Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-553/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, İddiaçı X2, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əmiralı qızı, X5 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X4rşı (üçüncü şəxslər - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 saylı X10 İdarəsi, Zaqa tala rayonu X13, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) “Torpaq sahəsinin planı və ölçüsünün, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(107)-613/2019 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: X11-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6 xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ailələrinə düşən 0.48 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əkilmiş 64 ədəd fındıq topasının yerləşdiyi əraziyə dair adlarına torpaq sahəsinin planı və ölçüsü sənədi verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına işlənmiş A seriyalı 379945 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün, onun əsasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli 263042 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün, həmin sənəd əsasında üçüncü şəxslərin adına verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və 2 nömrəli fındıqçılıq sovxozunun YAİK tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş akt əsasında mülkiyyətlərinə verilmiş 0,48 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddianın əsaslarına görə, xx.xx.1999-cu il tarixdə torpaq islahatı aparılan zaman dörd nəfər ailə üzvünə 2 nömrəli fındıqçılıq sovxozundan 0,48 ha torpaq sahəsi və 64 ədəd fındıq topası xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi yerində göstərilərək iddiaçılara təhkim edilmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin torpaq sahəsinə DƏDRX-in 18 saylı Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış almışlar. İddiaçılar 1999-cu ildən hal-hazıradək həmin torpaq sahəsini istifadə etməklə ona sahiblik etmişlər. Üçüncü şəxslərin əmlak payı olmadığına görə onlara torpaq sahəsi ayrıla bilməzdi. Odur ki, iddiaçılar ailələrinə düşən torpağı tələb edirlər. Cavabdehin etirazı: Cavabdeh birinci instansiya məhkəməsinə etiraz göndərərək etirazını onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala rayon AİK-ın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə Zaqatala rayonu Yuxarı Tala kəndində 0,5009 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ver ilmişdir. Həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,5009 ha (müayinə zamanı faktiki sahə 0,4832 ha olmuşdur) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqlar Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 sentyabr tarixli 2-1(84)-61/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların hazır kı məzmunda iddia qaldırmağa subyektiv hüquqları olmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(107)-613/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti vermişlər. Onlar qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddiaçılar 1999-cu ildən həmin torpaq sahəsindən istifadə etməklə ona sahiblik edirlər. Yeni fındıq ağaclarını satın al dıqdan sonra onlar həmin fındıq bağını öz bağı hesab edərək onun yerləşdiyi torpaq sahəsini də münbitləşdirmiş və qayğısına qalmışlar. Üçüncü şəxs isə bu dövr ərzində həmin bağdan istifadə etməmişdir. Yalnız 2011-ci il tarixdə ona “Torpağın plan və ölçüsü” hazırlanıb verildikdən sonra o, həmin torpağı öz torpağı kimi qəbul etmiş, nəticədə Zaqatala Rayon Məhkəməsində müvafiq qaydada iddia qaldırmışdır. Qaldırılmış həmin iddiadan sonra onlar bilmişlər ki, onların sahiblik və istifadə etdikləri torpaq sahəsi üçüncü şəxsin adına işlənmişdir. İşin təkzib olunmaz halı ondan ibarətdir ki, onlar 1999-cu il tarixdən 0,48 ha torpaq sahəsindən istifadə və sahiblik etmişlər, 0,5 ha torpaq sahəsindən deyil. xx xxxx 1996-cı il tarixli “Torpaq islahatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 9-cu ma ddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi Zaqatala RAİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı qəbul edilənədək onlar həmin torpaq sahəsindən istifadə etmişlər. Onlara ayrılmış fındıq bağı onlara düşə biləcək normadan az verilməklə aqrar islahatı zaman onların istifadəsində olan daşınmaz əmlak dürüsləşmə aparılmadan, onların adına işlənmədən və heç kəsin adına işlənmədən qalmışdır. Yalnız üçüncü şəxsə 2011-ci il tarixdə “Torpağın plan və ölçüsü” tərtib edilərkən əsası olmadan istifadə və sahiblik də olan torpaq üçüncü şəxsin adına işlənmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadı nın təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddianın predmetinə aid olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və DƏDRX-in 18 saylı X7 tərtib etdiyi xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 391 nömrə ilə uçota alın mış A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 391 nömrə ilə uçota alınmış A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə Zaqatala Rayon AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarının əsasında verilmişdir. Belə olan halda, Zaqatala Rayon AİK-ın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarının mübahisələndirilməsi üçün qanunla müəyyən edilən iddia müddəti ötürüldüyündən, həmin qərarın əsasında verilən xx.xx.2011-ci il tarixli A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət rey estrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və DƏDRX-in 18 saylı X7 tərtib etdiyi xx.xx.2015-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin mübahisələndirilməsi üçün iddia müddəti də ötürülmüşdür. Bundan başqa, həmin bağın (torpaq sahəsinin) ayrıc aktı, koordinatları (cizgisi) əks edilmiş sxemi (layihəsi) tərtib edilməmişdir. Ona görə də xx.xx.1999-cu il tarixli akt ilə iddiaçılara verilən 0,48 ha torpaq sahəsinin Cavabdeh2 adına Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 391 nömrə ilə uçota alınmış A seriyalı 379945 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi olmasını iddiaçıların hansı əsasla və israrla iddia etmələri məhkəmə kollegiyası üçün aydın deyildir. Qeyd olunmalıdır ki, 2 nömrəli fındıqçılıq sovxozunun X16 Komissiyasının xx.xx.1999-cu il tarixli aktı tərtib edildiyi dövrdə Zaqatala rayonunda aqrar islahat aparılmışdır. Lakin həmin aqrar islahat zamanı sözügedən torpaq sahəsi və fındıq bağı iddiaçıların mülkiyyətlərinə verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmir. Belə ki, mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində istinad edilən Zaqatala Rayon AİK-ın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının məzmunundan göründüyü kimi, həmin qərar ümumi xarakter daşımaqla, iddia olunan torpaq sahəsinin bilavasitə üçüncü şəxsə verilməli olduğunu təsbit etmir. Həmçinin həmin qərarda 2 №-li fındıqçılıq sovxozunun YAİK tərəfindən əvvəllər - hazırkı halda, 1999-cu il 5 sentyabr tarixli aktda göstərildiyi kimi, sovx oz işçilərinə əmlak payı kimi bağ sahələrinin (fındıq ağaclarının) verilməsində ifadə olunan hüquqi nəticənin aradan qaldırıldığına dair də birbaşa göstəriş yoxdur. İddiaçılar da məzmun baxımından iddia predmetinə münasibətdə bilavasitə nəticə yaratmayan qərarı deyil, həmin qərara istinadla həyata keçirilən faktiki xarakterli hərəkəti (fəaliyyəti) qanuna zidd hesab etməklə onun nəticələrinin aradan qaldırılmasını iddia edirlər (öhdəliyin icrası haqqında iddia). İddia qaldırılması üçün prosessual müddətlə bağlı tələbə gəldikdə, mübahisələndirilən sənədlərin verildiyi vaxtda artıq qüvvədə olan İPM-də öhdəliyin icrası haqqında iddia üçün müddət nəzərdə tutulmamışdır. Aqrar islahat zamanı sözügedən torpaq sahəsinin və fındıq bağının iddiaçıların mülkiyyətlərinə verilmədiyi barədə qənaətə gəl dikdə, fındıq bağının iddiaçıya bilavasitə YAİK tərəfindən təhvil verilməsi barədə 1999-cu il 5 sentyabr tarixli aktın YAİK tərəfindən təsdiq edildiyi də nəzərə alındıqda, həmin sənəddə təsdiq edilən fakt (bağ sahəsinin yerində göstərilməklə iddiaçıya təhvil verilməsi) hüquqi əhəmiyyət kəsb edir (bağ/torpaq sahəsinin üçüncü şəxsə təhvil verildiyinə dair belə bir akt müəyyən edilməmişdir – İ cild, iş v.150). Buradan, iddiaçı, 1999-cu il 5 sentyabr tarixdən hesablandıqda, təxminən 20 il sahiblik etdiyi (səlahiyyətli orqan tərəfindən yerində göstərilməklə iddiaçıya təhvil verilən) əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilər. Bunun əksi üçün (məsələn, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi – sahiblik faktının hüquqi əsasının olmaması) məhkəmə səlahiyyətli or qanın (YAİK-in) torpaq sahəsinə dair Dövlət aktının verilməsinədək icra etdiyi, hər hansı şəxs tərəfindən mübahisələndirilməyən yaxud nəticələri hər hansı orqan tərəfindən aradan qaldırılmayan faktiki xarakterli hərəkətin (və ya qərarın) əhəmiyyətsiz (heç bir hüquqi əsasa söykənməyən) olduğunu əsaslandırmalıdır. Hazırkı işdə bu, baş verməmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, 1999-cu il 5 sentyabr tarixli aktla 0,48 ha torpaq sahəsinin deyil, həmin torpaq sahəsində yerləşən fındıq bağının əmlak payı kimi iddiaçıya verildiyinə, lakin fındıq bağının yerləşdiyi torpaq sahəsinin iddiaçıya verilməsinə dair sübutun mövcud olmadığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi haqlı olaraq düzgün hesab etməmiş, həmin aktla 0,48 ha torpaq sahəsində yerləşən 64 ədəd fındıq ağacı olan bağın əmlak payı kimi iddiaçıya təhvil verildiyini qeyd etmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digə r materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Nəzərə alınmalıdır ki, “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli olduğundan, şikayət iddianın təmin olunması tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 dekabr tarixli 2-1(107)-613/2019 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-553/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-553/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver