Məhkəmə qərarları › İş №2-1(102)-556/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-556/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-556/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması; işin hallarının araşdırılmaması, ziddiyyətlərin aradan qaldırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tovuz rayon Qovlar b ələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-199/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qovlar bələdiyyəsinin xx.xx.2033-cü il tarixli 8 saylı qərarına əsasən iddiaçıya 30 kv.m. torpaq sahəsi satılmışdır. Həmin sahədə iddiaçı bir otaqlı tikili inşa etmişdir.

2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-230-2003 nömrəli qətnaməsi ilə, Qovlar bələdiyyəsinin xx.xx.2033-cü il tarixli 8 saylı qərarı ləğv olunmuş, həmin qərar əsasında İddiaçı inşa etdiyi yarımçıq tikilinin sökülməsi, İddiaçı sahibkarlıq məqsədi ilə mağaza üçün başqa yerdə t orpaq sahəsi ayrılması Qovlar bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir.

3. Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 10 nömrəli iclas protokolu ilə, iddiaçının müraciəti, Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(62)-230/2003 saylı qətnaməsi və xx.xx.2021-ci il tarixli icra vərəqəsi, həmçinin Tovuz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu nəzərə alınaraq iddiaçının razılığı ilə sahibkarlıq məqsədi üçün Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən «Yonca yeri» adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 1 dekabr 2021-c i il tarixli məktub ilə iddiaçının tələbini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərərına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən verilmiş 0.10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2003-cü il tarixli, 2-230-2003 saylı qətnaməsinə əsasən iddiaçıya sahibkarlıq məqsədi ilə mağaza üçün başqa yerdə torpaq sahəsinin ayrılması Qovla r bələdiyyəsinə həvalə edilmişdir. Həmin qətnamə icra olunmadığına görə 2021-ci ilin oktyabr ayında rəsmi ərizə ilə müraciət edərək, həmin qətnaməni icraya yönəldiləməsini xahiş etmişdir. İcra sənədi Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən Tovuz rayon Qovlar bələdiyyəsinə göndərilmiş və sonuncunun xx.xx.2021-ci il tarixli iclas protokolu və qərarına əsasən ona Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri” adlanan ərazidən 0,10 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçı həmin sahəyə hüquqmüəyyənedici sənədlərin verilməsi üçün cavabdehə müraciət etsə də, lakin tələbi təmin edilməmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının id dia etdiyi torpaq sahəsini Tovuz rayon Qovlar bələdiyyəsindən əldə etdiyini bildirsə də, hüquqlarının qeydiyyatı üçün vacib olan alqı-satqı müqaviləsi və torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq icra hakimiyyətinin rəyini ərizəyə əlavə etməmişdir. Bundan əlavə bələdiyyə qərarında 0.10 ha torpaq sahəsinin ayrılması qeyd edilsə də, hansı təyinatlı torpaq sahəsinin ayrılması qeyd edilməmiş, eyni zamanda qərara torpaq sahəsini plan və ölçü sənədi, ayrıc aktı, yerləşmə sxemi və məsafələr qeyd edilməmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2457/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərərına əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının d aşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda alğı-satqı müqaviləsi tərtib etmədən) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab e dilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından və bu məsələ cavabdehin məsuliyyət sferasına aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, bələdiyyə müvafiq məhkəmə qərarının icrası istiqamətində qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-199/2023 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə b ələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz

13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 12, 15-ci, “X1 edilməsi haqqında” Qanunun 6.1, 6.2, 6.5-ci maddələrinə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki:

1. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçıya Tovuz rayonu. Qovlar bələdiyyəsi xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Qovlar şəhərinin 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən “Yonca yeri" adlanan ərazidə 0.10 ha torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, torpaq sahəsinin yerquruluşu planından çıxarışı, həmçinin torpağın alqı-satqısına dair müqavilə tərtib edilməmişdir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir.

2. Məhkəmə “X1 edilməsi haqqında” Qanunun 6.2 və 9.6-cı maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, torpaq sahəsi ayrılarkən sadalanan maddi hüqu q normalarının tələblərinə zidd olaraq tərəflər arasında Müqavilə (alqı-satqı Müqaviləsi) bağlanmamışdır.

3. Məhkəmə “X1 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsini və Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçıya torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamışdır.

4. Məhkəmə Torpaq Məcəlləsinin 55 və 68-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki iddiaçıya torpaq sahəsi ayrılarkən sadalanan maddi hüquq normalarının tələblərinə zidd olaraq heç bir Müqavilə bağlanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə etiraz təqd im etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrini n verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır 18. “X1 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzif ələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

19. Azərbaycan Respublikası Prezidentinin "X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu n tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsər rüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestr i) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edil ə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına sə bəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat v ə sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. İş materialları ilə müəyyən olunur ki, Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə sahibkarlıq məqsədilə iddiaçıya 30 kv.m olan torpaq sahəsi ayrılmış, sonradan Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(62)-230/2003 saylı qətnaməsi ilə Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ləğv edilmiş, həmin qərar əsasında iddiaçıya ayrılmış tikili sökülmüş və iddiaçıya sahibkarlıq məqsədilə başqa yerdə torpaq sahəsinin ayrılması Qovlar bələdiyyəsinə həvalə edilmişdir. Bundan sonra, Qovlar bələdiyyənin xx.xx.2021-ci il tarixli qərarı ilə Qovlar şəhərinin mərkəzindən 5 km aralı olan Nizami küçəsinin sol tərəfindən «Yonca yeri» adlanan ərazidən 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır.

27. Hazırda iddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.

28. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən hüquqlarının qeydiyyatı üçün vacib olan alqı-satqı müqaviləsi və torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq icra hakimiyyətinin rəyi, torpağın yerquruluşu və koordinatlar üzrə sənədlərin ərizəyə əlavə edilməməsini bildirmişdir.

29. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhk əməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.

31. Belə ki, ilk öncə qeyd edilməlidir ki, hazırkı qərarın 16-17-ci bəndlərində göstərilənlərə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavi lə əsasında həyata keçirilir. Həmçinin torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

32. Qeyd edilməlidir ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi Qovlar bələdiyyənin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərarından iddiaçıya ayrılmış torpaq sahəsinin hansı əsaslarla iddiaçıya verilməsini müəyyən etmək mümkün deyil.

33. Bundan əlavə məhkəmə kollegiyası qeyd ki, Qovlar bələdiyyənin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, “Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasə n iddiaçıya sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsi satılmışdır”, lakin Tovuz Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(62)-230/2003 saylı qətnaməsində qeyd edilmişdir ki, “iddiaçı iddiasını müdafiə edərək Qovlar bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı qərarına əsasən 30 kv.m. torpaq sahəsi almış, bir otaqlı tikili inşa etmişdir.”

34. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan ziddiyyətləri araşdırmadan və bu ziddiyyətlərlə bağlı bələdiyyəyə sorğu vermədən yekun nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, inzibati mübahisə üzrə iddianın təmin edilməsi yalnız cavabdehin imtina zamanı bildirdiklərinin və daha sonra məhkəmə icraatı gedişində şikayətdə göstərdikləri dəlillərin əsassız olmasının müəyyən olunmasından asılı deyildir. Məhkəmə iddianı n təmin edilməsi ilə bağlı nəticəyə gələ bilmək üçün həm də iddiaçının tələb etdiyi məzmunda iddiasının təmin edilməli olduğu ilə bağlı nəticəyə gəlməli, bu zaman etirazın və şikayətin dəlilləri ilə bağlı olmadan qanunvericilikdə tələb olunan bütün şərtlərin mövcudluğunu xidməti vəzifəsinə görə apardığı araşdırmanın nəticəsi əsasında mötəbər sübutlara istinadla dəqiq müəyyən etməlidir.

35. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli o lan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 17-20 və 21(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə yekun qərar qəbul etməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul e dildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(104)-199/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar