Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-552/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, əmək kitabçasında olan məlumatın mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2302/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus attestata, diploma, eləcə də hərbi biletə əsasən müəyyən edilir ki, o, 02 sentyabr 1974-cü il 25 avqust 1975-ci il tarixədək Azərbaycan SSR 133 №-li Jdanov kənd texniki peşə məktəbində təhsil almış, daha sonra 1975-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Naz irliyinin Bakı Baza Energetika texnikomuna daxil olmuş və 1984-cü ildə həmin texnikomu “Məişətdə işlədilən elektrik cihazları” ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1976-cı ildən-xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1979-cu ildə Tramvay parkının Vaqon bölməsinə 2-ci dərəcəli çilingər-elektrik vəzifəsinə qəbul edilmişdir (Əmr № 158, xx.xx.1979-cu il); xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 28 ok, xx.xx.1980-cı il); xx.xx.1974-cü ildə ərizəsinə əsasən 133 nömrəli kənd texniki-peşə məktəbinə traktorçu maşinist qrupuna şagird heyətinə daxil edilmişdir (Əmr № 3-K, xx.xx.1974-cü il); xx.xx.1975-ci ildə kursu tam bitirdiyi üçün şagird heyətindən xaric edilmişdir (Əmr №22-K, xx.xx.1975-ci il); x x.xx.1980-ci ildə Şaumyan rayon Mühafizə İdarəsinə 2 nömrəli sahəyə gözətçi vəzifəsinə qəbul edilmişdir (Əmr № 395, xx.xx.1980-ci il); xx.xx.1981-ci ildə 4 nömrəli sahəyə gözətçi vəzifəsinə keçirilmişdir (Əmr №38, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr № 121, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə Uzaq şimal bölgəsinə bərabər olan ərazidə 5-ci dərəcəli traktorçu vəzifəsinə qəbul edilmişdir (Əmr № 45-k, xx.xx.1981-ci il); xx.xx.1990-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 172, xx.xx.1990-cı il); xx.xx.1990-cı ildə Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi vəzifəsinə köçürmə qaydasında qəbul edilmişdir (Əmr № 134-k, xx.xx.1990-cı il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 12-K, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə TTİ-də Elektrik montaj sahəsinə 2-ci dərəcəli elektrik-montajçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 20/k, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr №57/k, xx.xx.1991-ci il) xx.xx.1991-ci ildə 6 №li Təmir-Tikinti idarəsində 3-cü dərəcəli elektrikmontajçı vəzifəsinə qəbul edilmişdir (Əmr №47, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir ( Əmr №83-k, xx.xx.1992-ci il) xx.xx.1992-ci ildə 7 nömrəli Təmir Tikinti İdarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmişdir ( Əmr №3, xx.xx.1992-ci il); xx.xx.1993-cü ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 24, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə 2 nömrəli RTTT-nin 3 nömrəli TTİ-nə rəis vəzifəsinə təyin edilmişdir ( Əmr № 8, xx.xx.1993-cü il); xx.xx.1994-cü ildə başqa işə keçirilməsi ilə əlaqədar o laraq işdən azad edilmişdir ( Əmr №15 K, xx.xx.1994cü il); xx.xx.1993-cü ildə 5 nömrəli sənaye istehsalat təmir tikinti trestinə mühəndis vəzifəsinə qəbul edilmişdir (Əmr № 992, xx.xx.1993-cü il); xx.xx.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 16, xx.xx.1996-cı il); xx.xx.1997-ci ildə “Oruc Müstəqil” kiçik müəssisəsinə 2-ci dərəcəli elektrik montyoru işinə qəbul edilmişdir (Əmr 3k, xx.xx.1997-ci il); xx.xx.1997-ci ildə müəssisədə iş ustası vəzifəsinə qəbul edilmişdir (Əmr №5, xx.xx.1997-ci il); xx.xx.1998-ci ildə sahədə işlər artdığına görə sahədə iş icraçısı vəzifəsində işləmişdir (Əmr № 2k, xx.xx.1998-ci il); xx.xx.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 2, xx.xx.2005-ci il).
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin e dilməsini xahiş etmişdir.
5. Cavabdeh 04 oktyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun əmək kitabçasına və hərbi biletinə əsasən sığorta stajı 16 il 1 ay 4 gündür. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992xx.xx.1993-cü ilədək 7 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1993-xx.xx.1994-cü ilədək 3 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1994- xx.xx.1996-cı ilədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-xx.xx.2005-ci ilədək Oruc müstəqil kiçik müəssisəsində işlədiyi müddətlərin sığora stajına daxil edilməklə 65 yaşından etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılaraq ərizəsi təmin edilməmişdir. İmtinanın əsası kimi xx.xx.1992-xx.xx.1993-cü ilədək 7 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1993- xx.xx.1994-cü ilədək 3 nömrəli Təmir Tikinti İdarəsində, xx.xx.1994xx.xx.1996-cı ilədək Təmir-Tikinti İstehsalat Birliyində və xx.xx.1997-xx.xx.2005-ci ilədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi müddətlərin həmin müəssisələrin yerləşdiyi yeri müəyyən edilə bilməməsi göstərilmişdir. Lakin iddiaçının həmin müəssisələrdə işlədiyi müddətlər əmək kitabçasında göstərilməklə müəssisələrin möhürü ilə tədqiq edilmişdir, işlədiyi "xxxx" müstəqil kiçik müəssisəsində ixtisası üzrə yəni, 2-ci dərəcəli elektrik montyoru, iş ustası, başqa sözlə elektrik cihazları üzrə işləmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
9. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqd im edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(112)-3706/2023 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(112)-3706/2023 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı-xx.xx.1957-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyi natı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2302/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(112)-3706/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmə k pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
18. Belə ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş sığorta stajı mövcud deyildir. Bundan əlavə iddiaçının əmək kitabçasındakı qeydləri də mötəbər dəlil kimi qəbul etmək olmaz. İddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçının ərizəsi əsasında ona xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun təqdim etdiyi əmək kitabçasında 1997-ci il tarixdən sonra heç bir qeyd olmamış, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi zaman həmin əmə k kitabçasında 1997-2005-ci illərdə "xxxx" müstəqil kiçik müəssisəsində işləməsinə dair qeydlər olmuşdur. Bu hal isə əmək kitabçasının sonradan doldurulmasına əsaslı şübhələr yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmı ş kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növlər i Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları
3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tari xli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qəra ra qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərin ə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətc ə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh in üzərinə qoyulmasını xahiş edir.
34. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2022-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İddiaçının tələb olunan həddə pensiya kapitalının mövcud olmadığı mübahisə doğurmur. Cavabdehə görə iddiaçı 25 il ümumi stajı toplamamış dır.
35. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də iddiaçının 1997-2005-cı ilədək olan sığorta stajını mübahisələndirir.
36. Cavabdeh qeyd edir ki, pensiya işindən görünür ki, iddiaçının ərizəsi əsasında ona xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun təqdim etdiyi əmək kitabçasında 1997-ci il tarixdən sonra heç bir qeyd olmamış, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi zaman həmin əmək kitabçasında 19972005-ci illərdə "xxxx" müstəqil kiçik müəssisəsində işləməsinə dair qeydlər olmuşdur. Odur ki, həmin dövr sığorta stajına daxil edilə bilməz.
37. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qə rarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.
38. Hüququn prinsiplərinə əsaslanaraq əminliklə bildirmək olar ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi dövrdə həmin müəssisə (orqan) tərəfindən doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir.
39. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, işçinin əmək fəaliyyəti ilə bağlı halların əmək kitabçasına sonradan daxil edilməsini qadağan edən norma mövcud deyildir. Qadağan edici norma mövcud olmadığından əmək kitabçasında hər hansı bir dəyişlikliyin edilməsi səlahiyyətli şəxs və ya orqan tərəfindən qəbul ediləndir.
40. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1997-2005-ci illərdə "xxxx" müstəqil kiçik müəssisəsində işləməsinə dair iş materiallarında kifayət qədər mötəbər sübutlar olduğundan bu müddət istisnasız olaraq onun sosial sığorta stajına daxil edilməlidir.
41. Əvvəla Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Respublikası sərbəst rayonlararası İstehsalat Təmir Tikinti İdarəsi Xətai rayonu 7 №-li Təmir-Tikinti idarəsinə, Azərbaycan Respublikası Bakı şəhəri Təmir Tikinti Birliyi Xətai rayonu 2 nömrəli rayonlararası Təmir Tikinti Trestinin 3 №-li Təmir-Tikinti İdarəsinə, Azərbaycan Respublikası rayonlararası Təmir Tikinti istehsalat birliyi Bakı şəhəri 5 №-li rayonlararası təmir tikinti trestinə və Bakı şəhəri Qaradağ rayonu "xxxx" müstəqil kiçik müəssisəsinə dair məlumat mövcud deyildir. 5 saylı Rayonlararası Təmir Tikinti Tresti (sonradan Bakı şəhəri Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin nəzdində yaradılmış “5 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti”) 01 oktyabr 1996-cı il, "xxxx" Kiçik Müəssisəsi isə 24 avqust 1998-ci il tarixlərindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar.
42. Bundan başqa, Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 15 mart 2023-cü il tarixli məktubunda "xxxx" kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixdə 19620 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı qeyd edilmişdir (hazırki qeydiyyat nömrəsi (VÖEN) **********).
43. İş materiallarında olan "xxxx" kiçik müəssisəsi tərəfindən verilmiş arayışda İddiaçı xx.xx.1997-ci il tarixdən, "xxxx" kiçik müəssisəsinin 1997-ci il tarixli 03 k saylı əmrinə əsasən işlədiyi, xx.xx.2005-ci il tarixdən isə işdən azad edildiyi göstərilmişdir (səh 37).
44. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" müstəqil kiçik müəssisəsi xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək işlədiyi 5 saylı Rayonlararası Təmir Tikinti Trestinin (sonradan Bakı şəhəri Rayonlararası İstehsalat Təmir Tikinti Birliyinin nəzdində yaradılmış “5 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Tresti”) 01 oktyabr 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu müəyyən olunmuşdur.
45. Odur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 ildən artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası, eləcə də işlədiyi yerin arayışı ilə təsdiq olunur. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Bu halda iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiya sı QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2302/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.