Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-555/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1767/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur.
2. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə ona İİ qrup əlillik verilmişdir.
3. Əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı xx.xx.1988 - xx.xx.1988-ci il illərdə keçmiş Şaumyan rabitə qovşağında poçtalyon, xx.xx.1990 - xx.xx.1991-ci illərdə Xətai rabitə qovşağında poçtalyon, xx.xx.19 91 - xx.xx.1994-cü illərdə Yığım sexində 2-ci, 3-cü və 4-cü dərəcəli dülgər, xx.xx.1994 - xx.xx.1995-ci illərdə Respublika Narkoloji Dispanserində sanitar, xx.xx.1995 - xx.xx.1996-cı illərdə 2 №-li şəhər klinik xəstəxanasında nevroloji şöbədə xadimə, xx.xx.1996 - xx.xx.2004-cü illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim sanitarın köməkçisi, xx.xx.2014xx.xx.2016-cı illərdə “ACT Centre” işədüzəltmə agentliyində mühafizəçi, xx.xx.2017xx.xx.2018-ci illərdə “xxxx” MMC Poçtdaşıma xidmətində kuryer vəzifələrində işləmişdir.
4. İddiaçı ona İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiya kapitalının yetərli olmadığını əsas gətirərək ərizənin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsində cavabdeh tərəfindən ona verilmiş rədd cavabının qanunsuz hesab edilməsini, onun hüquq və azadlığını pozan və məhdudlaşdıran halların aradan götürülməsini, əlilliyə görə əmək pensiyası hüququnun yarandığı gündən pensiyanın təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, ona xx.xx.2019-cu ildə İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu əsassız olaraq müraciəti təmin etməmişdir. İddiaçı qeyd edir ki, bu cavab onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş sosial təminat hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, onun əmək fəaliyyətinə başlaması sovet ittifaqın dövrünə düşür. 1988-ci ildə ilk dəfə işləməyə başlamışdır. Ümumi əmək stajı 15 il 09 ay təşkil edir. Tələb edilən staj 13 il 2 aydır. (48 yaş-15 il=33), (33 il x 0.4=13 il 2 ay).
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Bakı Məhkəməsinin 2-1(112)-2034/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya İİ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı yaranmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsasl ı olmuşdur.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iş üzrə yeni qərar qəbul edərək iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1767/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və R.M.Həsənov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməklə iddianın təmin olunmasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə mühüm əhəmiyyət kəsb edən dəlillərə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkil siz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşa ğıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. İş materiallarından görünür ki, iddiaçı İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının pensiya kapitalının yetərli olmadığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, iddia təmin edilməmiş, həmin qərardan verdiyi apelyasiya şikayəti də təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın maddi və prosessual hüquq normalarının tələblərinə zidd olması əsası ilə ləğv edilməsini xahiş edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövqeyi qanunvericiliyin müddəaların a zidd olduğundan əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə xx.xx.2019-cu il tarixdə İİ qrup əlillik təyin edilmişdir.
27. Əliliyə görə pensiya təyin edilmənin əsasları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanuna əsasən, xx.xx.2017-ci il tarixdən sonra İİ və İİİ dərəcə əlilliyi müəyyən edilən şəxslərə əlilliyə görə əmək pensiyası təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtl ərdən hər hansı birinin olmaması, xx.xx.2017-ci il tarixdən sonra İİ və İİİ dərəcə əlilliyi müəyyən edilən şəxslərə əlilliyə görə əmək pensiyası təyin olunması istisna edir.
28. Apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı yetərlidir. Yəni, təqdim edilmiş əmək kitabçasının qeydlərinə əsasən iddiaçının sığorta stajının 15 il 08 ay 02 gün olması müəyyən edilir. Cavabdeh də iddiaçının sosial sığorta stajının yetərli olmamasını mübahisə etmir. Cavabdehin mövqeyinə görə, eləcə də qanunvericiliyin tələbinə əsasən, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18.800 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış pensiya kapitalı 10.273,69 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabında olan kapitalın məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən azdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya İİ qrup əlilliyi olan şəxs kimi əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalının məbləği yetərli olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvə də saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1767/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.