Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-554/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi, “hidroizolyasiya işlərində izolyasiyaçı” peşəsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı “hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış fərq məbləğinin müvafiq qaydada ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1917/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. İddiaçı x xxxxxxx 1956-cı il tarixdə doğulmuşdur, 2 il hərbi xidmət keçdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda çalışmış və 2006-cı ildən hal-hazıradək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) hidroizolyasiya işlərində izoləedici peşəsində işləyir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin x xxxxxxx 2019-cu il tarixli arayışında qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü iddiaçı həqiqətən xx xxxxxxx 2006-cı il tarixdə “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinə izolyasiyaçı peşəsinə işə qəbul edilmişdir (71/k nömrəli xx xxxxxxx 2006-cı il tarixli əmr), x xxxxxxxx 2 015-ci il tarixdən 1 saylı Tikinti Quraşdırma İdarəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (510-k nömrəli x xxxxxxxx 2015-ci il tarixli əmr). SOCAR-ın xx xxxx 2007-ci il tarixli 51 saylı əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” Tresti “Azneft” İB-nin tərkibindən SOCAR-ın tabeliyinə verilmiş və “Neftqaztikinti” Tresti adlandırılmışdır. xx xxx 2008-ci il tarixdən izolyasiyaçı peşəsi hidroizolyasiya üzrə izolyasiyaçı adlandırılmışdır (141 nömrəli xx xxx 2008-ci il tarixli əmr). SOCAR-ın xx xxxx 2014-cü il tarixli 89 nömrəli əmrinə əsasən “Neftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti və 1 saylı Tikinti Quraşdırma idarələri birləşdirilərək 1 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. SOCAR-ın x xxx 2015-ci il tarixli əmrinə əsasən “Neftqaztikinti” Tresti nin tərkibində İxtisaslaşdırılmış Təmir Tikinti bölümü yaradılmışdır. İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdə (xx xxxxxxxx 2015-ci il tarixli əmr) “Neftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti bölümünə hidroizolyasiya işlərində izoləedici peşəsinə işə qəbul edilmiş və halhazıradək bu peşədə işləyir. Həmin peşədə onun əmək stajı 12 il 11 ay 25 gün təşkil edir.
3. İddiaçı 2020-ci ilin yanvar ayında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir.
4. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlər də, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olu nan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın bina, qurğu və obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) izolyasiyaçılar və hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilən x xxxxx 2000-ci il tarixli əmək kitabçasında iddiaçının xx xxxxxxx 2006-cı il tarixdən başlayaraq bu günədək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində (indiki “Neftqaztikinti” Tresti) izolyasiyaçı və hidroizolyasiyaçı peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr Siyahıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış fərq məbləğinin müvafiq qaydada ödənilməsi” barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşı 2013-cü ildə tamam olsa da, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün tələb olunan stajı 2019-cu ilin aprel ayında toplanmışdır. O, hüququnun yarandığı vaxt, yəni 2019-cu ilin aprel ayında cavabdehə müraciət etmiş, lakin cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina məktubunda qeyd edilir ki, əmək şəraiti xüsusilə ağır işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir və ərizəçi tərəfindən təqdim edilmiş əmək kitabçasında göstərilən işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş siyahıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsass ızdır.
7. Cavabdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil olunması üçün onun 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə, 3 şərtə riayət etməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən yaş həddinə çatması, 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahıb olması, 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilməsi. Hazırkı iş üzrə 2-ci və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçı x xxxxx 2000-ci tarixli əmək kita bçasına əsasən xx xxxxxxx 2006-cı il tarixdən bu günədək “Azneft” İB-nin “Xəzərdənizneftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində izolyasiyaçı və hidroizolyasiya işlərində izoləedici peşələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) izolyasiyaçılar və hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr müvafiq S iyahıda qeyd edilən sahəyə və vəzifəyə uyğun deyildir. Belə olan halda, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunu ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. İddiaçının işləmiş olduğu təşkilat tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarında (əlavənin 2.4-cü bəndində) nəzərə tutulmuş arayış təqdim edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-4319/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 2019-cu ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın hesablanmasında keçmiş müddət üçün alınmamış məbləğin müvafiq qaydada ödənilməsi öhdəliyi DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının 2006-cı ildən başlayaraq 12 il 6 aydan çox işlədiyi “hidroizolyasiya işlərində izolyasiyaçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur.
10. Cavabdeh həmin qərard an apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X3 və X11, 2-1(103)-1917/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamış dır.
13. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2021ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddət in azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: - İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; - İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və - İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlər in, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi.
16. İddiaçının işləmiş olduğu təşkilat tərəfindən belə bir arayış təqdim edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. İddiaçı vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan is tifadə olunur: (-); 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi - üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-). Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaql a), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt-x xxxx 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə g örə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (x xxxx 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təmi natına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsi ndə toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 21. “Əmək pensiyaları haqqı nda” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, h əmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 9 6.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələ ndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının 12 il 6 aydan az güzəştli stajı olduğuna istinad edərək ona pensiya təyin etməkdən imtina etmişdir.
28. Apelyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı güzə ştli şərtlə yaşa görə pensiya hüququ verən 12 il 6 ay stajı 2019-cu ilin aprel ayında əldə etdiyinə görə həmin vaxtdan iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmışdır. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə kişinin güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranması üçün 3 şərt mövcud olmalıdır: 1) 60 yaşa çatdıqda; 2) azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını Siyahıda olan işlərdə işlədikdə; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə.
30. İddiaçı x xxxxxxx 1956-cı ildə doğulmuş və 2019-cu ilin aprel ayına qədər 60 yaşı, yəni 1) şərt mövcud olmuşdur.
31. İşdə olan əmək kitabçasından, habelə iş yerinin arayışından gör ünür ki, 2019-cu ilin aprel ayına qədər iddiaçının 25 ildən az olmayan sığorta stajı olmuşdur.
32. Araşdırılmalı hal 2019-cu ilin aprel ayına qədər iddiaçının azı 12 il 6 ay güzəştli şərtlə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır.
33. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2006-cı ildə “Xəzərdənizneftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir-tikinti İdarəsinə izolyasiya və borubetonlama sexinə 6-cı dərəcəli “izolyasiyaçı” peşəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixli, 14e saylı əmri ilə “İzolyasiyaçı” - “hidroizolyasiya üzrə izolyasiyaçı” adlandırılmışdır.
34. İddiaçının iş yerindən verilən arayışda onun 2006-cı ildən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində izolyasiyaçı, hidroizolyasiya üz rə izolyasiyaçı işlədiyi göstərilmişdir. 35. 2006-cı ildən başlayaraq iddiaçının 12 il 6 aydan çox işlədiyi “hidroizolyasiya işlərində izolyasiyaçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur.
36. İddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 2) şərt, yəni azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını Siyahıda olan işlərdə işləməsi işdə olan sübutlarla təsdiq olunmuşdur.
37. Məhkəmə kollegiyasın ın iclasında cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova bildirmişdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan miqdarda pensiya kapitalı mövcuddur. Bu barədə təmsil olunduğu inzibati orqan tərəfindən araşdırma aparılmış və iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdir.
38. İddiaçının vəkilinin də məhkəmə kollegiyasına təqdim etdiyi sənədlərdən görünür ki, 2019-cu ilə qədər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
39. Beləliklə, iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərd ə tutulan hər 3 şərt mövcud olmuşdur.
40. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
41. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
42. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1917/2020 saylı, x xxxxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.