Məhkəmə qərarları › İş №2-1(102)-553/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-553/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-553/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və.s” tələbinə dair iş üzrə Gəncə Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-638/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1- ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X5 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir.

2. Müdafiə Nazirinin birinci müavini-Sil ahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 081gm nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 11 aprel 2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında gizir rütbəsində xidmətdə olarkən hazırda "Tərtər işi" kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilər ək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunda tağım komandiri müavini vəzifəsində, gizir rütbəsində olarkən 02 aprel 2018-ci il tarixli əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblər inin kobud pozuntularına yol verildiyindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 28 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublik ası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra 10 oktyabr 2022ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 02 aprel 2018-ci ildən həmin dövrdə imzaladığı müqavilənin sonuna, yən i 2021-ci ilin oktyabrına qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1380/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və.s tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır

7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, “İddiaçı 17 aprel 2017-ci il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən həmin hərbi hissənin ərazisində təlim keçirilən zaman saat N radələrində həmin hərbi hissənin komendant tağımının komendant manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X1 bir şillə zərbəsi vuraraq və onun ünvanına nalayiq sözlər deyərək sonuncunu təhqir etmişdir.” Göründüyü kimi İddiaçı bu hərəkətləri hərbi qulluqçunu təhqir etmə cınayətinin tərkibini yaratmış, bununla da İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı barəsində başlamış cinayət işi üzrə icraata qismən bəraətverici əsaslarla xitam verilsə də, digər xüsusat üzrə CPM-in 39.1.11-ci ma ddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə iddiaçının xidmət dövrünə nəzər yetirdikdə müəyyən olunur ki, xidmətində yol verdiyi nöqsanlara görə (verilən tapşırıqlara səhlənkar yanaşdığına, hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən, hospitaldan, gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə və.s görə) dəfələrlə intizam cəzalarına məruz qalmışdır. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da qeyd olunan hal iddiaçının müvafiq Nizamnamənin tələblərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir.

8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. apellyasiya instansiyası m əhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-638/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər R.Mamedov /sədrlik edən və məruzəçi/, A.İsgəndərova və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarın əsaslandırma h issəsində bir tərəfdən haqlı olaraq qeyd edir ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti Müdafiə nazirinin birinci müaviniSilahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Lakin məhkəmə digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına və həmin qərarla İddiaçı V qif oğlunun bir epizod üzrə Azərbaycan Respublikasının CM-nin 331.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə, həmin epizod üzrə cinayət təqibi icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.11 -ci maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə xitam verilməsinə istinad edir. Halbuki, bu xüsusa tın məhkəmənin özünün qeyd etdiyi kimi xx.xx.2018-ci il tarixli, 081gm nömrəli əmrinin qanuniliyinin yoxlanılması ilə heç bir əlaqəsi müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1981/2023 nömrəli iddia ərizəsinə etirazda iddiaçıya məxsus olan xidməti vərəqində ona "şiddətli töhmətlər'in verildiyi qeyd edilmiş və iddiaçının ehtiyata buraxılması məhz bu intizam pozuntuları ilə əlaqələndirilmişdir. Belə olan halda heç bir əlaqəsi olmadan Baş Prokurorluğun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına birinci instansiya məhkəməsi tərəfindən özünün qərarının əsaslandırma hissəsində istinad etməsi anlaşılan deyil və birinci instansiya məhkəməsinin işə qərəzli yanaşdığına dəlalət edir. Apellyasiya instansiya məhkəməsi idd iaçı tərəfindən apellyasiya şikayətində qeyd etdiyi bu dəlili araşdırmamış, ona konkret qiymət verməmişdir.

13. X6 Məhkəməsinin İnzibati Kollegiyasının qərarında da (səhifə 7, abzas 2-3) qeyd olunur ki, birinci instansiya məhkəməsi hərbi xidmət dövründə iddiaçıya verilmiş intizamı cəzaları ilə bağlı sənədləri, konkret olaraq iddiaçının xidməti vərəqəsini əldə etməyib. Lakin iddiaçının bu dəlilini qeyd edib ona qiymət vermək əvəzinə apellyasiya instansiyası məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edərək İddiaçı X5 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CPM-nin 39.1.1 J-ci maddəsinə əsasən xitam verilmişdir. Əgər İddiaçı xidmətə uyğunsuzluq əsası ilə hərbi xidmətdən ehtiyata buraxılması sırf bu faktla əlaqələndirilmiş olsaydı həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin mövqeyini anlamaq olardı, lakin cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan da görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması iddiaçı barəsində hərbi xidmət dövründə çoxsaylı digər intizam tədbirlərinin tətbiq edilməsi ilə əsaslandırılmışdır. Bu baxımdan həm birinci, həm də apellyasiya instansiya məhkəməsinin xidməti vəzifəsi həmin tədbirlərin tətbiq edilməsini əks etdirmiş sənədləri əldə edərək belə tədbirlərin həqiqətən də tətbiq edilibedilmədiyini, həmin tədbirlərin tarixlərini və onların səbəblərini aydınlaşdırmalı idi.

14. Onu da qeyd etmək zəruridir ki, iddiaçı Baş Prokurorluğun qeyd edilən qərarını ona görə məhkəməyə təqdim etmişdir ki, o özünün xidmətə uyğunsuzluq səbəbindən ehtiyata buraxıldığını ona qarşı irəli sürülmüş ittihamlar və həmin ittihamlar nəticəsində Tərtər Hərbi Məhkəməsinin hökmü ilə məhkum edilməsi ilə əlaqəli olduğunu güman etmişdir. Lakin məhkəmənin gedişində məlum olmuşdur ki, iddiaçıya nöqsanlara yol verdiyi iddia edildiyinə görə intizam cəzaları tətbiq edilmiş və nəticə etibarilə buna görə onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün 2018-ci ilin fevralında vəsatət qaldırılmışdır.

15. Birinci instansiya məhkəməsi, sonradan isə apellyasiya instansiyası məhkəməsi çıxardığı qərarla İddiaçı həm ölkə qanunvericiliyi, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi sənədlərlə təminat verilən pensiya hüququnun da təmin olunma imkanlarını məhdudlaşdırmışdır. İş materiallarında olan İddiaçı məxsus olan hərbi biletdən görünür ki, o, 03 oktyabr 1998-ci i ldən etibarən həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamış, 2018-ci ilin mart ayında əsassız və qanunsuz şəkildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasaydı cəmi 7 ay sonra xidmət ilinə (20 il) görə pensiyaya buraxıla bilərdi. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. “ Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq hərbi qulluqçulara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış... müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə... həqiqi hərbi xidmətə... bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vax t,... hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə,... pensiya təyin edilmək üçün xidmət müddətinə... daxil edilir. “ İnsan Hüquqlarının və X3 dair” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1 -ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verir. Avropa Konvensiyasında və ona əlavə protokollarda təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmamasını müəyyən etməklə Konvensiyanın tətbiqini təmin edən Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir sıra qərarlarında {Stec və digərləri Birləşmiş Krallığa qarşı, para. 51, Moskal Polşaya qarşı, para. 39, Andreyeva Latviyaya qarşı, para. 77) müəyyən etmişdir ki, yerli qanunvericiliyə əsasən şəxs iddia edilə bilən sosial təminat hüququna malik olduğu hallarda, bu marağın təmin olunması 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq edil məsi ilə də öz əksini tapmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd 1. bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Bənd

2. Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Bənd 156. e) yarımbəndi. Hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Bənd

165. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Bənd

168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

18. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2: M addə

1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Maddə

2. Hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. Maddə

3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini m öhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salam vermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. 19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94- cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlə t orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmət keçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. 41.0.6. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya instan siyası məhkəməsinin araşdırmalarını yetərli hesab etməklə, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, əsasən onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının hərbi xidmət orqanlarından ehtiyata buraxılma barədə 29 mart 2018-ci il tarixli, № 081gm əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma döv ründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, Azərba ycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarına görə, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X5 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir.

30. Bundan əlavə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xidmətində yol verdiyi nöqsanlara görə (verilən tapşırıqlara səhlənkar yanaşdığına, hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən, hospitaldan, gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə və.s görə) dəfələrlə intizam cəzalarına məruz qalmışdır.

31. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbində və şikayətində istinad etdiyi dəlillər bu qərarın 13-15-ci bəndlərində göstərilən, hərbi qulluqçunun məsuliyyətini müəyyən edən normaların tətbiqi şərtlərinə təsir etmir, onların tətbiqini aradan qaldırmır və ya məhdudlaşdırmır. Buna görə də, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-638/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar