Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-553/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-634/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 20 aprel 1980-ci il tarixdən 24 may 1982-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun əmək fəaliyyəti aşağıdakı kimidir: -xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Azneftkimyaquraşdırma” müəssisəsinin 2 saylı trestində elektrik qaz qaynaqçısı; -xx.xx.19 82-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Azneftkimyaquraşdırma” müəssisəsinin 2 saylı trestində elektrik qaz qaynaqçısı; - xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisənin 2 saylı trestində elektrik qaynaqçısı; - xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı; - xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma və Təmir Filialında əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. (xx.xx.2007-ci il tarixində “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri yenidən təşkil olunaraq ARDNŞ-nin “Neftqaztikinti” trestinə verilmiş, “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır).
3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 01 dekabr 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh 6 dekabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38909,87 manat hesablandığı halda, onun fər di hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36188,12 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşı tamam olduğu vaxtdan, lakin pensiya ödənişlərinin 01 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 sentyabr 1979-cu ildən 28 noyabr 1979-il tarixinədək “Qlavuprmontajspesstroy” təlim kombinatında elektrik qaynaqçı kursunu bitirdikdən sonra əmək fəaliyyətinə elektri k qaynaqçı kimi 15 mart 1979-cu ildə başlamışdır və axırıncı iş yeri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 7 saylı Tikinti Quraşdırma İdarəsi olmaqla, həmin idarədən 12 iyul 2010-cu il tarixdə işdən azad edilmişdir. 20 aprel 1980-ci ildən 16 may 1982-ci ilədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə, ümumi əmək stajı 31 ildən artıq olmaqla, 29 il elektrik qaynaqçısı iş stajı vardır. 20 fevral 2021-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Bütün zəruri sənədləri əlavə etməklə, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5536/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.Məmmədov) 2-1(118)-1582/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 01 dekabr 2013-cü ildən (pensiyanın 01 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlə r Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının İ bölməsinin 1010300a—19906 şifrəsinə uyğundur. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən çox güzəştli iş stajına malik olduğundan iddia əsaslıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya baxışında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu vaxtdan, lakin pensiya ödənişinin 01 dekabr 2018-ci ildən ödənilməsi nəzərə alı nmaqla, ona güzəştli şərtlətlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.T.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)-634/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşından, 20 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 01 yanvar 2006-cı il tarixədək iddiaçının 2 saylı siyahı üzrə 12 il 06 aydan artıq güzəştli iş stajına malik olması müəyyən olunur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir. Lakin cavabdehin bu dəlili əsasızdır. Çünki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalına dair şərtin ödənilməsi tələb olunmur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraci ət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38909,87 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36188,12 manat təşkil edir.
17. Əlavə olaraq qeyd edilmişdir ki, SOCAR “Neftqaztikinti” Tresti tərəfindən verilmiş arayışdakı güzəştli peşə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 N°-li Siyahısının “Ümumi peşələr” adlanan 33-cü bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun gəlir.
18. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarın 2 №-li siyahısı na uyğun gəldiyi halda, birinci instansiya məhkəməsi 1№-li siyahıya istinad edərək iddianı təmin etmişdir.
19. Həmçinin onu da qeyd etmək lazımdır ki, məhkəmənin qərarında istinad olunan vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarında əks olunan müvafiq bölməyə uyqun gəldiyi halda, müəssisə tərəfindən məhz 35.Ümumi peşələr bölməsindəki əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun olduğu bildirilmişdir.
20. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməməlidir. Çünki, iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud olmamışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİ LƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvə lki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə q ərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi vacib sayır.
34. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşının tamam olduğu 20 fevral 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki şərtin ödənilməsi tələb edilir: iddiaçının 1 yanvar 2006-cı il tari xədək azı 25 il ümumi iş stajının mövcud olması və bu müddətin azı 12 il 06 ayını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısı üzrə güzəştli iş stajı sayılan sahələrdə və vəzifələrdə işləməsi.
35. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajına malik olması işin mübahisə edilməyən halıdır. Bununla yanaşı apellyasiya baxışında iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli iş stajına malik olması işdə olan sənədlərə əsasən tam sübuta yetirilmişdir.
36. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən əsas kimi iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum mə bləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Çünki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb edilmir.
38. Kassasiya şikayətinin digər dəlilləri işin nəticəsinə təsir etmədiyindən məhkəmə kollegiyası həmin dəlillərə hüquqi qiymət verilməsinə zərurət görmür.
39. İşə baxılarkən sübutlar apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(105)-634/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.