Məhkəmə qərarları › İş №2-1(102)-557/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-557/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-557/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X3 və vəkili Bayramov Abil Nəzir oğlunun iştirakı ilə, iddiaçı X2 Cavabdehnə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli 2-1(103)1003/2020 nömrəli qərarından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X7 20.05.2015-ci il tarixdən ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçotuna alınmışdır. Uşot zamanı onun əsas fəaliyyət növü “şəxsi daşınmaz əmlakın alınması və satılması” qeyd olunmuşdur (İ cild, səh 114).

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti Vergi Məcəlləsinin 38.3.8-ci maddəsinə əsasən iddiaçı tərəfindən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) iddiaçının 2015-2016-cı illər üzrə fəaliyyətini əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə 24.20.2016-cı il taruixli, **********051712 saylı qərar çıxarmışdır (İ cild, səh 144).

3. Həmin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 25.10.2016-cı ildə qeydiyyata alınmışdır (İ cild, səh 145).

4. Yoxlama 25.10.2016-ci ildə başlanmış, 08.08.2017-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə iddiaçı Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti başçısının 21 yanvar 2015-ci il tarixli sərəncamına əsasən Xətai rayonu, F.Bayramov küçəsi, ev 9 ünvanında (yeni ünvan-ünvan 1 yerində yenidən təqdim edilmiş layihəyə uyğun olaraq, bir bloklu, 7 mərtəbəli (4.901,52 m2) yaşayış binası tikilmişdir. Tikinti başa çatdıqdan sonra iddiaçının binanı fərdi məqsədi üçün istifadə etməyərək, təqdim etdiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə tikintinin ümumi sahəsini, o cümlədən yaşayış və satışa yararlı sahələrini müəyyənləşdirmək məqsədi ilə Departamentin “Mütəxəssis dəvət edilməsi haqqında” **********061098 nömrəli 24 noyabr 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən inşa etdirilmiş binanın ümümi sahəsi 4.901,52 m2 təşkil etmişdir. Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və AZİMETİ-nin məlumatlarına əsasən yaşayış binasının tikintisi zamanı özül tavası, zirzəmi mərtəbəsi və 1-ci m ərtəbənin tikinti quraşdırma işləri üçün betonun 21 may 2015-ci il tarixdə verildiyini nəzərə alaraq, təməl qoyma işlərinin 2015-ci ilin may ayında həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2015-ci ilin 2-ci rübü üçün 205.863,84 manat (4.901,520 m2 x 10 x 4.2 (Bakı şəhəri 3-cü zona)) vergi məbləği hesablanmışdır.

5. Yoxlamanın nəticələri 11.08.2017-ci il tarixli **********051915 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir (İ cild, səh 5).

6. Yoxlamanın nəticəsi üzrə aktda sadələşdirilmiş verginin 205.863,84 manat azaldılması göstrərilməklə yanaşı, azaldılmış vergi məbləğinin 50 faizi məbləğdə maliyyə sanksiyası hesablanması tövsiyə olunmuşdur.

7. Həmin akt əsasında cavabdeh inzibati orqan tərəfindən 27 sentyabr 2017-ci il tarixli **********114870 saylı "Vergi ödəyicisininin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilərək iddiaçıya 2015-ci il üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 205.863,83 manat vergi borcu və 103.131,92 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır (İ cild, səh 48). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 sentyabr 2017-ci il tarixli, **********114870 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmas ını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 9 ünvanında yerləşən və özünə məxsus olan fərdi yaşayış evi sökülərək onun yerində yeni fərdi yaşayış binası tikilmiş və iddiaçı həmin binanı bağışlamışdır. Qanunvericiliyin tələblərinə əsasən, fiziki şəxs tərəfindən şəxsi istifadə məqsədilə tikilmiş və digər şəxslərə təqdim olunması nəzərdə tutulmayan tikintilərlə bağlı vergi bəyannaməsi təqdim etmək öhdəliyinin nəzərdə tutulmamasına və şəxsi istifadə məqsədilə tikilən binaların vergi ödəyicilərinin ailə üzvlərinə bağışlanmasının vergidən azad olunmasına baxmayaraq, cavabdeh iddiaçının adına verilmiş VÖEN-in ləğvinə dair qanuni qüvvəsini almış məhkəmə qərarına da məhəl qoymadan həmin VÖEN üzrə növbədənkənar səyyar vergi yoxla ması keçirmiş və iddiaçının şəxsi istifadə üçün tikmiş olduğu fərdi yaşayış evini mənzil tikintisi fəaliyyəti kimi qiymətləndirməklə vergi hesablaması aparmışdır.

10. Cavabdeh iddia tələbinə qarşı etiraz edir və etirazını 11.08.2017-ci il tarixli **********051915 saylı səyyar vergi yoxlaması aktında əksini tapmış, bu qərarın == bəndində göstərilmiş işin faktiki halları ilə izah edir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2-1(81)237/2018 saylı qərarı ilə (hakim Şərafət Məmmədova) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına açılmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi məhkəmə qərarı ilə ləğv edildiyindən, iddiaçı vergi ödəyicisi olmadığından cavabdeh tərəfindən onun vergi qanunvericili yinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.

13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiya məhkəməsindəki birinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1804/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, Mirzə Tağızadə və Ülvi Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2-1(102)-650/2019 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı E.Yusifzadə cavabdeh tərəfindən 01 iyun 2015-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmasının qanunsuz olmasına istinad etməklə, digər tələblərlə yanaşı, cavabdeh vergi orqanının şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ƏDV uç otunun ləğvinə dair iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-281/16 saylı, 02 may 2016-cı il tarixli qərarı ilə iddiaçının həmin tələbi təmin edilmişdir. Qeyd olunan iddia tələbi üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)-805/17 saylı iş üzrə 12 iyul 2017-ci ildə qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2-1(102)-805/17 saylı qərardadı ilə həmin qərara izah verilərək göstərilmişdir ki, «Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1985/16 saylı, 08 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanması, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında ləğv edilmiş Bakı Vergilər Departamenti tərəf indən X5 açılmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi başa düşülsün».

18. Göründüyü kimi, iddiaçıya məxsus ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) məhkəmə qərarı qaydasında ləğv edilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən 27 sentyabr 2017-ci il tarixli **********114870 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir.

19. Belə olan halda, işə baxan apelyasiya instansiya məhkəməsi ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)805/17 saylı iş üzrə 12 iyul 2017-ci il tarixli yekun məhkəmə aktının icrasının həyata keçirilib-keçirilməməsini, başqa sözlə cavabdeh tərəfindən VÖEN-in ləğv edilib-edilməmə si məsələsini araşdırmalı, bundan sonra hazırkı iş üzrə iddiaçıya hesablanmış vergi məbləğinin qanuniliyinə qiymət verməli, başqa sözlə həmin iş üzrə iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasına dair əsaslarla hazırkı iş üzrə iddiaçıya hesablanmış vergi məbləğinin əsaslarının eynilik təşkil edib-etməməsinə hüquqi qiymət verməlidir. ç. Apelyasiya instansiya məhkəməsindəki ikinci icraat

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2-1(103)-1197/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınması məsələsini və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini məhkəmə qaydasında mübahisələndirmiş və Ali Məhkəmənin 12 iyul 2017-ci il tarixli qərarı ilə iddia tələbi həmin hissədə təmin edilmişdir. Ali Məhkəmənin qərarı yekun olduğundan, iddiaçının VÖEN-i cavabdeh tərəfindən dərhal ləğv edilməli olduğu halda, cavabdeh əslində artıq vergi ödəyicisi olmayan iddiaçının barəsində qanunsuz olaraq yoxlama aparmış və 27 sentyabr 2017-ci il tarixli məsuliyyət qərarı qəbul etmişdir. Mübahisələndirilən inzibati akt formalhüquqi baxımdan qanunsuz olduğundan onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasına zərurət qalmamışdır.

22. Gəldiyi nəticəni apelyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 48.1, 67.1, 67.2, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1, 36.2, 36.3, 102.1, 102.1.3.2-ci maddələri ilə əsaslandırmışdır.

23. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-15/2020 saylı qərarı ilə (sədrlik edən Sevda Huseynova, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

25. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 32.1, 33.1, 33.3, 33.4, 3.5, 34.1, 34.2-ci maddələrinin təhlilindən göründüyü kimi, vergi ödəyiciləri nin vergi uçotuna alınmasının iki qaydası nəzərdə tutulmuşdur və vergi ödəyicisinin yalnız ərizəsi əsasında vergi uçotuna alınması qanunun yuxarıda qeyd edilmiş tələblərinə uyğun deyildir.

26. Göstərilmiş müddəaların mübahisəli məsələyə tətbiqi onunla bağldıır ki, hətta belə iddiaçı vergi ödəyicisi olmadığı halda, onun cavabdeh tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınması vergi qanunvericiliyinin tələblərinə zidd deyildir.

27. İşin hallarından göründüyü kimi, iddiaçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi hüquqi nəticə yalnız yekun məhkəmə qərarına izah verilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 27 fevral 2018-ci il tarixli qərardadından sonra cavabdehə aydın olmuş və həmin ildə VÖEN ləğv olunmuşdur.

28. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2018-ci il tarixli qərardadından da göründüyü kimi, izahın verilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə istinad olunur ki, həmin maddəyə görə, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi VÖEN-nin ləğv edilməsi əsası ilə cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi və onun nəticəsi olaraq qəbul edilmiş 27 sentyabr 2017-ci il tarixli qərarın qanunsuz hesab olunması barədə apelyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə yuxarıda göstərilmiş vergi və prosessual qanunvericiliyinin tələblərinə uyğun deyidir.

30. Mə hkəmə kollegiyası evin hədiyyə edilməsinə istinadən gəldiyi nəticəni də əsassız sayaraq göstərmişdir ki, apelyasiya məhkəməsi bildirdiyi mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə, fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri.

31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, maddənin tələbləri mübahisələndirilən qərara münasibətdə tətbiqi o səbəbdən istisna edilməlidir ki, tənzimlənmə qaydası vergi ödəyicisi tərəfindən alınmış hədiyyəyə aiddir. Halbuki, apellyasiya məhkəməsi işin halları kimi müəyyən etmişdir ki, vergi ödəyicisi olan iddiaçı tərəfindən tikilmiş bina hədiyyə olunmuşdur. b. Apelyasiya i nstansiya məhkəməsindəki üçüncü icraat

32. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1003/2020 saylı, 24.09.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Baxışova və C.Yusifov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2-1(81)-237/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilməmişdir.

33. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

34. Kassasiya şikayətində göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının ver gi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi hüquqi nəticənin yalnız yekun məhkəmə qərarına izah verilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 27.02.2018-ci il tarixli qərardadından sonra cavabdehə aydın olması və həmin il VÖEN-in ləğv olunması barədə mövqeyi əsassızdır. Çünki VÖEN-in ləğv olunması ilə bağlı qərar Ali Məhkəmə tərəfindən 17.07.2017-ci il tarixdə qəbul edilmişdir. İPM-nin 98.1-ci maddəsinə görə Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə görə birinci instansiya və apely asiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Cavabdehin Ali Məhkəmənin qəti qərarından sonra qərarı icra etmək öhdəlyi yaranmış, lakin o qərarın icrasını öz mülahizəsinə uyğun 7 ay yubatdıqdan sonra izah üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin Ali Məhkəmənin qərarından xəbərdar olduğu halda, izah üçün 7 ay gözləyib bu müddətdə hazırkı mübahisələndirilən inzibati aktı qəbul etməsinin özü inzibati orqanın qərarı qanunsuz qəbul etməsinin sübutudur və məhkəmənin bunu yuxarıda qeyd edilən qaydada əsaslandırması qəbuledilməzdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə görə məhkəmə aktın məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bu halda Ali Məhkəmənin izah qər ardadının tarixinin hazırki iş üçün heç bir önəmi qalmır. Məhkəmə isə qərar qəbul edərkən tətbiq edilməli olduğu halda bu normanı tətbiq etməmişdir. İşin obyektiv həlli üçün işin ilk öncə iddiaçının VÖEN-i ləğv edildikdən sonra onun hüquqi statusunun Vergi Məcəlləsinin 53.1-ci maddəsində istifadə edilən fərdi sahibkar-vergi ödəyicisi anlayışına uyğun olması müəyyən edilməli idi. Bununla bağlı iddiaçı məhkəməyə vəsatət təqdim edərək, Vergi Məcəlləsinin 53.1-ci maddəsində istifadə edilən "vergi ödəyicisi" alnayışı ilə "fərdi sahibkar" /"VÖEN-i olan fiziki şəxs"/ anlayışının eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 53.1-ci maddəsinin vəsatətdə qeyd edilən qanunvericilik normaları ilə əlaqəli şəkildə şərh edilməsi üçün Konsitutsiya Məhəməsinə müraciət (so rğu) edilməsini xahiş etmişdir. Lakin, məhkəmə həmin vəsatəti rədd etmiş, iş üçün ən əhəmiyyətli suala cavab tapmadan qərar qəbul etmişdir. Məhkəmə qərarında bu maddi hüquq normasına ümumiyyətlə istinad etməmiş və münasibət bildirməmişdir. Bütün məhkəmə çəkişməsi iddiaçının fərdi sahibkar kimi qiymətləndirilməsi, VÖEN uçotunun ləğvi ilə bağlı yuxarıda qeyd etdiyimiz məsələlərin ətrafında aparılmış, inzibati orqanın qərarın hesablanma hissəsi üzrə heç bir tədqiqat aparılmamış, ekspertiza keçirilməmişdir. Məhkəmə bu hissədə cavabdehin mövqeyini olduğu kimi köçürmüşdür.

35. Bundan başqa, iddiaçı kassasiya şikayətinə əlavə edərək gostərmişdir ki, iddiaçı ona məxsus Xətai rayonu, F.Bayramov küçəsi, ev 9 ünvanında (yeni ünvan-ünvan 1 yerində yenidən tikilmiş fərdi yaşayış binasını öz ailə üzvü o lan bacısı və həyat yoldaşına tam həcmdə bağışlamışdır. Belə olan halda ümumiyyətlə vergi orqanı tərəfindən fərdi yaşayış evinin tikintisi ilə bağlı səyyar vergi yoxlaması aparıla və hazırkı mübahisəli qərar qəbul edilə bilməzdi. Bu səbəbdən də hesab edir ki, apelyasiya məhkəməsi qərar qəbul edərkən düzgün nəticəyə gəlməmiş və məhkəmənin bu mövqeyi əsassız olmuşdur. Fiziki şəxsin tikdiyi fərdi yaşayış binasının ailə üzvlərinə bağışlaması vergidən azaddır və ailə üzvündən bağışlanma yolu ilə əldə edilmiş bina (mənzil) digər şəxslərə təqdim edilərkən müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində vergilər hesablanır və satıcının hesabından tutulur. İddiaçı mənzil tikintisi fəaliyəti ilə məşğul olan şəxs və fərdi sahibkar deyil, cavabdehin SVY aktında da qeyd edildiyi kimi, ün van 2 ünvan- ünvan 3yış evi sökülərək yerində yeni fərdi yaşayış evi (binası) tikilmiş və bu bina iddiaçı tərəfindən yaxın qohumlarına bağışlanılmışdır. Bu tikintinin mənzil tikinti fəaliyyəti kimi qiymətləndirilməsi vergi orqanı tərəfindən subyektiv yanaşma hesab edilməli, iddiaçının tikinti fəaliyyəti ilə məşğul olması cavabdehin və apelyasiya məhkəməsinin yalnız formal mülahizələrə əsaslanması kimi qəbul edilməlidir. b. Kassasiya şikayətinə etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyət ini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

37. Qanunvericiliyin yuxarıda göstərilən normalarını əsas tutaraq bildiririk ki, X7 tərəfindən daşınmaz əmlak təqdim edilərək gəlir əldə edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərinə riayət edilməmiş və həmin Məcəllənin 16.1.2ci maddəsinə nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmişdir. Bu səbəbdən də Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq X7 ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçotuna alınmışdır.

38. Təsadüfi deyil ki, Ali Məhkəmənin iddiaçı X1 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti qarşı “şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın l əğv edilməsi” barədə iddia tələbi ilə bağlı 12.04.2018-ci il tarixli 2-1(102)-478/18 nömrəli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1-33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, X4 vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir.

39. Bundan əlavə, iddiaçının məhkəmə qərarına izah verilməsi ilə bağlı kassasiya şikayətində göstərilən dəlillər də əsassızdır. Belə ki, iddiaçının digər inzibati işi üzrə Bakı Apelyasiya Məhkəməsi 02.12.2016-cı il tarixli qərarının əsaslandırıcı hissəsində VÖEN-nin ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı ilə razlaşmadığını qeyd etsə də, qərarın nəticə hissəsində bu məsələyə münasibət bildirilməmişdir.

40. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, nəticədə Ali Məhkəmənin 12.07.2017-ci il tarixli 2-1(102)-805/2017 saylı qərarı ilə iş üzrə icraata xitam verilmiş və həmin qərarda da VÖEN-nin ləğv edilməsi barədə hər han sı bir qeyd edilməmişdir. Bununla əlaqədar Ali Məhkəmənin 12.07.2017-ci il tarixli 2-1(102)-805/2017 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərarına, iddia tələbinin “VÖEN-nin ləğv edilməsi” hissəsində izah verilməsi ilə bağlı cavabdeh tərəfindən Ali Məhkəməyə müraciət olunmuş və VÖEN-nin ləğv edilməsi kimi hüquqi nəticə yalnız Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 27.02.2018-ci il tarixli qərardadından sonra cavabdehə aydın olmuş və bundan sonra VÖEN ləğv olunmuşdur.

41. Göründüyü kimi iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi üçün qərarın açıldığı vaxtda, yoxlamanın əhatə etdiyi dövr ərzində və yoxlamanın nəticəsi üzrə yekun qərarın (27.09.2017-ci il tarixli) qəbul edilməsinədək vergi ödəyicisi kimi vergi orqanında uçotda olmuşdur. Odur ki, həmin ödəyiçinin fəaliyyət i üzrə səyyar vergi yoxlamasının keçirilməsi və qərarın qəbul edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun, qanuni və əsaslıdır.

42. Bundan əlavə, inzibati orqanın qərarının hesablanma hissəsi üzrə heç bir tədqiqatın aparılmaması və ekspertizanın keçirilməməsi barədə iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər də əsassızdır. Çünki iş üzrə məhkəmə instansiyalarında aparılmış çoxsaylı məhkəmə iclaslarında vergi orqanının qərarı ilə hesablanmış vergi məbləği üzrə araşdırmalar aparılmış, cavabdeh tərəfindən iddiaçının inşa etdiyi çoxmənzilli yaşayış binasının fotoşəkili, mənzillərin ayrı-ayrı müqavilələr əsasında kənar şəxslərə satılmasını təsdiq edən sübutlar, eyni zamanda vergilərin azaldılmasını təsdqi edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.11.2017-ci il tarixli 28022 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmiş və həmin sənədlər əsasında məhkəmə araşdırmaları aparılmışdır.

43. İddiaçı çoxmənzilli yaşayış binasında olan mənzilləri bacısı X8 vasitəsilə kənar şəxslərə satıb gəlir əldə etmək məqsədi ilə ona bağışlamış və bununla da mənzillərin təqdim edilməsini pərdələməklə vergidən yayınma sxemi yaradaraq vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.

45. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil teleqram göndərərək, səhhət ində problem olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərərk, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun vəsatətini təmin etməmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə mulamat verməklə kifayətlənməməli, həmçinin bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçının vəkili qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Yəni mövcüd vəziyyətdə iddiaçının vəkilinin üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməməsi təsdiq olunmur. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Maddə 32.1 Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Maddə 33.1 vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə, (...) fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli ola n rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3. hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.4 vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (...) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir; 33.5. bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətin də fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Maddə 34.1. vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (...) tərəfindən ərizə verilir. (...) Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 34.2. vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir. Fiziki şəxslərin elektron formatda ve rgi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Sadalanmış müddəalardan isə göründüyü kimi, vergi ödəyicisinin ərizəsi əsasında vergi uçotuna alınma bir halda kağız formatda aparıldıqda vergi orqanı 2 gün müddətində vergi ödəyicisinə şəhadətnamə verməli, elektron formatda aparıldıqda isə - şəhadətnamə dərhal elektron ünvana göndərilməlidir. Maddə 57.1. vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə hesabatın verilmədiyi hər bir tam ay üçün verginin ödənilməmiş məbləğinin 1 faizi miqdarında, lakin verginin ödənilməmiş məbl əğinin 12 faizindən çox olmayan məbləğdə maliyyə sanksiyası tətbiq edilir. Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları vergi öhdəlikləri yaranmadıqda tətbiq edilmir. Maddə 58.1. verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 218.1.1.2. mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsin də olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyiciləridirlər; Maddə 219.3. mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış v ə ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir; Maddə 220.8 mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.

47. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə mün asibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

48. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qəra rdadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, işə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-7-ci bəndlərində göstərilmişdir.

53. Cavabdehin qərarını mübahisələndirən iddiaçının ümumilədirilmiş dəlillərindən biri ondan ibarətdir ki, səyyar vergi yoxlaması onun vergi ödəyicisi kimi qeydiyyatda olduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrü əhatə etmir. Vergi qanunvericiliyi vergi orqanında uçotda olmayan şəxslərin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın qəbul olunmasını istisna edir.

54. İddiaçının bu dəlili işin o faktik halına söykənir ki, X7 20.05.2015-ci il tarixdən ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (VÖEN) vergi uçotuna alınmışdır. Uçot zamanı onun əsas fəaliyyət növü “şəxsi daşınmaz əmlakın alınması və satılması” qeyd olu nmuşdur. İddiaçı cavabdeh tərəfindən ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alınmasının qanunsuz olmasına istinad etməklə, digər tələblərlə yanaşı, cavabdeh vergi orqanının şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ƏDV uçotunun ləğvinə dair iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-281/16 saylı, 02 may 2016-cı il tarixli qərarı ilə iddiaçının həmin tələbi təmin edilmişdir. Qeyd olunan iddia tələbi üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası tərəfindən 2-1(102)-805/17 saylı iş üzrə 12 iyul 2017-ci ildə qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi İnz ibati-İqtisadi Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2-1(102)-805/17 saylı qərardadı ilə həmin qərara izah verilərək göstərilmişdir ki, «Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1985/16 saylı, 08 dekabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanması, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında ləğv edilmiş Bakı Vergilər Departamenti tərəfindən X5 açılmış ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi başa düşülsün».

55. Bundan sonra iddiaçının vergi uçotu 14 iyun 2018-ci il tarixdə ləğv edilmiş və ona cavcabdeh tərəfindən **********7258 saylı, 14 iyun 2018-ci tarixli “Vergi uçotunun ləğv edilməsi haqqında” bildiriş göndərilmişdir.

56. İddiaçının barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilm əsi haqqında" **********114870 saylı qərar cavabdeh tərəfindən 27 sentyabr 2017-ci il tarixdə qəbul edilmişdir.

57. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasının qanuniliyi ilə bağlı məhkəmə araşdırması müddəti, iddiaçının barəsində vergi orqanı tərəfindən aparılan icraat müddəti ilə üst-üstə düşür. İddiaçının dəlilinin araşdırılması üçün qiymətləndirilməli olan hal ondan ibarətdir ki, iddiaçı həmin məhkəmə icraatı zamanı vergi ödəyicisi kimi tanınmalı idimi?. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iddiaçının qeydiyyatı etibarsız hesab olunmamış, ləğv edilmişdir və ləğvin hüquqi nəticələri ləğvetmə tarixindən yaranır. Bu halda iddiaçının qeydiyyatının ləğv olunmasınadək statusu, vergi ödəyicisi olmuşdur. İddiaçının barəsində aparılmış inzibati icraat da vergi öd əyicisi olduğu müddətə aiddir.

58. İddiaçının vergi ödəyicisi kimi qeydiyyatının ləğv olunması barədə icraat üzrə məhkəmə qərarının qüvvəsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, həmin dəlil bundan əvvəlki icraatda da araşdırma predmeti olmuş və bu dəlilə iş üzrə əvvəlki icraat zamanı qiymət verilmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi kimi hüquqi nəticə yalnız yekun məhkəmə qərarına izah verilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyası 27 fevral 2018-ci il tarixli qərardadından sonra cavabdehə aydın olmuş və həmin ildə VÖEN ləğv olunmuşdur. Azərbaycan Respublikası Ali M əhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 27 fevral 2018-ci il tarixli qərardadından da göründüyü kimi, izahın verilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə istinad olunur ki, həmin maddəyə görə, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi VÖEN-nin ləğv edilməsi əsası ilə cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi və onun nəticəsi olaraq qəbul edilmiş 27 sentyabr 2017-ci il tarixli qərarın qanunsuz hesab olunması barədə apelyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə yuxarıda göstərilmiş vergi və prosessual qanunvericiliyinin tələblərinə uyğun deyidir.

59. Məhkəmə kollegiyası iddiaçının “inzibati orqanın qərarının hesa blanma hissəsi üzrə heç bir tədqiqatın aparılmaması və ekspertizanın keçirilməməsi” barədə dəlili ilə bağlı bildirir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 219.3 və 220.8-ci maddələrinin tətbiq edilməsi üçün: 1. vergitutma obyekti kimi zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsi müəyyən edilməli; 2. sadələşdirilmiş verginin məbləği vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanıb müəyyən edilməlidir.

60. Vergi orqanının səyyar yoxlama zamanı ekspert cəlb etməsi və ekspertiza ilə bağlı digər məsələlər Vergi Məcəlləsinin 44-cü maddəsi ilə tənzimlənir.

61. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə zə ruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir.

62. Göründüyü kimi, hazırki iş üzrə ekspert o halda cəlb oluna bilər ki, vergitutma obyektinin müəyyən edilməsi və ya müvafiq əmsallar tətbiq edilməklə sadələşdirilmiş vergi hesablanması üçün xüsusi bilik tələb olunsun. Baxılan iş üzrə sadələşdirilmiş vergi məbləğinin hesablanması sadə riyazi hesablama əsasında müəyyən olunur və bunun üçün xüsusi bilik tələb olunmur.

63. Vergituma obyekti kimi iddiaçının inşa etdiyi binada zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla, tikilən binanın ümumi sahəsinin müəyyən edilməsinə də vergi orqanı ekspert cəlb etməmiş, “Mütəxəssis dəvət edilməsi haqqında” **********061098 nömrə li 24 noyabr 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis dəvət etmişdir. 64. təxəssis dəvət olunmasının əsasları və qaydaları Vergi Məcəlləsinin 45-ci maddəsində müəyyən edilmişdir. Həmin normada göstərilir ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər (45.1-ci maddə). Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər (45.3-cü maddə).

65. İş materiallarından görünür ki, vergi orqanı tərəfindən qanunla müəyyəb olunmuş mütəxəssis dəvət olunması qaydalarına əməl edilmişdir.

66. Göründüyü kimi vergi orqanı vergitutma obyektini mütəxəssis dəvət etməklə müəyyən etmişdir və bu, qanunvericiliyin tələbinə uyğundur. İddiaçı vergi hesablanması zamanı məhz hansı səhvə yol verildiyi barədə hər hansı dəlil irəli sürməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının “inzibati orqanın qərarının hesablanma hissəsi üzrə heç bir tədqiqatın aparılmaması və ekspertizanın keçirilməməsi” barədə dəlilini əsassız sayır.

67. İddiaçının evi hədiyyə etdiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən gəlir vergisindən azad edildiyi barədə dəlilinə d ə Ali Məhkəmənin bu iş üzrə 18.02.2020-ci il tarixli qərarında qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qərarında haqlı olaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinin tələbləri mübahisələndirilən qərara münasibətdə tətbiqi o səbəbdən istisna edilməlidir ki, tənzimlənmə qaydası vergi ödəyicisi tərəfindən alınmış hədiyyəyə aiddir. Vergi ödəyicisi olan iddiaçı tərəfindən tikilmiş bina başqasına hədiyyə olunmuşdur.

68. Apelyasiya instansiyası işin hallarına uyğun olaraq, zamana görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin qüvvədə olmuş 218.1.1.2, 219.3 və 220.8-ci maddələrini, habelə tətbiq edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli, 140 saylı qərarını tətbiq etmişdir. Məhkəmə həmin normalar əsasında bildir mişdir ki, mənzil tikintisi fəaliyyətini bu və ya digər şəxs mülkiyyətində və yaxud icarəsində olan torpaq sahəsi üzərində apara bilər, lakin bu torpaq sahəsi bilavasitə mənzil tikintisi üçün ayrılmalıdır. Bu halda sadələşdirilmiş verginin ödəyicisi aşağıdakı şəxslər hesab olunur: 1) əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün bina tikdirən; 2) tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər.

69. Bu qaydada müəyyən edilmiş vergi ödəyicilərinə münasibətdə vergitutma obyektini tikilən binanın ümumi sahəsi, o cümlədən zirzəmilər, mərtəbələr və çardaqlar təşkil edir.

70. İşin hallarından göründüyü kimi, ünvan 4 ünvan-ünvan 5ahəsində ümumi sahəsi 4.901,52 kv.m olan bir bloklu, 7 mərtəbəli çoxmənzilli binanın iddiaçı tərəfində n tikintisi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yerinə yetirildiyi anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi barədə nəticəyə gəlmək üçün əsas yarada bilər ki, bu əsas üzrə iddiaçı ən azından mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilə bilər.

71. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin öhdəliyi yaranmışdır. Belə ki, sahibkar Xətai Rayon İcra Hakimiyyəti başçısının 21.01.2015-ci il tarixli 05 nömrəli sərəncamına əsasən ünvan 6 ünvan - ünvan 7ərək, yerində yenidən təqdim olunmuş layihəyə uyğun olaraq tikdirilmiş bi nadan fərdi yaşayış məqsədi üçün istifadə etməyərək, təqdim etmişdir.

72. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisi tərəfindən inşa etdirilmiş binanın ümumi sahəsi 4901.52 kv.m. təşkil etmişdir.... Yaşayış binasının tikintisi zamanı özül tavası, zirzəmi mərtəbəsi və 1-ci mərtəbənin tikinti quraşdırma işləri üçün betonun 21.05.2015-ci il tarixdə verildiyini nəzərə alaraq, təməl qoyma işlərinin 2015-ci ilin may ayında həyata keçirildiyi müəyyən edilmişdir.

73. Vergi Məcəlləsinin 01.01.2016-cı ilədək qüvvədə olmuş 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir.

74. Vergi Məcəlləsinin 01.01.2016-cı ilədək qüvvədə olmuş 220.8-ci maddəsinə əsasən Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır.

75. Beləliklə, vergi ödəyicisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.2007-ci il tarixli “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sad ələşdirilmiş vergi”nin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əsasən yoxlama ilə Mənzil titkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 2015-ci ilin 2-ci rübü üçün 205863.84 manat (4901.52 kv.m x 10 x 4.2 (Bakı şəhəri 3-cü zona)) vergi məbləği, həmçinin 103.131,92 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır.

76. İddiaçı mübahisələndirdiyi qərarın əsassız olması ilə bağlı hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir

77. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu əsaslandırma ilə razılaşır. İşə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual üquq normaları dqzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin ləğvinə əsas vermir.

78. Məhkə mə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli 2-1(103)-1003/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar