Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-554/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2313/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1987-ci il tarixdən 1989-cu ilin noyabr ayınadək həqiqi hərbi xidmətdə olmuş, Bakı şəhəri Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun hərbi qulluqçusu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1993-cü il tarixdə “kürəyin qəlpə yarası” diaqnozu ilə tibb bölüyündə müayinə olmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 896 nömrəli qərarından görünür ki, iddiaçının döyüş zonasında hərbi xidmə t keçərkən 1993-cü ilin yanvar ayında aldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək MN Məhkəmə-Tibbi Ekspertiza və X2 şəxsin canlı məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı döş qəfəsinin sağ-yan səthində arxa qoltuq xətti üzrə 2,0x1,0 sm ölçülü bir ədəd, döş qəfəsinin arxa səthində orta qoltuq xətti üzrə 1,4x0,5 sm ölçülü bır ədəd və sağ budun yuxan 1/3-nin arxa-yan səthində 4,0x2,0 sm ölçülü bir ədəd köhnə çapıq toxumaları” “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
3. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birin ci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə “kürəyin qəlpə yarası” diaqnozu ilə tibb bölüyündə müayinə olunmuş, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “onurğanın döş-bel nahiyəsinin qəlpə yarası, sağ budun yuxarı üçdə birinin yumşaq toxumalarını dəlib keçən güllə yaralanması” diaqnozu ilə müalicə olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında döyüşdə aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdı r” olaraq qeyd edilmişdir. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində “Qurtuluş” batalyonunun hərbi qulluqçusu kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi və hərbi travma alması sənədlərlə, o cümlədən arayışlar, arxiv arayışları və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilir. O, döyüşdə aldığı güllə yarasına görə sağlamlığını itirib, bu günə qədər də müalicə alır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırıldığını, xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə “Qurtuluş” batalyonunun tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini və xx.xx.1993-cü il tarixdə yaralandığını qeyd edərək, hazırkı iddianı irəli sürmüşdür. Azə rbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-1827 nömrəli arayışına əsasən, iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə xx.xx.1993-cü il tarixdən hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əm əliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçuların iki şərtə cavab verməsi zəruri tələb kimi müəyyən edilmişdir: 1) şəxsin döyüş zonasında hərbi xidmət keçməsi; 2) hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması. Şəxsin bu şərtlərdən hər hansı birinə cavab verməməsi ona “Müharibə veteranı” adının verilməsini istisna edir. İddiaçının xx.xx.1993-cü il tarixdən sonra xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Bəhlul Cəlalov) 13 mart 2024-cü il tarixli, 21(112)-5409/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılmasına dair məlumatın aşkar edilməməsi barədədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından da müəyyən edilir ki, cavabdeh iddiaçının xx.xx.1993-cu il tarixdə “kürəyin qəlpə yarası” diaqnozu ilə tibb bölüyünə daxil olması barədə məlumatın olmasını təsdiq etmişdir. Həmçinin Hərbi Həkim Komissiyasının qərarında da iddiaçının döyüş zamanı yar alanması və hərbi travma alması qeyd edilmişdir.
9. Məhkəmə qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən iddiaçının qanuni əsasla ehtiyata buraxılmaması barədə cavabdehin dəlili əsaslı deyildir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, Ali Məhkəmənin 2-1(102)-1989/2023 nömrəli oxşar iş üzrə xx.xx.2023-cü il tarixli qərarında hazırkı mübahisəyə yanaşma bu qaydada olmuşdur. Həmçinin cavabdehin təqdim etdiyi arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin, “Qurtuluş” batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, nizami hissə üzrə əmrlərin Mər kəzi Arxivə daxil olmaması iddiaçının təqsiri ucbatından baş verən hal deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun sayılmamalıdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseyn ov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Səadət Səlimova) 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2313/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmə mişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəş tlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı ba şa çatdırdıqları gündən bu statusu itirirlər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşk əsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarə t (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra h akimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilm iş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Na zirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası A li Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olun muş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarət dir.
25. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü il tarixdə “kürəyin qəlpə yarası” diaqnozu ilə tibb bölüyündə müayinə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 896 nömrəli qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında yaralanması ilə əlaqədar aldığı xəsarətin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir.
26. Cavabdehin iddiaya qarşı etirazının, apellyasiya və kassasiya şikayətlərinin əsasını iddiaçının xx.xx.1993-cü il tarixdən sonrakı dövrdə xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumatın aşkar edilməməsi təşkil edir.
27. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının xx.xx.1993-cu il tarixdə “kürəyin qəlpə yarası” diaqnozu ilə tibb bölüyünə daxil olması barədə məlumatın olmasını təsdiq etmişdir. Həmçinin Hərbi Həkim Komissiyasının qərarında da iddiaçının döyüş zamanı yaralanması və hərbi travma alması qeyd edilmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət müalicədə olduğundan onun qanuni əsasla ehtiyata buraxılması baş vermişdir. Bu səbəbdən iddiaçının qanuni əsasla ehtiyata buraxılmaması barədə cavabdehin dəlili əsaslı deyildir. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin 2-1(102)-1989/202 3 nömrəli oxşar iş üzrə xx.xx.2023-cü il tarixli qərarında mübahisəyə yanaşmanın bu qaydada olduğuna istinadən iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bu qərarın 17-ci bəndində istinad edilən normaya görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
29. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.
30. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, N nömrəli hərbi hissənin arxiv sənədlərində iddiaçının hərbi xidməti barədə müəyyən məlumatlar vardır. Lakin buna baxmayaraq, onun hərbi hissənin siyahısından çıxarılması, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması və tərxis olunması iş üzrə materiallarla təsdiq edilmir. Bu barədə hər hansı əmr və ya sənəd, eləcə də hər hansı məlumat aşkar edilməmiş, buna dair iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
31. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması, döyüş əməliyyatlarında iş tirakı və yaralanması faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır.
32. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müh aribə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır.
33. Birinci instansiya məhkəməsinin istinad etdiyi Ali Məhkəmə tərəfindən baxılmış 2-1(102)-1989/2023 nömrəli işin faktiki halları hazırkı mübahisədən fərqli olduğuna görə, Ali Məhkəmənin həmin iş üzrə xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş yanaşma hazırkı mübahisəyə tətbiq edilə bilməz. Belə ki, həmin işdə iddiaçının tərxisi onun uzun müddət hospitalda müalicədə olunmasına görə deyil, Müdafiə nazirinin əmri əsasında hərbi hissə komandirinin əmri ilə hərbi hissənin siyahısından çıxarılmasına görə həyata keçirilmişdir. Hazırkı mübahisədə isə iddiaçının hərbi hissənin siyahısından çıxarılması barədə hər hansı əmrin mövcudluğu müəyyən edilmir.
34. Məhkəmə kollegiy ası həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu qərarın 18ci bəndində istinad edilən “Müharibə veteranı” adının verilməsi qaydası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
35. Hazırkı mübahisədə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında yaralanması ilə əlaqədar aldığı xəsarətin hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 896 nömrəli qərarı ilə müəyyən edilsə də, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması iş üzrə materiallarla öz təsdiqini tapmır. Eyni zamanda, bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayı lmalıdır.
37. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2313/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.