ə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.