Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-554/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)440/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 03 nömrəli iclas protokolu ilə bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə iddiaçının uzunmüddətli 25 il müddətinə icarəsinə verilməsi qərara alınmışdır. 2. xx.xx.2004-cü il tarixli Sahəseçmə aktına əsasən, Nifçi Bələdiyyəsinin xx.xx.2004. tarixli 03 saylı qərarına və DTXK-nin Bərdə rayon şöbəsinə yazdığı xx. xx.2004. tarixli 03 saylı məktubuna əsasən bələdiyyənin mülkiyyətində olan əkinə az yararlı torpaq sahəsindən 6,0 hektar ayrılaraq, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə Nifçi kənd sakini İddiaçı uzunmüddətli-25 il müddətinə icarəsinə verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh 21 dekabr 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Nifçi Bələdiyyəsini n 02 mart 2004-cü il tarixli, 03 saylı iclas protokulundan çıxarışa əsasən iddiaçıya Bərdə rayonu Nifçi bələdiyyəsinin fondunda olan əkinə yararlı sahədən 6 ha torpaq sahəsi ayrılıb kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə uzunmüddətli (25 il müddətində) icarəyə verilmişdir. Həmçinin, Bərdə rayonu Nifçi kəndində yerləşən 6 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. 19 ildir ki, həmin torpaq sahəsi iddiaçının icarəsindədədir və manesiz olaraq istifadə edir.
7. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(114)-1454/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmi n edilmiş, Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş 6 ha torpaq sahəsi üzərində onun icarə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq orqanların qanunla onlara həvalə edilmiş vəzifələrini qanunauyğun yerinə yetirməməsi iddiaçının ziyanına şərh oluna bilməz. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda müvafiq rəyin və torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmaması) icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən icarəyə verilmiş torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-440/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərar ı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 12, 15-ci, “X1 edilməsi haqqında” Qanunun 6.1, 6.2, 6.5-ci maddələrinə, 15 mart 2000-ci il tarixli, 42 saylı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarına, istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki:
1. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçıya 6.0 ha torpaq sahəsinin ayrılması barədə Bərdə rayonu Nifçi Bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 03 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Bununla yanaşı qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Örüş sahəsi olduğuna görə Nifçi kəndində yaşayan bir neçə vətəndaş torpaq sahəsinin iddiaçı tərəfindən istifadə olunmasına narazılıq edir və bununla bağlı mübahisə vardır. Sadalanan səbəblərdən haqlı olaraq ərizənin icrasından imtina edilmişdir.
2. Məhkəmə “X1 edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddəsinin tələblərinin pozulmasına yol ver ərək nəzərə almamışdır ki, Bərdə rayon Nifçi bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 04 saylı qərarı ilə iddiaçıya 6.0 ha torpaq sahəsi ayrılarkən sadalanan maddi hüquq normalarının tələblərinə zidd olaraq tərəflər arasında Müqavilə və/və ya alqı- satqı aktı bağlanmamışdır. Belə olan halda bağlanmamış Müqavilə hansı əsaslarla dövlət qeydiyyatına alına bilər.
3. Məhkəmə “X1 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsini və Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Bərdə rayon Nifçi bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 04 saylı qərarı ilə iddiaçıya 6.0 ha torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi a lınmamışdır.
4. Məhkəmə Torpaq Məcəlləsinin 55 və 68-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki Bərdə rayon Nifçi bələdiyyəsinin 02 mart 2004-cü il tarixli 04 saylı qərarı ilə iddiaçıya 6.0 ha torpaq sahəsi ayrılarkən sadalanan maddi hüquq normalarının tələblərinə zidd olaraq heç bir Müqavilə bağlanmamışdır. Goründüyü kimi, torpaq qanunvericiliyinin tələblərinə əsasən torpaq sahəsinin ayrılması üçün bələdiyyənin qərarı ilə bərabər Müqavilənin imzalanması da imperativ qaydada nəzərdə tutulmuşdur.
5. Məhkəmə Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3 və 4-cü bəndlərinin (torpaq sahəsi ayrılan zaman qüvvədə olan redaksiyası) tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, qanunvericiliyin birbaşa tələbinə əsasən ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Hazırki halda iddiaçıya torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilməmişdir (icarə müqaviləsi bağlanmamış, müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış). Məhkəmə kollegiyası isə qaydaya riayət etməməyi bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi ilə əsaslandıraraq bunun torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməməsi qənaətinə gəlmişdir. Onda sual olunur ki, göstərilən maddi hüquq norması kimin üçün və hansı hallar üçün qanunvericilikdə təsbit olunub. Həmçinin nəzərə almamışdır ki, icarə müqaviləsi on ildən on beş ilədək müddətinə icarəyə verilə bilərdi. Göstərilən halda isə Bərdə rayon Nifçi bələdiyyəsinin 02 mart 2004-cü il tari xli 04 saylı qərarı ilə iddiaçıya torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-440/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması zamanı qüvvədə olan): Maddə 16.3. bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 16.4 ümumi istifadə də olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hazırda qüvvədə olan): Maddə
55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hü ququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır 19. “X1 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafi q icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
20. Azərbaycan Respublikası Prezidentinin "X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçü n verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşd ırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydad a icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranma sı barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materialla rla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiya sı məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və ş ikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
26. İşin araşdırılmış hallarına əsasən, Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2004cü il tarixli 03 nömrəli iclas protokolu ilə bələdiyyənin mülkiyyətində olan 6,0 ha əkinə az yararlı torpaq sahəsi 25 il müddətinə iddiaçının istifadəsin ə ayrılmışdır.
27. Hazırda iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.
28. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.
30. Belə ki, ilk öncə qeyd edilməldir ki, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılması zamanı (xx.xx.2004-cü il tarixdə) qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
31. Həmçinin hazırkı qərarın 19-cu bəndində qeyd olunan “X1 edilməsi haqqında” Qanunun müddəalarında da görünür ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmçinin torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
32. Lakin hazırkı işdən qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi görünmür. Belə ki, iş materiallarına iddiaçı ilə bələdiyyə arasında bağlanılmış icarə müqaviləsi əlavə olunmam ışdır.
33. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçıya ayrılmış və onun tərəfindən istifadə olunmuş 6.6 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir və torpaq sahəsinin iddiaçıya ayrılması zamanı qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Halbuki, hazırkı işdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi 25 il müddətinə icarəyə verilməsi barədə qərar qəbul olunmuş, buda göstərilən normanın tələblərinin pozulması anlamına gəlir.
34. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan ziddiyyətləri araşdırmad an yekun nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, inzibati mübahisə üzrə iddianın təmin edilməsi yalnız cavabdehin imtina zamanı bildirdiklərinin və daha sonra məhkəmə icraatı gedişində şikayətdə göstərdikləri dəlillərin əsassız olmasının müəyyən olunmasından asılı deyildir. Məhkəmə iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələ bilmək üçün həm də iddiaçının tələb etdiyi məzmunda iddiasının təmin edilməli olduğu ilə bağlı nəticəyə gəlməli, bu zaman etirazın və şikayətin dəlilləri ilə bağlı olmadan qanunvericilikdə tələb olunan bütün şərtlərin mövcudluğunu xidməti vəzifəsinə görə apardığı araşdırmanın nəticəsi əsasında mötəbər sübutlara istinadla dəqiq müəyyən etməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 17-21 və 22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə yekun qərar qəbul etməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRAR A ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-440/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.