Məhkəmə qərarları › İş №2-1(102)-555/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-555/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-555/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “q ərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)164/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********168322 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama xx.xx.2020 -ci il tarixli, **********168322 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Həmin akta əsasən, yoxlama nəticəsində ƏDV üzrə qeydiyyatın məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə iddiaçı tərəfindən 2018-ci il üzrə ödənilməli olan 636705,36 manat ƏDV, eləcə də ona qaytarılmalı olan 35805,05 manat ƏDV məbləği müəyyən edilərək, ümumilikdə 600900,31 manat ƏDV-nin azaldılmasına görə 318352,68 manat maliyyə sanksiyasının tətbiq olunması, həmçinin 2018-ci ilin mart – iyun ayı üçün ƏDV üzrə bəyannamə təqdim edilmədiyi üçün 160 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.

3. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********136744 nö mrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********168322 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********136744 nömrəli qərarının “14024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixində vergi qeydiyyatına alınmışdır, əsas fəaliyyəti digər qruplara da xil edilməyən fərdi xidmət fəaliyyətindən (96060) ibarətdir. İddiaçı ölkə vətəndaşlarının şəxsi qızıl məmulatlarının yeni dizaynda və daha peşəkar zərgərlər tərəfindən emal olunması işinin təşkil olunması sifarişlərini yerinə yetirmək xidməti ilə məşğul olur. Bu məqsədlə iddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada, ölkə xaricində – Türkiyədə emal xidməti sahəsində uzun müddətli təcrübəsi olan, göstərdiyi xidmətin keyfiyyətinə görə etibarlılığı və məmnuniyyəti olan “X3 ve Dış Tic.LTD Şti” şirkəti ilə müqavilə bağlamış, ölkə vətəndaşlarının şəxsi qızıl məmulatlarını öz istəkləri və zövqlərinə uyğun yenidən emal edilməsi məqsədilə onlarla müvafiq sifariş xidməti müqavilələri bağlayır, onlardan qızıl məmulatlarını, eyni zamanda qızıl məmulatlarının təhvil götürülməsindən geri qaytarılması dövrünədək ödənilməsi tələb edilən rəsmi dövlət ödənişlərini, bank xidmət haqqını, habelə emal xidmətinin haqqını və əlavə zərgərlik detallarının dəyərini zərurət yarandıqca müvafiq qaydada və formada təhvil alır. Həmin məmulatlar qanunvericiliyə uyğun qaydada iddiaçı tərəfindən ölkədən Türkiyəyə müvəqqəti ixrac edilir, xaricdəki müəssisə tərəfindən emal edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən ölkəyə təkrar idxal edilir və nəhayət emal edilmiş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçilərə geri qaytarılır. İddiaçı hazırkı fəaliyyəti müddətində sadələşdirilmiş vergi ödəyicisi olmuş, fəaliyyəti xüsusiyyətinə görə - xx.xx.2018-cı il tarixində bağlanmış icarə müqaviləsinə əsasən hüquqi ünvanında yerləşən 10 kv.m sahədə f əaliyyət göstərmişdir. 2018-ci ildən qeyd edilən fəaliyyətə başlayan iddiaçı tərəfindən təqdim edilmiş vergi bəyannamələrinin cavabdeh tərəfindən kameral yoxlaması zamanı gah ixrac və idxal əməliyyatları barədə Vergilər Nazirliyində olan baza məlumatları səbəbindən, gah da iddiaçının fəaliyyət uçotu məlumatları səbəbindən və digər naməlum anlaşılmazlıq səbəbindən uyğunsuzluqların olması ilə bağlı bildirişlər göndərilmiş, cavabında isə iddiaçı 2018-ci ilin 1-ci rübü üçün 2 dəfə, 2-ci rübü üçün 14 dəfə, 3-cü rübü üçün 63 dəfə eyni formada dəqiqləşdirilmiş bəyannamə təqdim etmək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh xx.xx.2018-ci il tarixində, **********166237 nömrəli qərar ilə iddiaçıya münasibətdə səyyar vergi yoxlamasına başlamışdır. xx.xx.2018-ci il tarixində başlayan yoxlama 2 018-ci ilin fevral-iyun aylarına aid 5 aylıq dövrü əhatə etmiş, 18 ay müddətində 2 mərhələdə davam etmiş və xx.xx.2020-ci il tarixli sayca 2-ci olan **********68322 nömrəli yoxlama aktı tərtib olunmaqla başa çatmışdır. Həmin 5 aylıq hesabat dövrü ərzində iddiaçı ilə 16 nəfər sifarişçinin qızıl məmulatının emal edilməsi məqsədilə: - həmin sifarişçilərlə bağlanmış 16 sayda müqavilə; qızılın sifarişçilərdən təhvil alınması barədə 16 sayda təhvil aktı, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin sifarişçilərdən alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, qaimə, ödəniş qəbzləri və yük gömrük bəyannamələrindən ibarət 9 sayda sənəd dəsti, təkrar idxal proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, təhvil aktı, qaimə, ödəniş qəbzləri və yük gömrük bəyannamələrindən ibarət 16 sənəd dəsti; qızılın sifarişçilərə geri qaytarılması barədə 16 sayda təslim aktı, xaricdəki müəssisə ilə iddiaçı arasında bağlanmış müqavilə; xaricdəki müəssisəyə emal üçün ödəniş aktları; habelə 1 nəfər işçidən ibarət olan, həmin işçinin qeydiyyatı üzrə şəxsi evində 10 kv.m sahədə fəaliyyət göstərən iddiaçının ümumi mühasibatlıq sənədləri olmaqla, ümumilikdə 395 vərəqdən ibarət sənədlər yoxlamaya təqdim edilmişdir. Bundan başqa həmin dövrə aid heç bir sənəd olmamışdır. Sifarişçilərlə iddiaçı arasında bağlanmış müqavilə şərtlərinə görə, sifarişçilər həmin qızıl məmulatlarının müvəqqəti ixrac və təkrar idxal prosedurları üzrə tələb edilən bütün ödənişləri (rüsum, yığım, ver gi və bank xidmət haqqı) zərurət yarandıqca tam məbləğdə və vaxtında təmin etmiş, eyni zamanda geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə emal xidmətinin haqqını və 1,2 manat/qram hesabı ilə sifariş xidməti haqqını iddiaçıya təqdim etmişlər. Hazırkı iddia ərizəsinin verilməsinə başlıca səbəb - 2018-ci ilin 5 aylıq hesab dövrünə aid 395 vərəqdən ibarət sənədlərin qanunazidd olaraq 18 ay davam edən səyyar vergi yoxlamasının yoxlayıcının şəxsi və tamamilə hüquqazidd mülahizələrinə istinadən və çoxlu sayda qanun pozuntularına yol verilməklə tərtib etdiyi və tam yanlış qaydada əlavə vergi hesablanmasına səbəb olan xx.xx.2020-ci il tarixli, **********68322 nömrəli yoxlama aktı və bu akta əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********136744 nömrəli mə suliyyət qərarıdır. 16 sayda sifariş müqaviləsi və 16 sayda təhvil aktından göründüyü kimi, 2018-ci ilin 5 aylıq hesabat dövründə sifarişçilər şəxsi mülkləri olan, müxtəlif formalarda, ümumilikdə 2945039,25 ABŞ dolları məbləğində dəyərləndirilən və ümumi çəkisi 72577,2 qram olan qızıl məmulatları iddiaçıya təhvil vermişdirlər. Həmin qızıl məmulatlarının xaricdə emalı məqsədilə müvəqqəti ixrac edilməsi üçün 9 sayda ixrac invoysundan və 9 sayda müvəqqəti ixrac gömrük bəyannaməsindən də göründüyü kimi, 2018-ci ilin 5 aylıq hesabat dövründə iddiaçı tərəfindən ümumilikdə 2945039,25 ABŞ dolları dəyərində və ümumi çəkisi 72577,2 qram olan qızıl məmulatları Türkiyədəki “X4 və Diş.Tic. LTD Şti” şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir. 2018-ci ilin 5 aylıq hesabat dövründə 6 say da təkrar idxal invoysu üzrə emal olunmaqla iddiaçıya təhvil verilmiş 80280,37 qram qızıl və 4123,38 qram sirkon daşları olmaqla, ümumilikdə 84403,8 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Rəsmi gömrük ekspertizasından keçmiş ümumilikdə 84403,8 qram qızıl məmulatlarının dəyəri 1967514,60 ABŞ dolları, o cümlədən sirkon daşlarının dəyəri 4123,38 ABŞ dolları (4123,38 qram x 1 ABŞ dolları), eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 40140,19 ABŞ (80280,37 qram qızıl x 0,50 ABŞ dolları) dolları təşkil etmişdir. Rəsmi dövlət gömrük ekspertizasından sonra, tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoyslarından da (cədvəl 6) göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının (qırmızı rənglə qeyd edilən) 40140,19 ABŞ dolları dəyəri və sirkon daşlarının 4123,18 ABŞ dolları dəyəri eyni məbləğ ilə təkrar idxal gömrük bəyannaməsinin 42 №-li “İnvoys dəyəri” bölməsində də (qırmızı rənglə qeyd edilən) invoys dəyəri kimi 44263,58 ABŞ dolları (40140,19 + 4123,18) qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissələrinin dəyəri isə gömrük bəyannaməsinin invoys dəyərinə daxil edilməmişdir. Bu isə o deməkdir ki, təkrar idxal zamanı yeni bəyan edilən dəyərlilər - müvəqqəti ixrac bəyannaməsi ilə bəyan edilmiş qızıl məmulatından əlavə dəyərlərdir (yəni emal xidmətinin haqqı və sirkon daşlarının dəyəri). Bu səbəbdən də idxal gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 №-li “Bəyannamənin tipi” bölməsində “41” kodu qeydi - həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədi lə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığını göstərir. İddiaçının 15 sayda təkrar idxal gömrük bəyannaməsində də eyni kod qeydi mövcuddur. 2018-ci ilin 5 aylıq hesabat dövründə iddiaçı 6 sayda təkrar idxal invoys ilə ölkəyə təkrar idxal edilmiş qızıl məmulatlarını müvafiq təhvil aktları ilə sahibləri olan 12 nəfər sifarişçiyə təhvil vermişdir. Müvəqqəti ixrac və təkrar idxal invoyslarından göründüyü kimi, xx.xx.2018-ci il tarixinə iddiaçının 2 nəfər sifarişçiyə 231360,07 ABŞ dolları olmaqla qismən və 4 sifarişçiyə isə 750288 ABŞ dolları olmaqla tam məbləğdə - ümumilikdə 981648,07 ABŞ dolları məbləğində emal edilməmiş qızıl öhdəliyi qalmışdır. Həmin qızıl məmulatları isə 2018-ci ilin növbəti dövrlərində emal edildikcə sifarişçilərə ger i qaytarılmışdır. Sifarişçilərdən emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, sirkon daşların dəyərinin, emal xidməti və sifariş xidməti haqlarının ödənilməsi üçün 386111,05 manat məbləği 2018-ci ilin 5 aylıq hesabat dövrü üçün iddiaçının dövriyyəsi olmuşdur. Bu dövriyyənin aylar üzrə artan yekun ilə göstəricilərindən məlum olur ki, iddiaçının 2018-ci ilin may ayında dövriyyəsi artan yekunla 200000 manat həddi keçmişdir və bununla da növbəti hesabat ayının 1-dən, yəni xx.xx.2018-ci il tarixindən iddiaçının ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmışdır. Vergi Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq, iddiaçının dövriyyə gəlirlərinə yalnız sifariş xidməti haqlarının aid olduğunu bildiklərinə görə, yoxlama ilə əhatə edilən hes abat dövrü üçün təqdim olunmuş vergi bəyannamələrində dövriyyə həmin məbləğə uyğun qeyd edilmişdir. Yoxlama dövründə vergi, gömrük və mülki qanunvericilik aktları ilə yaxından tanış olanda isə həmin dövriyyə məbləğinin 386111,05 manat olmasını və xx.xx.2018-ci il tarixindən iddiaçının ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yarandığı müəyyən edilmişdir. İddiaçının 5 aylıq hesabat dövrünə aid 395 vərəqlik sənədlərin səyyar yoxlaması 2 mərhələdə ümumilikdə 537 gün davam etmiş, yoxlama cavabdehin eyni yoxlayıcısı tərəfindən aparılsa da, hər mərhələdə tam fərqli formada qanun pozuntularına yol verilməklə və biri-birini təkzib edən mətnli 2 qanunazidd yoxlama aktı tərtib olunmaqla iddiaçıya təqdim edilmişdir. Səyyar vergi yoxlamasının 1-ci mərhələsi xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2019- cu il tarixdə başa çatmış, xx.xx.2019-cu il tarixdə nəticə aktının təqdim edilməsi ilə cəmi 434 günü əhatə etmiş, bu müddətdə qanunla hər biri 30 günədək olmaqla 9 sayda səyyar yoxlamanın müvəqqəti dayandırılması barədə, habelə qanunla hər biri 30 günədək olmaqla 3 sayda səyyar yoxlamanın müddətinin uzadılması barədə qərarlar qəbul edilmişdir. Yoxlamanın 1-ci mərhələsində müddət uzatmaya qanuni əsas olan bilən hər hansı rəsmi tədbirdən heç biri - rəsmi qaydada ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Bununla belə, xx.xx.2019-cu il tarixli 1-ci yoxlama aktında xaricdəki müəssisəyə xx.xx.2018-ci il tarixdə sorğu olunduğu və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Y oxlamada müəyyən edilmişdir ki, xaricdəki müəssisə ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər (emal məqsədilə müvəqqəti ixrac və emaldan sonra geri qaytarma təkrar idxal rəsmi gömrük bəyannamələri, və emal xidmətinin haqqı barədə məlumatı əks etdirən təkrar idxal invoysu və gömrük bəyannaməsi) və emal xidmətinin ödənişini təsdiq edən sənədlər (sifarişçilərdən emal xidməti haqqının alınmasını əks etdirən təhvil aktı və kassa mədaxil qəbzləri, emal xidməti haqqının nağd qaydada xaricdəki müəssisə tərəfindən qəbul edilməsi aktları) mövcuddur. Bundan əlavə, iddiaçının bank hesablarından ölkə xaricinə pul göndərilməməsi və xaricidəki müəssisə tərəfindən də rəsmi hər hansı pul tələbinin olmaması məlumdursa, cavabdeh tərəfindən xaricdəki müəssisəyə sorğu göndərilməsinə və bu sə bəbdən yoxlamanı 434 gün uzadılmasına hansı əlavə təsdiqedici əsas olmalı idi? Yoxlamanın 2-ci qanunazidd mərhələsi, xx.xx.2019-cu il tarixli 1-ci yoxlama aktından iddiaçının xx.xx.2018-ci il tarixli şikayətinin təmin edilməsi - həmin yoxlama aktının ləğv edilməsi ilə başlamış və bu məqsədlə növbəti xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlamaya xx.xx.2020-ci il tarixli qərarla ekspert dəvət edilmiş, lakin xx.xx.2020-ci il tarixli 2-ci yoxlama aktında heç bir əsas və səbəb qeyd olunmadan onun rəyindən istifadə olunmasından imtina olunduğu bildirilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə səyyar vergi yoxlamasının keçirilməsi üçün Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alsa da, həmin yoxlamanı qanunsuz olaraq 2 mərhələdə ke çirmiş, iddiaçının 5 aylıq hesabat dövrünə aid 395 vərəqlik mühasibatlıq sənədlərini yoxlamaq üçün qanunvericilikdə nəzərdə tutulan 90 günədək müddət əvəzinə ümumilikdə 537 gün (447 gün artıq) vaxt sərf etmiş və bununla da yoxlama müddəti cavabdehin hərəkətsizliyi və məsuliyyətsizliyi üzündən, əsassız və qanunazidd qərarları ilə bilərəkdən lüzumsuz formada uzadılmışdır. Həmçinin yoxlama aktının 10-cu səhifəsində edilən qeydlərdən aydın olur ki, yoxlayıcı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısında 10 saylı Əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən iddiaçının fəaliyyətində istifadə olunmadığı və bu halın qanun pozuntusu kimi qiymətləndirildiyi bildirilir. Göstərilən qanunvericiliyə görə, QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyası) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. “Lisenziyalar və icazələr haqqında” Qanunla təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. İddiaçı isə zərgərlik işini yerinə yetirməklə məşğul olmur, bu sahədə emalçı və sifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Mülki Məcəllə ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir və qanuni əsaslıdır. Göründüyü kimi, cavabdeh istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edilən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən iddiaçının tətbiq etməməsini qanun pozuntusu kimi qiymətləndirmiş və buna görə iddiaçıya tam əsassız və qanunazidd olaraq, məsuliyyət müəyyən etmişdir. Həmçinin yoxlama aktının 9-cu səhifəsində edilən qeydlərdən aydın olur ki, cavabdeh 2018-ci ilin 5 ayı ərazində iddiaçının barter əməliyyatı aparmadığını qeyd etmişdir. Həmin aktın 11-ci səhifəsində isə tam əks ifadələr qeyd edilmişdir. Burada cavabdeh iddiaçının sifarişçilərə məxsus qızıl məmulatlarının ixrac və idxal dəyərlərini əsas götürməklə, həmin qızıl məmulatlarının sifarişçilərdən təhvil alınması və emaldan sonra geri təhvil verilməsini öz şəxsi və qanunazidd mülahizələrinə əsasən barter əməliyyatı kimi dəyərləndirmişdir. Əvvəla, aktın 11-ci səhifəsindəki bu qeyd aktın 9cu səhifəsindəki qeydi təkzib edir və ziddiyyətli ifadə hesab edilir. İkincisi isə, qüvvədə olan Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmiş sifariş müqavilələrinin şərtlərinə, qızıl məmulatlarının təhvil götürülməsi və ema ldan sonra geri qaytarılması barədə aktlara, habelə ixrac proseduru zamanı rəsmi müvəqqəti ixrac gömrük nəzarəti rejiminin tətbiqini təsdiqləyən gömrük bəyannamələri və bununla bağlı müvafiq dövlət orqanlarında aparılmış ekspertiza aktları və rəylərinə əsasən, həmin qızıl məmulatlarının iddiaçı tərəfindən özgəninkiləşdirilməsi barədə hər hansı belə qeyd olmamışdır. Eyni zamanda, həmin qızıl məmulatlarının özgəninkiləşdirilməsi ilə əlaqədar yalnız iddia cavabdeh tərəfindən göstərilən şəxsi mülahizələrdən başqa, hər hansı sübutedici fakt, dəlil, sənədlər ilə sübut olunmamış və əsaslandırılmamışdır. Beləliklə, Vergi Məcəlləsinin 159.1.4-cü maddəsinin müddəalarını və öz şəxsi qanunazidd mülahizələrini əsas göstərməklə, cavabdeh təkrar idxal olunan qızıl məmulatlarının dəyərini iddiaçının dövri yyəsi kimi müəyyən etmişdir. Rəsmi sənədlər ilə iddiaçının 2018-ci ilin 5 aylıq dövr üçün real ümumi dövriyyəsinin tərkibi açıqlanmış və 386111,05 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunla müəyyən edildiyi qaydaya uyğun olaraq, yoxlama zamanı düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, əksinə olaraq yoxlama aktının fərqli hissələrində biri-birinə ziddiyyətli ifadələr qeyd etməklə yanaşı, həmin ziddiyyətli ifadələrə əsasən, əsaslandırılmamış və tam qanunazidd vergitutma obyektini müəyyən etmişdir. Yoxlama aktının 11-ci səhifəsində edilən qeydlərdən aydın olur ki, cavabdeh öz şəxsi və qanunazidd mülahizələri ilə müvəqqəti ixrac və təkrar idxal əməliyyatlarını barter əməliyyat ları kimi qiymətləndirərək, iddiaçı üçün əsassız dövriyyə müəyyən etməklə, eyni zamanda iddiaçının ƏDV məqsədləri üçün qeydiyyatına alınması tarixini yanlış olaraq 2018-ci ilin mart ayından müəyyən etmişdir. Halbuki, rəsmi sənədlərə əsasən iddiaçının 2018-ci ilin 5 aylıq dövr üçün ümumi dövriyyəsinin aylar tərkibi açıqlanmış və 386111,05 manat olduğu müəyyən edilmişdir. Bu dövriyyənin aylar üzrə artan yekunla göstəricilərindən məlum olur ki, iddiaçının 2018-ci ilin may ayında dövriyyəsi artan yekunla 200000 manat həddi keçmişdir və bununla da növbəti hesabat ayının 1-dən, yəni xx.xx.2018-ci il tarixindən iddiaçının ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmışdır. Bununla cavabdeh, iddiaçının 2018-ci ilin mart-iyun ayları üçün ƏDV bəyannamələrinin vaxtında verilməməsinə görə hər bir hal üzrə 40 manat olmaqla, ümumilikdə 160 manat maliyyə sanksiyasını tətbiq etmişdir. Göründüyü kimi, cavabdehin bir halda qanun pozuntusu onun növbəti qanun pozuntusuna yol verməsinə gətirib çıxarmışdır.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanın xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıya münasibətdə növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr – xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) təyin edilmiş, səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli, **********168322 nömrəli akt tərtib olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən iddiaçı ilə 16 nəfər fiziki şəxs (“sifarişçilər”) arasında xidmət müqavil ələri bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən, sifarişçilərin özlərinə məxsus və mənəvi cəhətdən köhnəlmiş məmulatlarından alınan qızılı (külçə halında) Azərbaycan Respublikasından kənarda, Türkiyə Respublikasında müasir dövrün tələblərinə cavab verən qızıl məmulatlarına çevirmək üçün iddiaçıya təhvil verməsi və bu sahədə onun xidmətindən istifadə etməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilələrdə geri verilən qızıl məmulatının hər bir qramı üçün iddiaçıya 1,20 manat xidmət haqqının ödənilməsinə dair müddəalar da əks olunmuşdur. Müqavilənin şərtlərinə əsasən malların ixrac və idxalında gömrük əməliyyatları zamanı tutulan rüsum və ödənişlər, aksiz və ƏDV üzrə ödənişlərin həyata keçirilməsi iddiaçı tərəfindən sifarişçinin vəsaiti hesabına həyata keçirilməsi qeyd edilmişdir. Habelə, müqavilələrdə yeni məhsulların hazırlanması zamanı onların modellərinə və dizaynına müvafiq olaraq daşlardan istifadə edilirsə, onların dəyərinin ödənilməsi iddiaçı tərəfindən sifarişçinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə fiziki şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin şəxslərdən müxtəlif alış aktları ilə 992, 993, 994, 995 və 996 əyarlı qızıl külçə (lom formasında) 72757,20 qram qızıl məmulatları təhvil alınmış və Türkiyə Respublikasının “X3 ve Dış Tic. LTD Şti” şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən qızıl külçə Türkiyə Respublikasına emal olunması adı ilə ixrac olunmuşdur. Müqaviləyə əsasən “X3 ve Dış Tic. LTD Şti” şirkəti tərəfindən qızıldan müxtəlif zinət əşyalarının hazırlanması üçün hər qramına görə 0,5 ABŞ dolları haqq müəyyən edilmişdir. YGB-lərə əsasən ixrac olunmuş qızıl məmulatları 72577,20 qram çəkidə 2945039,25 ABŞ dolları və ya 5006594,74 manat məbləğində olmuşdur. Yoxlama ilə əhatə olunan dövr ərzində müxtəlif YGB-lərlə 585 və 750 əyarda 80280,37 qram miqdarında 2005180,92 ABŞ dolları və ya 3408807,57 manat dəyərində qızıl məmulatları və sirkon daş 4123,38 qram miqdarında 4123,38 ABŞ dolları və 7519,75 manat dəyərində idxal olunmuşdur. İddiaçı tərəfindən idxal olunmuş 585 və 750 əyarda 80280,37 qram qızıl məmulatlarının və 4123,38 qram sirkon daşın bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən həmin fiziki şəxslərə təqdim edilməsi kimi rəsmiləşdirilmişdir. Yoxlamaya təqdim edilmiş s ənədlərə əsasən iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən həmin qərarın 9 nömrəli əlavəsində “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının təhvil verilməsi haqqında Qaydalar”ın tələblərinə zidd olaraq müxtəlif fiziki şəxslərdən qəbul edilmiş qızıl külçə məmulatları, habelə emal edildikdən sonra idxal edilmiş qızıl məmulatları adi qaydada hazırlanmış təhvil-təslim aktları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan Qaydaların 9 nömrəli, 10 nömrəli (zərgərlik işləri üçün sifariş qəbzi) əlavələrinin (o cümlədən Forma № QM-1, Forma № SQ-1) tələblərinə əməl edilməmişdir. Vergi nəzarətinin keçirilməsinə köməklik göstərilməsi üçün xx.xx.2020-ci il tarixli, **********521400 nömrəli məktubla Dövlət Vergi Xidmətinin VCİABİ-nə müraciət olunmuş və görülmüş tədbirlər nəticəsində “sifarişçi” X1 izahat alınmışdır. Digər 14 nəfər “sifarişçi” isə, vergi nəzarəti tədbirlərinin keçirilməsinə köməklik göstərəcəklərini bildirdikləri halda, heç bir köməkli k göstərməmişlər. İddiaçı tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin vergidənyayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə Vergi Məcəlləsinin 157.3.1, 159.1, 159.4-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Beləliklə, idxal olmuş və təhvil-təslim aktlarına əsasən ayrı-ayrı şəxslərə təqdim edilmiş (idxal rüsumları daxil olmaqla) 3627257,13 manat məbləğində (o cümlədən 585 və 750 əyarda 80280,37 qram qızıl məmulatları və 4123,38 qram sirkon daş) qızıl məmulatları 18% dərəcə ilə vergiyə cəlb edilməklə 652906,28 manat məbləğində ƏDV hesablanmışdır. Eyni zamanda yoxlama ilə YGB-ə əsasən idxalda 52005,07 manat məbləğində ƏDV ödənildiyi, lakin əvəzləşdirilmədiyi müəyy ən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 175.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, idxalda ödənilmiş 52005,57 manat ƏDV məbləği yoxlama ilə əvəzləşdirilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 157.3.1, 159.1, 175.1.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2018-ci ilin mart-iyun ayları üzrə 600900,31 (652906,28 – 52005,57) manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 59.1ci maddəsinə əsasən ƏDV-nin ayrı-ayrı aylar üzrə 636705,36 manat azaldılmasına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 318352,68 manat məbləğində maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. Vergi yoxlamasının materiallarına baxılmanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli, **********136744 nömrəli qərar çıxarılmış, ƏDV-nin 600900,31 manat azaldılması müəyyən edilərək 318352,68 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 02 mart 2023-cü il tarixli, 2-1(112)-105/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********136744 nömrəli qərarı “14024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin mü ddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, inzibati orqan 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, eləcə də müddətin artırılması barədə qərarlarla yoxlama müddətini ilkin 30 günlük müddəti keçdikdən sonra artırmışdır. Halbuki, Vergi Məcəlləsi (maddə 38) səyyar vergi yoxlaması üzrə müddətin hesablanmasını iş günü ilə müəyyən etməmiş, həmçinin yoxlamanın artırılması müddətini 90 gün deyil, ilkin yoxlama müddətinin artırılmış müddətlə birlikdə 90 günədək davam edə bilməsini nəzərdə tutmuşdur. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi Ədliyyə Nazirliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması ba rədə qərarlar daxil edilməlidir. Eyni zərurət, vergi orqanı tərəfindən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar qəbul edildikdə də yaranır. Belə ki, sözügedən qərarın qəbulu özlüyündə səyyar vergi yoxlaması müddətinin artırılmasını da ehtiva edir. İşdə olan sənədlərlə məlum olur ki, vergi orqanı “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarının həmin reyestrə daxil olunmasını təmin etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən “İnzibati icraat haqqında” Qanunun 48-ci maddəsinin, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, “Sahibkarlıq sahəsində aparılan yoxlam aların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur.

9. İddiaçı ilə sifarişçilər arasında, habelə onunla Türkiyə Respublikasındakı malları emal edən şirkət arasında bağlanmış müqavilələr qüvvədə olduğu, eləcə də digər dövlət orqanlarının (Maliyyə Nazirliyi və gömrük orqanları) müvəqqəti ixrac və sonradan emal olunmuş qızıl məmulatlarının təkrar idxal gömrük prosedurları altında yerləşdirilməsinə ekspert rəyləri və bəyannamələrlə razılıq verdikləri, Gömrük Ekspertiza İdarəsinin ekspertiza tədqiqatının nəticəsində iddiaçı tərəfindən idxal olunan qızıl məmulatları “emaldan sonra idxal olunan zərgərlik məmulatı” kimi qiymətləndirdiyi, bununla da digər inzibati orqanlar başqa inzibati icraatlarda həmin halları qəbu l etdikləri halda, cavabdeh vergi orqanı bunun əksinə olaraq ehtimal və mülahizələrə əsaslanaraq, bu əməliyyatı “barter” qismində qiymətləndirməklə iddiaçıya müvafiq məbləğdə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyə üzrə mal təqdim edilməsinə görə əlavə vergi məbləği hesablamışdır. Halbuki, əməliyyatın “barter” xarakterli olması üçün Türkiyə Respublikasındakı şirkətə göndərilən qızıl məmulatı ixracatçı kimi iddiaçının özünə məxsus olmalı idi. Lakin iş materiallarındakı yük gömrük bəyannamələri, müqavilələr, ekspert rəyi və aktları, qəbzlər, müvafiq təhvil-təslim və üzləşmə aktları sifarişçilərdən təhvil alınaraq Türkiyə Respublikasına göndərilmiş qızıl məmulatlarının iddiaçıya məxsus olmamasını və emal məqsədilə müvəqqəti ixrac olunduğunu tam şəkildə təsdiqləyir. Eləcə də, cavabdeh orqa n bunu “barter” əməliyyatı kimi adlandırsa da, səyyar vergi yoxlaması aktının 9-cu səhifəsində bunu inkar edərək iddiaçı müəssisədə “barter” əməliyyatının aşkar edilməməsini göstərmişdir. Belə olan təqdirdə, ümumiyyətlə cavabdehin iddiaçının “barter” əməliyyatları aparması ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Sözügedən hallar həmçinin şahid ifadələri ilə də, öz təsdiqini tapmışdır.

10. Yoxlama zamanı vergi orqanı Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli, Q-09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı”nda 10 nömrəli əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 formalı qəbzlərdən istifadə olunmamasını iddiaçının fəaliyyətində pozuntu kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı “zərgərlik” fəaliyyəti ilə məşğul olmur, çünki bu barədə müvafiq xüsusi razılıq (lisenziya) tələb olunur və ona verilməmişdir. Cavabdeh iddiaçının xidmət müqavilələrini uydurma əqd kimi qiymətləndirir. Qanunvericiliyə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mühasibat uçotu qaydalarına riayət edilməməsi xidmət müqavilələrinin uydurma əqd olmasına deyil, mühasibat uçotunun qaydalarının pozulmasına dəlalət edir ki, iddiaçı yalnız buna görə məsuliyyət daşıya bilər. Məhkəmə inzibati orqanın bu mövqeyini də, əsaslı saymır.

11. Həmçinin, iddiaçının 5 aylıq yoxlama dövründə 2 nəfər işçi cəlb olunmaqla və fəaliyyət göstərdiyi təsərrüfat subyekti 10 kv.m təşkil etdiyi hald a (bunlar inzibati orqan tərəfindən təkzib olunmamışdır), onun dövriyyəsi və ona münasib vergi yükü yetərli sübutlarla müəyyənləşdirilməlidir. Vergi məbləğləri yalnız Vergi Məcəlləsində nəzərdə tutulan hallar və qaydada hesablana bilər. Bu hesablamalar isə, konkret rəsmi sənədlərə istinadən aparılmalıdır. İddiaçının dövriyyəsi ilə əlaqədar məhkəmə icraatında özünün etiraf etdiyi xüsusatlara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının öhdəliyi qızıl məmulatlarının xarici ölkəyə emal üçün göndərilməsi və emaldan sonra ölkə ərazisinə qaytarılmış hazır məhsulun məmulatların sahiblərinə verilməsindən ibarət olsa da, bütöv bu əməliyyat çərçivəsində iddiaçının dövriyyəsi və vergi öhdəliyi heç də onun vergi orqanına təqdim etdiyi bəyannamələrdəki məbləğlərdə deyil. Belə ki, müvafiq hesabat dövrün dəki aparılan əməliyyatlar çərçivəsində dövriyyə müəyyənləşdirilərkən sifarişin yerinə yetirilməsi üçün xidmət haqqı ilə yanaşı, həm də iddiaçının xaricdəki şirkətə emalla əlaqədar ödədiyi xidmət haqqı, emal üçün qızıl məmulatlarına əlavə olunan daşların (sirkon) dəyəri nəzərə alınmalıdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən 2018-ci ilin yanvar – iyun ayları üçün 70729,43 manat dövriyyə bəyan etmişdir. Halbuki yanvar – may ayları üzrə bütün müvafiq məbləğlər nəzərə alınmaqla qurumun sadələşdirilmiş vergi üzrə dövriyyəsi 269836,77 manat olmuşdur və bununla da iddiaçı 2018-ci ilin may ayında Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq ƏDV məqsədləri üçün həmin ilin iyun ayının 1-dən ƏDV məqsədləri üçün qeydiyyata alınmalı idi. Onun 2018-ci ilin iyun ayı üçün dövriyyəsi yuxarıda qey d edilən müvafiq haqq və dəyərlər də nəzərə alınmaqla 102814,07 manat (ƏDV-siz) təşkil edir. İddiaçının sadələşdirilmiş vergi üzrə dövriyyə yayındırılması 199107,34 manat və bu dövriyyə üzrə yayındırılmış sadələşdirilmiş vergi məbləği 7964,29 manatdır. Eyni zamanda 2018-ci ilin iyun ayı üçün ƏDV üzrə dövriyyə yayındırılması 102814,07 manat və bu dövriyyə üzrə müvafiq əvəzləşmə (2018-ci ildə gömrük orqanında idxal YGB üzrə ödənilmiş 12446,50 manat) nəzərə alınmaqla ƏDV yayındırılması 6060,03 manat (18506,53 – 12446,50 manat) təşkil edir. Ümumi azaldılmış vergi məbləği 14024,32 (6060,03 + 7964,29) manatdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********136744 nömrəli qərar qismən, yəni 14024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə qanuna ziddir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Şərafət Məmmədova) 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-164/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödə mək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cüml ədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxs lər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nüma yəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəl i şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

19. Azə rbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam fakt iki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın q əbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********136744 nömrəli qərarın “140 24,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla, qalan hissədə ləğvinə nail olmaqdan ibarətdir.

27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ayrı-ayrı fiziki şəxslərdən qızıl məmulatlarının alınaraq Türkiyə Respublikasına göndərilməsi və emal edildikdən sonra hazır məhsulun yenidən idxal edilib həmin şəxslərə qaytarılması xidmətini göstərdiyini və bu məqsədlə qızıl məmulatının hər qramına görə 1,2 manat xidmət haqqı aldığını bildirmişdir.

28. Qeyd olunan fəaliyyətin həqiqiliyinin təsdiqi üçün iddiaçı tərəfindən qızıl məmulatlarının Türkiyə Respublikasında həmin işi görən şirkətə təqdim edilməsinə dair müvafiq sənədlər, həmçinin aralarında bağlanmış müqavilənin icrası ilə bağlı həmin şirkətə edilmiş ödə nişlərə dair sübutlar mövcud olmalıdır. İddiaçı isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

29. Həmçinin iddiaçı tərəfindən sifarişçilərdən qəbul edilmiş, eləcə də emal edildikdən sonra sifarişçilərə təqdim edilmiş qızıl məmulatlarının çeşidi barədə də hər hansı sənəd iş üzrə materiallara əlavə edilməmişdir.

30. Bundan başqa, iddiaçının ixrac etdiyi qızıl məmulatlarının çəkisi (72577,20 qram) sonradan idxal etdiyi qızıl məmulatlarının çəkisindən (80280,37 qram) aşağıdır.

31. Qeyd edilən halların aydınlaşdırılması Türkiyə Respublikasına emal olunduqdan sonra yenidən idxal edilən qızıl məmulatlarının iddiaçının öz dövriyyəsi olduğunun və ya iddiaçının həqiqətən də sözügedən sahədə xidmət göstərdiyinin müəyyən edilməsi baxımından əhəmiyyət daşıyır.

32. Apellyasiya instansiy ası məhkəməsi isə qeyd edilən ziddiyyətli halları nəzərə almamış, həmin halların aydınlaşdırılması və aradan qaldırılması istiqamətində lazımi araşdırma aparmamışdır.

33. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbi lovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

35. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər b ir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-164/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar