Məhkəmə qərarları › İş №2-1(102)-554/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-554/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-554/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət aktlarının və dövlət reyestrindən çıxarışların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı1 (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) və İd diaçı2 (xx.xx.1962-ci il təvəllüdlü; FİN: cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxslər: Qafarov Qafar Məhəmməd oğlu, X25, X45, X37, X26, X27, X11, X38, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X8 və Qusar rayon Dövlət Notariat Kontoru) qarşı “dövlət aktlarının və dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 21(105)-608/2022 nömrəli qərarından iddiaçılar, cavabdeh və üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı q aydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. xxxxxxx) İŞİN HALLARİ İddiaçılara verilən torpaq sahələri üzrə

1. Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən iddiaçılara və ailə üzvlərinə, habelə onların mərhum valideynləri X19 və X12 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən pay torpaq sahələri verilmişdir.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən İddiaçı1 və ailə üzvlərinə məxsus JN 383 KOD 30100018 saylı, İddiaçı2 və ailə üzvlərinə məxsus JN 384 KOD 30100018 saylı Dövlət Aktı və mərhum valideynləri X19 və X12 məxsus JN 382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları verilmişdir.

3. İddiaçılar çıxarışlar almaq üçün cavabdehə müraciət etmiş, cavabdeh ərizəni təmin etməmi ş və xx.xx.2020-ci il tarixli, **********66 nömrəli məktubunda bildirmişdir ki, iddiaçılara JN 383 KOD 30100018 saylı, JN 384 KOD 30100018 saylı, JN 382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğluna, X16, X39 məxsus JN 623 KOD 30100018 saylı dövlət aktı ilə, üçüncü şəxslər X28, X17 və onların vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğluna məxsus JN 622 KOD 30100018 saylı dövlət aktı ilə, digər üçüncü şəxslər X18, X9, X29, Cavabdeh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X10 məxsus JN 627 KOD 30100018 saylı dövlət aktı ilə, üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məxsus JN 628 KOD 30100018 saylı dövlət aktı ilə kəsişir. Üçüncü şəxslərə verilən torpaq sahələri üzrə

4. Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən üçüncü şəxslər X18 və qeyrilərinə Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən 5.77 ha pay torpaq sahəsi verilmiş, bununla bağlı onların adlarına JN 129 KOD 30100018 saylı dövlət aktı tərtib edilmişdir. Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxslər X13 və qeyrilərinin adlarına yerdə qalan 2.33 ha torpaq sahəsinə dair JN 627 KOD 30100018 saylı dövlət aktı verilmişdir.

5. Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən üçüncü şəxslər Cavabdeh4 və qeyrilərinə Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən 5.06 ha pay torpaq sahəsi verilmiş, bununla bağlı onların adlarına JN 132 KOD 30100018 saylı dövlət aktı tərtib edilmişdir. Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-14 saylı alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxslər Cavabdeh4 və qeyrilərinin adlarına yerdə qalan 1.38 ha torpaq sahəsinə dair JN 628 KOD 30100018 saylı dövlət aktı verilmişdir.

6. Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğluna və qeyrilərinə Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən 3.10 ha pay torpaq sahəsi verilmiş, bununla bağlı onların adlarına JN 131 KOD 30100018 saylı dövlət aktı tərtib edilmişdir. Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-13 saylı alqısatqı müqaviləsinə əsasən üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğlun un və qeyrilərinin adlarına yerdə qalan 0.84 ha torpaq sahəsinə dair JN 623 KOD 30100018 saylı dövlət aktı verilmişdir.

7. Üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğlu və qeyriləri özlərinə məxsus JN 623 KOD 30100018 saylı dövlət aktındakı torpaq sahəsinə ********** və ********** qeydiyyat nömrəli (müvafiq olaraq 0,7193 ha və 0,1238 ha) xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar (reyestr nömrələri **********58 və **********59) almışlar.

8. Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən üçüncü şəxslər X37, X26 və onların vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğluna Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən 3.10 ha pay torpaq sahəsi verilmiş, bununla bağlı onların adlarına JN 13 0 KOD 30100018 saylı dövlət aktı tərtib edilmişdir. Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-16 saylı alqı-satqı müqaviləsinə əsasən onların adlarına yerdə qalan 0.84 ha torpaq sahəsinə dair JN 622 KOD 30100018 saylı dövlət aktı verilmişdir.

9. Üçüncü şəxslər X37, X26 və onların vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğlu özlərinə məxsus JN 622 KOD 30100018 saylı dövlət aktındakı torpaq sahəsinə ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (reyestr nömrəsi **********66) almışlar. 12 noyabr 2018-ci il tarixdə onlar həmin Çıxarışa əsasən torpaq sahəsini üçüncü şəxs Cavabdeh9 satmışlar və bu barədə olan alqı-satqı müqaviləsi Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018-ci il tarixd ə təsdiqlənərək 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən 10 dekabr 2018-ci il tarixdə Cavabdeh9 adına **********66 saylı çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğlunun, X14, X33 adlarına verilmiş JN 623 KOD 30100018 saylı dövlət aktının, üçüncü şəxslər X20, X15 və onların vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğlunun adlarına verilmiş JN 622 KOD 30100018 saylı dövlət aktının, üçüncü şəxslər X13, X5, X42mın, Cavab deh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X6 adlarına verilmiş JN 627 KOD 30100018 saylı dövlət aktının, üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 adlarına verilmiş JN 628 KOD 30100018 saylı dövlət aktının ləğv edilməsinə; JN 622 KOD 30100018 saylı dövlət aktına əsasən üçüncü şəxslər X20, X15 və onların vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğlunun adlarına verilmiş 1 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə; JN 623 KOD 30100018 saylı dövlət aktına əsasən üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğlunun, X14, X33 adlarına verilmiş 5 yanvar 2021-ci il tarixli, **********58 reyestr nömrəli və 5 yanvar 2021-ci il tarixli, **********59 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən iddiaçılara və ailə üzvlərinə, habelə onların mərhum validynləri X19 və X12 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş İddiaçı1 və ailə üzvlərinə məxsus JN 383 KOD 30100018 saylı, İddiaçı2 və ailə üzvlərinə məxsus JN 384 KOD 30100018 saylı döv lət aktı və mərhum valideynləri X19 və X12 məxsus JN 382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə təsdiq edilir. X4 22 iyun 2008-ci il tarixdə, anaları X21 isə 07 noyabr 2015-ci il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra onlara məxsus torpaq sahələrini də onlar faktiki miras qəbul edib istifadə edirlər. Bu yaxınlarda onlar valideynlərindən miras qalmış həmin torpaq sahələrinə vərəsəlik hüquqlarını həyata keçirmək, habelə dövlət aktlarına əsasən onlara məxsus torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar almaq üçün cavabdehə müraciət etmişlər. Cavabdeh onlara bildirmişdir ki, iddiaçılara JN 383 KOD 30100018 saylı, JN 384 KOD 30100018 saylı Dövlət Aktı və onların mərhum valideynlərinə məxsus JN 382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğluna, X16, X39 məxsus JN 623 KOD 30100018 saylı dövlət aktı, üçüncü şəxslər X28, X17 və onların vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğluna məxsus JN 622 KOD 30100018 saylı dövlət aktı, üçüncü şəxslər X18, X9, X29, Cavabdeh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X10 məxsus JN 627 KOD 30100018 saylı dövlət aktı, üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5 qızma, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məxsus JN 628 KOD 30100018 saylı dövlət aktı ilə kəsişir. Üçüncü şəxslər X37, X26 və onların halhazırda vəfat etmiş ailə başçısı Qafarov Məhəmməd Abdulqafar oğlu özlərinə məxsus JN 622 KOD 30100018 saylı dövlət aktındakı torpaq sahəsinə 1 noyabr 2018-ci il tarixdə cavabdehdən öz adlarına **********66 saylı daşı nmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. 12 noyabr 2018-ci il tarixdə onlar həmin çıxarışa əsasən həmin torpaq sahəsini Cavabdeh9 satmışlar və bu barədə olan alqı-satqı müqaviləsi cavabdeh Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiqlənərək 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən 10 dekabr 2018-ci il tarixdə Cavabdeh9 adına **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğlunun və qeyrilərinin adlarına olan JN 623 KOD 30100018 saylı, üçüncü şəxslər X20 və qeyrilərinin adlarına olan JN 622 KOD 30100018 saylı, üçüncü şəxslər X13 və qeyrilərinin adlarına olan JN 627 KOD 30100018 saylı, üçüncü şəxslər Cavabdeh4 və qeyrilərinin adları na olan JN 628 KOD 30100018 saylı dövlət aktları üçüncü şəxslərin adlarına müvafiq olaraq Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-13 saylı, 14 yanvar 2006cı il tarixli 4ə-İ-16 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı və 14 yanvar 2006-cı il tarixli 4ə-İ-14 saylı alqı-satqı müqavilələri əsasında verilmişdir. Həmin alqı-satqı müqavilələri ilə bağlı notariat işlərinin surətlərinə əsasən üçüncü şəxslərin adlarına olan ilkin torpağa mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, alqı-satqı müqavilələrinə əsasən satdıqları torpaq sahələri çıxıldıqdan sonra üçüncü şəxslərin adlarında qalan torpaq sahələri tamam başqa yerlərdə yerləşir və JN 383 KOD 30100018 saylı, JN 384 KOD 30100018 saylı, JN 382 KOD 30100018 saylı dövlət aktlarına əsasən iddiaçılara və valideynlərinə məxsus torpaq sahələri ilə heç bir kəsişmələri yoxdur. Lakin Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-13 saylı, 14 yanvar 2006cı il tarixli 4ə-İ-16 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı və 14 yanvar 2006-cı il tarixli 4ə-İ-14 saylı alqı-satqı müqavilələri cavabdehin hüquqi sələfi olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən düzgün icra olunmamış və üçüncü şəxslərin adlarına onlara və valideynlərinə məxsus dövlət aktlarındakı torpaq sahələri ilə kəsişən, qanunsuz JN 623 KOD 30100018 saylı, JN 622 KOD 30100018 saylı,JN 627 KOD 30100018 saylı, JN 628 KOD 30100018 saylı dövlət aktları verilmişdir. Hazırkı iddia üzrə mülki iş Qusar Rayon Məhkəməsinin icraatında olarkən iş üzrə təyin olunmuş məhkəmə mühəndis-te xniki ekspertizasının 27 oktyabr 2020-ci il tarixli rəyi ilə də təsdiq olunur ki, cavabdehlərin adlarına verilmiş JN 623 KOD 30100018 saylı, JN 622 KOD 30100018 saylı, JN 627 KOD 30100018 saylı, JN 628 KOD 30100018 saylı dövlət aktları texniki səhv olaraq iddiaçılara və valideynlərinə məxsus JN 383 KOD 30100018 saylı, JN 384 KOD 30100018 saylı və JN 382 KOD 30100018 saylı dövlət aktlarındakı torpaq sahələrinin üzərində işlənmişdir.

12. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən JN 623 KOD 30100018 saylı, JN 622 KOD 30100018 saylı, JN 627 KOD 30100018 saylı, JN 628 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmişdir. Qa farov Məhəmməd Abdulqafar oğlunun, X30, X2 adlarına verilmiş xx.xx.2018-ci il tarixli **********66 reyestr nömrəli dövlət reyestrindən çıxarış JN 622 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında, X3 adına verilmiş xx.xx.2018-ci il tarixli **********66 reyestr nömrəli dövlət reyestrindən çıxarış Qusar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1936 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında hazırlanmışdır.

13. Birinci instansiya məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərardadı əsasında tərtib edilən və cavabdehin 18 may 2022-ci il tarixli, **********66 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyində (cavabdehin xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubu nəzərə alınmaqla) göstərilmişdir ki, Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 131 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş 8.400.00 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlar JN 131 saylı dövlət aktında göstərilmiş torpaq sahəsinə aiddir. Yəni 8.400.00 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlar başqa ərazidə yerləşən torpaq sahəsinə aid ola bilməz. Əgər 8.400.00 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlar JN 131 saylı dövlət aktında göstərilmiş torpaq sahəsinə aiddirsə, alqı satqı müqaviləsi rəsmiləşdirildikdən sonra JN 131 saylı dövlət aktının əvəzinə verilmiş JN 623 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində (7192.91 kv.m və 1238.00 kv.m) göstərilən ko ordinatlarla eyni deyil. Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 131 saylı (planda 8.400.00 kv.m sahə göstərilib) və JN 623 saylı (planda 7192.91 kv.m və 1238 kv.m sahə göstərilib) dövlət aktlarında göstərilmiş koordinatlar cavabdeh tərəfindən verilmiş AA 581866 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsi JN 131 dövlət aktında göstərilmiş torpaq sahəsi ilə eyni koordinatlarda deyil və JN 623 saylı dövlət aktında göstərilmiş torpaq sahəsi ilə eyni koordinat daxilindədir. Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 130 (KOD: ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş 8.399.99 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlar JN 130 saylı dövlət aktında göstərilmiş torpaq sahəsinə aiddir. Yəni 8.399.99 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlar başqa ərazidə yerləşən torpaq sahəsinə aid ola bilməz. Əgər 8.399.99 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlar JN 130 saylı dövlət aktında göstərilmiş torpaq sahəsinə aiddirsə, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra JN 130 saylı dövlət aktının əvəzinə verilmiş JN 622 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində (8431.00 kv.m) göstərilən koordinatlarla eynilik təşkil etmir. Cavabdeh tərəfindən verilmiş A 319687 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları ilə JN 622 saylı (planda 8431.00 kv.m sahə göstərilib) dövlət aktında göstərilmiş koordinatlar eynidir. Cavabdeh tərəfindən verilmiş A 319687 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları ilə JN 130 saylı (planda 8431.00 kv.m sahə göstərilib) dövlət aktında göstərilmiş koordinatlar eyni deyil. Yəni A 319687 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsi JN 130 saylı dövlət aktında göstərilmiş torpaq sahəsi deyil, JN 622 saylı dövlət aktında göstərilmiş torpaq sahəsi ilə eynidir. Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 129 (KOD: ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş torpaq sahəsinin planında göstərilmiş 16900.00 kv.m və 6405.00 kv.m torpaq sahəsinin koordinatları JN 129 saylı dövlət aktında göstərilmiş torpaq sahəsinə aiddirsə, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra J N 129 saylı dövlət aktının əvəzinə verilmiş JN 627 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində sahəsi 16900.00 kv.m və 6405.00 kv.m göstərilən torpaq sahəsinin koordinatları ilə eynidir. Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 132 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş torpaq sahəsinin planında göstərilmiş 13792.63 kv.m torpaq sahəsinin koordinatı JN 132 saylı dövlət aktında göstərilmiş torpaq sahəsinə aiddirsə, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra JN132 saylı dövlət aktının əvəzinə verilmiş JN 628 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində sahəsi 13792.63 kv.m göstərilən torpaq sahəsinin koordinatı ilə eynidir. X41 Komitəsinin Qusar rayon şöbəsi tərəfindən xx.x x.1999-cu ildə verilmiş JN 129 (KOD ********) nömrəli dövlət aktından 3.44 ha, JN 131 (KOD ********) nömrəli dövlət aktından 2.26 ha və JN 130 (KOD ********) nömrəli dövlət aktından 2.26 ha torpaq sahələri 14 yanvar 2006-cı ildə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsindən sonra yerdə qalan uyğun olaraq 2.33 ha, 0.84 ha və 0.84 ha torpaq sahələrinə verilmiş JN 627 (KOD ********), JN 623 (KOD ********) və JN 622 (KOD ********) nömrəli dövlət aktlarında olan sxem və koordinatlar xx.xx.1999-cu ildə verilmiş JN 129 (KOD ********), JN 131 (KOD ********) və JN 130 (KOD ********) nömrəli dövİət aktlarındakı koordinatlarla eynilik təşkil etmir. Belə ki, alqı-satqı müqavilələrinə dair arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, satılmamış (yerdə qalan) torpaq sahələrinin koordinatları xx.xx.200 6-cı ildə verilmiş dövlət aktlarının koordinatları ilə eyni deyil, başqa əraziyə işlənmişdir. Lakin JN 132 (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlar isə alqı-satqıdan sonra yerdə qalan 1.38 ha torpaq sahəsinə verilmiş JN 628 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən koordinatlarla eynidir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(118)-68/2022 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia qismən təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 623 KOD 30100018 saylı, JN 622 KOD 30100018 saylı, JN 627 KOD 30100018 saylı Dövlət Aktlarının, JN0622 saylı dövlət aktı əsasında X20, X15, Qafarov Məhəmməd Abdulqafar oğlunun adlarına verilmiş 1 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, JN-0623 saylı dövlət aktı əsasında Qafarov Qafar Məhəmməd oğlunun, X14 və X33 adlarına verilmiş 5 yanvar 2021-ci il tarixli **********58 və **********59 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinin nəticələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçıların ləğvini tələb etdiyi 4 aktdan 3 dövlət aktı, yəni JN 627 (KOD ********), JN 623 (KOD ********) və JN 622 (KOD ********) nömrəli dövlət aktlarında göstərilmiş koordinatlar başqa əraziyə qanunsuz olaraq işlənmiş, lakin JN 628 (KOD ********) dövlət aktında göstərilmiş koordinatlar düzgün əraziyə işlənmi şdir.

16. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın dəyişdirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişlər.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

18. Üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlu həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-608/2022 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə iddiaçıların, cavabdehin və üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlunun apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayı t İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(118)-68/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətlərinin dəlillərinə dair aşağıdakıları göstərmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadında mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən qoyulmuş bütün suallara ətraflı cavab verilmiş, mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə elektron baza və ortofoto materialları üzrə dəqiqləşdirilmişdir. Belə olan halda iddiaçıların apellyasiya şi kayətinin üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin adlarına verilmiş JN 628 KOD 30100018 saylı dövlət aktının ləğv edilməsi ilə bağlı müvafiq dəlilləri, habelə üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlunun apellyasiya şikayətinin dəlilləri həmin mütəxəssis rəyi ilə öz təsdiqini tapmamış, müvafiq dəlillər birinci instansiya məhkəməsinin qərarının iddiaçılar və üçüncü şəxs tərəfindən mübahisələndirilən hissələrdə ləğv edilməsinə, yaxud dəyişdirilməsinə əsas ola bilməz.

22. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlilləri - vəkilin işlə tanış olmasına heç bir şərait yaradılmaması, kompleks ekspertiza keçirilməsi üçün vəsatətin təmin edilməməsi və işin faktiki hallarının araşdırılmaması barədə dəlilləri də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas kimi çıxış edə bilmə z. Hazırkı mübahisə ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxsin və onun vəkillərinin iştirakı təmin edilməklə ətraflı araşdırmalar aparılmış, ekspertiza barədə vəsatət isə buna zərurətin olmaması əsası ilə təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər, o cümlədən torpaq sahəsinə dair çıxarışların müvafiq dövlət aktlarına əsasən verilməsi mütəxəssis rəyi ilə JN 627 (KOD ********), JN 623 (KOD ********) və JN 622 (KOD ********) nömrəli dövlət aktlarında olan sxem və koordinatların xx.xx.1999-cu ildə verilmiş JN 129 (KOD ********), JN;131 (KOD ********) və JN;130 (KOD ********) nömrəli dövlət aktlarındakı koordinatlarla eynilik təşkil etməməsinin müəyyən edilməsi səbəbindən əsaslı hesab e dilə bilməz. Eyni zamanda, müvafiq torpaq sahələrinə dair reyestrdə sonradan aparılmış qeydlərin ləğv edilməsinin mümkün olmaması barədə dəlillər də əsassızdır. Reyestrdəki qeydlərin düzgün və tam aparılmasına cavabdeh olan inzibati orqan kimi, cavabdeh həmin qeydlərin hər dəfə düzgün aparılması məsuliyyətini daşımışdır. Eyni zamanda birinci instansiya məhkəməsi İPM-nin 108-110-cu maddəsinə əsasən prosessual xərcləri cavabdehə aid etməkdə düzgün nəticəyə gəlmişdir.

24. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

26. Üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlu həmin qərardan kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçıların kassasiya şikayətinin dəlilləri

27. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçılar qeyd edirlər ki, onlar apellyasiya instansiya məhkəməsinin qərarı ilə razı deyillər, üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin adlarına verilmiş JN 628 KOD 30100018 saylı dövlət aktının ləğv edilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. Mübahisəli torpaq sahəsinə aid JN-132 KOD 30100018 saylı və JN 628 KOD 30100018 saylı dövlət aktlarındakı cizgi koordinatları eyni olsa da, üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin bugün faktiki istifad ələrində olan torpaq sahəsinin cizgi koordinatlarından fərqlidir. Üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin bugün faktiki istifadələrində olan torpaq sahəsinin cizgi koordinatları Qusar rayonu, Aşağı Ləgər kəndinin ərazisinin elektron xəritəsində əks olunmuş JN-132 KOD 30100018 saylı Dövlət Aktının cizgi koordinatlarına tam uyğundur. Cavabdehin elektron bazasının məlumatlarında saxlanılan Qusar rayonu Aşağı Ləgər kəndinin ərazisinin elektron xəritəsindən çıxarışa əsasən üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin bugün faktiki mülkiyyətlərində qalmış torpaq sahəsinin cizgisi onların adlarına olmuş JN-132 KOD 30100018 saylı və JN-628 KOD 30100018 saylı dövlət aktlarındakı cizgidən tamamilə fərqlənir. Belə ki, JN-132 KOD30100018 saylı və JN-628 KOD 30100018 saylı dövlət aktlarında həmin torpaq sahəsi uzunsov ensiz bir cizgidə əks olunduğu halda, Qusar rayonu Aşağı Ləgər kənd ərazisinin elektron xəritəsindən çıxarışda JN-132 KOD30100018 saylı dövlət aktının nömrəsi ilə işarələnmiş həmin torpaq sahəsi tərəfləri nisbətən mütənasib trapesiya şəkilli bir cizgidə əks olunmuşdur. Qusar rayonu Aşağı Ləgər kənd ərazisinin elektron xəritəsindən çıxarışda həm də bu iş üzrə digər üçüncü şəxslər X13 və ailə üzvlərinin adlarına olan JN-129, X22 və ailə üzvlərinin adlarına olan JN-130 və Qafarov Qafar Məhəmməd oğlunun və ailə üzvlərinin adlarına olan JN-131 saylı dövlət aktlarının nömrələri ilə işarələnmiş torpaq sahələri JN-132 saylı Dövlət Aktının nömrəsi ilə işarələnmiş torpaq sahəsi ilə yanaşı yerləşir və həmin üçüncü şəxslər də bugün həmin torpaq sahələrindən istifadə edirlər, həmin torp aq sahələri faktiki onların sahibliyindədir. Həmin torpaq sahələrin cizgilərinin Qusar rayonu Aşağı Ləgər kənd ərazisinin elektron xəritəsinə uyğun JN-132 saylı dövlət aktında cizginin düzgün işlənilməməsini, JN-129, JN130 və JN-131 saylı dövlət aktlarında isə cizginin düzgün işlənilməsini elektron xəritəni və həmin faktların müqayisəli təhlil etmək yolu ilə asanlıqla müəyyən etmək mümkündür. Üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin bugün faktiki mülkiyyətlərində qalmış torpaq sahəsinin cizgi koordinatları onların adlarına olmuş həm JN-132 KOD 30100018 saylı, həm də JN-628 KOD 30100018 saylı dövlət aktlarına Qusar rayonu Aşağı Ləgər kənd ərazisinin elektron xəritəsinə uyğun işlənməmiş, səhvən işlənmişdir. Buna görə də həmin dövlət aktların hər ikisi ləğv edilməlidir. Çünki bütün dövlət akt larında əks olunan məlumatlar ərazinin elektron xəritəsindən götürülür, həmin məlumatlar ərazinin elektron xəritəsinə uyğun olmalı, dövlət aktlarının cizgi-koordinatları ərazinin elektron xəritəsindəki cizgi-koordinatlara uyğun gəlməlidir. Üçüncü şəxs Cavabdeh4 və ailə üzvlərinin buğun faktiki mülkiyyətlərində qalmış torpaq sahəsi iddiaçılara məxsus torpaq sahələrindən çox uzaqda yerləşir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli, 2-1(105)-608/2022 nömrəli qərar qəbul edilərkən İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmuşdur. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh hesab edir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin pozuntusuna yol vermişdir. Belə ki, məh kəmə nəzərə almamışdır ki, məhkəmə qərarı əsasında ləğv edilmiş X20, X15, Qafarov Məhəmməd Abdulqafar oğlunun adlarına verilmiş 1 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.8431 ha torpaq sahəsi hüquq sahibləri tərəfindən Qusar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1936 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Həmin müqavilə əsasında X3 adına torpaq sahəsinə xx.xx.2018-ci il tarixli **********66 reyestr nömrəli dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ X37, X26, Qafarov Məhəmməd Abdulqafar oğlu tərəfindən artıq itirilmişdir. Onun ləğv edilməsi mümkün olmadığı ndan gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyrimümkün olacaqdır.

29. Bundan başqa, məhkəmə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1, 4.1 və 8-ci maddələrinin tələbləri pozulmuşdur. X20, X15, Qafarov Məhəmməd Abdulqafar oğlunun adlarına verilmiş 1 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Qafarov Qafar Məhəmməd oğlunun, X14 və X33 adlarına olan 5 yanvar 2021-ci il tarixli **********58 və **********59 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 622 KOD 30100018 saylı, JN 623 KOD 30100018 saylı, torpağa mülkiyyət hüququna dair dövlət aktları əsasında hazırlanmışdır. Yəni göstərilən şəxslərin adına verilmiş çıx arışlar qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. c) üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

30. Üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlu qeyd edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 sentyabr 1998-ci il tarixli qərarına əsasən üçüncü şəxslərə həmin torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs Qafarov X40 Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xüsusi mülkiyyətinə keçmişdir. Qafarov Qafar Məhəmməd oğlunun adına keçməsinə əsas JN-31 saylı akt almışdır. Məhkəmənin əsaslandığı məqamlardan biri olan ekspert rəyi işin faktiki halları ilə uyğundur. Belə ki, torpaq sahəsi ayrılan zaman hal-hazırda Qafarov Qafar mülkiyyətində olan torpaq sahəsinin koordinatı üst-üstə düşmədiyi halda digər üçüncü şəxslərin torpaq sahələri üzrə koordinatları üst-üstə düşür. Digər tərəfdən iddiaçılar həmin torpaq sahəsi üzrə DƏDRX-də ilkin sənədləri yoxdur. Həmin sənədləri iddiaçılar tərəfindən sonradan qeyri-qanuni vasitələrlə əldə etdiyi ehtimal olunur. Hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cavabdehin vəzifəli şəxsləri barədə saxta torpaq sənədlərinin verilməsinə görə cinayət işinin istintaqı davam etdirilir. Yuxarıda göstərilən bu halları araşdırmaq üçün kompleks ekspertiza keçirilməsi üçün vəsatət verilsə də, məhkəmə tərəfindən qəbul olunmamışdır. Beləliklə işin faktiki halları araşdırılmamış və qanunsuz qərar qəbul edilmişdir. Həmçinin məhkəmə instansiyası iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair ilkin sənədlərinin olub- olmaması hallarını araşdırmamış, yalnız mütəxəssis rəyinə əsasən qərar çıxarmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinin tələbləri pozulmuşdur.

31. Digər kassasiya şikayətində üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlu qeyd edir ki, hazırkı mübahisənin həlli xüsusi bilik tələb etdiyi üçün iş üzrə məhkəmə ekspertizasının təyin olunması zəruridir. İş üzrə məhkəmə ekspertizası təyin olunmamış və hazırkı mübahisə ilə bağlı ekspert rəyi alınmamışdır. Bundan başqa iş üzrə mütəxəssis rəyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmişdir. Buradan aydın olur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi cavabdehin olan qurumdur. O cümlədən, 1998 və 1999-cu ildə tərəflərə verilmiş dövlət aktlarında müvafiq torpaq sahələrinin koordinatlarını işləyən qurumun səlahiyyətləri də h azırda cavabdeh quruma verilmişdir. Bu səbəbdən iş üzrə mütəxəssis rəyinin məhz cavabdeh tərəfindən verilməsi inandırıcı deyil.

32. Məhkəmə iddiaçılara və onların valideynlərinə verilmiş JN-382, 383 və 384, KOD 30100018 saylı dövlət aktların nəzərdə tutulan torpaq sahələrinin ilkin olaraq hansı dayaq nöqtələrində işləndiyini, həmin torpaq sahələrinin ilkin arxiv sxemini, ümumiyyətlə ilkin sənədlərin mövcudluğunu araşdırmamışdır. Məhkəmə üçüncü şəxslərə məxsus mübahisəli torpaq sahələrinin bir hissəsinin satılmadan öncə, ilkin vəziyyətdə JN-382, 383 və 384, KOD 30100018 saylı dövlət aktların nəzərdə tutulan torpaq sahələrinin ilkin olaraq cizgilərinin kəsişmə təşkil edib-etmədiyini də araşdırmamışdır. Məhkəmə JN-382, 383 və 384, KOD 30100018 dövlət aktların nəzərdə tutulan torpaq sahələrini n faktiki olaraq iddiaçıların istifadəsində olan torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşmələrini araşdırmamış və bu barədə müvafiq mütəxəssis rəyini almamışdır. Məhkəmə JN-382, 383 və 384, KOD 30100018 saylı dövlət aktların nəzərdə tutulan torpaq sahələrinin başqa şəxslərə satılıb-satılmaması məsələsini, o cümlədən torpaq sahələrinin satılan hissələri ilə bağlı yeni dayaq nöqtələrinin hansılardan ibarət olması məsələsini də diqqətdən kənar saxlamışdır. Məhkəmə iddiaçılara və onların valideynlərinə məxsus JN-382, 383 və 384, KOD 30100018 saylı dövlət aktlarında nəzərdə tutulan torpaq sahələri ilə üçüncü şəxslərə verilmiş dövlət aktlarında nəzərdə tutulmuş torpaq sahələrinin koordinatlarının kəsişməsinin hansı səbəbdən baş verməsi məsələsini aydınlaşdırmamışdır. Belə ki, mövcud mübahis əli ərazidə dəfələrlə torpaq sahəsinin fiziki sürüşməsi baş vermişdir ki, bu zaman bir torpaq sahəsinə məxsus koordinatlar başqa torpaq sahəsinin faktiki ərazisinə keçmişdir. Bu halda yaranmış uyğunsuzluq üçüncü şəxslərin təqsiri səbəbindən baş verməmişdir ki, burada onların hazırkı vəziyyətdə hüquqlarının pozulması ilə nəticələnə bilməz. Belə olan halda məhkəmə koordinatların kəsişməsinin texniki səbəbdən baş verməsi məsələsini aydınlaşdırmalı idi və bu hal xüsusi bilik tələb etdiyi üçün mütləq məhkəmə ekspertizası təyin olunmalı idi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 139-1, 152 və 157-ci maddələrinin tələblərini nəzərə almamış və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12, 58 və 64-cü maddələrinin tələblərini yerinə yetirməmişdir. d) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... 35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.... 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun u: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq ed ilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X24 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;...

37. Azərbaycan R espublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaçıya verilmiş imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin, üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri isə mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

44. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, Qusar rayonunun Aşağı Ləgər kəndindən olan iddiaçılara, onların ailə üzvlərinə və mərhum valideynlərinə, habelə üçüncü şəxslərə Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına müvafiq torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahələrinə dair iddiaçılara və onların mərhum valideynlərinə JN 382, JN 383 və JN 384 saylı dövlət aktları, üçünc ü şəxslərə isə JN 129, JN 130, JN 131 və JN 132 saylı dövlət aktları verilmişdir. Qeyd edilən dövlət aktlarında torpaq sahələrinin yerləşmə koordinatları göstərilməklə iddiaçılar və üçüncü şəxslər arasında hər hansı mübahisə mövcud olmamışdır.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati mübahisənin əsasında üçüncü şəxslərə verilən torpaq sahələrinin bir hissəsinin notarial qaydada alqı-satqısından sonra yenidən tərtib edilən dövlət aktlarındakı koordinatların iddiaçılara məxsus dövlət aktlarındakı koordinatlarla üst-üstə düşməsi dayanır. Belə ki, alqı-satqıdan sonra üçüncü şəxslər X18 və qeyrilərinə məxsus JN 129 saylı dövlət aktında qeyd edilən torpaq sahəsinin yerdə qalan hissəsinə JN 627 saylı dövlət aktı, üçüncü şəxslər X28 və qeyrilərinə məxsus JN 130 saylı dövlət a ktında qeyd edilən torpaq sahəsinin yerdə qalan hissəsinə JN 622 saylı dövlət aktı, üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğluna və qeyrilərinə məxsus JN 131 saylı dövlət aktında qeyd edilən torpaq sahəsinin yerdə qalan hissəsinə JN 623 saylı dövlət aktı, üçüncü şəxslər Cavabdeh4 və qeyrilərinə məxsus JN 132 saylı dövlət aktında qeyd edilən torpaq sahəsinin yerdə qalan hissəsinə JN 628 saylı dövlət aktı verilmişdir.

47. Bundan başqa, üçüncü şəxslər Qafarov Qafar Məhəmməd oğlu və qeyriləri özlərinə məxsus JN 623 KOD 30100018 saylı dövlət aktındakı torpaq sahəsinə ********** və ********** qeydiyyat nömrəli (müvafiq olaraq 0,7193 ha və 0,1238 ha) xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar (reyestr nömrələri **********58 və **********59) almışlar.

48. El əcə də, üçüncü şəxslər X37 və qeyriləri özlərinə məxsus JN 622 KOD 30100018 saylı dövlət aktındakı torpaq sahəsinə ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (reyestr nömrəsi **********66) almışlar, Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiqlənən 4ə-1936 saylı reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh9 satmışlar və nəticədə cavabdeh tərəfindən 10 dekabr 2018-ci il tarixdə Cavabdeh9 adına **********66 saylı çıxarış verilmişdir.

49. Qeyd edilən xüsusatlar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış, üçüncü şəxslərə verilən ilkin dövlət aktları ilə alqı-satqı müqavilələrindən sonra verilən d övlət aktlarında qeyd edilən koordinatların uyğunluğu, habelə sonuncu dövlət aktlarında göstərilən torpaq sahələrinin iddiaçılara məxsus dövlət aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi tam şəkildə yoxlanılmışdır.

50. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilən mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki: - Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 129 (KOD: ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş torpaq sahəsinin planında göstərilmiş 16900.00 kv.m və 6405.00 kv.m torpaq sahəsinin koordinatları ilə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra JN 129 saylı dövlət aktının əvəzinə verilmiş JN 627 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində sahəsi 16900.00 kv.m və 6405.00 kv.m göstərilən torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir; - Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 130 (KOD: ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş 8.399.99 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlarla alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra JN 130 saylı dövlət aktının əvəzinə verilmiş JN 622 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində (8431.00 kv.m) göstərilən koordinatlar eynilik təşkil etmir; - Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 131 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş 8.400.00 kv.m ölçüsü olan torpaq sahəsinin planında (cizgisində) göstərilən koordinatlarla alqı-satqı müqaviləsi rəsmilə şdirildikdən sonra JN 131 saylı dövlət aktının əvəzinə verilmiş JN 623 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində (7192.91 kv.m və 1238.00 kv.m) göstərilən koordinatlar eynilik təşkil etmir; - Qusar rayon Torpaq şöbəsinin xx.xx.1999-cu ildə JN 132 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında əlavə edilmiş torpaq sahəsinin planında göstərilmiş 13792.63 kv.m torpaq sahəsinin koordinatlarla alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra JN 132 saylı dövlət aktının əvəzinə verilmiş JN 628 saylı dövlət aktına əlavə edilmiş torpaq sahəsinin plan (cizgisi) sənədində sahəsi 13792.63 kv.m göstərilən torpaq sahəsinin koordinatı ilə eynidir.

51. Göründüyü kimi, rəsmiləşdirilmiş alqı-satqı müqavilələrindən sonra JN 627, JN 623 və JN 622 nömrəl i dövlət aktlarında olan sxem və koordinatlar xx.xx.1999-cu ildə verilmiş JN 129, JN 131 və JN 130 nömrəli dövlət aktlarındakı koordinatlarla eynilik təşkil etmir. Mütəxəssis rəyində bunun səbəbi kimi göstərilmişdir ki, satılmamış (yerdə qalan) torpaq sahələrinin koordinatları xx.xx.2006-cı ildə verilmiş dövlət aktlarının koordinatları ilə eyni deyil, başqa əraziyə işlənmişdir. Sadəcə olaraq JN 132 torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlar alqı-satqıdan sonra yerdə qalan 1.38 ha torpaq sahəsinə verilmiş JN 628 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən koordinatlarla eynidir.

52. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara və üçüncü şəxslərə müvafiq torpaq sahələrinin ayrılması və buna dair 1999-cu ildə müvafiq dövlət aktları nın tərtib edilməsi işin mübahisəsiz halıdır. Lakin üçüncü şəxslərə məxsus JN 129, JN 131 və JN 130 nömrəli dövlət aktlarında göstərilən torpaq sahəsinin bir hissəsinin alqısatqı yolu ilə satılmasından sonra yerdə qalan torpaq sahələrinə dair düzgün olmayan koordinatlarla JN 627, JN 623 və JN 622 nömrəli dövlət aktlarının tərtib edilməsi məhz cavabdeh inzibati orqanın məsuliyyətindən yaranmış haldır, ona görə də, aşağı instansiya məhkəmələri qeyd edilən dövlət aktlarının və həmin aktlar əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi ilə bağlı düzgün və əsaslı nəticəyə gəlmişlər.

53. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri ed ən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

54. Hazırkı işdə iddiaçılar kassasiya şikayətinin dəlilinə əsasən üçüncü şəxslər Cavabdeh4 və qeyrilərinə məxsus JN 628 saylı dövlət aktının ləğv edilməsini zəruri edən faktiki şərtləri mövcudluğunu, cavabdeh inzibati orqan imtinasını zəruri edən şərtlərin mövcudluğunu, üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlu isə onun adına verilmiş JN 623 KOD 30100018 saylı dövlət aktının ləğv edilməməli olmasının əsaslarını sübut edə bilməmişlər.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan şikayətlər təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdiri lmədən qüvvədə saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların, cavabdehin və üçüncü şəxs Qafarov Qafar Məhəmməd oğlunun kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2-1(105)-608/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar