Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-556/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati aktın təqdim edilməsi; iddianın mümkünlük şərtlərinin yoxlanılması; əsaslandırılmamış inzibati akt; müddət ötürülməklə hesablanmış vergi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehi n nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın və şəxsi hesab vərəqəsinə edilmiş düzəlişin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarından və qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdehin xx.xx.2018-ci il tarixli **********167447 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya 2014-cü ilin yol vergisi üzrə 224.96 manat, 2014-cü il üçün mənfəət vergisi üzrə 248228.29 manat, 2014-cü ilin əmlak vergisi üzrə 32.81 manat, 2015-ci ilin əmlak vergisi üzrə 65.62 manat, 2016-cı ilin əmlak vergisi üzrə 855.12 manat hesablanmışdır və 20152016-cı illərin əmlak vergisinin azaldılmasına görə 460.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
2. Bundan əlavə, xx.xx.2015-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsindən 395462.01 manat silinmiş (eyni gündə 5 əməliyyat həyata keçirilmiş-silinmiş, düzəliş, silinmiş, düzəliş, silinmiş), daha sonra isə silinmiş məbləğ xx.xx.2018-ci il tarixdə texniki səhv adı altında bərpa edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018ci il tarixli ** ********135997 nömrəli səyyar vergi yoxlaması aktının, xx.xx.2018-ci il tarixli **********167447 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və xx.xx.2018-ci il tarixə xx.xx.2015-ci il dövrə görə şəxsi hesab vərəqəsinə işlənmiş düzəlişin ləğv edilməsi və Vergi Məcəlləsinin 62.3, 63.4.1, 63.4.2-ci maddələrinə əsasən səhv tutulan məbləğlərə görə kompensasiya hesablanması, həmin məbləğlərdən İddiaçı MMC-yə faizlər hesablanmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğləri əsassız olmuşdur, həmçinin xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi vərəqəyə edilmiş d üzəlişin hüquqi əsası yoxdur. Belə ki, mənfəət vergisi hesablanarkən əvəzləşdirilməmiş ƏDV məbləğlərinin xərclərə daxil edildiyi nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin “Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi” üzrə Azərbaycan Respublikası Hesablama Palatasının Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinin auditi haqqında xx.xx.2014-cü il tarixdə tərtib olunmuş akta əsasən, xx.xx.2014-cü il tarixdə 2041287.00 manat məbləğdə hissəsi həmin yolun çatışmazlıqlarının bərpası üçün geri, Kürdəmir RİH-in bank hesabına nağd qaydada ödənilmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən vergi hesablamalarının hansı qaydada aparılması aydın deyildir.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisələndirilən qərar v ergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə imzalanıb möhürlənməklə qəbul edilmiş, lakin iddia ərizəsi xx.xx.2018-ci il tarixdə verilmişdir. Bununla da iddia müddəti ötürülmüşdür. Bundan əlavə, yoxlama zamanı əldə edilmiş bank məlumatlarına əsasən, müəssisə tərəfindən real gəlirlərin gizlədildiyi müəyyən edilmişdir. Belə ki, hesabat dövründə müəssisənin bank hesabına 6881453.81 manat daxil olmuş və qeyd olunan vəsaitdən 1695762.71 manat hissəsinin Hesablama Palatasının keçirdiyi auditin nəticələrinin AR-nin Baş Prokuroru yanında KQMİ-də araşdırılması nəticəsində 2013-cü ildə görülmüş işlər üzrə aşkar edilmiş nöqsanlara görə yol tikintisinin bərpa edilməsi məqsədi ilə nağd qaydada büdcə xəzinədarlıq hesabına qaytarıldığı müəyyən edilmişdir. Xərc sənədləri yoxlamaya təqdim edilmədiy indən iş üzrə təyin edilmiş “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə Forma - 2 aktlara əsasən, müəssisənin 2014-cü il üzrə material həcminin dəyəri 3473171.25 manat, görülən işlərə sərf edilmiş yanacağın qiyməti 6520.00 manat, həmçinin bəyannamə məlumatlarına əsasən 40385.00 manat əmək haqqı, 6870.60 manat sosial sığorta haqları, 20492.96 manat bank xərci, 229672.51 manat sair xərclər müəyyən edilmişdir. Müəssisənin 2014-cü ildə bank hesabına daxil olmuş 6881453.81 manat vəsaitdən həmin il geri qaytarılmış 1695762.71 manat vəsait çıxıldıqdan sonra 2014-cü il üzrə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, yoxlama zamanı əmlak vergisinin 953.55 manat azaldılması (o cümlədən 2014-cü ildə 32.81 manat, 2015-ci ildə 65.62 manat və 2016-cı ildə 855.12 manat) aş kar olunmuşdur. Qeyd olunan azalma amortizasiya olunan daşınan əmlakın, o cümlədən maşın mexanizmlərin satışı ilə əlaqədar olmuşdur. Belə ki, yoxlama ilə hər hansı əmlakın satılmadığı müəyyən edildiyindən müvafiq nəqliyyat vasitələrinə münasibətdə əmlak vergisi hesablanmışdır. Eyni zamanda, müəssisənin istifadəsində 4.249,0 m3 və 5.700,0 m3 həcmində nəqliyyat vasitələrinin qalması ona yol vergisinin hesablanması üçün əsas olmaqla, 2014-cü ildə 224.96 manat əlavə vergi məbləği hesablanmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 saylı, xx xxxx 2019cu il tarixli qərardadı ilə (hakim: A.Abdullayeva) iddia tələbi ilə bağlı iddiaçı tərəfindən ötürülmüş prosessual müddət üzürlü hesab edilərək bərpa edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirilən qərarı hansı tarixdə alması mübahisəlidir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən alınmış qərarın nüsxəsində tarix göstərilməmişdir. Qeyd edilənlərə əsəsən ötürülmüş prosessual müddət bərpa edilməlidir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 saylı, xx xxxx 2019cu il tarixli qərardadı ilə (hakim: A.Abdullayeva) iddia “cavabdehin səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2018-ci il tarixli **********135997 nömrəli aktının ləğv edilməsi, Vergi Məcəlləsinin 62.3, 63.4.1, 63.4.2-ci maddələrinə əsasən, səhv tutulan məbləğlərə görə kompensasiya hesablanması, həmin məbləğlərdən iddiaçıya faizlər hesablanmasının cavabdehin üzərinə qoyulması tələbləri”nə dair hissədə mümkün sayılmamışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 saylı, x x xxxx 2019cu il tarixli qərarı ilə (hakim: A.Abdullayeva) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********167447 nömrəli qərarı ləğv edilmiş, şəxsi vərəqəyə xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə işlənmiş düzəliş ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, ekspertiza iş materiallarında olan sənədlər əsasında aparıldığından, ekspert rəyi işdəki sənədlərlə ziddiyyət təşkil etmədiyindən, ekspert qarşısında qoyulan suallara ətraflı cavab verildiyindən mötəbərdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in 2-1(81)-788/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından və qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə qərarın və qərardadın ləğv olunması, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.Məmmədov, hakimlər: E.Nağıyeva və A.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.Məmmədov, hakimlər: E.Nağıyeva və A.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, ona istinad edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə iddiaçının şəxsi vərəqəsinə 395462.01 manat məbləğdə düzəliş edilməsi də qa nunsuz olmuşdur.
16. Apelyasiya instansiyası məhkəməsinin qərar və qərardadından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın və qərardadın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı hazırkı tələblə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddia verilməsi müddətini ötürmüşdür. Qeyd edilən halla bağlı vergi orqanı tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə vəsatətlə müraciət olunsa da, məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardadla iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilərək iddia mü ddəti bərpa edilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, iddiaçının mübahisələndirilən qərarı hansı tarixdə alması mübahisəli olduğundan və bu da iddia müddətinin üzrlü səbəbdən buraxılmasına əsas yaratdığından buraxılmış prosessual müddət bərpa edilməlidir. Apellyasiya məhkəməsi isə heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərardaddan verilmiş apelyasiya şikayətini təmin etməmişdir. Məhkəmənin bu mövqeyi əsassızdır. Belə ki, üzürlü səbəb dedikdə xəstəlik, qocalıq, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ya sair üzürlü hallar başa düşülür ki (MPM, maddə 102.5), sözügedən iş materiallarında belə halların baş verməsi ilə əlaqədar hər hansı sübut yoxdur. Digər tərəfdən, mübahisələndirilən qərarın iddiaçıda olan nüsxəsində tarixin qeyd edil məməsi səbəbindən qərarın təqdim edilmə tarixinin mübahisəli olması ilə bağlı məhkəmənin qeyd etdikləri də əsassızdır. Belə ki, mübahisələndirilən qərarın vergi orqanında olan nüsxəsinə nəzər saldıqda görünür ki, vergi ödəyicisi tərəfindən qərarın imzalanma tarixi olaraq xx.xx.2018-ci il qeyd edilmişdir. Həmçinin, iddiaçının özündə olan məsuliyyət qərarına imzalama tarixini qeyd etməməsi onun özünə aid məsələdir və əsas odur ki, məsuliyyət qərarının vergi orqanında olan nüsxəsində onun təqdim edilməsinin imzalanma tarixi dəqiqliklə qeyd edilmişdir.
18. Yoxlama zamanı əldə edilmiş bank məlumatlarına əsasən, müəssisə tərəfindən real gəlirlərin gizlədildiyi müəyyən edilmişdir. Belə ki, hesabat dövründə müəssisənin bank hesabına 6881453.81 manat daxil olmuş və qeyd olunan vəsaitdən 1695762.71 manat hissəsinin Hesablama Palatasının keçirdiyi auditin nəticələrinin AR-nin Baş Prokuroru yanında KQMİ-də araşdırılması nəticəsində 2013-cü ildə görülmüş işlər üzrə aşkar edilmiş nöqsanlara görə yol tikintisinin bərpa edilməsi məqsədi ilə nağd qaydada büdcə xəzinədarlıq hesabına qaytarıldığı müəyyən edilmişdir. Xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən iş üzrə təyin edilmiş “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə Forma -2 aktlara əsasən müəssisənin 2014-cü il üzrə material həcminin dəyəri 3473171.25 manat, görülən işlərə sərf edilmiş yanacağın qiyməti 6520.00 manat, həmçinin bəyannamə məlumatlarına əsasən 40385.00 manat əmək haqqı, 6870.60 manat sosial sığorta haqları, 20492.96 manat bank xərci, 229672.51 manat sair xərclər müəyyən edilmişdir. Müəs sisənin 2014-cü ildə bank hesabına daxil olmuş 6881453.81 manat vəsaitdən həmin il geri qaytarılmış 1695762.71 manat vəsait çıxıldıqdan sonra 2014-cü il üzrə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, yoxlama zamanı əmlak vergisinin 953.55 manat azaldılması (o cümlədən 2014-cü ildə 32.81 manat, 2015-ci ildə 65.62 manat və 2016-cı ildə 855.12 manat) aşkar olunmuşdur. Qeyd olunan azalma amortizasiya olunan daşınan əmlakın, o cümlədən maşın mexanizmlərin satışı ilə əlaqədar olmuşdur. Belə ki, yoxlama ilə hər hansı əmlakın satılmadığı müəyyən edildiyindən müvafiq nəqliyyat vasitələrinə münasibətdə əmlak vergisi hesablanmışdır. Eyni zamanda, müəssisənin istifadəsində 4.249,0 m3 və 5.700,0 m3 həcmində nəqliyyat vasitələrinin qalması ona yol vergisinin hesablanması üçün əsas olmaqla, 2014-cü i ldə 224.96 manat əlavə vergi məbləği hesablanmışdır.
19. Sübut qismində qəbul edilən ekspert rəyinin məzmunu, aparılmış tədqiqatın düzgünlüyü məhkəmə tərəfindən araşdırılmamış, tədqiq olunmamış ekspert rəyinə istinad olunaraq iş üzrə yekun qərar qəbul edilmişdir.
20. Bundan əlavə, vergi ödəyicisinin şəxsi vərəqəsinə 3 illik müddət keçdikdən sonra edilmiş düzəliş ona hər hansı bir vergi hesablanması ilə əlaqədar deyil, sadəcə yol verilmiş texniki səhvin aradan qaldırılması ilə əlaqədar olmuşdur. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsindən texniki səhv nəticəsində silinmiş 395462.01 manat vergi borcu yenidən iddiaçının şəxsi vərəqəsinə bərpa edilmişdir. Əgər qeyd olunan məbləğdə vergi borcunun həqiqətən silinməli olması ilə bağlı hər hansı bir sübut - dəlil olsaydı, o zaman işə birinci inst ansiya məhkəməsində baxılan zaman iddiaçı həmin sübutu təqdim edərdi.
21. Digər tərəfdən, məhkəmə tərəfindən belə qənaətə gəlinmişdir ki, vergi ödəyicisinə 3 illik müddət ötdükdən sonra vergi hesablanmış və Vergi Məcəlləsinin 37-ci, 83.3-cü və 85.4-cü maddələrinin tələbləri pozulmuşdur. Lakin iddiaçıya münasibətdə hər hansı bir yoxlama (kameral və səyyar) aparılmadığından sözügedən düzəlişlə bağlı yaranmış mübahisəyə qeyd olunan normaların heç bir aidiyyəti yoxdur. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində yol verilmiş hər hansı bir səhvin vergi orqanı tərəfindən düzəldilməsi ilə bağlı Vergi Məcəlləsində hər hansı bir müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası nın 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadının 60-cı bəndinə əsasən, hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul edilməsi tələb olunmur. İddiaçıya məxsus şəxsi hesab vərəqəsində aparılmış düzəliş heç bir əlavə verginin hesablanması ilə əlaqədar olmamışdır. Vergi orqanı səhvən sildiyi məbləği yenidən şəxsi hesab vərəqəsinə bərpa etmişdir. Məhkəmə və ekspert isə səhvə yol verərək bu əməliyyatı iddiaçıya vergi hesablanması kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
24. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmu ş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.3.... Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
27. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya mümkünlüyü, kassasiya baxışının hədləri
28. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərar və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətləri əsassızdır və bununla bağlı aşağıdakıları qeyd edi r.
31. Belə ki, hazırkı iş üzrə iddiaçıya vergi orqanı tərəfindən mübahisələndirilən qərarla 2014-cü ilin yol vergisi üzrə 224.96 manat, 2014-cü il üçün mənfəət vergisi üzrə 248228.29 manat, 2014-cü ilin əmlak vergisi üzrə 32.81 manat, 2015-ci ilin əmlak vergisi üzrə 65.62 manat, 2016-cı ilin əmlak vergisi üzrə 855.12 manat hesablanmışdır və 20152016-cı illərin əmlak vergisinin azaldılmasına görə 460.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
32. Kassator ilk növbədə iddiaçı tərəfindən iddia verilməsi müddətinin ötürüldüyünü və bu məsələyə məhkəmələr tərəfindən düzgün qiymət verilmədiyini bildirir.
33. Hazırkı iş üzrə ötürülmüş prosessual müddət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə bərpa edilmiş və məhkəmə hesab et mişdir ki, iddiaçının mübahisələndirilən qərarı hansı tarixdə alması mübahisəlidir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən alınmış qərarın nüsxəsində tarix göstərilməmişdir. Kassator isə bildirir ki, iddiaçıda olan nüsxədə qərarın hansı tarixdə alınmasının göstərilməməsi müddətin bərpası üçün əsas deyildir. Belə ki, qərarın vergi orqanında olan nüsxəsində qərarın təqdim edildiyi tarix göstərilib.
34. Göründüyü kimi, tərəflər arasında qərarın təqdim edilmə vaxtı ilə bağlı mübahisə mövcuddur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbi baxımından qərarının surəti iddiaçı müəssisəyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilməli idi. Hazırkı iş üzrə isə mübahisələndirilən qərarın iddiaçıda olan surətində qərarı n verilmə tarixi göstərilməmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə vergi orqanı yalnız qərarın onda olan surətində qərarın verilmə tarixinin göstərilməsi halına istinad etmiş, qərarın iddiaçıya təqdim edilmiş surətində verilmə tarixinin göstərilməməsinin səbəblərini izah edə və qərarın həqiqətən xx.xx.2018-ci il tarixdə verilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçı tərəfindən iddia ərizəsinin prosessual müddət ötürülməklə verilməsi ilə bağlı kassatorun dəlilləri əsassızdır.
35. Məhkəmə kollegiyası iddia tələbinin mahiyy əti ilə bağlı isə aşağıdakıları qeyd edir.
36. İlk növbədə, hazırkı iş üzrə iddiaçıya vergi orqanı tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli qərarla 2014-cü il üzrə yol vergisi üzrə 224.96 manat, 2014-cü il üçün mənfəət vergisi üzrə 248228.29 manat, 2014-cü il üzrə əmlak vergisi üzrə 32.81 manat hesablanması Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, 2014-cü ilin yol vergisi, əmlak vergisi və mənfəət vergisi üzrə hesabat dövrünün qurtarmasından 3 ildən artıq müddət keçdiyindən həmin vergilərin hesablanması qanunsuzdur.
37. Belə olan halda, ekspertizanın nəticəsinə əsaslanaraq iddia tələbinin təmin edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kassatorun dəlilləri 2014-cü ilin yol vergisi, əmlak vergisi və mənfəət vergisi ilə b ağlı hissədə əsaslı deyildir. Belə ki, həmin vergilər üzrə hesablamanın aparılması müddət ötürülməklə həyata keçirildiyindən, həmin vergilərin hansı qaydada və hansı əsasla hesablanmasının məhkəmə tərəfindən araşdırılmasına, o cümlədən aşağı instansiya məhkəmələri tərəfindən istinad olunan ekspert rəylərinin mötəbərliliyinə qiymət verilməsinə zərurət yoxdur.
38. Məhkəmə kollegiyası mübahisələndirilən qərarla hesablanmış 2015-ci ilin əmlak vergisi üzrə 65.62 manat, 2016-cı ilin əmlak vergisi üzrə 855.12 manat və 2015-2016-cı illərin əmlak vergisi üzrə 460.37 manat maliyyə sanksiyası tətbiq edilməsi ilə əlaqədar isə aşağıdakıları qeyd edir.
39. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair aktda həmin vergilərin hesablanmasına əsas kimi amortizasiya olunan daşınan əmlakın, o cümlə dən maşın mexanizmlərin satışı göstərilmişdir.
40. Lakin səyyar vergi yoxlamasında, həmçinin iddia tələbinə etirazda və kassasiya şikayətində əmlak vergisinin hansı qaydada hesablanması göstərilməmişdir. Halbuki, inzibati icraatın tələbləri baxımından yazılı inzibati akt yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
41. Kassasiya şikayətində də hesablamanın hansı qaydada aparılması göstərilməmiş ümumi şəkildə qeyd olunmuşdur ki, yoxlama ilə hər hansı əmlakın satılmadığı müəyyən edildiyindən müvafiq nəqliyyat vasitələrinə münasibətdə əmlak vergisi hesablanmışdır.
42. Beləliklə, 2015-2016-cı illərin əmlak vergisi üzrə hesbalanmış vergi məbləği və tətbiq edilmiş maliyyə sanksiyası əsaslandırılmadığından mübahisələndirilən qərar həmin hissədə də qanunsuzdur.
43. Beləliklə, xx.xx.2018-ci il tarixli **********167447 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar vergi qanunvericiliyinin normalarının pozulması ilə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı olmuşdur.
44. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi - xx.xx.2018-ci il tarixə xx.xx.2015-ci il dövrə görə şəxsi hesab vərəqəsinə işlənmiş düzəlişin ləğv edilməsi – tələbi ilə bağlı işə aşağıdakıları qeyd edir.
45. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixdə iddi açının şəxsi hesab vərəqəsindən 395462.01 manat silinmiş (eyni gündə 5 əməliyyat həyata keçirilmiş - silinmiş, düzəliş, silinmiş, düzəliş, silinmiş), daha sonra isə silinmiş məbləğ xx.xx.2018-ci il tarixdə bərpa edilmişdir (eyni gündə 3 əməliyyat- silinmə, düzəliş, düzəliş). Son nəticədə xx.xx.2015-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsindən silinmiş 395462.01 manat xx.xx.2018-ci il tarixdə bərpa edilmiş, cavabdeh isə bunu belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsindən 395462.01 manatın silinməsi texniki səhv olmuş, xx.xx.2018-ci il tarixdə isə həmin texniki səhv aradan qaldırılmaqla silinmiş məbləğ bərpa edilmişdir.
46. Kassator kassasiya şikayətində qeyd edir ki, “vergi ödəyicisinin şəxsi vərəqəsinə 3 illik müddət keçdikdən sonra edilmiş düzəliş ona hər hansı bir vergi hesablanması ilə əlaqədar deyil, sadəcə yol verilmiş texniki səhvin aradan qaldırılması ilə əlaqədar olmuşdur. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsindən texniki səhv nəticəsində silinmiş 395462.01 manat vergi borcu yenidən iddiaçının şəxsi vərəqəsinə bərpa edilmişdir. Əgər qeyd olunan məbləğdə vergi borcunun həqiqətən silinməli olmağı ilə bağlı hər hansı bir sübut - dəlil olsaydı, o zaman işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı həmin sübutu təqdim edərdi.”
47. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il tarixdə aparılmış əməliyyatla iddiaçının şəxsi hesab vərəqəsindən silinmiş 395462.01 manatın bərpa edilməsinin nəyin əsasında həyata keçirildiyi, başqa sözlə, xx.xx.2015-ci il tarixdə silinmiş məbləğin səhvən silinməsi, texniki sə hv olması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, kassator “əgər qeyd olunan məbləğdə vergi borcunun həqiqətən silinməli olmağı ilə bağlı hər hansı bir sübut dəlil olsaydı, o zaman işə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçı həmin sübutu təqdim edərdi” kimi dəlil irəli sürmüşdür. Halbuki, inzibati orqan kimi onun tərəfindən edilmiş hərəkətlərin qanuniliyini sübut etmək yükü vergi orqanının üzərinə düşür. Belə ki, vergi orqanı iddia edir ki, xx.xx.2015-ci il tarixində 395462.01 manat məbləğin silinməsi texniki səhv olmuşdur. Bu halda, həmin silinmənin səhvliyi və daha sonra silinmiş məbləğin bərpa edilməsinə dair əməliyyatın qanuniliyi vergi orqanı tərəfindən sübuta yetirilməli idi. Lakin cavabdeh vergi o rqanı bu halı “texniki səhv” adlandırmaqla kifayətlənmiş, 3 ildən sonra həmin məbləği iddiaçının şəxsi hesab vərəqəsinə bərpa etməklə onun üçün əlavə vergi borcu yaranmasına səbəb olan hərəkətini əsaslandırmamışdır. Belə olan halda, xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə şəxsi vərəqəyə işlənmiş düzəlişin ləğv edilməsinə dair apellyasiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının və qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı və qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.