Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-557/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair cizginin verilməsi; İcra Hakimiyyətinin səlahiyyətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2457/2023 nömrəli, 2023-cü il 4 oktyabr tarixli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 nömrəli sahədə 1000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 22 iyul 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m torpaq sahəsinin ona ayrılması haqqında Suraxanı rayon İcra Hakimiyyətinin başçısının x x.xx.1993-cü il tarixli, 1556 saylı sərəncamı əsasında xx.xx.1993-cü il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1556 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Axundov küçəsi ərazisində 1000.0 kv.m hissəsində yerləşən sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ba kı şəhəri Suraxanı RİH başçısının 10 iyul 1993-cü il tarixli, 1556 nömrəli sərəncamı ilə iddiaçıya (İddiaçı) Bakı şəhəri, Bülbülə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 1.000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə müraciət etmişdir. Suraxanı RİH-in 22 iyul 2022-ci il tarixli məktubu ilə Suraxanı RİH başçısının 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncam əsasında ona ayrılmış torpaq sahəsinə dair 12 iyul 1993-cü il tarixdə akt tərtib olunduğu səbəb göstərilmişdir. İddiaçı hesab edir ki, Suraxanı RİH-in imtinası əsassızdır. Belə ki, sözügüdən torpaq sahəsi iddiaçının istifadəsindədir və torpaq sahəsi ayrılarkən plan cizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir.
5. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, Suraxanı RİH-ə qarşı iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur.
6. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 2-1(112)-1893/2023 nömrəli 2023cü il 16 fevral tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Suraxanı RİH-in 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncamı ilə Bakı şə həri, Bülbülə qəsəbəsi, S.Axundov küçəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizginin (plan-sxemin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı RİH-in 10 iyul 1993-cü il tarixli sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrarən tələb etməklə iddiaçı haqlıdır. Odur ki, iddiaçının tələbi əsaslıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) 2-1(103)-2457/2023 nömrəli, 2023-cü il 4 oktyabr tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1893/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nə zərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə
22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin h üquqlarını qorumaq. Maddə
29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56....dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədləri nə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə
57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və tor paq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istif adə məsələlərini həll edir.
14. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilən in bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 15. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı
1. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilsin. 2. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”- təsdiq edilsin.
3. İndiki çağırış rayon, şəhər (resp ublika tabeli şəhərlər) xalq deputatları Sovetləri “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər.
4. Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.
5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı apa ratının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər.
6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.
16. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” Bənd
28. Müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək e tmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.
17. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” Bənd 4.16.6. Torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının t ələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası bil dirir ki, əvvəla iş materiallarına əlavə edilmiş sərəncamdan da görünür ki, torpaq sahəsi Suraxanı rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında ayrılmışdır.
28. Digər tərəfdən məhkəmə kollegiyası bildirir ki, hüquq münasibətləri yaranan zaman qüvvədən olan (hal hazırda qüvvədən düşmüş) Torpaq Məcəlləsinin müddəalarına görə fərdi yaşayış evi üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə verilir. 29. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 372 nömrəli, 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən rayon, şəhər xalq deputatları Soveti hazırki halda yerli icra h akimiyyətlərinə aid olduğundan hazırki iş üzrə Suraxanı rayon İcra Hakimiyyətinin cavabdeh kimi icraata cəlb edilməsi qanunidir.
30. Odur ki, cavabdehin iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı kassasiya şikayətində əks etdiyi mövqeyin heç bir hüquqi əsası yoxdur. Yəni iddia tələbi cavabdeh tərəfindən mübahisələndirilsə də düzgün cavabdehə yönəlmişdir.
31. İddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı RİH başçısının 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sa həsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrarən tələb etməklə iddiaçı haqlıdır.
32. Torpaq sahəsinə dair cizgisinin verilməsi məhz cavabdeh inzibati orqanın səlahiyyət sferasına aiddir ki, yerləşmə cizgisinin verilməsi də cavabdeh tərəfindən təmin olunmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (1993-cü ildə) və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir.
33. Göründüyü kimi cavabdehin kassasiya şikayətində mü bahisələndirdiyi arqumentlərin heç bir hüquqi əsas mövcud deyildir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
34. Kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 nömrəli sahədə 1000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
35. Aşağı instansiya məhkəmələri tərəfindən isə İddiaçı Bakı şəhəri Suraxanı RİH-in 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncamı ilə Bakı şəhəri, Bü lbülə qəsəbəsi, S.Axundov küçəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizginin (plan-sxemin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulmuşdur. Göründüyü kimi “S.Bəhlulzadə küçəsi” əvəzinə “S.Axundov küçəsi” qeyd olunmuşdur.
36. Kassasiya baxışı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini “Bakı şəhəri Suraxanı RİH-in 10 iyul 1993-cü il tarixli 1556 saylı sərəncamı ilə Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizginin (plan sxemin) verilməsi” kimi nəzərə alınmasını xahiş etmişdir.
37. Kollegiya hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınmalı, cizginin (plan-sxemin) verilməsi ilə bağlı öhdəliy i qoyulmuş fərdi yaşayış evinin ünvanı “ünvan 2lə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 saylı sahədə” kimi qəbul olunmalıdır.
38. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2457/2023 nömrəli qərarı “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Axundov küçəsi ərazisində” hissəsində dəyişdirilməli, həmin hissə “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 saylı sahədə” kimi qeyd olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli, 21(103)-2457/2023 nömrəli qərarı “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Axundov küçəsi ərazisində” hissəsində dəyişdirilsin, həmin hissə “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 29 saylı sahədə” kimi qeyd olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.