Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-553/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə və Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: “Şəhid” statusu verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə (bundan sonra – cav abdeh) və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – üçüncü şəxs) qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli, 2-1(103)-1252/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçının əri, mərhum xxxx-cü il təvəllüdlü İddiaçının əri 20.07.1992-ci il tarixdən 15.05.1994-cü il tarixədək 930 nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir və 15.05.1994-cü il tarixdə avtomobil qəzası nəticəsində İmişli rayonunda həlak olmuşdur.
2. İddiaçı mərhum ərinə şəhid statusu verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabd eh 08.05.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. İmtina belə əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı İddiaçının əri xidməti vəzifə borcunu yerinə yetirərkən 15.05.1994-cü il tarixdə avtomobil qəzası nəticəsində İmişli rayonunda həlak olmuşdur. Mərhum İddiaçının əri ölüm şəraitini müəyyən etmək üçün müvafiq araşdırma aparılsa da İddiaçının ərinin ölüm şəraitini müəyyənləşdirmək mümkün olmamışdır. Mərhum İddiaçının əri ölüm faktının onun döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsi ilə əlaqədar baş verməsini müəyyən etmək mümkün olmadığından, ona “Şəhid” statusunun verilməsi ilə bağlı qərar qəbul etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddi açı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı İddiaçının ərinə “şəhid” stasunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı İddiaçının əri 15.05.1994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan N №-li hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədə həyat yoldaşının xx.xx.1994-cü il tarixdə həlak olması faktı təsdiqini tapır. Lakin şəhadətnamədə ölüm yeri səhvən İmişli rayonu, ölümün səbəbi isə qara ciyərin cırılması, böyrəyin küt travması göstərilir. İddiaçı cavabdeh təşkilata ərizə göndərərək həyat yoldaşına şəhid statusunun verilməsini xahiş etmişdir. Təşkilat 14.01.2019-cu il tarixdə ona məktub ünvanlamış və bildirmişdir ki, Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçular barədə göndərilən siyahıda mərhum İddiaçının əri adı qeyd edilmişdir. Onun təkrar müraciətini cavabdeh təşkilat 08.05.2019-cu il tarixdə cavablandırmış və bildirmişdir ki, mərhum İddiaçının əri xidməti vəzifə borcunu yerinə yetirərkən xx.xx.1994-cü il tarixdə İmişli rayonunda həlak olmuşdur. Həyat yoldaşının xidməti vəzifəsini yerinə yetirərkən həlak olma sı faktı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon Şöbəsinin 22.05.2019-cu il tarixli məktubunda da təsdiqini tapır. İddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı ərizəyə 17.07.2019-cu il tarixdə cavab verilmiş və qeyd edilmişdir ki, xidmətin mövcud-uçot sənədlərində və Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən Xidmətin aparatına təqdim edilmiş «1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla itkin düşmüş zabit və gizirlərin (miçmanların) siyahısı»nda mərhum İddiaçının əri oğlunun xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olması faktı mövcuddur. Müxtəlif səbəblərdən ölmüş hərbi qulluqçuların adının 19.04.2018-ci il tarixli fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi mümkün deyildir. İddiaçının ərizələrinə verilmiş olan cavablardan məlum olur ki, döyüş bölgəsində xidmət keçərkən xidməti vəzifəsinə yerinə yetirən vaxt həlak olmuş həyat yoldaşı İddiaçının əri oğluna «şəhid» statusu verilmədiyindən Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 №-li Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə alınması mümkün olmamışdır. Sonuncu olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etmiş, aldığı 14.10.2019-cu il tarixli cavabda mərhum həyat yoldaşının həlak olduğu tarixə qədər xidmət etdiyi hərbi hissə komandirinin əmrləri ilə ezamiyyətə göndərilməsi, sonuncu olaraq xx.xx.1994-cü il tarixdə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olduğuna görə hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılması təsdiqini tapır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli, 2-1(81)4964/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2-1(112)-603/2020 saylı qərarı ilə (hakim – Elvin Əliyev) iddia tələbi təmin edilərək iddiaçının mərhum əri İddiaçının əri oğluna “şəhid” statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilə n güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İddiaçının əri də xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğundan ona “şəhid” statusu verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
9. Həmin qərardan cavebdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b. Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2020 saylı, 11.11.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2-1(112)-603/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə xidməti vəzifələrini yerinə yetirməsi zamanı həlak olma o şərtlərlə şəhid adının verilməsinə əsas ola bilər ki, şəxsin xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olsun, həmin şəxs döyüş tapşırığının və ya döyüş təmi natı ilə bağlı tapşırığı yerinə yetirsin. İddiaçının mərhum ərinin isə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması müəyyən edilməmişdir.
12. Məhkəmə qərarı iddiaçıya 19.12.2020-ci il tarixində təqdim olunmuşdur.
13. İddiaçı həmin qərardan 15.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2020 saylı, 11.11.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kass asiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərb aycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli qərarına görə Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25.12.1991-ci il tarixli Qanununda əksini tapmışdır.
17. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Yəni, Konstitusiya Məhkəməsinin Plenumu məlum qərarı ilə kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həl ak olmuş hərbi qulluqçuların da şəhid hesab edilməsini təsdiq etmişdir.
18. Bütün bunlar onu göstərir ki, məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmadan qiymətləndirilmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili Vəkil2 izahat verərək kassasiya şikayətinin rədd olunması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməl iyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 24. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərb i vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilmə si və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
26. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğ unu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində iddiaçı mərhum ərinin döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu bildirsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab edir.
31. Belə ki, işin apelyasiya məhkəməsi tərəfind ən araşdırılan hallarından müəyyən olunmuşdur ki, İddiaçının əri zabit olmuş, 12.05.1994-cü il tarixdən atəşkəs elan olunmuş, N №-li hərbi hissə döyüş əməliyyatları aparmamışdır. N №-li hərbi hissə komandirinin xx №-li 15.05.1994-cü il tarixli əmrindən görünür ki, hərbi hissə həmin vaxt Ünvan1 yerləşmişdir. N №-li hərbi hissə komandirinin xx №-li əmri ilə 15.05.1994-cü il tarixdən şəxsi heyətin tərkibindən çıxarılmışdır. Əmrdə iddiaçının ərinin xx.xx.1994-cü ildə avtomobil qəzası nəticəsində həlak olması, hərbi xidməti borcunu yerinə yetirərkən həlak olması, əmrin verilməsinin əsası kimi ölüm haqqında şəhadətnamə göstərilmişdir. Şəhadətnamədə İddiaçının əri oğlunun xx.xx.1994-cü il tarixdə öldüyü, ölümün səbəbinin qara ciyərin cırılması, böyrəyin küt travması, ölümün yerinin İmişli olması göstərilib. Azərbaycan Respublikası Müdafiə Nazirinin 21.06.1994-cü il tarixli 0518 №-li əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidməti borcunu yerinə yetirərkən həlak olmuş İddiaçının əri şəxsi heyətin siyahısından çıxarılmışdır.
32. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14.10.2019-cu il tarixli 912-15444 nömrəli arayışında F.Ə.Abbasovun müxtəlif vaxtlarda N №-li hərbi hissə komandirinin müvafiq əmrlərilə döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi ilə bağlı məlumatlarla yanaşı göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin 01.03.1994-cü il tarixdən 15.05.1994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində leytenant İddiaçının ərinin ezamiyyətə, məzuniyyətə və hospitala göndərilməsi barədə məlumat aşkar o lunmamışdır.
33. Beləliklə, leytenant İddiaçının əri atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilməmişdir.
34. Hazırkı qərarın 25-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən isə görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
35. Sözügedən səbəbli əlaqə hazırkı iş üzrə iddiaçıya münasibətdə müəyyən edilmədiyində görə apellyasiya instansiyası məhkəmə si haqlı olaraq iddianın təmin edilməsi barədə məhkəmə qərarını ləğv etmiş, iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.
36. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının mərhum ərinin “şəhid” hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1252/2020 saylı, 11.11.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.